Avropa Birliyinə üzvlük haqqında rəsmi müraciət ediləcək.
REAL hesab edir ki, daimi inkişafın təmin edilməsi və sülh yolu ilə
ərazi bütövlüyümüzün bərpası Azərbaycanın Avropa Birliyinə (AB)
üzv olmasından keçir. Ölkəmiz Avropa Birliyinə üzv olmaq məqsədilə
AB-ylə rəsmi danışıqlara başlayacaq. AB-yə tam hüquqlu üzv ol-
maq yolunda “Şərq Tərəfdaşlıq Sazişi” çərçivəsində Avropa Birliyi
ölkələrilə daha sıx əməkdaşlıq siyasəti həyata keçirəcək, “Assosia-
siya Sazişinin” imzalanmasına yönələn azad ticarət məkanının qu-
rulması, enerji təhlükəsizliyi və demokratiya sahəsində əməkdaşlığı
dərinləşdirəcək. Azərbaycan birtərəfli olaraq Avropa Birliyinə daxil
olan ölkələrin vətəndaşları üçün vizanı ləğv edəcək. Ölkə qanunve-
riciliyi Avropa Birliyi qanunvericiliyinə uyğunlaşdırılacaq.
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
30
Dostları ilə paylaş: |