Rəyçilər: Yeganə Qəhrəmanova


Ekspressiv – mənalı hərəkətlər



Yüklə 374,31 Kb.
səhifə47/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   43   44   45   46   47   48   49   50   ...   113
İşgüzar -A5 (1) 2003

Ekspressiv – mənalı hərəkətlər. Ekspressiv – mənalı hərəkətlər davranışın görmə orqanı vasitəsilə qavranılmasıdır. Burada duruş, mimika, əl-qol hərəkətləri, baxış, yeriş xüsusi rol oynayır.

  • Prosodika və ekstralinqvistika (informasiya, səsin ucalığı, tembri, nəfəsalma, gülüş, öskürək). Səsin xarakteristikaları prosodik (nitqdə vurğulu və vurğusuz, uzun və qısa hecaların tələffüzü sistemi) və ekstralinqvistik (linqvistikadan kənar) hadisələrə daxildir. Şövq, ruh yüksəkliyi, sevinc və narazılıq adətən yüksək səslə, nifrət, qorxu kifayət qədər yüksək, qəm qüssə, yorğunluq adətən batıq səslə verilir.

  • Takesik ünsiyyət vasitələri. Başı sığallama, toxunma, əl-ələ verib görüşmə, tərifləmə takesik ünsiyyət vasitələrinə aiddir.

  • Proksemik vasitələr. Bunlara tərəflər arasında oriyenasiya, distansiya aiddir. Məsələn, təlim zamanı müəllimlə şagird və tələbələr arasında distansiyanın normaları aşağıdakı kimi müəyyən olunur: 1) müəllimin şagirdlərlə fərdi ünsiyyəti– 45-dən 120 sm-dək; 2) sinifdə şagirdlərlə, tələbələrlə rəsmi ünsiyyət – 120-400 sm; 400-750 sm.

    Mövzu 9
    İşgüzar ünsiyyət etikası və psixologiyası


    İşgüzar ünsiyyət etikası. İşgüzar ünsiyyət insandan yüksək psixoloji mədəniyyətə sahib olmağı, həmçinin işgüzar münasibətlərin emosional tərəfini daim öyrənməyi və nəzərə almağı, etik normalara riayət etməyi tələb edir.
    Etiket– insanlara münasibətin xarici təzahürü (davranış formaları, ictimai yerlərdə davranış qaydaları, geyim və s.) ilə əlaqəli davranış qaydalarının məcmusu, əxlaqi-ictimai standartlara riayət etməklə müəyyən edilmiş davranış qaydasıdır. Etiket tarixi və milli-mədəni bir anlayışdır.Yəni etik qaydalar uzun müddət formalaşır, olduqca yavaş-yavaş dəyişir, mədəni və milli ənənələrə bağlı olur.
    Etika termini ilk dəfə Aristotel tərəfindən (e.ə. 384-322) düzgün, əxlaqi əməlləri yerinə yetirmək üçün nə etməli olduğumuz sualına cavab verməli olan praktik bir fəlsəfəni ifadə etmək məqsədilə istifadə edilmişdir. Etik yunan dilində “adət, xasiyyət” mənasında işlənmiş, əxlaq, əxlaq doktrinasıdır. Əxlaq latın dilində “mənəvi” mənasını bildirir, insan tərəfindən tanınan etik dəyərlər sistemidir. Əxlaq ictimai həyatın ən müxtəlif sahələrində – ailə, gündəlik həyat, siyasət, elm, iş və s. olur. İctimai münasibətlərin, ünsiyyət və davranışların normativ tənzimlənməsinin ən vacib yoludur.
    İşgüzar ünsiyyət etikası istehsal fəaliyyəti zamanı insanların davranış və münasibətlərini tənzimləyən əxlaq normalarının, qaydaların və fikirlərin məcmusu kimi müəyyən edilə bilər.
    İş etiketi danışıqlarda qarşı tərəfin (tərəfdaşın) ciddi uyğunluğunu nəzərdə tutur. İnsanların ünsiyyət qaydaları, həyat tərzi milli adət və ənənələrə aiddir. Bütün bunlar əsrlər boyu yaşam təcrübəsinin, bu və ya digər xalqın əvvəlki nəslinin həyatının nəticəsidir. Ənənə, davranış qaydaları nə olursa olsun, mütləq uğur qazanmaq üçün onlara əməl etmək lazımdır.
    Müxtəlif ölkələrdə iş adamları üçün davranış qaydalarının xüsusiyyətlərinə dair bir çox nümunə var. Məsələn, amerikalılar eyni jesti sizdən qəbul edərlərsə, sizi qısqanarlar. Çin və vyetnamlılar müqaviləni poza bilərlər. İtalyanlılarla işgüzar söhbət zamanı əhəmiyyətsiz bir məsələni müzakirə etmək istəyindən imtina etməyi göstərmək olmaz. Yaponların söhbət zamanı hədsiz dərəcədə şən nitqlərinə təəccüblənməyə ehtiyac yoxdur.
    İşgüzar ünsiyyət etikası dostlar, qohumlar, iş yoldaşları və digər insanlarla söhbət zamanı zəruridir. İşgüzar ünsiyyət etikasının əsas elementi nəzakətdir. Bu, pozalarda, jestlərdə, sözlərdə, intonasiyalarda və s. özünü göstərir. Nəzakət işgüzar ünsiyyətdə insanı müsbət xarakterizə edir və söhbət boyunca insan barədə xoş təəssürat yaradır.
    İşgüzar ünsiyyətdə əsas söhbət qaydaları bunlardır:


    1. Yüklə 374,31 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   43   44   45   46   47   48   49   50   ...   113




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin