ġəfəq Müzəffər qızı Məmmədova
180
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
Müasir Azərbaycan gənclərinin həyatında
milli dəyərlər və mənəvi keyfiyyətlər mühüm
əhəmiyyət kəsb edir. Ölkəmizin orta ümumtəh-
sil məktəblərində yuxarı sinif şagirdləri ilə təşkil
edilən Azərbaycan gənclərinin vasitəsilə xalqı-
mızın tarixi keçmişini, milli kökünü, ədəbiyyatı-
nı, mədəniyyətini dərindən öyrətmək üçün on-
larda böyük maraq yaradılmalıdır. Hazırkı şə-
raitdə gənclərin həyatı maraqlı, çoxcəhətlidir,
çünki onu müxtəlif məsələlər –
dövrümüzün
problemləri, bilik və mədəniyyətə yiyələnmək
səyi, yaşamaq və işləmək idealı, habelə digər ar-
zular düşündürür. Məktəb kollektivinin vəzifəsi
şagirdlərə mühakimə yürütmək, mübahisə etmə-
yi öyrətmək, onların dünyagörüşünü formalaş-
dırmaq, əxslaqi-etik baxışlara yiyələnməsinə
kömək etməkdən ibarətdir.
Məlumdur ki, şagirdlər təhsil müddətində
elmlərin əsaslarına yiyələnməklə yanaşı, musi-
qiyə,
mütaliəyə, kinoya, ictimai-faydalı əməyə,
elmi və kütləvi işlərə də maraq göstərirlər.
Uşaqların tərbiyə olunmasında məktəbin müs-
təsna dərəcədə böyük rolu var. Məktəb gəncləri
cəmiyyət üçün faydalı olmaq, xalqa lazım olan
sərvətlərin istehsalında fəal iştirak etmək ruhun-
da tərbiyə etməlidir. Gənclərin dünyagörüşünün
əsasları, əməksevərlik, Vətənin müdafiəsinə ha-
zır olmaq, milli ləyaqət, düzlük, doğruçuluq və
yoldaşlıq, ictimai borca şüurlu münasibət, fəal-
lıq, müstəqillik və digər keyfiyyətlər məktəbdə
formalaşır. Lakin təlimin əsas təşkilat forması
olan dərsin təlim-tərbiyə işində nə qədər böyük
rolu olsa da, bu forma ilə kifayətlənmək olmaz.
Onları maraqlandıran bütün məsələlərlə müəl-
limlər yalnız dərs zamanı məşğul ola bilməz.
Bunun üçün sinifdənxarıc
tədbirlərdən geniş və
düzgün istifadə edilməlidir
Sinifdənxaric iş – məktəbin apardığı tə-
lim-tərbiyə prosesinin zəruri tərkib hissəsidir.
Bu iş dərsdənkənar vaxtda ya pedaqoji kollekti-
vin üzvləri, ya da müxtəlif növ şagird özünüida-
rə təşkilatları, uşaq və gənclər təşkilatının rəh-
bərləri təşkil edib həyata keçirirlər.
Sinifdənxaric tədbirlər geniş və çoxmənalı
bir anlayış olub, tərkibinə, məqsədinə, forması-
na, keçirilmə üslubuna və rəhbərlik qabiliyyəti-
nə görə müxtəlif işləri özündə birləşdirir. Bu
tədbirlər müxtəlif formalarda: fərdi, qrup-kol-
lektiv, kütləvi, klub və cəmiyyət formasında təş-
kil olunur. Son vaxtlar tərbiyə metodları sırasına
debat, interaktiv və s. metodlar daxil olmuşdur.
Bu metodlar içərisində disput xüsusi yer tutur.
Disput latın sözü olub, mühakimə yürüt-
mək, mübahisə etmək deməkdir [4, s.5]. Müba-
hisə sözündə nə qədər müxtəlif mənalar var –
kiçik həyati toqquşmalar,
özünüdərketmə, dün-
yanın yaranması sirri... “Həqiqət mübahisədən
doğur” fikri tarixdə özünü çətinliklə təsdiq edib,
müxtəlif dövrlərdə və müxtəlif mədəniyyətlərdə
müxtəlif cür başa düşülürdü.
Mübahisə – problemin ümumi müzakirəsi,
öz fikirlərini isbat etmək və başqasının fikrini
təkzib etmək prosesində nəzər-nöqtələrinin toq-
quşması deməkdir. Mübahisə bu və ya digər bir
məsələnin şifahi müsabiqəsidir. Burada hər bir
kəs öz fikrini müdafiə edir. İkinci mənada mü-
bahisə dialoqun elə bir formasıdır ki, bu müba-
hisə gələcəkdə hətta iştirakçıların münasibətləri-
nin pozulmasına gətirib çıxarır. Bu, iştirakçılar-
da müzakirə olunan məsələyə daha dərindən
müdaxilə etmək, müzakirəni daha ətraflı apar-
maq arzusu yaradır. Mübahisə aparmaq məharə-
ti bizim hər birimiz üçün böyük məna kəsb edir,
buna görə də mübahisəni ona yaxın olan
“disput”, “diskussiya”, “polemika”
kimi anla-
yışlarla müqayisə etmək məqsədəuyğundur.
Disputdan söhbət edərkən, burada əxlaqi, siyasi,
ədəbi, elmi, professional və başqa problemlərin
kollektiv müzakirəsi nəzərdə tutulur.
Disput – hər hansı bir problemin geniş audi-
toriya qarşısında müzakirəsi, sualların cavabının
düzgün həlli və ya bu həllin yollarının aydınlaşdı-
rılmasıdır. Disput məktəbdə yuxarı sinif şagirdləri
ilə sinifdənkənar aparılan əsas iş formalarından bi-
ri, canlı və fəal fikir mübadiləsi, tərbiyə və mədəni
inkişaf məsələlərinin kollektiv müzakirəsi meto-
dudur. Bu, tədris proqramları çərçivəsindən kənar,
məktəbdən və dərsdənkənar vaxtda keçirilən,
müxtəlif təlim-tərbiyəvi tədbirlərdir.
Disputda iştirakçıların çoxu müstəqil olaraq
tribunadan və yaxud öz yerlərindən çıxış edirlər,
başqalarının çıxışlarına öz fikirlərini əl çalmaq,
replika və etiraz nidaları ilə bildirirlər. Qoyulan
məsələnin müzakirəsi kollektiv şəkildə aparılır,
mübahisələr isə yoldaşlıq xarakteri daşıyır.
Disputlar ən çox tədris kollektivi ilə aparı-
lır. Bu üsul gənc nəsildə təşəbbüskarlıq, müstə-
qillik, təşkilatçılıq
vərdişlərinin, ictimai fəallı-
ğın, milli ləyaqətin, Vətənə məhəbbətin, düzlü-
yün, doğruçuluğun və s. keyfiyyətlərin tərbiyə-
sinə təkan verir.