Rəyçilər: Yeganə Qəhrəmanova


İşgüzar ünsiyyətin sosial əsasları



Yüklə 374,31 Kb.
səhifə4/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   2   3   4   5   6   7   8   9   ...   113
İşgüzar -A5 (1) 2003

İşgüzar ünsiyyətin sosial əsasları. İşgüzar ünsiyyətin sosial əsasları insanların fəaliyyəti ilə bağlıdır. Ona görə ki, hər hansı bir işin birgə həyata keçirilməsi, bu məsələdə müvafiq məsələlərin həlli müəyyən sayda insanın qarşılıqlı fəaliyyətini əhatə edir. Buradan belə bir nəticəyə gəlmək olur ki, işgüzar ünsiyyət insanların fəaliyyətlərindən irəli gəlir.
İnsanların işgüzar əlaqələri çox yönlü və eyni zamanda fəaliyyətləri qədər müxtəlifdir. İşgüzar ələqələr insan fəaliyyətinin bütün sahələrində – biznesdə, siyasətdə, mədəniyyətdə, idmanda, təhsildə və bütün səviyyələrdə adi bir işçidən tutmuş yüksək vəzifəli səlahiyyət sahiblərinə qədər yaranır, həyata keçirilir. Bütün bunlar işgüzar ünsiyyətin ictimai həyatın həqiqi bir hadisə kimi universal olduğunu göstərir.
İstənilən bir cəmiyyətdə işgüzar ünsiyyətin sosial əsası insanların fəaliyyəti və fəaliyyət daxilində olan sosial münasibətlərdir.
İşgüzar ünsiyyət və akademik kommunikasiyanın mövzusu, metodları, vəzifələri. “Azərbaycan dilində işgüzar ünsiyyət və akademik kommunikasiya” fənninin mövzusu peşə və sahibkarlıq fəaliyyətində insanların ünsiyyətinin sosial-psixoloji dəyəri və təşkilati-texniki problemləridir. Bunu müəyyən bir metod vasitəsilə həyata keçirmək mümkündür. Metod (yunan dilində “bir şeyə gedən yol” deməkdir) ümumi mənada bir məqsədə çatmaq, bir problemi həll etmək üçün bir yol deməkdir. Ona görə də müəyyən bir problemi həll etmək, müəyyən bir fəaliyyət sahəsində nəticəyə nail olmaq üçün mövcud olan reseptlərə, prinsiplərə, tələblər sisteminə əməl etmək lazımdır.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnini hərtərəfli öyrənmək və araşdırmaq üçün müxtəlif metodlarından istifadə olunur:
Müşahidə metodu. Bu metoddan ilkin material toplanarkən istifadə olunur. Məsələn, şifahi ünsiyyətə, rabitəyə əsasən işgüzar ünsiyyət tərəfdaşlarının qeyri-şifahi davranışları, üz ifadələri, duruşları, jestləri, səs tonları və s. müşahidə edilməklə öyrənilir.
Ölçmə metodu. İşgüzar əlaqələrin öyrənilməsində ölçü metodu təbiət elmlərində tətbiq olunan formalarda istifadə oluna bilməz. Amerikalı psixiatr və sosial psixoloq J.Moreno ölçmə metodunu sosiometriya metodu kimi təqdim edir. Sosiometrik bir ölçü kiçik qruplardakı ünsiyyət əlaqəsini və qrup üzvlərinin birliyini, uyğunluğunu qiymətləndirir.

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin