Sinifdənxaric tədbirlərin gənclərin mənəvi tərbiyəsinə təsiri 181
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 Məktəblilərlə keçirilən disputun əhəmiy-
yəti nədən ibarətdir?
1. İlk növbədə, qeyd etmək lazımdır ki,
disputlar tədris işi ilə düzgün uyğunlaşdırılmalı-
dır. Bu tədbirlər şagirdlərin asudə vaxtlarını
əhatə etdikdə tərbiyəvi təsirlər daha güclü olur.
Burada böyük ustalıq, cəldlik, səlis danışıq qa-
biliyyəti, düşüncə tələb olunur;
2. Valideynlərin böyük əksəriyyətinin işlə
məşğul olduqları bir vaxtda məktəbdə disputların
təşkili şagirdlərə pedaqoji təsiri gücləndirməklə
yanaşı, onları mənfi təsirlərdən uzaqlaşdırır;
3. Disputlar şagirdlərdə mənəvi keyfiyyət-
ləri formalaşdırır, asudə vaxtdan səmərəli istifa-
də etmək qabiliyyətini artırır;
4. Bu tədbirlərdə şagirdlərin mənəvi müx-
təlif maraqları formalaşır, uyğunlaşır.
Disputlar şagirdləri düşündürməklə, fəal-
laşdırmaqla bərabər, həm də onları ölkəmizin
tarixi ilə tanış edir, vətən uğrunda mübarizəyə
ruhlandırır, müxtəlif fakt və hadisələri təhlil et-
məyə, mübahisələr aparmağa sövq edir. Burada
şagirdlər müxtəlif əxlaqi kateqoriyalar haqqında
öz fikirlərini sərbəst deməyə çalışırlar. Disputlar
yuxarı sinif şagirdlərində maraq yaradır, ətrafda
baş verən hadisələrin gerçəkliyini dərk etməyə,
əxlaq normalarını mənimsəməyə, mənəvi ideya-
lara yiyələnməyə imkan verir.
Disput şagirdlərin doğma vətəninin tarixi-
ni, ayrı-ayrı şəxsiyyətlərin həyat və fəaliyyətini
öyrənməyə, məruzələr hazırlamağa həvəsini ar-
tırır, respublikada və dünyada baş verən ictimai-
siyasi maraqlarını gücləndirir. Şagirdlər gördük-
ləri, müşahidə etdikləri bu və ya digər hadisələri
müzakirə etməyə, onlara öz münasibətlərini bil-
dirməyə, düzgün mühakimə yürütməyə can atır-
lar. Onlar elm, texnika, incəsənət yenilikləri ilə
tanış olur, ölkəmizdə baş verən hadisələrin ma-
hiyyətini, məzmununu dərk edir. Onlarda iqtisa-
di və hüquqi təfəkkür inkişaf edir, milli şüur və
milli ləyaqət, milli iftixar hissi güclənir. Mək-
təblərdə təşkil edilən müxtəlif məzmunlu dis-
putlar şagirdlərin elmi dünyagörüşünün zəngin-
ləşməsinə, mənəvi keyfiyyətlərin formalaşması
və təkmilləşməsinə böyük şərait yaradır.
Müasir dövrdə şagirdlərin əqidəsi, dünya-
görüşü yalnız ailə və məktəbin deyil, habelə
müxtəlif amillərin təsiri ilə formalaşır. Televizi-
ya, radio verilişləri, müasir filmlər, qəzet və jur-
nallar, internet səhifələri, kompüter oyunları, in-
sanlarla aparılan söhbətlər və s. şagirdlərin tər-
biyəsinə müəyyən təsir göstərir. Elm, texnika və
incəsənətin bu və ya digər sahəsi ilə daha çox
maraqlanan şagirdləri elmi axtarışlara cəlb et-
mək, onlara maraq göstərdikləri sahəyə aid tap-
şırıq vermək, ədəbiyyatlar göstərmək, sinifdən-
kənar tədbirlərdə fəal iştirakını təmin etmək çox
faydalıdır. Hazırkı dövrdə cəmiyyətdə baş verən
və gənclərin mənəviyyatına mənfi təsir göstərən
halları aradan qaldırmaq, şagirdləri milli-mənə-
vi və vətənpərvərlik ruhunda tərbiyə etmək,
Azərbaycanın tarixini, dilini, ədəbiyyatını, mə-
dəniyyətini dərindən öyrənməyə sövq etmək,
onlarda müsbət keyfiyyətlər aşılamaq çox vacib
məsələlərdən biridir. Bütün bunlar şagirdlərin
milli şüurunun formalaşmasına təsir edərək on-
ların xalqımızın min illər boyu yaradıb, nəsil-
dən-nəslə ötürdüyü yüksək mənəvi keyfiyyətlər
əsasında tərbiyə edilərək, layiqli vətəndaş kimi
yetişməsinə kömək edir. Bu məsələlərin düzgün
təhlil edilməsi və anlaşılmasında disputların bö-
yük rolu vardır.
Disputlar şagirdlərin mənəvi tərbiyəsinin,
düzgün davranışlarının formalaşmasına, onların
nitq və məntiqi təfəkkürünün inkişafına böyük
təsir edir.
Tərbiyə prosesində şəxsiyyətə hərtərəfli
təsir göstərmək lazımdır. Həyatda öz mövqeyini
tutmaq hər bir gəncin arzusudur. Məktəblinin
mənəvi keyfiyyətlərini formalaşdırmaqdan ötrü
ona əxlaqi biliklər, ideya-siyasi baxışlarla təsir
edərək, onu cəmiyyətdə baş verən hadisələrin
səbəbləri haqqında düşünməyə təhrik etmək la-
zımdır. Baxışlar, cəmiyyətin inkişaf qanunları-
nın obyektivliyi haqqında təsəvvürlər şagirdlər-
də məktəb illərində formalaşır. Həyatda fəal
mövqe tutmaq üçün hadisələrin dərinliyinə nü-
fuz etmək və onların mahiyyətini dərk etmək la-
zımdır. Məsələyə bu baxımdan yanaşıldıqda
məktəblilərin elmi, əxlaqi-etik, ideya-siyasi bi-
liklərə yiyələnməsi mühüm yer tutur.
Pedaqogika elminin müasir inkişaf mərhə-
ləsi yuxarı sinif şagirdlərinin mənəvi tərbiyə
probleminə də yönəlir ki, bu da şagirdlərin elmi
dünyagörüşünün formalaşmasına birbaşa təsir
göstərir. Müasir cəmiyyətdə, iqtisadi və siyasi is-
lahatlar şəraitində şagirdlərin tərbiyə olunması
daha da gücləndirilir. Bu isə gənc nəslin sosial
həyatının dəyişməsinə gətirib çıxarır. Gənclərdə
çətinlikləri aradan qaldırmaq bacarığını, məsuliy-