Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə223/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   219   220   221   222   223   224   225   226   ...   246
elmi-eserler-2022-2-cap

Açar sözlər:
 tədris, təlim, şagird, mənəvi 
 
Резюме.
Внеклассные и внешкольные мероприятия непосредственно направлены на совер-
шенствование работы нравственного воспитания, что требует дальнейшего развития нашего образо-
вания, быстрого применения наук, полученных учащимися в школе, и большей практической работы. 
В педагогической литературе часто встречаются понятия внеурочной, внеклассной и внешкольной 
деятельности. Иногда они воспринимаются как одно и то же понятие. Однако можно также пояснить, 
что между этими понятиями есть как сходства, так и различия – смысл и сущность, понятие имеет 
свои особенности, о которых можно говорить очень много. 
Ключевые слова
: преподавание, обучение, ученик, нравственный 
Summary.
Extracurricular and out-of-school activities are directly aimed at improving the work of 
moral education, which requires the further development of our education, the rapid application of the 
sciences acquired by students in school and more practical work. is. In the pedagogical literature, the 
concepts of extracurricular activities, extracurricular activities and extracurricular activities are often 
encountered. Sometimes they are perceived as one and the same, they are perceived as the same concept. 
However, we can also explain that between these concepts there are both similarities and differences – 
meaning and essence, the concept has its own characteristics, which can be talked about a lot. 
Key words:
 teaching, training, student, spiritual 


Mənzilə Ağarəhim qızı Rəhimova 
186 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
Müasir şəraitdə sinifdənxaric tədbirlərin 
təkmilləşdirilməsi istiqamətlərinin məzmununu, 
yeni forma və üsullarla müəyyənləşdirmək üçün 
əməyə hazırlıq, əqli, əxlaqi, fiziki, estetik, iqtisa-
di və ekoloji tərbiyə, habelə insan hüquqlarına 
hörmət əsasında hər bir məktəbli ilə bir neçə yö-
nümdə iş aparılmalıdır. İlkin olaraq, şagirdləri 
tərbiyələndirici vasitələrin, bilavasitə dərsdə və 
dərsdənkənar vaxtlarda onların əməli fəaliyyətini 
vahid sistemdə birləşdirməyin daha təsirli yolla-
rının aşkara çıxarılması hər bir müəllim və mək-
təb rəhbərlərinin diqqət mərkəzində olmalıdır. 
Məlumdur ki, məktəblilərin milli ruhda 
tərbiyə olunmalarında sinifdənxaric və məktəb-
dənkənar tədbirlərdən istifadə etmək çox vacib-
dir. Şagirdlərlə aparılan dərsdənkənar tədbirlər 
onların hərtərəfli inkişafına kömək edir. Belə ki, 
adət-ənənələrimizə sadiqlik, milli kökə bağlılıq, 
inam tərbiyə etmək dərsdənkənar işlərin mahiy-
yətini təşkil edir. 
Sinifdənxaric və məktəbdənkənar tədbirlə-
rin oxşar cəhətləri bunlardır ki, hər ikisi tərbiyə, 
əxlaq, mənəviyyat, əxlaq işi aparır və bu tərbiyə 
işi ya dərsə qədər aparılır, ya da dərsdən sonrakı 
vaxtlarda (yəni təlim fəaliyyəti çərçivəsindən 
sonrakı vaxtda kənarda) həyata keçirilir. Hər 
ikisi məktəblilərlə aparılan ümumi tərbiyə işinin 
tərkib hissəsi kimi və ya onun davamı kimi qə-
bul edilə bilər ki, bunlar da dərsdən sonrakı 
müddətdə keçirilir. 
Sinifdənxaric işlərin əhəmiyyəti haqqında 
ölkə başçısı möhtərəm Prezidentimiz cənab 
İlham Əliyevin Təhsil haqqında 5 istiqamətli 
strategiya sərəncamında bir daha xüsusilə göstə-
rilmişdir ki,
təhsilin keyfiyyətini daim yüksəlt-
mək lazımdır və daim insan resurslarından 
müntəzəm olaraq, səmərəli, sistemli və ardıcıl 
olaraq istifadə etmək lazımdır(1).
Ümumi şəkildə bunu da deyə bilərik ki, 
şagirdlərin sinifdənxaric və məktəbdənkənar 
tədbirlərə cəlb olunmasında qarşıda duran əsas 
vəzifələr aşağıdakı kimi göstərilə bilər. 
1. Təhsil alanların tədris və tərbiyə prose-
sində qazandıqları biliklərin dərsdənkənar, boş 
dediyimiz asudə vaxtlarda, müxtəlif maraqlı 
tədbirlər vasitəsilə fənlərin arasında, ya da fən-
daxili və ya fənnüstü əlaqələr zamanı uğurla hə-
yata keçirmək olar. 
2. Təhsil alanların gərgin zəhmətli dərs 
yüklərinin azaldılması məqsədi güdərək daha 
səmərəli və daha da maraqlı sərbəst, müstəqil və 
daha rahat şəkildə, bir qədər də əyləncəli, roman-
tik, rahat olaraq qazanılan biliklərin dərinləşdiril-
məsi və onların praktikada tətbiq edilməsi. 
3. Sinifdənxaric və məktəbdənkənar məş-
ğələlər vasitəsilə bütün məktəblilərdə biliklərə 
dərin maraq və güclü məhəbbət hisslərinin yara-
dılması. 
4. Sinifdənxaric məşğələlərdə şagirdlərin 
özünüinkişaf, özünütərbiyə, özünü təkmilləşdir-
mə və özünütəsdiq üçün hər cür əlverişli, rahat 
şərait və imkanların həyata keçirilməsi (4) 
Belə ki, dediyimiz dərsdənkənar və ya 
sinifdənxaric işlərdən bəzən ayrı -ayrı fənlərin 
dərsdə geniş şəkildə öyrədilməsi mümkün olma-
dıqda, ya da problemli olan məsələlərin xüsusi 
olaraq həllində, müxtəlif təmayüllü və janrlı 
əsərlərin, ifaçılıq keyfiyyətlərinin öyrədilməsin-
də, ya da onların inkişaf etdirilməsində, daha 
çox sinifdənxaric, dərsdənkənar oxularda, müx-
təlifyönlü maraqlı tədbirlərdə istifadə edilir. 
Məlumdur ki, davamlı olaraq qurulan 
məşğələlər təhsil alanların tərbiyə və təhsil sə-
viyyəsinə, onların xüsusi olaraq elmi, bədii dün-
yagörüşünə qüvvətli və güclü təsir edir. 
Dünya təcrübəsindən məlum olduğu kimi, 
XXI əsrdə həm cəmiyyətin, həm də onun hər bir 
üzvünün yaşaması və inkişafı üçün başlıca amil 
daim özünü inkişaf etdirən, təkmilləşdirən, yeni 
pedaqoji texnologiyalardan istifadə edən, çalış-
qan, yaradıcı şəxsiyyətdir. 
Bu cəhətdən pedaqoji proses – o cümlə-
dən sinifdənxaric və məktəbdənkənar tədbirlər 
yetişən gənc nəslimizdə bu keyfiyyətləri ardıcıl 
olaraq formalaşdırmalıdır. 
Bu da, öz növbəsində, aşağıda göstərilən 
pedaqoji, mənəvi, əxlaqi və idraki keyfiyyətlərə 
əsaslanır ki, müəllim və tərbiyəçilər, təhsil işçi-
ləri təhsil alanlarda həmin keyfiyyətləri forma-
laşdırmalı və daim inkişaf etdirməlidirlər: 
– təhsil alanlarda məntiqi və tənqidi düşün-
cə tərzini, idrak bacarıqlarını inkişaf etdirmək; 
– ətraf aləm hadisələrinə, müxtəlif fəaliy-
yət növlərinə yaradıcı və məntiqi təfəkkür yönü-
mündən yanaşmaq; 
– müstəqil qərarlar çıxarmaq, müstəqil fi-
kirlər söyləmək, müstəqil fəaliyyət göstərmək 
bacarığını inkişaf etdirmək; 
– qazanılmış bilikləri müstəqil olaraq tət-
biq edə bilmək bacarığı və qabiliyyətləri forma-
laşdırmaq; 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin