tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
E) Ampermetr vasitəsilə
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013
75. Smart tipli sayğacların elektron ekranında hansı bölmə qalan krediti əks etdirir?
A) 2-ci bölmə
B) 4- cü bölmə
C) 10-cu bölmə
D) 1-ci bölmə
E) 3-cü bölmə
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
76. Sənayedə, məişətdə “Smart Sayğac” nə üçün quraşdırılır?
A) Havanın uçotunu aparmaq üçün
B) Səmt qazının uçotunu aparmaq üçün
C) İnert qazlarının uçotonu aparmaq üçün
D) Quru və təmiz qazların uçotonu aparmaq üçün
E) Dəm qazının uçotunu aparmaq üçün
Testin çətinlik dərəcəsi: Asan
İstinad: İ.Behbudov. Qaz təsərrüfatında texniki istismar, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ətraf
mühitin mühafizəsi qaydalarına və beynəlxalq standartlarına dair 1000 sual-1000 cavab. Bakı, 2017
77. Qoruyucu klapanın funksiyası nədir?
A) Qaz sızmalarının qarşısını almaq
B) Avadanlıqların və boru kəmərlərinin normadan yüksək təzyiq nəticəsində mexaniki dağılmalardan
qorumaq
C) Qaz sərfiyyatını tənzimləmək, təmir işləri zamanı boru kəmərlərindəki qazı havaya buraxmaq
D) Boru kəmərlərində təzyiqlər fərqini yaratmaq
E) İşçi mühitdə qaz qarışığını müəyyən etmək
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. 2013
78. Təftiş, təmir, uzunmüddətli (ehtiyat kompressordan başqa) söndürülmədən sonra kompressorun işə
salınması kimin yazılı icazəsindən sonra həyata keçirilir?
A) Müəssisənin rəisinin icazəsindən sonra
B) Daxili İşlər Nazirliyinin icazəsindən sonra
C) Qaz Nəzarəti Xidmətinin icazəsindən sonra
D) Kompressor stansiyasının rəisinin icazəsindən sonra
E) Fövqəladə Hallar Nazirliyinin icazəsindən sonra
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013