Rəyçilər: Yeganə Qəhrəmanova


İşgüzar ünsiyyətin monoloji janrları



Yüklə 374,31 Kb.
səhifə37/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   33   34   35   36   37   38   39   40   ...   113
İşgüzar -A5 (1) 2003

İşgüzar ünsiyyətin monoloji janrları
Monoloji nitq. Nitq prosesində danışanın və dinləyənin iştirakı həmişə eyni formada olmur. Bəzən dinləyən sual verir, danışana öz rəyini söyləyir. Bəzən isə dinləyən müsahibinin danışığına müdaxilə etmir, münasibət bildirmir. Bunlar nitqin dialoji və monoloji formalarını yaradır.
Monoloji nitq dialoji nitqlə müqayisədə struktur baxımından sadədir. Burada bir nəfər fikri geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edir. Bu zaman danışanın müsahibi və müsahibləri ilə əks əlaqəsi olmur. Monoloji nitqin əsas məqsədi nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunu başqasına çatdırmaqdır. Bu nitq proqramlaşdırılmış, təşkil olunmuş nitqdir. Belə ki, danışan deyəcəklərini əvvəlcədən düşünür, eyni zamanda ifadə edəcəyi fikrin həcmini bilir. Bundan başqa, ifadə edəcəyi fikrin xarakterini müəyyənləşdirir, auditoriyaya müraciət formasını dəqiqləşdirir. Hansı materialları deyəcəyini, müsahibinin və müsahiblərinin səviyyəsini, deyəcəklərinin onlara necə təsir edəcəyini təsəvvüründə qabaqcadan canlandırır.
Monoloji nitq mütəşəkkil nitq növü hesab olunur. Məsələn, müəllimin mühazirəsi monoloji nitqdir. Bədii ədəbiyyatda da çoxlu sayda monoloji nitqə rast gəlirik. Məsələn, İsgəndərin monoloqu, Hamletin monoloqu və s.
Monoloji nitq fasiləsiz, ardıcıl, əlaqəli və məntiqli olmalıdır. Ona görə də monoloji nitqdən istifadə edən çatdıracağı məlumatın məzmununu dərindən bilməli və aydın dərk etməlidir. Eyni zamanda zəngin söz ehtiyatına malik olmalı, nitqin təsirlilik və emosionallıq xüsusiyyətlərini qorumalıdır. Danışdığı dilin qayda-qanunlarını mükəmməl bilməlidir.
İşgüzar ünsiyyətdə monoloq bir şəxsin davamlı bir ifadəsidir. Nisbətən fasiləsiz, ardıcıl və məntiqli, nisbi dolğunluğa malikdir, quruluşu mürəkkəbdir. Yığıncaqda məruzə, hesabat və mesaj janrları, səhmdarlara, həmtəsisçilərə edilən çıxışlar ilə təmsil olunan monoloq, bir qayda olaraq, vərəqdən oxunan, yazılı bir xarakter daşıyan və buna görə də dərhal mövcud olan nitqdir. İki formada– şifahi və yazılı formada ifadə olunur.
Bu gün işgüzar ünsiyyət dairəsi əhəmiyyətli dərəcədə genişlənir. Reklam, sosial ünsiyyət işgüzar ünsiyyətin ayrılmaz hissəsinə çevrilir. Bu gün bir müəssisə və biznesin müvəffəqiyyəti bir çox hallarda mövqelərini əlverişli təqdim etmək, potensial tərəfdaşa maraq göstərmək və xoş təəssürat yaratmaq qabiliyyətindən asılıdır. Buna görə monoloji nitq getdikcə işgüzar ünsiyyət təcrübəsinə çevrilir: təqdimat nitqi, təntənəli nitq, müxtəlif iclaslarda açılış nitqi və digər etiket mətnləri və s.
İctimai nitq. İşgüzar münasibətləri saxlamaq vasitələrindən biri tərəfdaşların, həmkarların, sponsorların, müştərilərin şəxsi və ictimai təltifləri, eləcə də ildönümü münasibətilə komanda adından təbriklərdir. Təbrikin həyata keçirildiyi forma “ünvan” adlanır. “Ünvan” təntənəli məclislərdə oxunur. Təbrik nitqləri və mətnlər etiket mətnlərinə aiddir. Xalqın nitqinin ənənəvi janrlarına salamlama nitqi, satış nitqi (reklam), məlumat nitqi və hesabat (iclasda, yığıncaqda) daxildir. İşgüzar ünsiyyətdə ictimai nitq şifahi xalq nitqinin ümumi qaydalarına tabedir.
İctimai nitq əvvəldən sona qədər maraqlı və faydalı olmalıdır. Düzgün kompozisiya şəklində tərtib olunmalı, giriş, əsas hissə və nəticədən ibarət olmalıdır. İctimai nitq hətta təcrübəli natiqlər tərəfindən diqqətlə hazırlanmağı tələb edir və bu, yeni fəaliyyətə başlayanlar üçün vacibdir. Nitq hazırlığı müəllifinə sevinc və fərəh həyəcanı gətirən yaradıcı bir işdir. Belə hazırlıq, hər şeydən əvvəl, işin bütün mərhələlərinin nəzərdən keçirilmiş ardıcıllığını əhatə edir. Qədim ritorik kanon nitqin hazırlanması və çatdırılmasını dörd mərhələyə ayırmışdır:

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin