Ceyran Abduləzim qızı Orucova 164
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 Həyati vəziyyətlərin birgə təhlili universal
bir tədris üsuludur, buna görə də işlərin həllinin
keys analoqlarına antik dövrlərdə də rast gəlmək
olar. Spartalı gənclər döyüş meydanında yarana
biləcək situasiyaları öz müəllimləri ilə araşdırdı-
lar. Tələbələri ilə “hadisələri” müzakirə etmək
və hərtərəfli araşdırmaq Sokratın sevimli meto-
du idi ki, buna da “Sokrat metodu” deyilir.
Keys metodu hazırkı formasında 1870-ci
illərdə Harvard Hüquq Məktəbində yaranıb və
1920-ci illərdən biznes elmləri təhsilində özünü
təsdiqləyib. İlkin MBA (açıqlaması Master of
Business Admistration olan MBA ana dilimizə
Biznesin İdarə Olunması deyə tərcümə olunur)
proqramlarının müəllimləri iş adamları deyil, elm
adamları idi və onlar belə bir faktla üzləşdilər ki,
tələbələrə biznesi necə idarə etməyi təkcə müha-
zirə və dərsliklərlə öyrətmək mümkün deyil.
Dərsliklərə alternativ olaraq böyük təcrübə-
yə malik sahibkarlar və aparıcı şirkətlərin top-me-
necerləri ilə müsahibələr və onların əsasında kon-
kret iş problemini necə həll etdikləri, habelə on-
ların fəaliyyətinə təsir edən amillər haqqında tərtib
olunmuş ətraflı hesabatlardan istifadə olunmağa
başlanıldı. O vaxtdan bəri biznes situasiyalarının
təhlili biznes məktəblərində gələcək menecerlərin
hazırlanmasında mühüm elementə çevrilmişdir.
Harvard Biznes Məktəbinin professorları kitablar,
tədris təlimatları, araşdırma nümunələri, nəşr və
müəllimlər üçün seminarlar təşkil etməklə, bu me-
todun geniş yayılmasına fəal töhfə vermişlər. İndi
tədris metodu kimi “keys həlli” bütün aparıcı biz-
nes məktəblərində, universitetlərdə və korporasi-
yalarda istifadə olunur.
Keys metodunun fərqli xüsusiyyətləri. Keyslərin həlli bir neçə mərhələdən ibarət olur:
1) təklif olunan işin tədqiqi;
2) çatışmayan məlumatların toplanması və
təhlili;
3) problemin mümkün həlli yollarının mü-
zakirəsi;
4) ən yaxşı həllin işlənib hazırlanması.
Hər addımın sadə olduğu görünür. Əslin-
də, burada keyslə ilk dəfə məşğul olan iştirakçı-
ları çaşdıra biləcək bir neçə “görünməyən çala-
çuxurlar” var.
Birincisi, məsələnin dəqiq həlli yoxdur.
Bir optimal həll ola bilər (real vəziyyətlərin ha-
mısında həyata keçirilə bilməsə də), lakin bir
neçə effektiv həlli həmişə var.
İkincisi, verilənlər bir-biri ilə ziddiyyət
təşkil edə və ya daima dəyişə bilər. Keys real
faktlar üzərində qurulur və real həyati vəziyyəti
təqlid edir. Belə ki, həyatda bu cür problemlərlə
mütəmadi olaraq üzləşirik.
Üçüncüsü, bir qayda olaraq, keyslər məh-
dud zaman çərçivəsində həll edilir. Biznesdə
bütün təfərrüatları anlamaq və tam mənzərəni
görmək nadir hallarda mümkün olur.
Keyslər necə yazılır? Keys özündə iki komponenti birləşdirir:
tədqiqat və təhsil, buna görə də onun yaradılma-
sı prosesi, eyni zamanda, bir biznes məsləhətçisi
və müəllimin işini əhatə edir.
Bir qayda olaraq, hər bir keys yazılışı
müəyyən bir şirkətdə baş vermiş bir vəziyyətlə
əlaqələndirilir. Lazım gələrsə, bizneslə bağlı si-
tuasiya süni şəkildə kəskinləşdirilir və oraya
müzakirələrə səbəb olacaq problemlər əlavə
olunur. Keysin reallığa daha yaxın olması üçün
o, şirkət nümayəndələri ilə sıx əməkdaşlıq şərai-
tində hazırlanır: işin müəllifləri problemi top-
menecerlərlə müzakirə edir, müəssisə işçiləri ilə
müsahibələr aparır və müxtəlif şöbələrdən mə-
lumat toplayırlar. Nəhayət, keysin məzmunu,
açıq mənbələrdən alınan şirkət hesabatları, ba-
zar araşdırmaları, investorlar üçün statistika
haqqındakı məlumatlar ilə tamamlanır.
Keysin məqsədi xüsusi bacarıqların öyrə-
dilməsi və sınaqdan keçirilməsi olduğundan, o,
iştirakçıların əldə etməli olduğu bilik və praktiki
bacarıqlar kompleksini ehtiva etməli, həmçinin
özünün çətinlik səviyyəsini və əlavə tələblərini
də müəyyənləşdirməlidir.
Yüksək keyfiyyətli Keys beş əsas aspekti özündə birləşdirməlidir: 1. Vizual tərtibat və izahat formasının kö-
məyi ilə şirkətin dəyərləri və mədəni xüsusiy-
yətləri haqqında ətraflı məlumat;
2. Keysdə şirkət üçün əhəmiyyətli və bir-
qiymətli həlli olmayan maraqlı biznes-situasiya
təsvir olunmalıdır;
3. Problem həllinin şirkət üçün aktuallığı:
əsas olaraq yaxın zamanda baş vermiş və indi
həll tələb edən real situasiyaya götürülür;
4. Problemlə əlaqədar olan ilkin və statis-
tik verilənlərin yetərli olması;
5. Keys yazılışında şirkətin top-menece-
rinin iştirakı.