Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə75/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   71   72   73   74   75   76   77   78   ...   246
elmi-eserler-2022-2-cap

Yaponiyada
Enneagram modeli həm siya-
sətdə, biznesdə, rəhbər vəzifələrdə şəxsi məqsəd-
lərə nail olmaq üçün, həm də komanda işini opti-
mallaşdırmaq, peşəkar kadrları seçmək və idarə 
etmək üçün eyni dərəcədə uğurla istifadə olunur. 
Türkiyədə 
Enneaqram modeli bir çox özəl 
mərkəzlər tərəfindən məşqlər, treninqlər, təlim-
lər şəklində həyata keçirilir. 
Burada biz Enneaqram modelinin təbliği 
və tətbiqi ilə məşğul olan bir neçə beynəlxalq 
mərkəz və institutların adını çəkmək istərdik. 
Bunlar aşağıdakılardır: 
1. Beynəlxalq Təlimçilər və Məşqçilər 
Assosiasiyası – ICTA, təsisçisi H. Makani. 
2. Korn Ferry şirkəti – kadrların idarə 
edilməsi və təşkilati konsaltinq sahəsində kon-
saltinq xidmətləri göstərən tanınmış beynəlxalq 
şirkətdir. Korn Ferry şirkəti, həmçinin, Hay 
Group və Futurestep bölmələri vasitəsilə xidmət 
göstərir, təxminən 7000 peşəkar işçisi var. 
3. Beynəlxalq Enneagram Assosiasiyası 
(IEA). 
4. “Biznesdə Enneagram” (EİBN) – biz-
nesdə peşəkar məsləhətçiləri, təlimçiləri və 
məşqçiləri əhatə edən qlobal şəbəkədir. Şəbəkə-
nin 20-dən çox ölkədən olan 72 üzvü vardır. 
Yerli və qlobal miqyasda xidmətlər təqdim edir. 
Bu gün Enneagram Kopenhagendən Keyp-
tauna, Tokiodan Mexikoya qədər bütün planetdə 
irəliləyir, biznes təhsilində, kouçinq və psixotera-
piyada istifadə olunur. Enneagram insanın şəxsi 
transformasiyasına və inkişafına yönəlmiş dərin, 
şüuraltı motivasiyasının ayrılmaz modelidir. O, 
insan şəxsiyyətinin strukturunu, uyğunlaşma stra-
tegiyalarını və müdafiə mexanizmlərini öyrənir. 
Bu modelə görə, hər bir insanın dəqiq müəyyən 
edilmiş şəxsiyyət quruluşu, özünəməxsus avto-
matik reaksiyaları və bir növ “proqramlaşdırıl-
mış” davranışı var və buna görə də o, onda açıq-
aydın özünü büruzə verən dominant şəxsiyyət 
növünə – Enneatipə aiddir. 
Bizim üçün bu modeldə ən önəmlisi odur 
ki, o, yalnız şəxsiyyətin tipini müəyyən etmək 
üsulu deyil, həm də inkişaf modelidir. Enneaq-
ram, ilk növbədə, şəxsi inkişaf üçün, xarakteri-
nizin güclü və zəif tərəflərini bilmək üçün la-
zımdır. Amma o həm də gənclərin peşəkar ori-
yentasiyasında, karyera yüksəlişində bir vasitə 
kimi istifadə oluna bilər. Yuxarıda deyilənlər-
dən göründüyü kimi, bütün bu ölkələrdə Enne-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin