Mənzilə Ağarəhim qızı Rəhimova 188
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 Daha başqa sinifdənxaric tədbirlər var ki,
onlar məktəblilərin maraq və meylinə, istedad
və qabiliyyətlərinə, bacarıqlarına uyğun olaraq
təşkil edilir və onlar daha çox tərbiyələndirici,
təhsilləndirici və təşkiledici, istiqamətverici sə-
ciyyə daşıyan, şagirdlərin elmi, bədii və mədəni
dünyagörüşünü xeyli inkişaf etdirən sinifdənxa-
ric tədbirlərdir.
Belə sinifdənxaric tədbirlərdə şagirdlər
boş və ya asudə vaxt dediyimiz və boş vaxtla-
rında müxtəlif dərnək və klublara yazılır, boş
vaxtlarında müstəqil və sərbəst fəaliyyət göstər-
mələri üçün daha könüllü olaraq yazıldıqları
marağa və meylə görə yaradılmış xüsusi dərnək
və xüsusi klublarda fəallıqla iştirak edirlər, fa-
kültativ məşğələlərdə, muzey işlərində, idman
bölmələri və yarışlarda, incəsənətin çox müxtə-
lif növlərinə, tiplərinə dair klublarda, peşələrə
dair məşğələlərdə və digər maraq sahələrində
daha çox fəallıqla iştirak edirlər (6, s. 45).
Kollektivlə birgə keçirilən sinifdənxaric
işlərdə daha maraqlı məqamlar yaşanır. Vaxt
məhdudiyyəti olmadığı üçün şagirdlər bir-biri
ilə daha sıx ünsiyyətdə olaraq bir-birini daha
yaxşı tanıyır, ümumi işi birgə görürlər, bir-biri-
nə daim yardımçı olur və onların bu əməkdaş-
lıqları nəticəsində təhsildə və tərbiyə işlərində
böyük uğurlar qazanılır.
Fənn dərnəklərində müxtəlif didaktik
mövzularla əlaqədar olaraq müəllimlər ekskursi-
yalar təşkil edə bilir, şagirdlərlə birgə tarixi mu-
zeylərə gedir, böyük şəxsiyyətlərin müxtəlif ev
muzeylərində olur, Şəhidlər xiyabanını, tarixi
abidələri, tarixi yerləri ziyarət edir, maraqlı ge-
cələr təşkil edir, birgə kollektiv tamaşalara ba-
xışlar keçirilər.
Məktəblilərin sinifdənxaric və məktəbdən-
kənar işlər zamanı hazırladıqları, düzəltdikləri
əyani vəsaitlərdən, müxtəlif məqsədli cihazlardan
müəllimlər dərs prosesində geniş istifadə edirlər.
Şagirdlərin dərs prosesində aldıqları bilik-
lər sinifdənxaric məşğələlər zamanı möhkəm-
ləndirilir və genişliklə tətbiq edilir.
“Bacarıqlı, istedadlı əllər” dediyimiz və
belə ad altında sinifdənxaric dərnəklərdə şagird-
lər, əsasən – qızlar tikmələr tikir, dərzilik edir,
evdarlıq, kulinariya kimi vərdişlərə yiyələnirlər
ki, bunlar da onların gələcəkdə istər səriştəli hə-
yat yoldaşı, istərsə də qayğıkeş ana kimi həmişə
gərəyi olacaqdır.
Bu cür dərnək və ya klublar həmişə peşə-
yönlü olub, sinifdənxaric məşğələlər zamanı da-
ha çox həyata keçirilir, uşaqlara da müxtəlif tə-
mayüllü peşələr, sənətlər barəsində dəyərli ma-
raqlı məlumatlar verilir, davamlı olaraq peşə,
sənət sahibləri ilə mütəmadi olaraq görüşlər təş-
kil edilir, müxtəlif əmək sahələrinə dair mütə-
madi ekskursiyalar da təşkil edilir.
Dərs və sinifdənxaric işlərin qarşılıqlı əla-
qəsinin ən bariz nümunəsi kimi respublikamızın
məktəblərində müxtəlif fənlər üzrə olan olim-
piadaların fəallıqla və həvəslə keçirilməsi artıq
bir adət və ənənə şəklini almışdır. Bu olimpia-
dalarda da məktəblilər böyük həvəslə iştirak
edir və öz bilik, bacarıq və qabiliyyətlərini fəal-
lıqla nümayiş etdirirlər.
Sinifdənxaric və məktəbdənkənar tədbirlər
bir-birilə daim sıx üzvi şəkildə əlaqədar olmaq-
la, xüsusilə şagirdlərin müstəqil, yaradıcı fəaliy-
yətlərini, maraq və meylini birgə nizamlayır və
müntəzəm olaraq tənzimləyir.