Research papers


Ceyran Abduləzim qızı Orucova



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə202/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   198   199   200   201   202   203   204   205   ...   246
elmi-eserler-2022-2-cap

Ceyran Abduləzim qızı Orucova 
166 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
Tibb təhsilində keys-metodunun istifadə-
sinə nümunə olaraq Harvard Tibb Məktəbində 
(Harvard Medical School) verilən təlimi göstərə 
bilərik. Ənənəvi olaraq, gələcək həkimlərə an-
caq üçüncü kursdan xəstələrlə işləməyə icazə 
verilirdi və ilk iki il onlara yadda saxlamaq (əz-
bərləmək) şərtilə çoxlu materiallar vasitəsi ilə 
yalnız nəzəri təhsil verilirdi. Bu zaman tələbələr 
biologiya, fiziologiya, anatomiya, biokimya və 
digər fənləri öyrənirdilər. 1985-ci ildə məktəbin 
dekanı Daniel Tosteson tələbələrin informasiya 
yükünü azaltmaq və aktiv təlim elementlərini 
proqrama daxil etmək üçün keyslərdən istifadə 
etməyi təklif etdi. 
Tibbi keyslərlə işləmək biznes-keyslərin 
həllindən öz formatına görə fərqlənir. Tələbələr 
hər biri 6–8 nəfər olmaqla kiçik qruplarla işləyir 
və lazımi materialları birbaşa dərsdə alır, onlarla 
əvvəlcədən tanış olmurdular. Keys 5-6 hissədən 
ibarət olur və bir neçə məşğələdə ardıcıl olaraq 
öyrənilir. Bir qayda olaraq, birinci hissədə xəs-
tənin ilkin vəziyyəti və xəstəliyin əlamətləri, 
ikinci hissədə ilkin müayinənin nəticələri, son-
rakı hissələrdə test nəticələrinə, mütəxəssislərin 
diaqnozuna, təyin olunmuş müalicəyə, xəstənin 
bu müalicəyə reaksiyası və müalicənin sonrakı 
gedişatına həsr olunurdu. 
Müzakirə zamanı tələbələrdən hazır həll 
yolları təklif etmələri tələb olunmayır. Məqsəd 
əlavə suallar vermək, fərziyyələr irəli sürmək, 
biliklərdəki boşluqları müəyyən etmək və bunun 
nəticəsində onların bir neçə gün ərzində kitab-
xanada işləməklə mövzu üzrə materialları öz-
özünə öyrənilməsi planını formalaşdırmaqdır. 
Bundan sonra müəllim keysin növbəti hissəsini 
müzakirəyə təqdim edir. Beləliklə, keyslərin tə-
limə daxil edilməsi ilə tələbələr artıq ilk kurslar-
da sırf nəzəri təlim əvəzinə tibbi təcrübə dünya-
sına daxil olurlar. 
Avropa biznes-təhsili ənənəsində isə əv-
vəlcə bir qədər fərqli təlim formatı yaradılmış-
dır. Fransa, İsveçrə, Böyük Britaniya və digər 
Avropa ölkələrində ilk MBA proqramları orta 
hesabla 12 ay davam edirdi (ABŞ-da olduğu ki-
mi iki illik proqramlar əvəzinə) və artıq biznesin 
idarə edilməsində praktik təcrübəsi olan tələbə-
lər üçün nəzərdə tutulmuşdu. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin