RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ
PROQRAM LAYİHƏSİ
64
(DCFTA) imzalaması üçün gərək olan islahatlar (o cümlədən qa-
nunvericiliyin təkmilləşdirilməsi) və ölkələrlə iki tərəfli sazişlər bir
il ərzində başa çatdırılacaq.
Azərbaycan Avropa və Mərkəzi Asiya, həmçinin Rusiya,
Türkiyə, İran, BƏƏ arasındakı yerüstü ticarət tranzitindən böyük
gəlirlər əldə etmək imkanındadır. Bunun üçün Azərbaycanın sərhəd-
gömrük məntəqələri yenilənəcək, yük avtomobillərinin sürətli ke-
çidi təmin ediləcək, həmçinin Xəzər dənizindən Gürcüstan sərhədi,
Rusiya sərhədi və İran sərhədi istiqamətlərində avtomobil yollarının
beynəlxalq standartlara uyğun yenidənqurulması iki il ərzində başa
çatdırılacaq. Yük avtomobillərinin hərəkətinə əngəl törədən süni
maneələr aradan qaldırılacaq.
Ölkə ərazisində təkrar ixrac məqsədilə avtomobil, maşın və ava-
danlıq, texnologiya bazarlarının təşkil edilməsinə dəstək veriləcək.
Eyni zamanda xarici vətəndaşların Azərbaycandan aldığı mallara
“Vergidən azad” rejimi tətbiq ediləcək və gömrük keçidlərində mal-
ların üzərinə əlavə edilmiş dövriyyə vergiləri geri qaytarılacaq.
4.5. Çevrə
Dövlətin əsas prioritetlərindən biri “yaşıl iqtisadiyyat” prinsipi-
nin tətbiqi, bu sahədə ciddi islahatların aparılması olacaq.
Ekoloji problemlərin həlli üçün qısa müddətdə qanunverici baza-
ya mütərəqqi əlavə və dəyişikliklərin edilməsi ilə yanaşı köklü eko-
loji problemlərin həlli istiqamətində uzunmüddətli dayanıqlı ekoloji
siyasət yürüdüləcək.
Dostları ilə paylaş: