tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
C) Sayğacların quraşdırılaraq istismara qəbul edilməsi və təbii qazın verilməsi cihaz yoxlanıldıqdan sonra
həyata keçirilir
D) Sayğacların quraşdırılaraq istismara qəbul edilməsi və təbii qazın verilməsi cihaz təhvil verildikdən sonra
həyata keçirilir
E) Sayğacların quraşdırılaraq istismara qəbul edilməsi və təbii qazın verilməsi qaz xətləri yoxlanıldıqdan
sonra həyata keçirilir
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013
154. Marşrut kartları hansı müddətdə yenilənməlidir?
A) 3 ildən bir və avadanlıqlar təmir edildikdən sonra baxılıb düzəlişlər edilməlidir
B) İldə 1 dəfə və avadanlıqlar təmir edildikdən sonra baxılıb dəyişdirilməlidir
C) Rübdə 1 dəfə və avadanlıqlar təmir edildikdən sonra baxılıb düzəlişlər edilməlidir
D) Hər iş gününün sonuna və avadanlıqlar təmir edildikdən sonra baxılıb dəyişdirilməlidir
E) İldə 3 dəfə və avadanlıqlar təmir edildikdən sonra baxılıb dəyişdirilməlidir
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Qaz təsərrüfatında təhlükəsizlik qaydaları. Bakı, 2008
155. Qaz kəmərlərinin, armaturlarının və texnoloji avadanlığın texniki xidməti hansı vaxtlar aparılır?
A) Günün istənilən vaxtı
B) İş vaxtı ərzində
C) Qəza- bərpa işləri aparıldıqda
D) Qəza-bərpa işləri istisna olmaqla, gündüz vaxtları
E) Qəza- bərpa işləri qurtardıqdan sonra, günün istənilən vaxtı
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013
156. Elektrik qaynaq işləri zamanı əks ötürücü kimi qaz borusundan istifadə etmək olarmı?
A) Təhlükəsizlik tədbirləri görmək şərti ilə olar
B) Əks ötürücü kimi qaz borusundan istifadə etmək olar
C) Əks ötürücü kimi qaz borusundan istifadə etmək olmaz
D) Rəhbərliklə razılaşdırıldıqdan sonra olar
E) Başqa vasitə, yağış və ya nəmlik yoxdursa olar
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Magistral qaz kəmərlərinin texniki istismarı və onların istismarında texniki təhlükəsizlik qaydaları.
Bakı, 2013
157. Müddəalardan hansı doğrudur?
A) Magistral qaz kəmərinin kilometrajını və onu istismar edən müəssisənin adını əks etdirən məlumatlar
olmalıdır
B) Yalnız magistral qaz kəmərinin borularının faktiki dərinliyini və onu istismar edən müəssisənin adını əks
etdirən məlumatlar olmalıdır
C) Magistral qaz kəmərinin kilometrajını və boruların faktiki dərinliyini əks etdirən məlumatlar olmalıdır
D) Onu istismar edən müəssisənin adını və telefon nömrəsini əks etdirən məlumat lövhəsi olmalıdır