UĢağın məktəbə hazırlığı və onun aparılması yolları 173
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 dirmək qabiliyyəti; müqayisə, təhlil və tərkib ki-
mi əqli əməliyyatların inkişafı; evristik təfək-
kürdür.
– Verbal komponent. Bu, əşyaların müxtə-
lif xassələrini saymaq, onlardan mühüm olanları
ayırmaq; nitq əsasında eşitmə yaddaşı; tanış, ya-
xud sərbəst seçilmiş terminlərin köməyi ilə ey-
nitipli anlayışlar çoxluğunu ümumiləşdirmək;
fikri əməliyyatın inkişafı, təsnifetmə, seriyalaş-
dırma, təhlil, təfəkkürün tənqidliyi qabiliyyətidir.
Məşğələ prosesində tərbiyəçi uşağın mək-
təb təliminə intellektual hazırlığını inkişaf etdir-
məklə tam dəyərli idrak prosesini yaratmış olur.
Məktəbəqədər yaşlı uşaqların intellektual hazır-
lığı, əqli inkişafı istiqamətində görülən işlərdə
məktəblə varisliyin gözlənməsi son dərəcə va-
cibdir. Uzun illərin təcrübəsi göstərir ki, müəl-
limlər və tərbiyəçilərin heç də hamısı uşaqların
əqli inkişaf üzrə işlərin yerinə yetirilməsində
məktəbə hazırlanmasında vahid məxrəcə gələ
bilmirlər. Qabaqcıl uşaq bağçaları uşaqların
məktəbə hazırlanmalarına onların fiziki, əqli,
estetik, mənəvi hazırlığı və tədris əməyində zə-
ruri vərdişlərin biliyə, məktəbə, oxumağa möh-
kəm marağın formalaşması, onların hərtərəfli
inkişafı kimi baxırlar. Məktəbəqədər pedaqogi-
ka da təsdiq edir ki, uşağın intellektual inkişafı
onun məktəbə yaxşı hazırlanmasını təmin edir.
İntellektual hazırlıq probleminin elmi
əsaslarını bilməyən tərbiyəçilər uşağı məktəbə
hazırlayarkən ona oxumağı, yazmağı, hesabla-
mağı, başqa sözlə, I sinfin proqramının bir his-
səsini bağçaya keçirməyi tələb edirlər. Onların
bir qismi çox vaxt bu işləri valideynlərə həvalə
edirlər. Məktəbəqədər müəssisələrdə məktəb
proqramının öyrədilməsi məktəbəqədər təhsilin
vəzifələrinə ziddir.
“İntellektual hazırlıq uşağın nitqinə ciddi
tələblər verir: nitq səslərini düzgün tələffüz et-
mək, lüğət ehtiyatını zənginləşdirmək, rabitəli
(dialoji, monoloji) nitqə yiyələnmək, eşitdiyinin
məzmununu nəql etmək; yapma, quraşdırma,
rəsmetmə, sayma, hesablama, əqli fəaliyyət tə-
ləb edən oyunlarda iştiraketmə, ətraf aləm üzə-
rində müşahidə aparma, gördüklərini şərh etmə,
plastilin, çöplərlə (sonralar karandaşla) bir neçə
hərfin çap şəklini yazma və s.” [1, s. 68].
Bütün bu işlərdən sonra uşaqda yaddaş
qabiliyyətini formalaşdırmaq lazımdır. Elə et-
mək lazımdır ki, uşaq hər hansı bir işi yadda
saxlaya bilsin. Bunun formalaşması üçün oyun
və əyləncələrdən, didaktik materiallardan və s.
istifadə oluna bilər:
– Lövhədə bir neçə müxtəlif (3-4 ədəd) xır-
da şəkillər asmaq, sonra həmin şəklin birini götü-
rərək hansının götürüldüyünü soruşmaq və s.;
– Bir neçə (3-4) söz deyib, həmin sözləri
təkrar etdirmək;
– Hər hansı bir şəkli göstərib, sonra həmin
şəkli 2-3 hissəyə ayırmaq və şəklin birləşdiril-
məsini tapşırmaq və s.;
– Hazır didaktik materiallardan istifadə et-
məklə hər hansı bir əşya hazırlamaq.
Bütün bunlar uşaqda yaddaş qabiliyyətini
formalaşdırır. Yaddaş qabiliyyətinin möhkəm
olması məktəbdə ən lazımlı hisslərdən biridir.
Uşaqda dinləmə, diqqətlə qulaq asma, da-
nışan adama hörmət etmə, danışanın sözünü
kəsməmək və s. kimi hərəkətləri də aşılamaq la-
zımdır. Bunun üçün nağıl və şeirlərin köməyin-
dən istifadə etmək olar. Elə etmək lazımdır ki,
uşaq istər müəllim, istərsə də yoldaşları olsun,
onları dinləmək bacarığına malik olsunlar.
Uşaqda yaşıdlarına qarşı gözəl münasibət
aşılamaq lazımdır. Uşaqda öz fikrini ifadəetmə
bacarıqları yaratmaq lazımdır. Onlara hər bir şey-
dən düzgün istifadəni də başa salmaq lazımdır.
Ətraf aləm haqqında, onun xeyri barədə,
ondan istifadə və ona qulluq barədə uşağa məlu-
matlar verilməli və aşılanmalıdır. Onda uşaqda
ətraf aləm haqqında məlumatlar öz xeyrini verə
bilər. Yəni uşaq ətraf aləmə pis münasibət bəs-
ləməz. Uşağın əxlaqı, düşüncəsi, danışıq tərzi,
böyüyə hörmət, kiçikyaşlı uşaqlara qayğı, vətə-
nə məhəbbət və s. hisslər məktəbəqədər yaşlı
uşaqlara aşılanmalı və bunların bünövrəsi möh-
kəm qoyulmalıdır.
Doğrudan da sadalanan bu anlayışlar uşa-
ğa məktəbə hazırlıq zamanı yaxşı və uşağın ba-
şa düşə biləcəyi tərzdə çatdırılarsa və uşaq onla-
rı qəbul etməyi bacarırsa, onda o məktəbə yaxşı
hazırlanmış olar. Belə uşaqlar məktəb vaxtı heç
vaxt geridə qala bilməz. Müəllimin bütün dedik-
lərini yaxşı başa düşər və qabaqcıl şagirdlərdən
olar. Həqiqətən uşağın məktəbdə yaxşı oxuması
onun məktəbə hazırlığından çox asılıdır.
Uşağın da məktəbdə yaxşı oxuması onun
məktəbə hazırlığından asılıdır. Gəlin, uşaqları-
mızı məktəbə günün tələbləri səviyyəsində ha-
zırlayaq. Onlar bizim gələcəyimizdir. Gələcəyi-