Revmatologiya ixtisası üzrə yeni nümunəvi test sualları 1 Antisintetaz sindromu hansı autoimmun xəstəliyin bir variantıdır?



Yüklə 235 Kb.
səhifə1/4
tarix01.01.2017
ölçüsü235 Kb.
#4081
  1   2   3   4
Revmatologiya ixtisası üzrə yeni nümunəvi test sualları


1) Antisintetaz sindromu hansı autoimmun xəstəliyin bir variantıdır?
A) Sistemli dermatomiozit/polimiozit

B) Revmatoidli artrit

C) Sistemli sklerodermiya

D) Sistemli qırmızı qurdeşənəyi

E) Antifosfolipid sindromu
Ədəbiyyat: Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 507
2) Osteoartroz vaxtı inkişaf edən “start” ağrıların xüsusiyyətlərinə aiddir?
A) Oynaqətrafı əzələlərin reflektor spazmı nəticəsində inkişaf edir

B) Reaktiv sinovitin inkişafı vaxtı müşahidə olur

C) Venoz stazı və sümükdaxili təzyigin artması ilə əlaqədar olaraq inkişaf edir

D) Rahatlıq dövründən sonra inkişaf edir və hərəkət aktivliyi fonunda keçir

E) Fiziki aktivlik vaxtı əmələ gəlir və rahatlıq dövründən sonra keçir
Ədəbiyyat: Ədəbiyyat: В.Н. Павлова, Г.Г. Павлов, Н.А. Шостак, Л.И. Слуцкий. Сустав: морфология, клиника, диагностика, лечение.// Москва, 2011, 384 с.
3) «Ürək donqarı» (gibbus cordis) uşaq və yeniyetmə yaşlarında formalaşan hansı revmatik qüsurun təzahürü sayılır?
A) Trikuspidal stenoz

B) Mitral çatışmazlıq

C) Mitral stenoz

D) Aortal çatışmazlıq

E) Aortal stenoz
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», 674 с.
4) Mitral qapağın stenozu vaxtı inkişaf edən «birinci manea» şəklində («первый барьер») hemodinamik pozqunluğlar necə formalaşır?
A) Aktiv ağciyər arterial hipertenziyası

B) Passiv ağciyər venoz hipertenziyası

C) Mitral dəliyin 4 sm az daralması

D) Mitral dəliyin 1 sm az daralması

E) Sol qulaqçığın hipertrofiyası və dilatasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.668-669
5) Mitral qapağın stenozu vaxtı inkişaf edən «ikinci manea» şəklində («второй барьер») hemodinamik pozğunluqlar necə formalaşır?
A) Mitral dəliyin 4 sm az daralması

B) Aktiv ağciyər arterial hipertenziyası

C) Passiv ağciyər venoz hipertenziyası

D) Sol qulaqçığın hipertrofiyası və dilatasiyası

E) Mitral dəliyin 1 sm az daralması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.668-669
6) Hansı oynaqlarda sinovial maye olmur?
A) Elipsli oynaqlarda

B) Amfiartrozlarda

C) Yəhərvarı oynaqlarda

D) Yastı oynaqlarda

E) Diartrozlarda
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Руководство для врачей под ред. В.И. Мазурова.// Санкт-Петербург, 2005, «Фолиант», с. 17 – 21
7) Oynaq qığırdağın qalınlığı normada təşkil edir?
A) 1 – 7 sm

B) 1 sm


C) 5 – 10 mm

D) 1 - 7 mm

E) 0 - 3 mm
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Руководство для врачей под ред. В.И. Мазурова.// Санкт-Петербург, 2005, «Фолиант», с. 21 – 22
8) Kuşelevski simptomu hansı patologiyanı aşkar edir?
A) Daktilit

B) Qonartrit

C) Prepatellyar bursit

D) Sakroileit

E) Koksartroz
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Руководство для врачей под ред. В.И. Мазурова.// Санкт-Петербург, 2005, «Фолиант», с. 46
9) Kəskin revmatik qızdırma vaxtı hepatit şəklində inkişaf edən qaraciyər zədələnməsinin əsas səbəbi nədir?
A) Vaskulit

B) Streptokokk toksinləri

C) İmmun pozulmalar

D) Poliserozit

E) Hemolitik A-streptokoklu infeksiya
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Руководство для врачей под ред. В.И. Мазурова.// Санкт-Петербург, 2005, «Фолиант», с. 78
10) Xroniki podaqrik nefropatiyanın gedişatında neçə mərhələ seçilir?
A) 3 mərhələ

B) Dalğavarı qedişat

C) Mərhələ seçilmir

D) 2 mərhələ

E) 4 mərhələ
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Руководство для врачей под ред. В.И. Мазурова.// Санкт-Петербург, 2005, «Фолиант», с. 209
11) Allopurinol ilə aparılan fasiləsiz müalicə neçə vaxtdan sonra tofusların yumşalmasına və sovrulmasına gətirir?
A) 1 – 2 il

B) 20 gün – 1 ay

C) 1 - 3 ay

D) Tofuslar sorulmur

E) 6 -12 ay
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Руководство для врачей под ред. В.И. Мазурова.// Санкт-Петербург, 2005, «Фолиант», с. 217
12) Sinovial mayenın tərkibini neçə hüceyrə sinfi təşkil edir?
A) 7

B) 5


C) 4

D) 3


E) 10
Ədəbiyyat: Ədəbiyyat: В.Н. Павлова, Г.Г. Павлов, Н.А. Шостак, Л.И. Слуцкий. Сустав: морфология, клиника, диагностика, лечение.// Москва, 2011, с. 279
13) Raqositlərin sinovial mayedə yüksək dərəcədə artması hansı xəstəliyin tipik əlamətidir?
A) Osteoartroz

B) Ankilozedən spondiloartrit

C) Fibromialgiya

D) Revmatoidli artrit

E) Titse sindromu
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Руководство для врачей под ред. В.И. Мазурова.// Санкт-Петербург, 2005, «Фолиант», с. 59
14) Reaktiv artritlər vaxtı selikli qişalarda və cinsi orqanlarda inkişaf edən xoraların xüsusiyyətlərinə aiddir?
A) Tez-tez perforasiya ilə nəticələnən

B) Residivləşən gedişat

C) Ağrısız olması

D) Ağrılı olması

E) Müalicəyə tabe olmayan
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Руководство для врачей под ред. В.И. Мазурова.// Санкт-Петербург, 2005, «Фолиант», с. 143 – 151
15) Laym xəstəliyi vaxtı ürək zədələnmələri əsasən hansı klinik şəkildə inkişaf edir?
A) Mitral və aortal çatmamazlıq

B) Müxtəlif dərəcədə təzahür edən atrioventrikulyar blokadalar

C) İşemik xarakter daşıyan dəyişikliklər

D) Səyirici aritmiyanın inkişafı

E) Ürək kameralarının genişlənməsi və dilatasiyası
Ədəbiyyat: Ədəbiyyat: Клиническая ревматология. Руководство для врачей под ред. В.И. Мазурова.// Санкт-Петербург, 2005, «Фолиант», с. 155 – 165
16) Mitral stenozunda hemodınamik dəyişikliklərə aiddir?
A) “Fiksə olunmuş ” vurğu həcmi

B) Sağ qulaqçığın hipertrofiya və dilatasiyası

C) Ürək atmasının kəskin azalması

D) Sol mədəciyin hipertrofiya və dilatasiyası

E) Böyük qan dövranın venalarında durğunluğun inkişafı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.667-690
17) Sistemli diffuz sklerodermiyanın əsas əlaməti olan dəri qalınlaşmasının inkişafını hansı simptom qabağlıyır?
A) Qızdırma

B) Hipopiqmentasiya

C) Hiperemiya

D) Ödem


E) Qaşınma
Ədəbiyyat: Ədəbiyyat: Ревматические заболевания. Под ред. Джона Х.Клиппела и др. Перевод с английского под ред.Е.Л.Насоновой, В.А.Насонова, Ю.А.Олюнина. Том III, Заболевания мягких тканей. Москва, 2011, «ГЭОТАР-Медиа», с. 90
18) Ağır mitral stenoz vaxtı dəliyin sahəsi hansı ölçülərdə olur?
A) <3,0 sm2

B) 1,0 – 3,0 sm2

C) 1,0 – 2,0 sm2

D) <1,0 sm2

E) <2,0 sm2
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.667-690
19) Antifosfolipid sindromunun ən çox rast gələn dəri zədələnmələsinə hansı kliniki əlamət aiddir?
A) “Kəpənək” şəklində səpki

B) Reyno sindromu

C) Torlu livedo

D) Əllənən purpur

E) Qottron əlaməti
Ədəbiyyat: Ədəbiyyat: Ревматические заболевания. Под ред. Джона Х.Клиппела и др. Перевод с английского под ред.Е.Л.Насоновой, В.А.Насонова, Ю.А.Олюнина. Том III, Заболевания мягких тканей. Москва, 2011, «ГЭОТАР-Медиа», 80 с.
20) Sağ qulaqcıq – mədəcik dəliyinin sahəsi normada?
A) 3,5 – 4,5 sm2

B) 3,0 – 4, 0 sm2

C) 6 – 7 sm2

D) 7,0 – 8,0 sm2

E) 1,5 – 2, 0 sm2
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.743 – 747
21) Trikuspidal stenoz vaxtı diastolik küy əsasən harada daha yaxşı eşidilir?
A) III - IV qabırğaarasında döş sümüyünün sol kənarında və ürəyin zirvəsinə keçirilir

B) V qabırğaarasında sol orta-körpücük xətdən içəri

C) Xəncərvarı çıxıntının üzərində

D) Ürəyin zirvəsində

E) V qabırğaarasında sol orta-körpücük xətdən xaric
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.743 – 747
22) Mitral stenoz vaxtı diastolik küy əsasən harada daha yaxşı eşidilir?
A) Ürəyin zirvəsində (xəstənin horizontal vəziyyətində)

B) V - VI qabırğaarasında döş sümüyünün sol kənarı və sol orta-körpücük xət arasında

C) III - IV qabırğaarasında döş sümüyünün sol kənarında və ürəyin zirvəsinə keçirilir

D) V qabırğaarasında sol orta-körpücük xətdən içəri

E) Xəncərvarı çıxıntının üzərində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.667- 690
23) Mitral stenoz vaxtı Qrem Still küyü əsasən harada daha yaxşı eşidilir?
A) V - VI qabırğaarasında döş sümüyünün sol kənarı və sol orta-körpücük xət arasında

B) V qabırğaarasında sol orta-körpücük xətdən içəri

C) II qabırğaarasında döş sümüyünün solunda

D) III - IV qabırğaarasında döş sümüyünün sol kənarında və ürəyin zirvəsinə keçirilir

E) Ürəyin zirvəsində (xəstənin horizontal, ələlxüsus sol yanı üstə vəziyyətində)
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.667- 690
24) Mitral stenozu vaxtı ağciyər arterial hipertenziyanın inkişafı hansı küyün əmələ gəlməsinə gətirə bilər?
A) Dürozyenin qoşa küyü

B) Qrem Still küyü

C) Kumbs küyü

D) Flint küyü

E) Traubenin ikili küyü
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.667- 690
25) Marfan sindromu ilə olan hamilə qadınlarda hamiləliyə əks göstəriş hansı əlamətin inkişafı sayılır?
A) Döş qəfəsinin ön şöbəsinin deformasiyası

B) Aortanın diametri 20 mm çox olması

C) Bədən proporsiyalarının dəyişilməsi

D) Araxnodaktiliya

E) Aortanın diametri 40 mm çox olması
Ədəbiyyat: Ədəbiyyat:Ревматические заболевания. Под ред.Джона Х.Клиппела идр. Перевод с английского под ред.Е.Л.Насоновой, В.А.Насонова, Ю.А.Олюнина. Том III, Заболевания мягких тканей. Москва, 2011, «ГЭОТАР-Медиа», с.302 – 303
26) Elers – Danlo sindromları üçün xarakterik sayılan əlamətlərə aiddir?
A) Homosistinuriya

B) Alt çənənin hiperplaziyası

C) Ektopiya

D) Araxnodaktiliya

E) Dərinin həddindən artıq dartılması
Ədəbiyyat: Ədəbiyyat: Ревматические заболевания. Под ред. Джона Х.Клиппела и др. Перевод с английского под ред.Е.Л.Насоновой, В.А.Насонова, Ю.А.Олюнина. Том III, Заболевания мягких тканей. Москва, 2011, «ГЭОТАР-Медиа», с.305 – 308
27) “Lupus pernio” – qurd eşənəyinə aid olmayan dəri zədələnməsi hansı sistemli iltihabi xəstəlik vaxtı rast gəlir?
A) Marfan sindromu

B) Şeqren sindromu

C) Xroniki sarkoidoz

D) Sistemli iltihabi miopatiyalar

E) Sistemli sklerodermiyanın məhdudlaşmış forması
Ədəbiyyat: Ədəbiyyat: Ревматические заболевания. Под ред. Джона Х.Клиппела и др. Перевод с английского под ред.Е.Л.Насоновой, В.А.Насонова, Ю.А.Олюнина. Том III, Заболевания мягких тканей. Москва, 2011, «ГЭОТАР-Медиа», с.288 – 300
28) Şeqren sindromlu xəstələrin müalicəsində pilokarpinin tətbiqi hansı məqsədlə təyin edilir?
A) Qlomerulonefritin müalicəsi üçün

B) Diş kariesin müalicəsi və profilaktikası üçün

C) Dəri zədələnmələrin yerli müalicəsi üçün

D) Eritematoz kandidozun müalicəsi üçün

E) Salivar disfunksiyasının müalicəsi üçün
Ədəbiyyat: Ədəbiyyat: Ревматические заболевания. Под ред. Джона Х.Клиппела и др. Перевод с английского под ред.Е.Л.Насоновой, В.А.Насонова, Ю.А.Олюнина. Том III, Заболевания мягких тканей. Москва, 2011, «ГЭОТАР-Медиа», с.168 – 172
29) “Qum saatı” formasında ürəyin (Sol mədəcik və sol qulaqcıq) dəyişiklikliyi hansı ürək qüsurun inkişafında müşahidə oluna bilər?
A) Trikuspidal qapağın stenozu

B) Aortal qapağın stenozu

C) Aortal qapağın çatışmazlığı

D) Mitral qapağın stenozu

E) Mitral qapağın çatışmazlığı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.690 – 705
30) Nəzərə çarpan orqanik mitral çatışmazlığı vaxtı diastolik Kumbs küyü hansı prosesin inkişafı ilə əlaqədar eşidilir?
A) Sol mədəcikdən sol qulaqçığa turbulent qan axını nəticəsində

B) Təzahür edən və davamlı ağciyər hipertenziyanın inkişafı

C) Sol atrioventrikulyar dəliyinin fibroz halqasının genişlənməsi

D) Sol atrioventrikulyar dəliyin nisbi stenozu

E) Mitral qapağın taylarının qeyri germetik bağlanması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.690 – 705
31) Nəzərə çarpan orqanik mitral çatışmazlığı vaxtı diastolik Kumbs küyü hansı nöqtədə daha yaxşı eşidilir?
A) Ürəyin zirvəsində

B) V - VI qabırğaarasında döş sümüyünün sol kənarı və sol orta-körpücük xət arasında

C) III - IV qabırğaarasında döş sümüyünün sol kənarında və ürəyin zirvəsinə keçirilir

D) II qabırğaarasında döş sümüyünün solunda

E) Xəncərvarı çıxıntının üzərində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.690 – 705
32) Hansı auskultativ əlamətin olmaması organik mitral çatışmazlığı inkar edir?
A) Diastolik küy

B) Kumbs küyü

C) Patoloji III ton

D) Sistolik küy

E) Flint küyü
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.690 – 705
33) Hansı patologiyaların inkişafı nisbi mitral çatışmazlığın formalaşmasına səbəb ola bılər?
A) Kəskin revmatik qızdırma

B) Miokardın kəskin infarktı

C) Marfan sindromu

D) Birləşdirici toxumanın sistemli xəstəlikləri

E) Ankilozedən spondiloartrit
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.690 – 705
34) Mitral çatışmazlığda sistolik küy hansı nöqtədə daha yaxşı eşidilir?
A) I qabırğaarasında sağda

B) V - VI qabırğaarasında döş sümüyünün sol kənarı və sol orta-körpücük xət arasında

C) Xəncərvarı çıxıntının üzərində

D) III - IV qabırğaarasında döş sümüyünün sol kənarında və ürəyin zirvəsinə keçirilir

E) Ürək zirvəsində və sol qoltuq nahiyəsinə keçirilir
Ədəbiyyat:
35) Aortal stenoz vaxtı sistolik küy hansı nöqtədə daha yaxşı eşidilir?
A) II qabırğaarasında döş sümüyünün kənarından sağa

B) III - IV qabırğaarasında döş sümüyünün sol kənarında və ürəyin zirvəsinə keçirilir

C) Ürək zirvəsində və sol qoltuq nahiyəsinə keçirilir

D) V - VI qabırğaarasında döş sümüyünün sol kənarı və sol orta-körpücük xət arasında

E) Botkin nöqtəsində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.705 – 719
36) Aortal stenozun “mitralizasiya” əlamətlərinə aiddir?
A) Koronar perfuziyanın pozqunluğları

B) Sol mədəciyin konsentrik hipertrofiyası

C) Sol mədəciyin diastolik disfunksiyasının inkişafı

D) Sağ mədəciyin kompensator hipertrofiyası və çatışmazlığı

E) Xəstələrdə “facies mitralis” əlamətin inkişafı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.705 – 719
37) Aortal qapağların nisbi çatışmazlığına hansı xəstəliklərin inkişafı gətirə bilər?
A) İnfeksion endokardit

B) Uippl xəstəliyi

C) Arterial hipertenziya

D) Ağciyər arteriyasının trombemboliyası

E) Sifilis
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
38) Aortal çatışmazlıq qüsurunun kompensasiyası hansı əsas hemodinamik mexanizm vasitəsilə təmin olunur?
A) Sol mədəciyin dilatasiyası

B) Sol və sağ mədəciyin konsentrik hipertrofiyası

C) Sol qulaqçığın və mədəciyin eksentrik hipertrofiyası

D) Sol mədəciyin konsentrik hipertrofiyası

E) Sol mədəciyin eksentrik hipertrofiyası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
39) Aortal çatışmazlığın dekompensasiyasının başlanması hansı əlamətlərin inkişafı ilə xarakterizə olur?
A) Tromboz və trombemboliyalar

B) Koronar perfuziyanın pozqunluğları

C) Sol mədəcik çatışmazlığı

D) Serebral perfuziyanın pozqunluğları

E) Sağ mədəcik çatışmazlığı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
40) Kvinke simptomu hansı xəstəliklər vaxtı müşahidə oluna bilər?
A) Aortal çatışmazlığı

B) Mitral çatışmazlığı

C) Fallo tetradası

D) Aortal stenoz

E) Allergik vəziyyətlər
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
41) Aortal çatışmazlığı vaxtı müşahidə olan Landolfi simptomu necə təyin olunur?
A) Yuxu arteriyaların pulsasiyası

B) Yumşaq damağın pulsasiyası

C) Göz bəbəyin pulsasiyası

D) Boyun venaların pulsasiyası (“müsbət vena nəbzi”)

E) Dırnaq yatağın pulsasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
42) Aortal çatışmazlıqda sistolik titrəmə hansı nöqtədə müəyyən edilir?
A) Döş sümüyün sol və sağ kənarı

B) Ürək zirvəsi

C) VI qabırğaarasında ön qoltuq xətt

D) II qabırğaarasında döş sümüyündən sola

E) Qaraciyər nahiyəsi
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
43) Aortal çatışmazlıqda zirvə vurğusu necə dəyişilir?
A) “Gümbəzvarı”, yerini sola və aşağıya dəyişir

B) İkilənmiş zirvə vurğusu

C) Qüclənmiş konsentrasiya olunmuş, yerini az dəyişir

D) Qüclənmiş və yayılmış, epiqastral nahiyəyə keçir

E) Dəyişilmir
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
44) Aortal çatışmazlıqda güclənmiş, “metal cingiltili ” II ton qüsurun hansı etiologiyasında müşahidə olur?
A) Sifilitik

B) Ateroskleroz

C) İnfeksion endokardit

D) Sistemli qırmızı qurdeşənəyi

E) Revmatik
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
45) Aortal çatışmazlıqda ürəyin nisbi kütlüyünün sol sərhədi necə dəyişilir?
A) Sağa

B) Sola


C) Sola və yuxarı

D) Dəyişilmir

E) Sola və aşağı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
46) Aortal çatışmazlıqda eşidilən funksional diastolik küy necə adlanır?
A) Flint küyü

B) Kumbs küyü

C) Qrem Still küyü

D) Dürozyenin qoşa küyü

E) Traubenin ikili küyü
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
47) İkiləşmiş Dürozye küyü harada eşidilir?
A) Ürəyin zirvəsində

B) Yuxu arteriyaların üzərində

C) Ön qoltuq xətt üzərində

D) Qasıq nahiyədə bud arteriyanın üzərində

E) Boyun venaların üzərində
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
48) Aortal çatışmazlıqda iri arteriyalar üzərində müəyyən edilən “sonsuz ton” (diastolik arterial təzyiq = 0) başqa hansı patologiyalarda rast gəlinə bilər?
A) Ağciyər arteriyasının qapağının çatışmazlığı

B) Mitral stenoz

C) Miokardit

D) Neyrosirkulyator distoniya

E) Ağciyər arteriyasının trombemboliyası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
49) “Ovuc tonu” hansı ürək qüsuru vaxtı inkişaf edə bilər?
A) Mitral çatışmazlıq

B) Trikuspidal stenoz

C) Aortal çatışmazlıq

D) Ağciyər arteriyasının qapağının çatışmazlığı

E) Mitral stenoz
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
50) Təcrid olunmuş aortal çatışmazlıqda elektrokardoqrafik müayinə P- dişinin hansı xarakterik dəyişikliklərini göstərir?
A) P- dişləri yüksək və iti uclu olur

B) P- dişləri əsasən mənfi olur

C) P- dişinin dəyişiklikləri müşahidə olmur

D) P- dişinin amplituda və davamiyyəti artır

E) P- dişinin ikiləşməsi müşahidə olur
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.719 – 733
51) Trikuspidal çatışmazlığın hemodinamik dəyişikliklərinə aiddir?
A) “De Müsse” simptomu

B) Mənfi vena nəbzi

C) Ağciyər hipertenziyası

D) Müsbət vena nəbzi

E) Sistolik təzyiqin yüksək və diastolik təzyiqin aşağı olması
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.733 – 743
52) Trikuspidal çatışmazlıqda xəstələrdə aşkar etmək olar?
A) “Yuxu arteriyaların güclənmiş pulsasiyası” simptomu

B) “Qöz bəbəklərin pulsasiyası” simptomu

C) “Kapilyar nəbzi” simptomu

D) “Qaraciyər nəbzi” simptomu

E) “Yumşaq damağın pulsasiyası” simptomu
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.733 – 743
53) Trikuspidal çatışmazlıqda müşahidə olunan “yelləncək” simptomu nəyi əks etdirir?
A) Qaraciyərin həqiqi pulsasiyası

B) Hepatoyugulyar reflüks

C) Mənfi vena nəbzi

D) Sistolik təzyiqin yüksək və diastolik təzyiqin aşağı olması

E) Asinxron (üst-üstə düşməyən) xarakter daşıyan ürək və qaraciyər pulsasiyası
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.733 – 743
54) Trikuspidal stenozda diastolik küy hansı nöqtədə daha yaxşı eşidilir?
A) I qabırğaarasında sağda

B) Ürəyin zirvəsində

C) II-III qabırğaarası döş sümüyünün sol kənarı

D) III - IV qabırğaarasında döş sümüyünün sol kənarında və ürəyin zirvəsinə keçirilir

E) V qabırğaarası döş sümüyünün sol kənarı
Ədəbiyyat: Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни. Сердечно-сосудистая система.//Москва, 2011, «МЕДпресс-информ», с.743 – 747


Yüklə 235 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin