Respublika oliMPİadasinin yekun məRHƏLƏSİ N.Ə. Abışov H.Ə.Əliyev adına Müasir Təhsil Kompleksi, k e. n. X.Ə.Əsədov



Yüklə 220,05 Kb.
səhifə2/3
tarix27.04.2017
ölçüsü220,05 Kb.
#15792
1   2   3

I - IV: Ag2O, AgO, Ag3O4, Ag2O3.
3. 2AgNO3 + 2NaOH = Ag2O↓ + 2NaNO3 + H2O
4. Ag2O + 4KI + H2O = 2K[AgI2] + 2KOH
5. 2Ag2O3 = 4Ag + 3О2

2Ag2O = 4Ag + O2

2AgO = 2Ag + O2

Ag3O4 = 3Ag + 2O2

(Bu birləşmələrin parçalanması zamanı aralıq oksidlər də əmələ gələ bilər)

Ag3O4 və Ag2O3 –nisbətən yaxın zamanlarda alınmış birləşmələrdir (I valentli gümüş birləşmələrinin kompleksəmələgətirməyən turşularla elektrokimyəvi oksidləşməsi ilə)


II üsul

Çox sayda birləşmə əmələ gətirən elmentlər karbon, oksigen, kükürd, fosfor və hidrogen ola bilər. Bunları yoxlayaq.

Kükürd və fosfor ola bilməz, onların Ar-i çox böyükdür.

Birləşmələrdə B oksigen olsa

6,9% ------------------16

93.1% ----------------x

x=215.88
12,92% ------------------16

87.08% ----------------m

m=107.8

Mendeleyev cədvəlindən istifadə edib tapa bilərik ki, 108 gümüşün atom kütləsinə uyğun gəlir. Digər variantlar heç bir nəticə vermir. Deməli,



I birləşmə Ag2O –dir.

II-AgO III-Ag3O4 IV- Ag2O3.
Məsələ 3 (8 bal).

Aşağıda tellurun birləşmələrindən birinin laboratoriyada alınma üsulu verilmişdir. 200 qram bərk KNO3 və 100 qram toz halında tellur həvəngdə diqqətlə qarışdırılır. Alınmış qarışıq farfor tiqelə yerləşdirilir və 4300C-də 1 saat ərzində qızdırılır. Tiqelin içərisində olan maddələr soyudulduqdan sonra 90 qram KOH-ın 900 ml suda hazırlanmış isti (80-900C) məhlulu ilə işlənilir, sonra isə filtrlənilir. Filtrat 1000C-ə qədər qızdırılır, üzərinə 10-20 ml hissələrlə pH 3,5 olana qədər HNO3 məhlulu (25-30%) əlavə edilir və 20 dəq ərzində saxlanılır. Çökmüş çöküntü filtirlənir və filtrdə nitrat ionları tam kənarlaşdırılana qədər distillə suyu ilə yuyulur. Sonra 3 saat ərzində 1700C-də qızdırılır. Bu zaman 120 qram son məhsul alınır.



  1. Məsələdə hansı birləşmənin sintezi verilmişdir?

  2. Metodikada izah olunmuş reaksiyaların tənliklərini yazın.

  3. Alınmış məhsulun praktiki çıxımını hesablayın.

  4. Metodikada göstərilmiş maddələrdən istifadə etməklə son məhsulu necə almaq olar? Uyğun reaksiyaların tənliklərini yazın və onların getmə şəraitlərini göstərin.

Həlli

  1. Analiz üçün 200 / 101 = 1.98mol KNO3 və 100 / 128 = 0.78 mol Te götürülüb. Reaksiya qarışığını qızdırdıqda tellur-oksidin alınması ilə güdən oksidləşmə-reduksiya reaksiyası baş verir. Qələvi əlavə etməklə (90 / 56 = 1.61mol KOH götürülüb) əsas məhsul duza çevrilir və qarışıqdan ayrılır. Turşu əlavə etdikdə H2TeO3 əmələ gəlir. Onu qızdırdıqda TeO2 əmələ gəlir.

  2. Te + 2KNO3 = TeO2 + 2KNO2 2KOH + TeO2 = K2TeO3 + H2O

K2TeO3 + 2HNO3 = 2KNO3 + H2TeO3 H2TeO3 = TeO2 + H2O

  1. Metodikaya və stexiometrik çevrilmələrə görə tellur az miqdarda götürülüb.

Te → TeO2. Nəzəri olaraq 160 ∙ 0.78 = 125 q oksid alınar. Praktik çıxım belə olar: (120 / 125) ∙ 100% = 96%.

  1. TeO2 almaq üçün metalı HNO3-ə əlavə etməklə alınan qarışığı qızdırmaq, buxarlandırmaq, alınmış kristalları 4000C-də közərtmək lazımdır. Yekun reaksiya tənliyi belə olar:

Te + 4HNO3 = TeO2 + 4NO2↑ + 2H2O
Məsələ 4 (10 bal).

Manqan(IV) oksidin sulu suspenziyasından intensiv qarışdırılmaqla və soyudulmaqla kükürd(IV) oksid axını keçirilmişdir. Alınmış açıq çəhrayı rəngli məhlul barium hidroksid əlavə edilməklə neytrallaşdırılmışdır. Əmələ gələn məhlulu ayırdıqdan sonra filtrata çöküntünün alınması dayanana qədər natrium-karbonat əlavə edilmişdir. Çöküntü filtrləməklə ayrılmış, alınmış məhlulun buxarlandırılması zamanı isə X maddəsinin rəngsiz kristalları alınmışdır. X maddəsinin məhluluna gümüş-nitrat, barium-xlorid əlavə etdikdə çöküntü alınmır və bu məhlul bromlu suyu rəngsizləşdirmir. X maddəsini 100° С-dən yuxarı temperaturda qızdırdıqda 14,9%, qızdırmanı 300° С-ə qədər davam etdirdikdə isə kütlənin 26,5% (başlanğıc kütləyə görə) azalması baş verir. Parçalanma məhsullarının bromlu su ilə udulması nəticəsində əmələ gələn məhlula barium-xlorid məhlulu əlavə etdikdə ağ rəngli çöküntü alınır. Alınan bu çöküntünün kütləsi közərdilmə zamanı alınan bərk qalığın məhluluna barium-xlorid əlavə etdikdə alınan çöküntünün kütləsinə bərabər olur.



Müəyyən edin: 1. X-in tərkibini. 2. Termiki parçalanma məhsullarının tərkibini. 3. Termiki parçalanma məhsullarının üzərinə barium-xlorid əlavə etdikdə alınan çöküntünün tərkibini

X maddəsinin sintezi və ayrılması prosesində baş verən reaksiyaların tənliklərini yazın.
Həlli:

X duzunun tərkibinə natrium, kükürd və oksigen daxildir. Barium-xloridlə alınan çöküntü BaSO4-dür. Bərk qalıq Na2SO4-dür.

X duzunun tərkibinə su daxildir, 1000C-dək qızdırıldıqda çəkisini itirir (14.9% su saxlayır). Sonra ayrılan qaz isə SO2 ola bilər. Onda 100qram X-in tərkibinə

m (Na2SO4) = 100-14.9-26.5 = 58.6 q natrium-sulfat daxildir.

m (SO2) = 26.5 q

n(Na2SO4)=58.6:142=0.413

n (SO2) = 26.5 :64=0.413

n (H2O)=14,9:18=0.83



n(Na2SO4): n (SO2): n (H2O)= 0.413: 0.413:0.83=1:1:2

X - Na2SO4∙SO2∙2H2O









Na2SO4∙SO2∙2H2O Na2SO4+SO2+2H2O




Məsələ 5 (12 bal).

-700С-də allen hidrogen bromidlə işlənilmişdir. Reaksiya qarışığından bir C3H5Br (13%) tərkibli monobromid, bir C3H6Br2 (35%) tərkibli dibromid və iki C6H10Br2 (8 и 44%) tərkibli dibromid ayrılmışdır. Propinin oxşar işlənməsi eynilə bu məhsulların, lakin başqa nisbətdə alınmasına səbəb olmuşdur.



  1. Bu bromidlər hansı birləşmələrdir və onlar necə əmələ gəlir?

Allenlərin alınmasının ən geniş yayılmış üsullarından biri asetilen-allen qruplaşması ilə müşahidə olunan alkinlərin α –karbon atomunda hallogen və ya sulfonat qrupları ilə əvəzetmənin aparılmasıdır. Bu məqsəd üçün çox vaxt sink-mis cütündən, bəzi hallarda FeCl3 iştirakında Qrinyar reaktivindən istifadə olunur.

  1. Bu metodla 3-etilpentadien-1,2 alın və reaksiyaların mümkün mexanizmini göstərin.

1-fenilpropinol LiAlH4 AlCl3 qarışığı ilə işlənilmişdir. Reaksiyanın məhsulu kimi fenilallen alınmışdır.

  1. Bu reaksiyaların mexanizmini təklif edin.

  2. Çevrilmələr zəncirini həyata keçirin:



Məlumdur ki, yodun kütlə payı A maddəsində 87%, B maddəsində isə 91%-dir. E birləşməsi Z -izomerdir, F birləşməsinin isə tərkibində karbonil qrupu var. Həmçinin B-nin EFçevrilməsinin mexanizmini göstərin və Z -izomerinin əmələ gəlməsini izah edin.

Həlli:

  1. Protonlaşma zamanı hər iki karbohidrogen propenil kationu əmələ gətirir. Bu kationlar ion mexanizmi ilə ya bromid əmələ gətirir, ya da alkin və ya allen molekulları ilə 1,3-dibrom-1,3-dimetiltsiklobutanın diasereomerlərini əmələ gətirir:






2. a) İlkin maddə kimi 3-brompentin-1 istifadə edək. Zn-Cu cütünün iştirakı ilə baş verən reaksiyada əvvəlcə tsiklik üzvi birləşmə əmələ gəlir, sonra spirtlə protonlaşır:



b) 1-brompentin-2 istifadə edək. Propargilbromidin Qrinyar reaktivi ilə reaksiyasından asetilen-allen qruplarının bimolekulyar nukleofil əvəzləməsi baş verir:



  1. Lyuis turşusu hidrid ionun nukleofil həmləsi zamanı ayrılan qrup üçün vacibdir:



  1. Tərkibindəki yodun miqdarına əsasən belə nəticəyə gəlmək olar ki, A diyodid, B — triyodiddir. Propargilbromidə qələvinin təsiri ilə asetilenid anion əmələ gəlir. Bu anion yodla monoyodid əmələ gətirir. Eyni zamanda bromun nukleofil əvəzlənməsi ilə A diyodid əmələ gəlir. Ondan propargil anion əmələ gəlir. Onun yodla reaksiyasından B allen triyodidi əmələ gəlir. O da analoji olaraq tetrayodallenə çevrilə bilir.






Triyodallenin E efirinə və F aldehidinə keçdi daha maraq doğurur. İkiqat rabitənin yanında çoxlu sayda yod atomlarının olması birləşmənin asan oksidləşməsinə səbəb olur. Oksigen həm C1—C2, həm də C2—C3 rabitələrinə hücum edə bilir. Hücum fəza cəhətdən əlverişli tərəfdən mümkün olur. Yod atomunun birinci haldakı miqrasiyası aldehidin, ikinci halda Z-konfiqurasiyalı E efirinin əmələ gəlməsinə səbəb olur.




XI sinif
Məsələ 1 (10 bal).

Üç A, BC maddələrinin mol nisbətindən və sintez şəraitindən asılı olaraq dörd müxtəlif



I-IV maddələrini almaq mümkündür. Bu prosesləri aşaqıdaki sxemlər şəklində göstərmək olar:
2А + B = CN2H4O (I) + C 2А + B = CN2H6O2 (II)

А + B + C = CNH5O3 (III) 2А + B + C = CN2H8O3 (IV)


  1. А, BCmaddələrini təyin edin, formullarını və adını yazın.

  2. I-IV birləşmələrinin tərkibinə hansı hissəciklərin daxil olduqunu müəyyən edin, formullarını və adını yazın. Verilən birləşmələrdə hansı kimyəvi rabitələr mövcuddur.

  3. A, C birləşmələri, həmçinin II-IV birləşmələrinin tərkibindəki fraqment izoelektrondurlar (tərkiblərində eyni sayda elektron var). Bu fraqmenti müəyyən edin.

  4. Artıq iki əsrə yaxındır ki, I birləşməsi üçün fraqmentlərindən biri AC birləşmələri ilə, digəri isə B birləşməsi ilə izolektron olan izomer məlumdur. Bu izomerin formulunu, onun tərkibinə daxil olan fraqmentlərin həndəsi quruluşunu yazın.

  5. Şərtdə göstərilən çevrilmə sxemlərini ənənəvi reaksiya tənlikləri (şəraitləri gəstərməklə) şəklində yazın.


Həlli:

1. III və IV tənliklərinin sol tərəflərini çıxsaq alarıq: 2А + B + C – (А + B + C) = А. Tənliklərin sağ tərəflərinin fərqi isə: CN2H8O3 – CNH5O3 = NH3 (ammonyak) verir– А. I və II tənlikləribdən də analoji olaraq C – H2O (su) olduğunu alarıq. Digər istənilən tənliklərdən isə B – CO2 (karbon (IV) oksid) olduğu alınır. Ammonyak və su izoelektrondur (8 + 2 = 10 и 7 + 3 = 10).

2.I – (NH2)2CO – karbamid, sidik cövhəridir (karbonat turçusunun diamidi), polyar kovalent rabitəli molekulyar birləşmədir. II – H2NCO2NH4+ – ammonium-karbamat (karbonat turşusunun monoamidinin ammonium duzudur) –fraqmentləri arasında ion rabitəsi, fraqmentləri daxilində isə kovalent polyar rabitə olan birləşmədir. III –ammonium-hidrokarbonat –NH4+ və HCO3 fraqmentləri arasında ion, fraqmentlət daxilində polyar kovalent rabitə olan birləşmədir. IV – ammonium-karbonat – fraqmentləri arasında ion, fraqmentlət daxilində polyar kovalent rabitə olan birləşmədir.

3. II – IV birləşmələrində NH4+ ammonium ionu təkrarlanır (ümumi elektronların sayı 7 + 3 = 10).

4. Ammonium-sionat: NH4OCN – karbonat turşusunun nitrilinin ammonium duzudur. NCO ionu CO2 ilə izoelektrondurlar (hər birində 22 elektron var). Ammonium ionu tetraedrik quruluşludur (hidrogen atomları tetraedrin təpələrində, azot atomu mərkəzində yerləşir). CO2 xətti quruluşlu olduğundan O=C=O, uyğun olaraq sianat ionu da xətti quruluşlu olacaq NC–O.

5.Reaksiya tənlikləri: 2NH3 + CO2 = (NH2)2CO + H2O (yüksək təzyiq altında qızdırmaqla gedir).

2NH3 + CO2 = NH2CO2NH4 (su iştirakı olmadan gedir, artıq miqdarda götürülmüş maye ammonyak, spirt həlledici kimi götürülə bilər).

NH3 + CO2 + H2O = NH4HCO3(ammonyakın suda məhlulunun artıq miqdar karbon qazı ilə doydurmaqla).

2NH3 + CO2 + H2O = (NH4)2CO3(qaz fazasından stexiometril reagentlərin kondensasiyası)


Məsələ 2 (10 bal).

Tərkibində brom olan A maddəsinin 2,02 q izomerləri qarışığındakı bütün bromu 3,74 q gümüş-bromid şəklində çökdürmək olar. A maddəsinin həmin miqdarınının qələvinin spirtdə məhlulu ilə işlənilməsi nəticəsində reaksiyanın individual məhsulu olan 225 ml (n.ş.) B qazı alınmışdır. Müəyyən şəraitdə B qazı onunla eyni miqdari tərkibdə olan və adi şəraitdə maye olan C maddəsinin izomerləri qarışığına çevrilə bilir. C qarışığındakı izomerlərdən birinin işığın təsiri ilə bromlaşması yeganə monobrom törəmənin alınmasına səbəb olur. C-nin izomerlərindən istənilən birinin kalium-permanqanat məhlulu ilə oksidləşməsindən D izomeri alınır ki, onun 1 qramı 14,25 ml 1M natrium-hidroksid məhlulu ilə reaksiyaya daxil ola bilir.



1. А-D maddələri hansı quruluşa malikdir? Verilmiş reaksiya tənliklərini yazın və onların getmə şəraitini göstərin.

2. Aqarışığında hansı izomerlər ola bilər?

3. C-nin hansı izomeri B maddəsindən alına bilməz?
Həlli:
Qələvilərin spirtdə məhlulunda alkil haloidlərin eliminlşmə reaksiyası baş verir. A maddəsinin kimyəvi birləşmələrin bu sinfinə aid olmasını gümüş-bromidin çökməsi də sübut edir.

A = B· A= 0.225 / 22.4 = 0.01 (mol).

A maddəsinin molyar kütləsi MA= 2.02 / 0.01 = 202 (q/mol).

Gümüş-bromidin çökməsi aşağıdakı sxem üzrə baş verir:



AgBr= 3.74 / 188 = 0.02 (mol). Bu onu göstərir ki, A-nın bir molekulunda 2 brom atomu var.

12Х + Y + 2∙80 = 202;

12Х + Y = 42.

X = 3 olduqda A –nın formulu С3Н6Вг2.

A-nın qələvinin spirt məhlulunda dehidrohalogenləşməsi aşağıdakı sxemlə gedir

Aşağıdakı variantlar mümkündür:


Allen əsasların iştirakında propinə izomerləşir.




Beləliklə, dehidrohalogenləşmədə B-propin yeganə məhsul alınır.
Məsələnin şərtində göstərilir ki, Müəyyən şəraitdə B qazı onunla eyni miqdari tərkibdə olan və adi şəraitdə maye olan C maddəsinin izomerləri qarışığına çevrilə bilir. Bu izomerləşmə və ya oliqomerləşmə prosesi ola bilər. Bu halda ola bilər ki, propinin trimerləşməsi baş versin:

Aydındır ki, bu halda 1,2,3-trimetilbenzolun əmələ gəlməsi mümkün deyil. Propinin trimerləşməsini C-nin izomerlərindən birinin bromlaşmasından bir məhsulun alınması faktı da sübut edir.




C-nin oksidləşmə məhsullarının qələvi ilə reksiyasiyasının nəticələri də trimerləşmə faktını sübut edir. Kalium-permanqanat C-ni bu sxem üzrə oksidləşdirir:

Alınmış turşu izomerlərinin reaksiyasına 0.01425 mol qələvi sərf olunur. Turşuların ekvivalent molyar kütləsi belə olar: МE= 1 / 0.01425 = 70 (q/mol). Üçəsaslı turşunun molyar kütləsi 70∙3 = 210 (q/mol) olar. Bu isə əvvəlcədən gəldiyimiz nəticəyə uyğundur.



Məsələ 3 (12 bal).

-700С-də allen hidrogen bromidlə işlənilmişdir. Reaksiya qarışığından birC3H5Br (13%) tərkibli monobromid, bir C3H6Br2 (35%) tərkibli dibromid və ikiC6H10Br2 (8 и 44%) tərkibli dibromid ayrılmışdır. Propinin oxşar işlənməsi eynilə bu məhsulların, lakin başqa nisbətdə alınmasına səbəb olmuşdur.



  1. Bu bromidlər hansı birləşmələrdir və onlar necə əmələ gəlir?

Allenlərin alınmasının ən geniş yayılmış üsullarından biri asetilen-allen qruplaşması ilə müşahidə olunan alkinlərin α –karbon atomunda hallogen və ya sulfonat qrupları ilə əvəzetmənin aparılmasıdır. Bu məqsəd üçün çox vaxt sink-mis cütündən, bəzi hallarda FeCl3 iştirakında Qrinyar reaktivindən istifadə olunur.

  1. Bu metodla 3-etilpentadien-1,2 alın və reaksiyaların mümkün mexanizmini göstərin.

1-fenilpropinolLiAlH4AlCl3 qarışığı ilə işlənilmişdir. Reaksiyanın məhsulu kimi fenilallen alınmışdır.

  1. Bu reaksiyaların mexanizmini təklif edin.

  2. Çevrilmələrzəncirinihəyatakeçirin:



Məlumdur ki, yodun kütlə payı A maddəsində 87%, B maddəsində isə 91%-dir. E birləşməsi Z -izomerdir, F birləşməsinin isə tərkibində karbonil qrupu var. Həmçinin B-nin EF-ə çevrilməsinin mexanizmini göstərin və Z -izomerinin əmələ gəlməsini izah edin.
Həlli:

  1. Protonlaşma zamanı hər iki karbohidrogen propenil kationu əmələ gətirir. Bu kationlar ion mexanizmi ilə ya bromid əmələ gətirir, ya da alkin və ya allen molekulları ilə 1,3-dibrom-1,3-dimetiltsiklobutanın diasereomerlərini əmələ gətirir:







2. a) İlkin maddə kimi 3-brompentin-1 istifadə edək. Zn-Cu cütünün iştirakı ilə baş verən reaksiyada əvvəlcə tsiklik üzvi birləşmə əmələ gəlir, sonra spirtlə protonlaşır:



b) 1-brompentin-2 istifadə edək. Propargilbromidin Qrinyar reaktivi ilə reaksiyasından asetilen-allen qruplarının bimolekulyar nukleofil əvəzləməsi baş verir:



  1. Lyuis turşusu hidrid ionun nukleofil həmləsi zamanı ayrılan qrup üçün vacibdir:



  1. Tərkibindəki yodun miqdarına əsasən belə nəticəyə gəlmək olar ki, A diyodid, B — triyodiddir. Propargilbromidə qələvinin təsiri ilə asetilenid anion əmələ gəlir. Bu anion yodla monoyodid əmələ gətirir. Eyni zamanda bromun nukleofil əvəzlənməsi ilə A diyodid əmələ gəlir. Ondan propargil anion əmələ gəlir. Onun yodla reaksiyasından B allen triyodidi əmələ gəlir. O da analoji olaraq tetrayodallenə çevrilə bilir.






Triyodallenin E efirinə və F aldehidinə keçdi daha maraq doğurur. İkiqat rabitənin yanında çoxlu sayda yod atomlarının olması birləşmənin asan oksidləşməsinə səbəb olur. Oksigen həm C1—C2, həm də C2—C3 rabitələrinə hücum edə bilir. Hücum fəza cəhətdən əlverişli tərəfdən mümkün olur. Yod atomunun birinci haldakı miqrasiyası aldehidin, ikinci halda Z-konfiqurasiyalı E efirinin əmələ gəlməsinə səbəb olur.




Məsələ 4 (6 bal).

Qeyri-üzvi kimya dərsliklərinin birində aşağıdakı sitat verilmişdir.

X maddəsi sıxlığı 1,27, qaynama temperaturu 480C olan güclü yandırıcı iyə malik və güclü şüasındırma qabiliyyətinə malik rəngsiz mayedir. O suda həll olmur və onu suyun altında saxlayırlar. X mayesi asanlıqla alovlanır, X1X2 anhidridləri əmələ gətirməklə göy alovla yanır. Asan alovlanan X buxarının 1 həcminin 3 həcm oksigenlə qarışığı öz-özünə alışaraq güclü partlayış verir və bu zaman bir həcm X1 və iki həcm X2 əmələ gəlir. X maddəsi bromu, yodu, kükürdü, bir çox üzvi birləşmələri, məsələn, yağları həll edir, kauçuku yumşaldır. Bu xassəsinə görə X texniki tətbiqə malikdir; onunla tənəffüs etmək zərərlidir. X elektromüsbət metal sulfidləri ilə birləşərək karbon turşularına uyğun olaraq sulfo-karbon turşusunun duzunu əmələ gətirir. Həll olan sulfo-karbon turşusunun duzundan digər metal duzları ilə (məsələn, qurğuşun) bilavasitə çökdürülmə zamanı sulfo-karbon turşusunun həll olmayan duzu alınır; qurğuşun duzunun hidrogen sulfidlə parçalanması zamanı sulfo-karbon turşusu alınır...”


Yüklə 220,05 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin