ġəfəq Müzəffər qızı Məmmədova 182
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 yət hissini, əməyə mənəvi tələbatı inkişaf etdir-
mək, onlarda düzlük, doğruçuluq, vicdan, namus,
kollektivçilik, vətəndaşlıq, namus, təvazökarlıq
kimi xüsusiyyətləri formalaşdırmaq çox vacibdir.
Müasir dövrdə yuxarı sinif şagirdləri ilə
insanın mənəvi keyfiyyətləri və onun müasir hə-
yatda tutduğu mövqe haqqında söhbətlər, dis-
kussiya və disputların keçirilməsinin əhəmiyyəti
olduqca böyükdür. Gənc nəslə öz həyat tərzini,
dünyagörüşünü formalaşdırmaq, onlara həm sa-
vadlı, həm də mədəni olmaqla yanaşı, əvvəlki
nəslin tərbiyəsini müasir baxışlar və hadisələrlə
uyğunlaşdırmaqda kömək etmək lazımdır. XXI
əsrin gəncləri daha səmimi, cəsarətli, sərbəst,
qətiyyətli və romantikdirlər. Bununla belə, onlar
qədim adət-ənənələrimizə hörmətlə yanaşır,
özünü və ətrafdakıları başa düşməyə can atırlar.
Məktəblilərin təlim-tərbiyəsində disput
mühüm yer tutur və özünün məqsədi, məzmunu,
ideya istiqaməti cəhətindən təlim prosesinin da-
vamıdır. Disputlar məktəblə həyat arasında əla-
qə yaradır. Belə bir tədbirin tərbiyəvi əhəmiyyə-
ti ondan ibarətdir ki, o, şagirdlərin şəxsiyyətinin
inkişafına, onların dünyagörüşünün formalaş-
masına, onlarda əxlaqi sifətlərin tərbiyə olunma-
sına, müəyyən biliklər sistemi ilə silahlanması-
na, psixi proseslərin inkişafına və təkmilləşmə-
sinə kömək edir. Disput məktəbin özünün təşkil
edib keçirdiyi dərsdənkənar məşğələ və ya təd-
bir, məktəbin təlim-tərbiyə işinin tərkib hissəsi
olub, gənc nəslin həyata hazırlanmasında, onla-
rın dünyagörüşünün inkişaf etməsində geniş im-
kanlar yaradır.
Yuxarı sinif şagirdləri ilə disputlar müəy-
yən əxlaqi məsələ haqqında rəy mübadiləsi şək-
lində aparılır. Belə mübahisələr şagirdlərin əxla-
qi görüşlərinə və davranışlarına əhəmiyyətli tə-
sir göstərən iş formalarındandır. Disputlar yanlış
əxlaqi təsəvvürlərlə düzgün əxlaqi təsəvvürləri
qarşılaşdırmağa və müxtəlif əxlaqi görüşləri bir-
biri ilə müqayisə ilə onların hansının düzgün ol-
masını müəyyən etməyə imkan verir. Burada
çox müxtəlif rəylər, bəzən hətta bir-birinə zidd
fikirlər ifadə olunur. Lakin bundan ehtiyat et-
mək lazım deyil, hər bir şagirdə imkan verilmə-
lidir ki, müzakirə olunan əxlaqi məsələyə öz
münasibətini bildirsin, yoldaşlarının rəyi ilə ra-
zılaşmadıqda onu inkar edən sübutlar üzərində
düşünsün, həmin rəyin düzgün olmadığını sübut
etməyə, öz fikrini müdafiə etməyə çalışsın. Dis-
put zamanı rəylərin toqquşması onların tədricən
dürüstləşməsinə səbəb olur. Bütün bunlar müza-
kirə olunan əxlaqi məsələ üzərində hər bir şagir-
di dərindən düşünməyə, aydın olmayan məsələ-
ləri aydınlaşdırmağa təhrik edir ki, bu da bir çox
məsələlər üzrə əxlaqi görüş və əqidənin təşəkkül
etməsinə kömək edir.
Disputlar gənclərin dünyagörüşünün for-
malaşmasına kömək etməklə yanaşı, həm də on-
larda prinsipiallıq tərbiyə edir, düzgün mülahizə
yürütməyə, dilin səlisləşməsinə təsir göstərir.
Disputun maraqlı cəhəti budur ki, burada bu və
ya digər məsələ haqqında fikirlər toqquşur, şa-
girdlərə öz dünyagörüşünü aşkar etmək və eləcə
də başqalarının hərəkətlərinə düzgün qiymət
vermək qabiliyyətlərinə malik olmaq imkanı ve-
rilir. Sərbəstlik nəticəsində şagird necə hərəkət
edəcəyini şüurlu surətdə dərk edir və bu ideyanı
həyata keçirmək üçün onda arzu və cəhd oyanır.
Şagird disputda öz təsəvvürlərini bu və ya digər
məsələ ətrafında cəmləşdirir və mövzu ilə əlaqə-
dar təcrübələrini, təşəbbüslərini yaddaşında bər-
pa edir, razılaşmadığı məsələlər haqqında düşü-
nür, öz fikirlərini inandırıcı dəlillərlə sübut et-
məyə çalışır. Bu da müzakirə olunan hər hansı
bir əxlaqi məsələ barəsində şagirdin görüş dairə-
sinin inkişaf etməsinə kömək edir.
Tərbiyə prosesində şəxsiyyətə hərtərəfli
təsir göstərmək lazımdır. Həyatda öz mövqeyini
tutmaq hər bir gəncin arzusudur. Məktəblinin
mənəvi keyfiyyətlərini formalaşdırmaqdan ötrü,
ona əxlaqi-etik biliklər, ideya-siyasi baxışlarla
təsir edərək, onu cəmiyyətdə baş verən hadisələ-
rin səbəbləri haqqında düşünməyə təhrik etmək
lazımdır. Baxışlar, cəmiyyətin inkişaf qanunları-
nın obyektivliyi haqqında təsəvvürlər şagirdlər-
də məktəb illərində formalaşır. Həyatda fəal
mövqe tutmaq üçün hadisələrin dərinliyinə nü-
fuz etmək və onların mahiyyətini dərk etmək la-
zımdır. Məsələyə bu baxımdan yanaşıldıqda
məktəblilərin elmi, əxlaqi-etik, ideya-siyasi bi-
liklərə yiyələnməsi mühüm yer tutur.
M. Mehdizadə “Ümumtəhsil məktəblərin-
də təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi
yolları” kitabında yazır: “Elmi mübahisə mənası
verən disput ümumtəhsil məktəblərində çox za-
man tərbiyə metodu kimi, bu və ya digər əxlaqi
görüşlər haqqında şagirdlərin (yuxarı siniflərdə)
fəallaşdırılmasına kömək edir ki, bu da təlimin
məqsədlərindən biridir” [4, s. 135].