Research papers


Sinifdənxaric və məktəbdənkənar tərbiyə iĢlərinin mahiyyəti, məqsədi və vəzifələri, onların səciyyəvi xüsusiyyətləri



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə224/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   220   221   222   223   224   225   226   227   ...   246
elmi-eserler-2022-2-cap

Sinifdənxaric və məktəbdənkənar tərbiyə iĢlərinin mahiyyəti, məqsədi və vəzifələri, onların səciyyəvi xüsusiyyətləri 
187 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
– təhsil alanları sinifdənxaric işlər prose-
sində daha çox praktik fəaliyyətə, əməli işlərə 
istiqamətləndirmək; 
– təhsil alanları daim özünü inkişafa və 
özünü təkmilləşdirməyə, həyatda fəal mövqe 
tutmağa istiqamətləndirmək. 
Bu istiqamətdə aparılan işlər şagirdlərdə 
elmə, biliyə həvəs, zehni fəaliyyətə stimul və 
böyük həvəs yaratmış olur. (4) 
Sinifdənxaric və məktəbdənkənar tədbirlə-
rin bir sıra iş formalarının – söhbət, müzakirə, 
oyunlar, görüşlər, gecələr, ekskursiyalar, gəzinti-
lər, kollektiv tamaşalara, kinolara baxışlar və 
başqa tədbirlərin həyata keçirilməsi vaxtı, şagird-
lərin fərdi-psixoloji xüsusiyyətləri mütləq nəzərə 
alınmaqla, onların tərbiyəlilik səviyyəsinin inki-
şafına diqqət yetirilməli və bunun hər zaman da-
vamlı olaraq yüksəldilməsinə səy edilməlidir. 
Deyə bilərik ki, təhsil alanlar daha çox el-
mə, biliyə meylli və həvəskar olmağı xoşlayırlar. 
Bunu da deyək ki, keçirilən hər bir tədbir 
elə qurulmalıdır ki, onlar şagirdlərin yaradıcılıq 
qabiliyyətlərini çox artırsın, onlarda çalışmağa, 
oxumağa, öyrənməyə, işləməyə məhəbbət, mo-
tivasiya, böyük həvəs və stimul yaransın. 
Sinifdənxaric və məktəbdənkənar tədbirlər 
şagirdlərin düşünmə qabiliyyətini, idrak müstə-
qilliyini yaradıcılıq istedad və qabiliyyətini 
daim və hər zaman xeyli dərəcədə artırmalıdır. 
Məktəblərimzidən bu gün elə insanlar ye-
tişdirmək lazımdır ki, o, hərtərəfli inkişaf etsin, 
yəni həm mənəvi və əxlaqi cəhətdən tam zəngin 
olsun, tamamilə əxlaqca saf və kamil olaraq fi-
ziki cəhətdən cəsur, çevik və xüsusi kamilliyə 
çatmış olsun. 
Adı hörmətlə çəkilən Dövlət Təhsil Strate-
giyasının, demək olar ki, bütün beş istiqamətli 
yönlərində səriştəyə əsaslanan bir hazırlıqlı 
müəllim obrazı, onun rəhbərlik və idarəçilik 
keyfiyyətlərinin təhsilin məzmununun, forma və 
metodlarının, sinifdənxaric, dərsdənkənar işlərin 
yeniləşdirilməsi, müəllimlərin peşə hazırlığı sis-
teminin daim, mütəmadi olaraq daha da təkmil-
ləşdirilməsi və s. bu kimi məsələlərin həmişə 
diqqət mərkəzində saxlanmasını tələb olunur. 
Sinifdənxaric tədbirlərin xeyli uğurlu nəti-
cəsi olaraq istedadlı, bacarıqlı müəllim kadrları-
nın hazırlığından da əlbəttə, çox asılıdır ki, bu 
sahədə Azərbaycan Dövlət Pedaqoji Universite-
tinin 100 illik xidmətləri və böyük əməyi vardır. 
Fərəhli haldır ki, Azərbaycan Respublika-
sının Prezidenti, möhtərəm cənab İlham Əliyev 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 
100 illik yubileyinin keçirilməsi haqqında xüsu-
si olaraq sərəncam da imzalamış və Universite-
tin pedaqoji kadrlar hazırlığındakı mühüm xid-
mətlərini təqdir etmiş və universiteti elm məbə-
di adlandırmışdır. 
Müəllimlik sənəti şərəfli, çox dəyərli ol-
maqla, həm də bir çox sənət və peşələrin komp-
leks elementlərini də özündə birləşdirir. Bu məna-
da müəllimlik inteqrativ bir peşə sayılır (7, s. 101). 
Demək, müəllimlik dedikdə, onun qnostik 
və öyrədici, kommunikasiya, konstruksiya, per-
septivlik və digər yüksək təşkilatçılıq, tədqiqat-
çılıq qabiliyyətlərinə həmişə malik olması əsas 
şərtdir. 
Müəllim həm bilik verir, həm tərbiyə edir, 
həm istiqamət verir, yol göstərir, o, istedadlı təş-
kilatçı və mahir peşəkar idarəedən olmalıdır. 
Demək olar ki, pedaqoq peşəsi, ilk növbə-
də, onun yaxşı tərbiyəedicilik işini də, sinifdən-
xaric və məktəbdənkənar adlandırdığımız da-
vamlı məşğələlərin təşkilini də, idarəedicilik, is-
tiqamətvericilik qabiliyyətlərini də tələb edir. 
Pedaqoq sənəti daim bunu da tələb edir ki, 
onun həmişə aydın, gözəl və səlis nitqi, danışığı 
olsun, gözəl natiqlik qabiliyyətinə sahib olsun. 
Demək olar ki, natiqlik peşəsi bu peşədə 
də özünü xüsusilə parlaq şəkildə göstərməlidir. 
Yaxud da müəllimlik peşəsi idarəçilik də, 
təşkilatçılıq da tələb edir ki, bu da o deməkdir 
ki, səriştəli, peşəkar müəllim idarəçilik qabiliy-
yətlərinə də mükəmməl yiyələnməlidir. 
Bu barədə ölkəmizin müvafiq Təhsil Qa-
nununda qarşımıza mühüm və möhtəşəm vəzi-
fələr olaraq xüsusi tələblər qoyulmuşdur. 
Sinifdənxaric işlərdə təhsil alanlar daha 
rahat və sərbəst olurlar, onların vaxt məhdudiy-
yəti də nisbi olur, keçirilən məşğələlər bir qədər 
daha əyləncəli olur, oyun elementlərindən, xü-
susilə söhbət və dialoqlardan geniş istifadə edi-
lir, fənnə dair çox maraqlı söhbətlər edilir, əlavə 
olaraq ədəbiyyatlardan, mənbələrdən tam geniş-
liklə istifadə edilir. 
Belə sinifdənxaric məşğələlərdə məktəbli-
lər də dərslərdə çıxışlar etmək üçün müxtəlif 
məruzələr və hesabatlar hazırlayırlar, mövzu ilə 
əlaqədar olaraq əlavə kitablar və kitabçalardan, 
məlumat kitablarından bacarıqla və səmərəli is-
tifadə etməyi öyrənirlər. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin