Research papers


Məktəbəqədər təhsil müəssisəsi ilə məktəb arasında varisliyin gözlənilməsi



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə206/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   202   203   204   205   206   207   208   209   ...   246
elmi-eserler-2022-2-cap

Məktəbəqədər təhsil müəssisəsi ilə məktəb arasında varisliyin gözlənilməsi
169 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
məktəb təlimində varislik” bölməsində varisliyi 
zəruri edən amillər sırasında aşağıdakıları məs-
ləhət görür: 
“1) məktəbəqədər və məktəb proqramları-
nın uyğunlaşdırılması; 2) təfəkkürlə əlaqədar 
mülahizələri mikroskopik və makroskopik as-
pektlərin öyrənilməsi (sözün və anlayışın ma-
hiyyəti; müvafiq əməliyyatların funksiyalaşma-
sı); 3) uşağın həyatının istiqamətlənməsi; 4) 5 
yaşın sonunda uşaq şəxsiyyətinin bir sıra sahələ-
rində tamamlanma başa çatmamış olur”. 
Müəllif bundan çıxış yolunu aşağıdakıları 
diqqət mərkəzində saxlamaqla varisliyi təmin 
etməkdə görür: 
“– uşağın təlim situasiyasına alışdırılması; 
– təlim tapşırıqlarını anlamaya, dərketmə-
yə və planlaşdırmaya hazırlıq; 
– onun həll qaydaları üzərində mərkəzləş-
mə, vərdiş və bacarıqlardan səmərəli istifadə
– fəaliyyət məhsulunun obyektiv qiymət-
ləndirilməsi, müqayisəsi və təhlili; 
– təlim vərdişlərindən müxtəlif situasiya-
larda məqsədyönlü şəkildə istifadə etməklə ya-
radıcı təxəyyülün inkişafına maraq göstərmək; 
– məktəb həyatı ilə bağlı olan məsələlər 
arasında əlaqə qurmaq; 
– koqnitiv fəaliyyətin formalaşması, təlim 
motivlərinin yaranması” [2, s. 226-227]. 
Məktəbəqədər və ibtidai təhsil arasında 
varisliyə təhsilin hər bir komponenti (məqsəd, 
vəzifə, məzmun, metodlar, vasitələr, təşkilat 
forması) kimi baxılmalıdır. Bu, uşağın səmərəli 
inkişafını, onun müvəffəqiyyətlə tərbiyəsini və 
təhsilini təmin edir. 
Məktəbəqədər müəssisələrlə məktəb ara-
sında varisliyin təmin olunması üçün müxtəlif 
əlaqə formalarından (müəllim və tərbiyəçilərin 
bir-birinin məşğələlərində iştirakı; uşaq bağçası 
uşaqlarının məktəbə, birincilərin bağçaya eks-
kursiyaları; bağçada və məktəbdə birgə tədbirlə-
rin keçirilməsi; pedaqoqların birgə sərgisi; şa-
girdlərin bağçada uşaqların buraxılışında, bağça 
uşaqlarının I sinifdə son zəngdə iştirakı və s.) is-
tifadə olunmalıdır. 
Bu əlaqə formalarını ümumiləşdirərək üç 
aspektdə birləşdirmək mümkündür: 
1. Məlumati – maarifləndirici aspekt: bu-
rada tərbiyəçi və müəllimlərin təlim-tərbiyə işi-
nin vəzifələri ilə qarşılıqlı tanış olmaları nəzərdə 
tutulur. Onlar birgə pedaqoji şuralarda, seminar-
larda, proqramlar arasındakı yaxınlığın müzaki-
rəsi üzrə praktikumlarda iştirak edirlər. 
2. Metodik aspekt: tədris-tərbiyə işinin hə-
yata keçirilməsinin forma və metodları ilə birgə 
tanışlıq (bağçada məşğələlərdə, məktəbdə dərs-
lərdə birlikdə müşahidə aparıb, müzakirə etmək). 
3. Praktik aspekt: bir tərəfdən müəllimlə-
rin uşaq bağçalarında özünün gələcək şagirdləri 
ilə əvvəlcədən tanış olmaları, digər tərəfdən tər-
biyəçilərin özlərinin yetirmələrinin fəaliyyətini 
məktəbdə təlim prosesində izləmələri. 
“Adətən, I sinif müəllimlərinin əksəriyyəti 
məktəbə yenicə qələm qoymuş uşaqlarla işə sı-
fırdan başlayır. Uşaqları heç bilməyən subyekt 
kimi qəbul etmək onların fəaliyyətində mühüm 
yer tutur. Belə müəllimlər uşaqlara fərdi yana-
şır, onların məktəbəqədər müəssisələrdə, ailədə 
nələri öyrəndikləri, nə kimi bilik, bacarıq və 
vərdişlərə yiyələndikləri ilə tanış olmurlar. Nəti-
cədə bir çox uşaqlar üçün təlim maraqsız, cansı-
xıcı, ağır bir yük hesab olunur” [3, s. 27]. 
Müəllimlərin bir çoxu unudur ki, məktə-
bəqədər təhsil mərhələsini keçmiş uşaqların bö-
yük əksəriyyəti məktəbə tam hazırlıqlı gəlir. 
Məktəbəqədər təhsil proqramı əsasında onlar 
nitq səslərini düzgün tələffüz etməyi, fikrini ra-
bitəli ifadə etməyi, eşitdiyi hekayənin, nağılın 
məzmununu düzgün nəql etməyi, dialoqda işti-
rak etməyi, soruşmağı, suallara cavab verməyi, 
böyük hərflərin çap şəklini yazmağı, 10 dairə-
sində hesablamağı və s. bacarırlar. Bəzən ailə-
lərdən də belə hazırlıqlı uşaqlar gəlirlər. Bütün 
bunlar ailələrdə belə bir qənaətə gəlməyə imkan 
verir ki, I sinif müəllimi uşaqları öyrənmədən, 
nəyə qabil olduqlarını bilmədən, onların fərdi 
xüsusiyyətlərini nəzərə almadan təlimdə müvəf-
fəqiyyət qazanmazlar. 
Məşğələlərdə təlim altıyaşlıların məktəbə 
hazırlanmaları üçün mühüm əhəmiyyəti olan 
təhsil işinin başlıca formasıdır. Təlim prosesin-
də tərbiyəçinin qarşısında yalnız uşaqlarda ətraf 
varlığın ayrı-ayrı hadisələri haqqında konkret 
təsəvvürlər yaratmaq deyil, həm də onları həmin 
hadisələr arasındakı sadə əlaqələr və asılılıqlarla 
tanış etmək, onların idrak qabiliyyətini mənim-
sənilmiş biliklərdən sadə əqli məsələlərdən 
müstəqil istifadə etmək bacarığını inkişaf etdir-
mək vəzifəsi durur. 
Hazırlıq siniflərində məşğələlərdə uşaqlar 
tədris fəaliyyətinin ən sadə vərdişlərə: diqqətlə 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin