Research papers


Sinifdənxaric tədbirlərin gənclərin mənəvi tərbiyəsinə təsiri



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə220/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   216   217   218   219   220   221   222   223   ...   246
elmi-eserler-2022-2-cap

Sinifdənxaric tədbirlərin gənclərin mənəvi tərbiyəsinə təsiri
183 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
H. Həsrətovun “Disputlara hazırlıq və 
onun keçirilməsi metodikası” məqaləsində 
gənclər arasında təşkil edilmiş disputlardan da-
nışılır. Müəllif disputa hazırlıq metodikasını, 
disputun keçirilməsi metodikasını qısa şəkildə 
göstərir [2]. 
Yuxarı sinif şagirdləri ilə disput təşkil 
edərkən, onları fəal iştirak etmək üçün qabaqca-
dan ciddi hazırlamaq lazımdır. Şagird disputun 
keçirilməsi qaydasını bilməlidir. Disput konkret 
plan əsasında və əvvəlcədən müəyyən olunmuş 
vaxtda keçirilməlidir. 
Şagirdlər disputların müxtəlif mövzularda 
təşkilinə daha çox maraq göstərirlər. Disputda 
müzakirə olunan məsələnin inandırıcı olması şa-
girdlərə verilən sualların məqsəd və məzmunun-
dan çox asılıdır. Sualların düzgün qoyuluşu şa-
girdləri fəallaşdırır, onları həyati fakt və müşahi-
dələrə, atalar sözlərinə müraciət etməyə sövq edir. 
Disputun mövzusu kinofilmlə və ya kitab-
la bağlıdırsa, onun əhəmiyyəti olduqca böyük-
dür. Müşahidələr göstərir ki, bədii və elmi-küt-
ləvi ədəbiyyatlardan istifadə edildikdə disput 
daha canlı və emosional olur. Bədii ədəbiyyat 
şagirdlərin əxlaqi tərbiyə, vərdiş və davranış 
normaları qazanmalarına kömək edir. Onlarda 
əxlaqi anlayışlar, hiss və normalar ayrı-ayrı 
adamların təsirindən daha çox bədii əsərlərin
bədii obrazların təsiri nəticəsində inkişaf edir. 
Disputda kinofilmlərin, sənədli filmlərin 
nümayişi də şagirdlərin mənəvi tərbiyəsinə 
müsbət təsir göstərir. Məsələn, erməni işğalına 
məruz qalmış torpaqlarımız, əsrlər boyu qoru-
nub saxlanılmış memarlıq abidələrinin məhv 
edilməsi, xalqımıza qarşı törədilən amansız vəh-
şiliklər haqqında çəkilmiş sənədli filmlərin nü-
mayişi gənclərdə Vətən torpağını düşmən tapda-
ğından xilas etmək arzusu yaradır, gəncləri hər-
bi xidmətə hazırlamaq, onlara həyatda dözümlü, 
intizamlı, mətanətli və mərd olmaq kimi keyfiy-
yətləri aşılayır. 
Disputda şagirdlərin görkəmli şəxsiyyət-
lərlə görüşlərinin təşkil olunması da təlim-tərbi-
yə işinə əhəmiyyətli təsir göstərir. Buraya, həm-
çinin milli qəhrəmanlar, əmək adamları da dəvət 
olunur. Onların söhbətlərini, həyatda baş vermiş 
maraqlı əhvalatlarını dinlədikcə şagird bir anlıq 
özünü onun yerinə qoyur, iftixar hissi keçirir, 
xəyallarında məşhurlaşır, hamıya nümunə olur. 
Bütün bunları o, həyatda görmək istəyir, qarşısı-
na məqsəd qoyur, kim olmaq, hansı sənəti seç-
mək, kimin yolunu davam etdirmək və s. kimi 
suallar qarşıya çıxır. Bu suallara cavab axtaran 
şagird öz düşündüklərini bölüşdürür, müstəqil 
olaraq fikrini ətrafdakılara çatdırmağa nail olur. 
Disputda yuxarı sinif şagirdləri əxlaqi tə-
səvvürlər, anlayışlar, mühakimələr və əqli nəti-
cələrlə qarşılaşır, onları öz hərəkət və davranış-
larında göstərməyə çalışırlar. Məktəbli, adətən, 
öz hərəkət və davranışından daha çox başqası-
nın hərəkətini, davranışını və s. münasibətləri 
qiymətləndirir. 
Disputlarda gənclərin mənəvi tərbiyəsi ge-
niş yer tutmalıdır. Burada başlıca vəzifə gənc-
lərdə mənəvi əqidəni formalaşdırmaqdır. Bunun 
üçün disputda həyatdan müsbət nümunələr, nə-
sihətlər gətirmək və yaxud onu incəsənət, əxlaq 
mövzusunda keçirmək vacibdir. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin