tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq
edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011
40. Məişət sayğacı olan G-4 markalı mexaniki qaz sayğacının nominal ölçü diapazonu hansıdır?
A) 4,0 metr kub
B) 40 metr kub
C) 6,0 metr kub
D) 10 metr kub
E) 20 metr kub
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
41. Smart sayğacların blokdan çıxarılması prosesinin 5-ci mərhələsi hansıdır?
A) Smart kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik
olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindn sonar kart sayğacdan çıxarılır
B) Istənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ
ödənilir
C) Ödəmə nöqtəsində ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cihazları
təhlükəsizlik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyətdə saxlanılmalıdır
D) Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır
E) Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır. Bu zaman sayğac özü avtomatik olaraq
190 saniyədən geri saymağa başlayır
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Ə.M.İsmаyılоv, T.V.Cəfərоv. Qaz istismarı xidmətinin sorğu kitabı. Bakı, 2013
42. Qaz plitələri quraşdırılan mətbəxin həcmi ikigözlü plitələr üçün ən az neçə kub metr olmamalıdır?
A) 15
B) 14
C) 12
D) 16
E) 8
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq
edilmiş qazdan istifadə qaydaları. Bakı, 2011
43. Mülahizələrdən hansı doğrudur?
A) Qaz kəmərlərinin korroziyaya uğraması dedikdə kəmərin rənglənməsinə ehtiyac olması başa düşülür
B) Qaz kəmərlərinin korroziyaya uğraması dedikdə kəmərin daxilində metal səthinin çöküntülərlə
çirklənməsi başa düşülür
C) Qaz kəmərlərinin korroziyaya uğraması dedikdə kəmərin xarici mühitin və digər kənar təsirlərin
nəticəsində aşınması başa düşülür
D) Qaz kəmərlərinin korroziyaya uğraması dedikdə kəmərin giriş və çıxış hissələrinin aşınması başa düşülür
E) Qaz kəmərlərinin korroziyaya uğraması dedikdə kəmərin əymələr olan hissələrinin və qaynaq olunan
yerlərinin aşınması başa düşülür