Elmira Mahmud qızı Kərimova 62
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 agram biznesdə tətbiq olunur, xüsusən də iş
məmnunluğunu artıraraq dəyərli işçilərin sax-
lanmasında, işçilərin seçilməsində köməklik
göstərir; münaqişələrin idarə edilməsi üzrə işi
təkmilləşdirməkdə, uğurlu danışıqlar aparmaqda
və s. istifadə olunur.
Beləliklə, deyə bilərik ki, Enneagram bila-
vasitə gələcək peşənizi seçmək üçün test və ya
sorğu deyil. Lakin Enneatypi bilmək sizə gələ-
cəkdə təkcə maliyyə dividendləri və karyera
yüksəlişi gətirən model deyil. O, həm də seçil-
miş peşədən məmnunluq hissi gətirəcək daha
uyğun olan fəaliyyət sahəsini seçməkdə faydalı
ola bilər. Eyni zamanda, qeyd etmək lazımdır
ki, Enneagram peşə seçimində həlledici amil ola
bilməz, o, yalnız bu işdə vasitə kimi çıxış edir.
Enneagram aşağıdakıları müəyyən etməyə im-
kan verir:
1. İnsanın meylli olduğu fəaliyyətin xa-
rakterini;
2. İnsanın gizli potensialını;
3. Hər bir Enneatip üçün fərdi inkişaf yo-
lunu.
Qloballaşan dünyada fərdlərin digər şəxs-
lərlə rəqabətə davamlı olması üçün, sonradan
isə uğurlu karyera qurması üçün doğru peşədə
çalışması çox vacibdir. Gördüyümüz iş bizim
birbaşa həyatımıza, fəaliyyətimizə təsir edir.
Buna görə də gələcək işçilərin daha səmərəli və
motivasiyalı işləməsi üçün doğru peşə seçmələri
olduqca əhəmiyyətlidir.
82 saylı ümumtəhsil məktəbi “Partadan iş
masasına” adlı layihədə iştirak etmişdir (sent-
yabr 2021-fevral 2022). Layihəyə aid “Təhsildə
inkişaf və innovasiyalar üzrə qrantların məbləği
və ayrılması şərtləri, o cümlədən vəsaitlərin ve-
rilmə prosedurları, monitorinqin aparılması, he-
sabat və qiymətləndirmə üzrə tələblər”ə 2 nöm-
rəli əlavədə qeyd olunur ki, bir neçə mərhələdən
ibarət olan layihənin “ən vacib məsələlərindən
biri peşənin tələb etdiyi şəxsiyyət tipi ilə tələb-
lərin karyera dəyərləri arasında oxşar və fərqli
cəhətləri araşdırmaqdır. Yəni bu şəxsiyyət tipli
şagird seçdiyi peşədə nə qədər uğurlu ola bilər.”
Enneaqram modelinin isə peşə seçimində şa-
girdlərə nə dərəcədə kömək etdiyini bizim bu
məktəbdə apardığımız monitorinqin nəticələri
göstərəcək.