Sahibkarların maraqlarını qoruyan birlik və assosiasiyala-
rın formalaşması təşviq olunacaq. Hökumətin sahibkarlığın inki-
şafı sahəsində verdiyi mühüm qərarlar sahibkar birlikləri ilə dialoq
əsasında qəbul olunacaq. Sahibkarlığa Yardım Milli Fondundan
kreditlər yalnız kiçik və orta sahibkarlıq subyektlərinə veriləcək.
Kiçik və orta sahibkarların kreditlərinin sığortalanması məqsədilə
Kreditlərin Sığortalanması Fondu yaradılacaq.
Ölkədə elmi-texnoloji istehsalın genişlənməsini, elmi-texniki
işləmələr və yüksək texnologiya ilə bağlı layihələrin investisiya-
laşdırılmasını dəstəkləmək üçün Vençur fondların yaranması təşviq
ediləcək. Sahibkarların innovativ təşəbbüslərini dəstəkləmək, isteh-
salın texnoloji səviyyəsini yüksəltmək üçün İnnovasiya Fondu yara-
dılacaq.
4.3. Kənd
Hökumət dövlət mülkiyyətində qalan kənd təsərrüfatına yararlı
torpaqları ikinci torpaq islahatı ilə özəlləşdirəcək. Aqrar sektorda ix-
tisaslaşmış fermer təsərrüfatlarının, kooperativlərin, kənd təsərrüfatı
assosiasiyalarının yaradılması təşviq olunacaq. Mərkəzi hökumətin
aqrar siyasətinin formalaşdırılmasına kənd təsərrüfatı assosiasiyala-
rının təsir rıçaqları yaradılacaq.
Kəndlərə yalnız ölkənin ərzaq təminatını həyata keçirən coğra-
fi ərazi kimi yanaşılmayacaq, “kənd” anlayışını tənəzzülün sino-
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
63
nimi kimi qəbul edən ictimai baxışın dəyişməsinə nail olunacaq.
Kəndlərin siyasi və iqtisadi statusunun dəyişilməsi sayəsində onlar
yaşayış üçün cəlbedici məkana çevriləcək.
Dostları ilə paylaş: |