Research papers


Müasir pedaqoji texnologiyalar (Keys-texnologiyası)



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə198/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   194   195   196   197   198   199   200   201   ...   246
elmi-eserler-2022-2-cap

Müasir pedaqoji texnologiyalar (Keys-texnologiyası) 
163 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
these methods in creating an ever-changing atmosphere during the lessons and in conducting exercises in 
order to protect the health of students. 
Key words:
case technology, traditional education, modern technology, training, quality, information 
and communication technologies, new standards 
 
Dövlət təhsil standartları ümumi təhsil 
qarşısında əsas məsələ kimi şagird şəxsiyyətinin 
inkişafını qoyur. Müasir təhsil nəticəsi bilik, ba-
carıq və vərdişlər şəklində olan ənənəvi təhsili 
inkar edir, real fəaliyyət növləri formalaşdırma-
ğı tələb edir. 
Qarşıya qoyulmuş məsələ, öz növbəsində, 
müəllimlərdən yeni standartları həyata keçirər-
kən ona uyğun olan fəaliyyət sistemindən istifa-
də edilməsini tələb edir. Bu zaman təlim texno-
logiyaları da dəyişir və informasiya-kommuni-
kasiya texnologiyalarının (İKT) tətbiqi hər bir 
fənn üzrə təlim çərçivəsini genişləndirmək üçün 
yeni imkanlar yaradır. 
Yeni şəraitdə klassik təhsil modelini həya-
ta keçirən ənənəvi məktəbin az məhsuldar olma-
sı aşkar edilmişdir. Müəllimin qarşısında bilik, 
bacarıq və vərdişləri toplamağa yönəlmiş ənənə-
vi təlimi şagird şəxsiyyətini inkişaf etdirməyə 
yönəlmiş təlim prosesinə çevirmək problemi ya-
ranmışdır. Təlim prosesi zamanı yeni texnologi-
yalardan istifadə etməklə ənənəvi dərs forma-
sından uzaqlaşmaq, təhsil prosesində yeknəsəq-
liyi və monotonluğu (yoruculuğu) aradan qaldır-
mağa, təlim alanların fəaliyyət formasını dəyiş-
mək üçün şərait yaratmağa və şagirdlərin sağ-
lamlığını qorumaq lazım olan prinsipləri həyata 
keçirməyə imkan verir. Texnologiya vasitələri-
nin seçilməsində fənnin məzmunu, dərsin məq-
sədi, təlimalanların hazırlıq səviyyəsi və yaş xü-
susiyyətləri nəzərə alınmalıdır. Əksər halda pe-
daqoji texnologiyalar aşağıdakı üç istiqamətdə 
qruplaşdırılır: 
• 
Üsulların məcmusu
– pedaqoji biliklər 
sahəsi, fəaliyyət prosesinin xüsusiyyətlərini əks 
etdirən xarakteristikalar, onların qarşılıqlı təsir 
xüsusiyyətləri, təlim-tərbiyə prosesinin lazımı 
effektivliyini təmin etmək üçün idarəetmə; 
• 
Sosial təcrübənin ötürülməsi üçün for-
ma, metod, priyom və vasitələrin məcmusu,
həmçinin bu prosesin texniki təchizatı; 
• 
Təlim-dərketmə prosesi
və ya müəyyən 
fəaliyyətin, əməliyyatın ardıcıllığı ilə bağlı və qar-
şıya qoyulmuş məqsədə çatmaq istiqamətində 
müəllimin konkret fəaliyyət üsullarının məcmusu. 
Təhsildə müasir tələblərin təmin olunması 
üçün bir çox aktual, yeni texnologiyalar vardır 
ki, bunlardan biri də 
Keys texnologiyasıdır. 
Keys və keys metodu nədir?
Keys (ingiliscə 
case
) hər hansı bir sahədə 
konkret vəziyyətin və ya hadisənin təsviridir: 
sosial, iqtisadi, tibbi və s.. Bir qayda olaraq, 
keys sadəcə təsvirdən ibarət deyil, həm də 
müəyyən problemi və ya ziddiyyəti ehtiva edir 
və real faktlara əsaslanır. 
Beləliklə, bir keysi həll etmək, təklif olu-
nan vəziyyəti təhlil edərək optimal həll yolunu 
tapmaq deməkdir. Həkim hər dəfə xəstəyə diaq-
noz qoyub müalicə təyin edərkən, əslində bir 
keys həll edir. Hüquq məsləhətçisi də keysi həll 
edərkən, işin incəliklərini öyrənir və müştəriyə 
ən uyğun çıxış yolunu təklif edir. Menecer biz-
nes prosesinin bütün mərhələlərində keysləri 
həll edir: hansı məhsulu istehsal etməli, harada 
satmalı, alıcıları necə cəlb etməli, hansı təchi-
zatçı və tərəfdaşları seçməli. 
Nisbətən yaxınlarda təhsildə keys texnolo-
giyasından aktiv istifadəyə başlanılıb və indi bu 
yanaşma ən effektiv tədris texnologiyalarından 
birinə çevrilib. Keys təlim metodunun ənənəvi 
tədris metodlarından hansı üstünlükləri var? Ən 
vacib üçünü göstərək: 
• 
Praktik yönümlü olması
. Keys metodu 
nəzəri bilikləri praktiki məsələlərin həllində tət-
biq etməyə imkan verir. Bu yanaşma biznes və 
proseslər haqqında sırf akademik təhsili kompen-
sasiya edərək, təlimalanları universitetdə mühazi-
rə oxumaqdan və ya dar bir iş sahəsində təcrübə 
keçməkdən daha geniş bilgilərlə təmin edir. 
• 
İnteraktiv formatda olması
. Keys meto-
du təhsilalanların yüksək emosional və fəal işti-
rakı hesabına materialın daha effektiv mənimsə-
nilməsini təmin edir. İştirakçılar bütün varlıqları 
ilə mövzuya qərq olurlar: işin əsas bir qəhrəma-
nı var, komanda özünü onun yerinə qoyur və 
onun adından problemi həll edir. Bu zaman təd-
risdə əsas diqqət hazır biliyin mənimsənilməsi-
nə deyil, onun əldə olunmasına yönəldilir. 
• 
Xüsusi bacarıqların aşılanması
. Keys me-
todu universitetdə tədris olunmayan, lakin real iş 
prosesində son dərəcə zəruri olan yumşaq bacarıq-
ları (soft skills) təkmilləşdirməyə imkan verir. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin