___
so 543 ca
Reyhan Mirzəzadə
________________
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi.
düşünülmüş nəticəsi idi. Qaraçayların, balkarların, çe
çenlərin və başqa xalqların uzaq Sibir çöllərinə sürgünü,
Krım tatarlarının deportasiyası, o cümlədən Sibirdə,
Volqaboyunda
yaşayan
türkdilli
xalqların
çoxsay
lı
bəlaları vəhşi bir siyasətin həyata keçirdiyi yırtı
cı planlar idi. Belə bir qəliz dövrdən baş çıxarıb,
öz xalqının adını doğrultmaq Əziz Əliyev kimi oğulun
taleyinə yazılmışdı. O,həm elm xadimi, həm dövlət xa
dimi, həm siyasi xadim, həm də zamanın tələbinə
uyğun bir hərbçi kimi mətinləşməkdə idi.
Azərbaycanın
Xalq
Yazıçısı
İmran
Qasımov
xatirələrində yazdığına görə,
Sovet İttifaqı mövcud
müqavilənaməyə müvafiq olaraq, 1941-ci ildə öz qo
şunlarını İrana gətirir. Əziz Əliyev alay polkovniki
rütbəsində həmin qoşun hissələrinin siyasi rəhbəri
təyin olunur. O illər İran Azərbaycanında demokratik
hökumət yaradılır, muxtariyyət tələbləri və bəzi islahatlar
irəli sürülür. Təbrizdə xeyli yazıçı çalışır, vacib ədəbiyyat
nəşr edilir. Onun daşınması bakılı Ağamirzə Əhmədovun
başçılıq etdiyi Təbriz dəmiryolunun öhdəsinə düşür
Bütün fəaliyyətini cəbhə üçün döyüş kinooçerkləri
hazırlamağa həsr etmiş kinostudiyanın bazası əsasında
Rəsul Rza Bakıda “Azərbaycan” jurnalı nəşr etdirir
Rəngli jurnal buraxmaq üçün yeganə əlac Yeyinti
Sənayesi Nazirliyi nəzdində “sırsıra-konfet” kağızını
hazırlayan maşın olur. Elə həmin maşın çap dəzgahını
əvəz edir. Poliqrafik keyfiyyəti yüksək olmasa da, jurnal
müntəzəm çıxır. Rəsul Rza onu tez-tez Təbrizə aparır.
Bir dəfə jurnalı Təbrizə imran müəllim aparmalı
olur. Onun Əziz Əliyevlə ilk görüşü də elə o zaman,
Əhmədovun yük vaqonunu dəyişib, əsgər çarpayıları
qoyduğu “salon-vaqon” da olur. Çarpayıların üstündə
oturub söhbət edirlər. Əziz Əliyev jurnalı əlində tutaraq,
İmran Qasımovun faşizmə qarşı döyüşlərdə kinematoq-
rafın rolundan bəhs edən məqaləsinə diqqət yetirir.
Sonra da müdrik uzaqgörənliklə həmin nömrəni gələcək
günlər üçün bütövlükdə saxlamağını məsləhət görür,
i. Qasımov söz yox ki, bu təklifi qəbul edir. Qərəz, onun
Əziz Əliyevlə Təbrizdəki yeganə görüşü - vaqondakı
görüş olur.
1942-ci ilin 16 sentyabrında Əziz Əliyev Dağıstana
rəhbər təyin olunanda almanların məxfi planına görə 9
gün sonra, yəni sentyabrın 25-də Bakı zəbt olunmalı idi.
Amma oluna bildimi? Vətənin Əziz övladı işə başlayan
kimi dərhal dağlılara müraciətində onu da bildirirdi ki,
bizim işimizin uğurlu olmasım şərtləndirən səbəblərdən
biri də sözdə yox, işdə bütün fəaliyyətimizi əsl hərbi
qaydada yenidən qurmağımız, işimizin bütün sistemini
müharibə və cəbhə qayda-qanunları ilə həyata keçir
məyimizdir. İndi bütün istirahət günlərini ləğv edərək,
vaxtı nəzərə almadan bütün gücümüzün yetdiyi qədər
gərginliklə işləməliyik. Hər yerdə ciddi hərbi intizam yara
dılmalı, başsızlıq və nəzarətsizlik ləğv edilməli, özünə və
başqalarına qarşı tələbkar olmalı, dəqiq və konkret
göstərişlər verilərək onların yerinə yetirilməsi müddəti qəti
şəkildə müəyyənləşdirilməli, işin icrasına nəzarət lazımi
səviyyəyə qaldırılmalıdır...
Əziz Əliyev xalqa nümunə olaraq bir an istira
hət etmir, həm Dağıstanın müdafiəsinə, həm respubli
kanın dağıdılmış iqtisadiyyatının dirçəldilməsinə, həm də
ucqar aullarda yaşayan dağlı xalqların milli-mənəvi də
yərlərinin, mədəniyyətinin daha da yüksəldilməsinə ciddi
nəzarət edirdi.
I. Qasımovun xatirələri davam edir:“ ... İndi isə
yatmaq lazımdır, o başdan durmalıyıq, - deyə Əziz
Məmmədkərim oğlu ayağa qalxdı, Mahaçqalada qonaq
544
ca
ю
545
ся
olan böyük qızını çağırıb tapşırdı: - Bizi tezdən oyat,
uçmalıyıq!
Ertəsi gün havada bərk çalxalanan, uçuş yolunda
tozu dumana qatan balaca sanitar təyyarəsində Kubaçıya
gəlib çıxdıq. Yol üstündəki kiçik, şüşəbənd pavilyonun
yanında xeyli adam yığışmışdı. Əziz Əliyev onların hər
biri ilə ayrı-ayrılıqda salamlaşır, əl tutur, iltifatla hal-əhval
soruşub gülümsəyirdi. Çox çəkmədi ki, hərbi maşın bizi
Kubaçının özünə çatdırdı. Bura son dərəcə mənzərəli bir
aul idi. Evlər elə bil bir-birinin belinə çıxmışdı, uzaqdan
pillə-pillə görünürdü.
Biz yerdə, döşəkcələr üstündə oturmuşduq. Əziz
Məmmədkərim oğlu təbəssümlə, gülümsər baxışlarla
söhbət edirdi; kubaçılıların ölməz sənətinin Dağıstana
böyük şöhrət qazandırdığından danışırdı. O, heç nə
gizlətməməyə çalışır, açıq deyirdi ki, cavanların çoxu
cəbhədən qayıtmır, bəlkə heç qayıtmayacaqlar, lakin
xalqın ulu sənəti isə yaşamalıdır.
Kubaçılılar söhbətin axırında Əziz Əliyevdən çox
şey xahiş etdilər, müxtəlif tələblər irəli sürdülər. Amma
onların arasında elə bir adam olmadı ki, Dağıstanın bu
hörmətli rəhbərini başa düşməsin, ona havadar çıxmasın.
Hətta qocalardan biri qalxıb qonşu otaqdan bəzək-zinət
şeyləri gətirdi. Bu bəzək şeyləri o qədər qənirsiz və elə
zərif idi ki, dünya görmüş Əziz Əliyev heyranlığını gizlədə
bilmədi:
- Çox gözəldir! Nəvənizi evləndirin ki, bunları
qoruyub saxlasın. Yaxşımı? - deyə Əziz Məmmədkərim
oğlu qocadan soruşdu. O, ən ciddi söhbət əsnasında da
işin xeyrinə zarafatından, gülüşündən qalmırdı.
i.Qasımovun yazdığına görə, onlar harada olduqla
rına əhəmiyyət verməyərək söhbətlərinə davam edirlər.
Hətta Kubaçıda təyyarənin lyukları bağlanan anlarda
________
Reyhan Mirzəzadə
________________________
во 546 a
3
belə onlar öz xatirələri ilə məşğul olurlar. Təyyarə
ni cəbhədən təzəcə qayıtmış məşhur pilot Nurəddin
Əliyev idarə edir.Əziz Məmmədkərim oğlu yenə zara-
fatsız keçinə bilmir:“Bu fırfıra maşın bizi dağlara çırpıb,
qərq etməsə yaxşıdır! Amma sənət xatirinə bir aula
da gərək uçaq, orada bir dəliqanlı avar balası pey
da olub. Çox maraqlı oğlandır...”
Sağ-salamat həmin aulda yerə endik. Çox çək
mədi həmin avar balasını gördüm, bığ yeri təzəcə tər
ləyirdi.
Əziz Əliyev dedi:
- Hə, sizin ağsaqqallarla söhbət etmişəm, onlar
səni tərifləyirlər.
- Məni atam
Həmzə Sadasa da tərifləyir, -
deyə gələcək şair ötkəm-ötkəm bildirdi.
Sizin qocalardan soruşuram ki, bu necə olan iş
dir, balaca oğlan şeir yazır, axı avar dilinin də lüğət tər
kibi kasaddır?Onlar mənə deyirlər ki, balacalığına bax
ma, o, çox kamallı oğlandır, ağıl dəryasıdır. Şeirləri ürə
yə yatır. Nə isə, məktəbi yaxşı bitir, sonra səni Mosk
vaya göndərərəm, təhsilini orda davam etdirərsən...
Əziz Məmmədkərim oğlunun bir neçə ildən son
ra Moskvaya oxumağa göndərdiyi “balaca oğlan” , son-
ralar Dağıstanın məşhur Rəsul Həmzətovuna çevrildi.
Qeyd edim ki, 1937-ci ildə Dağıstanda da güclü
repressiyalar başlamışdı. Stalin rejimi illərin əziyyəti ilə
yetişdirilmiş yerli kadrları məhv etdi. Dağıstanda bir
nəfər də olsun dağlı kadr qalmadı. Əziz Əliyevin ən
böyük xidmətlərindən biri dağıstanlı yerli kadrları ərsə
yə gətirmək oldu. Əziz Əliyevin məhz bu sahədə - yerli
əhali arasında ixtisaslı kadrlar, mütəxəssislər hazır
layıb, irəli çəkmək sahəsində Dağıstanda cəmi altı il
ərzində gördüyü işlər bütün dağlı xalqların həyatında,
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 547
ca
Reyhan Mirzəzadə
________________
___
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
.
taleyində və tarixində o dərəcədə yüksək rol oynamışdır
ki, Dağıstanın son dövrə qədərki rəhbər işçilərinin çoxu
“Əziz Əliyev məktəbindən çıxmışdır” demək daha düzgün
olardı. Sözün əsl mənasında Əziz Əliyev bu sahədə bir
məktəb, nümunəvi bir məktəb yaratmışdı.
Əziz Məmmədkərim oğlu kadrları heç özlərinin xə
bəri olmadan ən ucqar yerlərdən belə axtarıb tapır,
onlar üçün normal iş şəraiti yaradır, onların sosial, məişət
şəraitindən tutmuş fiziki sağlamlıqlarına qədər hər şeylə
maraqlanır, qayğısına qalırdı. Vaxtı ilə Əziz Əliyevin
kömək edib irəli çəkdiyi neçə-neçə adamlar onu böyük
qəlbə malik, qayğıkeş, səmimi bir insan kimi dərin
minnətdarlıqla xatırlayırlar.
Müharibənin odlu-alovlu illərində Dağıstan Res
publikasını partiya yox, məhz Əziz Əliyevin zəkası,
bacarığı, təcrübəsi idarə etdi, xalqın min bir zillətə
düçar olmasının qarşısını aldı. Əziz Əliyev 30-dan çox
xalq və etnik qrup yaşayan Dağıstan əhalisinin birliyini,
bərabərliyini yaradıb möhkəmləndirdi, milli çəkişmələrin,
xəyanətin, fərariliyin, qayğısızlığın, biganəliyin qarşısını
aldı. Özü də gecə və gündüz rahatlıq nə olduğunu
bilmədən işlədi, xalqı da işlətdi, əsgərlərlə bərabər
şaxtalı havalarda səngərlərdə gecələdi, Vətən torpağını
düşmənlərdən, insanları aclıqdan, talanlardan qorudu.
Məhz bu zəhmətləri ilə Dağıstan xalqlarını Stalin-Beriya-
Mikoyan fəlakətindən qurtardı. Onları uzaq Qazaxıstan,
Sibir çöllərinə sürgün olunmasından xilas etdi. Əziz
Əliyevin uzaqgörən siyasəti, milli azərbaycançılıq məf
kurəsi qoymadı ki, Dağıstan xalqlarının taleyi Krım
tatarları, Mexseti türkləri, çeçenlər, inquşların acı taleyinə
bənzəsin. Əlbəttə, söz yox ki, onlarda da partiya var
idi, amma nə etsinlər ki, Əziz Əliyev kimi sima, güclü
şəxsiyyət yox idi. Tanrı onu məhz Azərbaycan xal
qına bəxş etmiş, Dağıstanın imdadına yetişdirmişdi.
Qocaman cəbhəçi-jurnalist İbrahim Novruzovun
“Müharibə ilə üz-üzə” adlı xatirəsindəki qeydlərdən:
“Şimali Qafqazda havalar getdikcə soyuyurdu.
Günəş az-az görünürdü. Tez-tez yağan payız yağışından
torpaq qurumağa macal tapmırdı. Yuxarıdan, Xəzərin
şimalından əsən soyuq küləklər palçığın ancaq üzünü
qaysaqlandırırdı. Qara torpaqlar üzərində insanların,
heyvanların, maşınların hərəkəti çətin olmuşdu. Burada
palçıq o qədər qalın, o qədər dərin idi ki, uzunboğaz
çəkmələri az qala ayaqdan üzüb çıxarırdı. Şimal qru
punun qoşunları belə bir şəraitdə həm hücuma hazırlaşır,
həm də düşmənin Stalinqrada gedən ordularına həmlələr
edirdi. Canlı qüvvəsini və texnikasını tələfata uğradır,
kommunikasiyaları dağıdırdı.
Bizə də burada qəzet çıxarmaq o qədər asan
deyildi, ikinci nömrəni buraxmağa imkanımız yox idi. Şrift
çatmırdı. Bir səhifəni yığıb çap etməmiş, ikinci səhifəni
yığmaq imkanımız yox idi. Kağız və mətbəə avadanlığı
üçün Bakıya getmək lazım idi. Buna da cəsarətimiz
çatmırdı. Güman edirdik ki, Bakıda bizi düzgün başa
düşməzlər. Həmin günlərdə cəbhəyə gəlmiş Səməd
Vurğundan və Məmməd Rahimdən Dağıstan Vilayət Par
tiya Komitəsinin Birinci katibi Əziz Əliyevin Xasavyurtda
olduğunu eşitdim, rayon partiya komitəsinə, Əzizin
görüşünə getdim. Əzizi Bakıdan, Azərbaycan KP MK
katibi olduğu vaxtdan tanıyırdım. Müharibənin ilk ayla
rında o, İranda ordu Hərbi Şurasının üzvü olanda ya
nında qulluq etmişdim. Xasiyyətinə yaxşı bələd idim.
Bilirdim ki, mümkün olan köməyi əsirgəməyəcəkdir. Axı o,
eyni zamanda Zaqafqaziya cəbhəsinin şimal qrupu Hərbi
ю 5 4 8 ел
ю
549 ся
Şurasının və Dağıstanda olan 58-ci ordunun Hərbi
Şurasının üzvü idi.
Gözlədiyim kimi də oldu. Axırıncı dəfə biz keçən ilin
dekabr günlərində Təbrizdə görüşüb ayrılmışdıq. O,
Sovet İttifaqına qayıdan bir qrup yoldaşı yola salmaq
üçün vağzala gəlmişdi. Verdə qalın qar var idi. Bağlarda
ağacların çılpaq budaqları şaxtadan sanki gümüşə tutul
muşdu. Şəhəri qucaqlayan şiş dağlar nəhəng kəllə qənd
ləri xatırladırdı. Ərk qalası, Göy məscid də qar altında
mürgü döyürdü. Əziz ötürməyə gəldiyi adamların bir-bir
əlini sıxaraq onlara uğurlu yol arzulayır, vətənə salam
yetirməyi ismarlayırdı. Şinelinin yaxalığında
vurulmuş
əsgəri nişanını qar zərrələri yavaş-yavaş örtürdü.
O vaxtdan təxminən on bir ay keçmişdi. Bu
müddətdə nə qədər dəyişmişdi: alnında çoxlu qırışlar
yığışmış, yuxusuz gecələrin əlaməti olaraq gözlərinin altı
şişmişdi. Onu əhatə edən adamlar arasında hamıdan
yorğun görünürdü.
Əziz Əliyev həkim idi. Amma heç birimiz ona
“doktor” deyə müraciət etmirdik. Onu soyadı və rütbəsi ilə
də çağırmırdıq. Hamımız ona ehtiram əlaməti olaraq,
sadəcə “Əziz yoldaş" deyirdik. Təvazökarlıq, alicənablıq,
açıq ürək ona daxili bir gözəllik verirdi.
Əziz məni görən kimi tanıdı və dərhal yanına dəvət
etdi, hal-əhval tutdu. İrandan sonra Krımda olduğumu
bilib, bir-bir yoldaşları soruşdu. Mən də redaksiyamızın
ehtiyaclarını sadaladım. Məni diqqətlə dinlədi və “Bizdə
Azərbaycan şriftləri yoxdur”-deyə mətbəə avadanlığı verə
bilməyəcəyinə təəssüfləndi. Sonra “Daqestanskaya prav-
da” qəzetinin ehtiyatından bir qədər kağız buraxılmasına
sərəncam verdi”.
Əziz
Məmmədkərim oğlunun
diqqət mərkəzində
olan əsas məsələlərdən biri də xalq qisasçıları alayı ya
_________________Reyhan_Mirzdzadə___________________so__552_ел'>_________________Reyhan_Mirzəzadə_________________'>_______________
Reyhan Mirzəzadə
________________
ratmaq idi. Onun bilavasitə rəhbərliyi altında Mahaçqala
Müdafiə Komitəsi
xüsusi təlimat işləyib hazırladı.
1942-ci ilin payızında minlərlə kişi və qadın xalq ala
yı sıralarına daxil oldu. Şəhər və rayon partiya ko
mitələri bu alayların təşkilat qərargahına çevrildi. Bir sı
ra şəhər və rayonlarda xalq alayları batalyonlarının tər
kibində bölüklər təşkil edildi. Respublika üzrə bütövlük
də sıralarında 12 minə yaxın adam olan 700-ə qədər
xalq alayı fəaliyyət göstərirdi. Düşmən paraşütçüləri,
casusları və xəfiyyələri ilə vuruşmaq üçün 2100 nəfər
lik qırıcı tağımlar yaradılmışdı. Xalqın sevgisi ilə “Dağ-
qartalları” adlandırılan bu cəsurlar qarşısında çıxış edər
kən Əziz Əliyev qeyd etmişdi ki, hər cür gözlənilməz ha
disələrə və hər cür şəraitdə düşmənin burnunu ovmağa
həmişə hazır olmaq lazımdır.
Dağıstanda hərbi hava hücumundan və hərbi ha
va kimyəvi hücumundan müdafiə təşkilatlarının yaradıl
ması, ümumxalq
hərbi təlimi,
respublika
ərazisin
də müdafiə istehkamlarının düzəldilməsi və bu kimi
bir çox başqa
məsələlər
Əziz
Məmmədkərim
oğ
lu Əliyevin ciddi maraq göstərdiyi məsələlərdən idi. Bü
tün idarələrdə,
müəssisələrdə,
kolxozlarda,
əhalinin
yaşayış
yerlərində hava
və kimyəvi hücumdan müda
fiə hazırlığı aparılır, özünüqoruma qrupları təşkil edilir
di. OSOAVİAXİM təşkilatı
30 hərbi ixtisas üzrə kadr
lar hazırlayırdı ki, müharibə illərində bu müəssisə res
publikada 7 minə yaxın pulemyotçu, 3200 minamyot-
çu, 20 mindən çox avtomatçı, 1580 radist, 550 snay-
perçi, 2 min süvari hazırlamışdı.
Döyüşçülərin şücaəti nəticəsində 30 mindən çox
vətəndaş şöhrət ordeni və medallara layiq görülmüşdü ki,
bunlardan 7 nəfəri şöhrət ordeninin hər üç dərəcəsi ilə
təltif edilmiş, 49 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adı al
Azərbaycancılıq və vətənpərvərlik məfkurəsi
____
so
550 са.
ю 551 ся
mışdı.Sovet İttifaqı Qəhrəmanları arasında Dağıstanın
Q.Əliyev, Y.Akayev.L.Qalçenko, V.Əmirov kimi yetirm ələ
ri də var idi.
Əziz
Əliyevin qarşısında duran ən ağır problem
lərdən biri arxaya köçürülən əhalini, sənaye və tədris m ü
əssisələrini yerləşdirmək idi. Zaqafqaziya və Orta A si
ya respublikalarına köçürülən əhali axını Mahaçqaladan
keçirdi. Ayrı-ayrı vaxtlarda Dağıstan paytaxtına 200 min
adam köçürülmüşdü. Bu isə yerli şəhər əhalisinin sayı
nı xeyli artırmışdı. Təzə köçüb gələnlərin işlə, müavinət
lə, ərzaqla və tibbi xidmətlə təmin olunmasını Əziz
Məmmədkərim oğlu daim öz şəxsi nəzarəti altında
saxlayırdı.
1942-ci ildə Dağıstanda keçən quraqlıq nəticəsində
dənli bitkilər və meyvə-tərəvəz məhsullarının qıtlığına,
dağlıların çox şeyə möhtac qalmasına baxmayaraq, ər
zaq malları ilə ilk növbədə təxliyyə olunan əhali təmin edi
lirdi. 5 mindən çox əsgər ailəsi işə götürülmüş, 2 minə qə-
dəri fərdi həyətyanı torpaq sahəsi almış, 30 min ailəyə
isə maddi yardım göstərilmişdi. 1944-cü ildə təkcə əsgər
ailələrinə göstərdiyi böyük köməyə görə Dağıstana SSRİ
Silahlı Qüvvələrinin Ali Baş Komandanı I.Stalindən 25 tə-
şəkkürnamə gəlmişdi.
... Təəssüf ki, Moskvanın müdafiəsi çətinliyindən
heç də geri qalmayan Dağıstanın müdafiəsinin şüca
ətini sovetin hərb ailəsində nəinki Jukov kimi marşal
lar, heç generallar da dilinə gətirmədi. Qoy gətirməsinlər!
Məgər jukovkimilərin aqibətini xalq görmədimi?Əziz Əli
yev kimi fədainin qazancı milyonların sevgisi,o dövrkü ha
kimiyyətin isə xəyanəti oldu. Doğrudur, o, sonralar qon
darma iradlara, böhtanlara qarşı haqlı bəraətlərini aldı,
lakin kimin uduzduğunu, kimin udduğunu zaman özü sü
but etdi, xalqlar, millətlərdə gördü. Həmin o xəyanətkar
_______________
Reyhan Mirzdzadə
_________________
so
552 ел
hakimiyyət həyatın dibinə yuvarlansada, Əziz Əliyev kimi
görkəmli şəxsiyyət zirvələrə ucaldı.
Çünki
məhz
o,
mümkün olmayan işləri həyata keçirmişdi. Görün tarix
necə də ədalətli imiş...
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
“Azad Azərbaycan” qəzeti,
24 aprel 2011-ci il
s o 5 5 3 c a
BÖYÜK ƏDİBƏ MƏHƏBBƏTLƏ
Böyük vətəndaş kimi sevdiyim Mir Cəlal Paşayevin
əsərlərinin xeyli hissəsini mütaliə etmişəm. Bunlardan çox
şey öyrənmişəm. İndi də öyrənməkdə davam edirəm.
Ədibin mənəvi tariximizdə əbədi yaşayan məqalələrini,
xalqımızın istedadlı, bacarıqlı, zəhmətkeş, qəhrəman
övladlarına, gənclərin həyat yoluna, bəşəri simalara həsr
etdiyi yazılarını bu gün də dönə-dönə oxumaqdan zövq
alıram. Çünki Mir Cəlal yaradıcılığının gücü həm də
ondadır ki, bu ədəbi sərvətimizdə əsl azərbaycançılıq,
əsl xəlqilik, dünyəvilik və təbiilik var. Alim-yazıçı, vətən
pərvər ictimai xadimin - Mir Cəlal Paşayevin əziz ruhunu
bir daha yad etmək üçün bu məqalələrdən və həzin
xatirələrdən bəzi məqamlara bir daha ziyarət etmək
istəyirəm.
Mir Cəlal unudulmaz dövlət və mədəniyyət xadimi
Nəriman Nərimanova hörmətlə yanaşırdı.Onun xüsusilə
ədəbiyyatımız sahəsindəki xidmətlərini mütəmadi nə
zərdən keçirirdi.Ədib bu barədə 1956-cı il, aprelin 15-də
N.Nərimanovun anadan olmasının 85 illiyi münasibəti ilə
qələmə aldığı “Görkəmli realist ədib" məqaləsində
(“Ədəbiyyat və incəsənət" qəzeti ) yazırdı: “...İnsan və
onun yaradıcı zəhməti, mənəvi qüdrəti Nərimanovun
əsərlərində həmişə yüksək tutulur. Şəxsiyyət azadlı
ğı,vicdan və fikir azadlığı, insani heysiyyət və şərəf
ucalığı Nərimanovun əsərlərində də, şəxsi həyatında da
böyük ideal və zəruri tələb olmuşdur...Nərimanovun
ədəbi irsində publisist məqalə və çıxışları mühüm yer
tutur. O,usta bir dramaturq, mahir bir nasir olduğu kimi,
alovlu bir publisist idi. Mədəniyyət, maarif, sənət, ədə
biyyat, dil, əlifba və imla məsələlərinə aid onun bir sıra
_______________
Reyhan Mirzəzadə
________________
so
554 ea
maraqlı əsərləri və fikirləri var ki, bunlar vaxtilə mühüm rol
oynamış, indi öz əhəmiyyəti və təravətini itirməmişdir.
N.Nərimanov ədəbiyyata məhz mübarizə silahı,
tərbiyə vasitəsi, xitabət kürsüsü, “insanşünaslıq” kimi
baxırdı. Buna görə də onun əsərlərinin məzmununu
həmişə demokratik, inqilabi ideyalar təşkil edir. O,teatrı
tərbiyə məktəbi sayırdı.
...1922-ci ildə Bakıda füqəra şairi M.Ə.Sabirə ilk
heykəl qoyulmuşdur. O zaman bəzi ziyalılar,hətta məsul
işçilər Sabiri yaxşı tanımır, onun ədəbiyyatımızda böyük
inqilabi xidmətlərini qiymətləndirə bilmirdilər. Nəriman
Nərimanov belə adamlara cavab verərək,“Bəzi yoldaşlara
cavab” adlı məqaləsində yazırdı.'Azərbaycan uşaqlarının
həqiqi füqəra şairi doğma Sabirin mübariz və döyüşkən
şeirlərini və xalq şairləri Vaqif, Zakir və Vidadinin əşarını
öyrənib bilmələri, eləcə də nəinki Puşkinin, hətta
Şekspirin və Şillerin də şeirlərini öyrənib bilmələri
lazımdır...”
N. Nərimanov həm bədii əsərləri, həm məqalə və
çıxışları ilə Azərbaycan dilinin inkişafı, tərəqqisi, təmizliyi,
saflığı uğrunda ən fəal mübarizə aparan ədiblərdəndir.
Onun dili ərəb-fars, osmanlı tərkiblərindən təmiz, sadə,
aydın xalq dilidir...Ana dilinə xor baxan, firəngcəni ana
dilindən üstün tutan mənsəbpərəst, xalqa yad ziyalılara
Nərimanov nifrət bəsləyirdi.. XX əsr ədəbiyyat tariximizi,
mədəniyyət tariximizi Nərimansız təsəvvür etmək çox
çətindir.Onun bədii əsərləri ədəbiyyatımızın ən qiymətli
incilərindəndir..."
Mir Cəlal Paşayev Azərbaycanın böyük bəstəkarı,
dramaturqu, ictimai xadimi Üzeyir Hacıbəyovun fəa
liyyətini yüksək dəyərləndirirdi.Bəstəkarın ölüm xəbərin
dən son dərəcə məyus olan yazıçı, özünün
“Ürəklər
fatehi” məqaləsində kövrək duyğularını oxucuları ilə pay
Dostları ilə paylaş: |