tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
79. Mülahizələrdən hansı doğrudur?
A) Yeraltı magistral qaz kəmərlərinin diametri Dş1000- dən az olduqda, 0,7 metr və Dş1000-dən çox olduqda
0,8 metr torpaq səthindən dərinliyə basdırılır
B) Yeraltı magistral qaz kəmərlərinin diametri Dş1000- dən az olduqda, 0,9 metr və Dş1000-dən çox olduqda
1,2 metr torpaq səthindən dərinliyə basdırılır
C) Yeraltı magistral qaz kəmərlərinin diametri Dş1000- dən az olduqda 0,6 metr və Dş1000-dən çox olduqda
1 metr torpaq səthindən dərinliyə basdırılır
D) Yeraltı magistral qaz kəmərlərinin diametri Dş1000- dən az olduqda 0,8 metr və Dş1000-dən çox olduqda
1 metr torpaq səthindən dərinliyə basdırılır
E) Yeraltı magistral qaz kəmərlərinin diametri Dş1000- dən az olduqda 0,5 metr və Dş1000-dən çox olduqda
1 metr torpaq səthindən dərinliyə basdırılır
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013
80. Hansı kəmərlər mürəkkəb qaz kəmərləri adlanır?
A) Yeraltı kəmərlər
B) Yerüstü kəmərlər
C) Sualtı kəmərlər
D) Birxətli, sabit diametrli kəmərlərdən fərqlənən kəmərlər
E) Texnoloji kəmərlər
Testin çətinlik dərəcəsi: Asan
İstinad: H.Mirələmov, Q.İsmayılov. Neftin və qazın boru kəmərləri ilə nəqli. Bakı, 2010
81. Evlərdə (mənzillərdə) tüstü bacaları nə üçün nəzərdə tutulub?
A) Metan qazını çölə çıxarmaq üçün
B) Oksigen qazını kənarlaşdırmaq üçün
C) Karbon qazını kənarlaşdırmaq üçün
D) Metanın yanma məsullarını kənarlaşdırmaq üçün
E) Qazın iyini kənara çıxarılması üçün
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Ə.S.Məlikov, Ə.M.İsmayılov, S.Y.Rəsulov. Qaz təsərrüfatının istismarı. Bakı, 2008
82. Yaşayış evlərində təbii qazla işləyən su qızdırıcıları quraşdırılan otağın qapısı hansı tərəfə açılmalıdır?
A) Çölə
B) İçəriyə
C) Fərqi yoxdur
D) Qarşıya
E) Arxaya
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. Bakı, 2008
83. Aşağıdakılardan hansı müddəa sobaların və tüstü borularının təmizlənməsi qaydalarına uyğun deyil?
A) İsidici sobalar 2 ayda 1 dəfədən az olmayaraq təmizlənməli
B) İsidici sobalar ayda 2 dəfədən az olmayaraq təmizlənməli