Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə205/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   201   202   203   204   205   206   207   208   ...   246
elmi-eserler-2022-2-cap

Ключевые слова:
преемственность, дошкольное учреждение, начальная школа, отношения 
воспитателя и учителя 
 
Summary
. The article tells about the observance of continuity between a preschool educational 
institution and a school. The concept of succession is interpreted as a continuous process of upbringing and 
education of the child, which has a general and specific goal for each age. The essence of this connection 
between different stages of development is the preservation of all or some signs of the transition to a new 
situation. It is no coincidence that the need for continuity today and the integrity of the educational 


Xalidə AğadadaĢ qızı Talıbova
168 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
environment are among the priority areas for the development of education. The most important problem 
facing the educational process in preschool institutions and primary school is the problem of continuity and 
perspective between these two levels of education. 
Keywords:
continuity, preschool institution, elementary school, teacher-teacher relationship 
 
Varislik cəmiyyətin bəşəri qanunudur. Hər 
bir nəsil əvvəlki nəslin – ata-analarının, ulu baba-
larının, həmçinin ictimai quruluşun yaxşı cəhət-
lərini qorumağa çalışır, adət və ənənələrə istinad 
edir, ona yeni xarakter verir və inkişaf etdirir. 
“Varislik didaktikanın prinsiplərindən biri 
olub, bilik, bacarıq və vərdişlərin müəyyən qay-
da ilə formalaşmasını tələb edir. Bu zaman təd-
ris materialının hər bir elementi o biriləri ilə 
məntiqi əlaqələndirilir, sonrakılar əvvəlkilərə is-
tinad edir və yeninin mənimsənilməsini hazırla-
yır” [4, s. 201]. 
Varislik anlayışı uşağın hər bir yaş dövrü 
üçün ümumi və özünəməxsus məqsədi olan tər-
biyə və təhsilinin fasiləsiz prosesi kimi şərh olu-
nur. İnkişafın müxtəlif mərhələləri arasındakı bu 
əlaqənin mahiyyəti yeni vəziyyətə keçəndə bü-
tün və ya ayrı-ayrı səciyyəvi cəhətin qorunma-
sından ibarətdir. Təsadüfi deyildir ki, hazırkı 
dövrdə varisliyin gözlənilməsinin zəruriliyi və 
təhsilləndirici mühitin bütövlüyü təhsilin inkişa-
fının prioritet sahələrindən birinə aiddir. 
Məktəbəqədər müəssisələrdə və ibtidai 
məktəbdə təhsil prosesinin qarşılaşdığı ən mü-
hüm problem təhsilin bu iki pilləsi arasında va-
rislik və perspektivlik problemidir. Təhsil fasilə-
siz bir prosesdir. Onun başlanğıcı ilə sonrakı 
pillələri arasında zəruri asılılıq mövcuddur. 
Məktəb uşaq bağçası dövründə görülən işlərə 
əsaslanır, öz işini onun üzərində qurursa, uşaq-
ların inkişafını təbii yolla aparırsa, uşaq bağçası 
kollektivi məktəb təlimi dövründə tələb olunan 
səviyyəni öyrənir, məzunlarını həmin yükün al-
tına girməyə hazırlayır. 
Müasir dövrdə məktəbəqədər təhsilin 
məzmununda baş verən yeniliklər problemin 
həllinə daha ciddi yanaşılmasını tələb edir. 
Məktəbəqədər tərbiyə müəssisələrinin məktəbə 
hazırlıq qrupuna savad təliminin gətirilməsi 
problemə tamamilə yeni yanaşma sistemi irəli 
sürür. Bu, artıq məktəbəqədər pillənin həqiqətən 
təhsilin ilk mərhələsi olduğunu təsdiq edir. İndi 
varislik məktəbəqədər mərhələdə formalaşmış 
ilkin oxu və yazı texnikası vərdişləri əsasında 
uşaqları sərbəst oxu, yazı, dil qaydalarını mə-
nimsəməyə, yaradıcı nitq inkişafı üzrə işə hazır-
lamaq vəzifələrini irəli sürür. 
Məktəbə daxil olmaq uşağın həyatında 
əhəmiyyətli hadisədir. Bu dövr aparıcı fəaliyyə-
tin əvəz olunması, yeni rolunun - şagird rolunun 
meydana çıxması dövrüdür. 
Uşaq bağçası ilə məktəbin işində əlaqə və 
ardıcıllıq dedikdə, biz nəyi nəzərdə tuturuq? 
1. Uşaq bağçası uşağı məktəbin irəli sür-
düyü tələblərə (məktəbə) hazırlamalıdır. 
2. Məktəb uşaqların uşaq bağçasında əldə 
etdikləri bilik, bacarıq və vərdişlərə əsaslanmaq-
la şagirdlərin sonrakı hərtərəfli inkişafı üçün on-
dan istifadə etməlidir. 
3. Ardıcıllıq yalnız təlim-tərbiyənin məz-
munu üzrə deyil, həm də metodları, priyomları, 
təsnifat formaları üzrə həyata keçirilməlidir. 
4. Əlaqə və ardıcıllıq məktəbə keçid şərai-
tini yaratmalı və bu zaman əvvəllər mənimsənil-
miş vərdişlər yeni vərdişlərin inkişafına təsir 
göstərməlidir. 
Məktəbəqədər mərhələdə tərbiyəçilər əv-
vəlki qruplarda uşaqların nələrə yiyələndikləri-
ni, nələri bildiklərini, bacarıqlarını nəzərə alma-
lı, məktəbdə isə müəllim daha mürəkkəb vəzifə-
ni yerinə yetirməlidir. Müəllim bağçadan və 
ailədən gələn uşaqların səviyyələrini müəyyən-
ləşdirməklə vəzifəsini bitmiş hesab edə bilməz. 
Birbaşa ailədən gələn uşaqların içərisində tək-
tək də olsa, bağçadan gələnlər səviyyəsində, 
hətta onlardan daha hazırlıqlı uşaqlara rast gəl-
mək mümkündür. Bu, bir yana, sosial şərait də 
uşaqların inkişafına güclü təsir göstərir. Müşahi-
dələr göstərir ki, şəhərdə, rayon mərkəzində, 
kənddə, maddi bazası möhkəm, müəllimləri ha-
zırlıqlı məktəblərlə belə imkanlardan məhrum 
məktəblərdə təhsilalanlar arasında, tərkibi az-
saylı xalqların nümayəndələrindən ibarət olan 
məktəblərdə işin xarakteri başqadır. Ona görə 
uzaq kəndlərdə, azsaylı xalqların kompakt 
yaşadıqları yerlərdə məktəbəqədər müəssisələrlə 
məktəb arasında varisliyin yaradılması ciddi şə-
kildə düşünməyi və gərgin əmək sərf olunması-
nı tələb edir. 
L.Ş. Əmrahlı “Məktəbə psixoloji hazırlı-
ğın əsasları” adlı kitabında “Məktəbəqədər və 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin