Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə73/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   69   70   71   72   73   74   75   76   ...   246
elmi-eserler-2022-2-cap

Belarusda
Enneagram əsasən marketinq-
də istifadə olunur. Lakin Enneaqram haqqında 
məlumatlar bəzi ali təhsil müəssisələrində təq-
dim edilir və Enneaqram diplom işlərinin möv-
zusuna çevrilir. Belarusda Enneagramdan istifa-
də etməklə aparılan üçillik müşahidənin nəticə-
ləri göstərdi ki, istənilən bazarın inkişafı vasitəsi 
ilə şirkətlər münasibətlərin daha mürəkkəb sə-
viyyəsinə çatır və şirkət əməkdaşları öz karyera-
larında daha uğurlu olurlar. 
1997-ci ildə Helena Makani ilk dəfə En-
neagramı 
Danimarkaya
gətirdi və bu modelin 
Skandinaviyada inkişafına təşəbbüs göstərdi. O, 
həmçinin Enneagram haqqında Danimarkada 
bestseller olan “Enneaqram: şəxsi inkişaf yolu-
nuz” adlı kitabın müəllifidir. Kitab 2009-cu ildə 
danimarka və ingilis dillərində, 2012-ci ildə rus 
dilində nəşr olunub. Helena Makani NLP, kou-
çinq və alternativ müalicə üzrə beynəlxalq sə-
viyyədə tanınan təlimçidir. 
1990-cı ildən Danimarka, Norveç, Kipr və 
Belarusda bir sıra təlim mərkəzləri yaradıb. H. 
Makani həm də Beynəlxalq kouç və təlimçilər 
Assosiasiyasının (ICTA) təsisçisidir. 
1993-cü ildən H. Makani NLP, kouçinq 
və Enneagram üzrə seminarlar və peşəkar təlim 
proqramları keçirir. O, Avropanın ən təcrübəli 
Enneagram və NLP təlimçilərindəndir. 
2014-cü ilin aprel ayında Enneagram Bey-
nəlxalq Assosiasiyasının konfransında Enneag-
ram Beynəlxalq Assosiasiyasının 
Portuqaliya
bölməsinin vitse-prezidenti, Enneagram təlimçi-
si, kouç və biznes təlimçisi Eduardo Torgal tərə-
findən şəxsi transformasiya prosesinə başqa bir 
yanaşma təqdim edilmişdir. Bu yanaşma praktik 
cəhətdən müxtəlif tətbiqlərə malikdir və ən çox 
şirkətlərin və korporativ komandaların təşkilati 
inkişafı üçün istifadə olunur. 
Enneagram digər ölkələrdə də, məsələn, 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin