_______________
Reyhan Mirzəzadə
________________
Bo 566
ca
vəfat eləyən bəzi yazıçıları o qədər tərifləyirlər, adam lap
peşman olur ki, niyə mən indiyəcən sağ qalmışam” .
Nizamidən tutmuş keçən əsrin 70-ci illərinə qədər
Azərbaycan ədəbiyyatının elə klassiki yoxdur ki, Mir Cəlal
onun ədəbi irsi haqqında sanballı yazılar yazmasın.
Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman
Nərimanov, Məmməd Səid Ordubadi, Səməd Vurğun,
Mehdi Hüseyn, Sabit Rəhman, Süleyman Rəhimov, Rə
sul Rza və başqalarının şəxsiyyəti, yaradıcılığı, hikmətli
sözləri haqqında maraqlı fikirlər Mir Cəlalın söhbətlərini
daha da şirinləşdirər, yapışıqlı edərdi. Ədib həmişə öz
müəllimi saydığı böyük şair və dramaturq Hüseyn Cavidlə
yaxınlığını, görüş və söhbətlərini vaxtaşırı yada salar və
deyərdi:“Cavid peyğəmbər kimi adam idi”. Sonra sözünə
davam edərdi:“lçəri şəhərdə mənim mənzilimə tez-tez
gələrdi. Bir dəfə gəlib mənim yazı-pozu ilə məşğul
oluğumu görüb soruşdu:
-Komsomol, nə yazırsan?
-Dissertasiya.
-Nədən?
-Azərbaycan qadın şairlərinin yaradıcılığından.
-Komsomol, heç çernil-kağıza heyfin gəlmir? Füzu
lidən yaz ki, sənin də adın Füzuli ilə bərabər tarixdə ya
şasın.
Bu söhbətdən mən ayıldım."Füzuli poetikası” kitabı
belə yarandı”.
Azərbaycan Dövlət Universitetini Mir Cəlal müəllim
öz doğma evindən, ocağından artıq sevirdi. Yeri gəldikcə
deyirdi ki, universitet bizə təhsil verib, elmi dərəcə verib,
iş verib, ad-sana çatdırıb, indi də uşaqlarımızı, nəvələ
rimizi qoynuna alıb, ona görə də bizim üçün ən müqəd
dəs yerdir. Dövlət Universiteti abırlı yerdir, onun qeyrətini
biz çəkməsək, kim çəkəcək? Hər yerindən duranın
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
во 56
7 os
yaradıcılığından diplom işi, dissertasiya mövzusu verib,
universiteti hörmətdən salmayın, özünüzü həmişə, hər
yerdə Dövlət Universitetinə layiq adam kimi aparın.
Elmdə heç səriştəsi olmayan, bir təsadüf üzündən
elm yoluna gəlib düşən başıboş, təkəbbürlü adamlara,
əyilə-əyilə qalxıb ucalmaq istəyənlərə, bütün uşaqlarını,
qohum-əqrəbasını “alimlik kürsüsü”nə qaldırmaq niyyətin
də olanlara qarşı da adamın yeddi qatından keçən kəskin
sözləri vardı. Ancaq bu sözlər şəkərə qatılmış acı dərman
kimi, şirin, dadlı-duzlu gülüşlə ifadə olunardı, özünü
həddən artıq dartan, elmi yığıncaqlarda yekə-yekə danı
şan bir adam haqqında necə deyərlər, yağlı bir sual
verərdi:“Bu kimin kəmərbəstəsidir?” Yaxud: “Qardaş,
uşaq anadan olanda, şəhadətnaməsinə yazsınlar “kandi-
dat-nauk”, vəssəlam, onsuz da gec-tez hamısı müdafiə
edəcək”. Bu sözlər Mir Cəlal müəllimin elmə yersiz axına
qarşı etirazının ifadəsi idi.
Mir Cəlal Paşayev mənəvi cəhətdən saf, təmiz bir
insan idi. Tamah hissindən uzaq, aza-çoxa qane olan,
gözü-könlü tox, ləyaqətli bir ziyalı idi. Səməd Vurğun da
onu dost kimi sevirdi. Onun dərinliyini, paklığını, huma-
nistliyini, insanpərvərliyini tərifləyəndən sonra zarafatla
deyərdi:“Mir Cəlal, sənin bir böyük eybin var, sən “sliş-
kom poryadoçnı adamsan”.
Səməd Vurğun haqlı idi. Məzarı nurla dolsun! Mir
Cəlal həqiqətən “slişkom poryadoçnı adam” idi. Elə buna
görə də onun savadı və mənliyi, qüruru və şəxsiyyəti,
alimliyi və ziyalılığı xarici ölkələrin elm adamlarına, tələbə
və dissertantlarına da yaxşı məlum idi. O zamanlar Çe-
xoslavakiyadan gəlmiş Tomaş Lane yazırdı:
(“Ədəbiyyat və incəsənət” qəzeti, 18 may 1968-ci il.)
“Mən 30-cu illər Azərbaycan romanının inkişafını
öyrənirəm. Elmi rəhbərim professor Mir Cəlal Paşayevdir.
_______________
Reyhan Mirzəzadə
_______ _________
so .56# caa
Mir Cəlal mənim üçün həm müəllim, həm alim, həm də
yazıçıdır... Mir Cəlal Paşayevin bu işdə elmi rəhbərim
olması mənim üçün çox qiymətlidir.
Azərbaycanda yaşadığım müddətdə bu gözəl öl
kənin həyatına yaxından bələd olmağımda da Vətənini
böyük məhəbbətlə sevən və sevdirən, orijinal yaradıcılıq
simasına malik olan Mir Cəlal müəllimin məsləhətləri mə
nə həmişə kömək edir”.
Mir Cəlal müəllimin məsləhətləri vaxtilə yüzlərlə
adamlara kömək olub. Bu gün də onun əziz ruhu pak
mənəviyyat sahiblərinə dayaq olur. Belə mənəviyyat
sahibləri nə qədər dürüst əqidəli, yüksək əxlaqi, böyük
vicdani keyfiyyətlər yaşadırsa, Allaha bir o qədər yaxm
olurlar.. Mir Cəlal Allah adamı idi. Allah ona rəhmət
eləsin!
___
_Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
“Strategiya.az”
27 sentyabr 2014-cü il
so 569 oa
ÜRƏKLƏRDƏ ƏBƏDİ MƏHƏBBƏT MƏŞƏLİ
YANDIRAN İNSAN
"Faydalı vətəndaş olmaq üçün əvvəlcə insan o lm a ğ ı
öyrənməli".
Nikolay İvanoviç Piroqov
Rus alimi və ictimai xadim i
"...
Zərifə xanım ı xatırlamaq, bəlkə m ənim ü ç ü n
dah a d a təsirlidir. Çünki Zərifə xan ım m ənim h əy at y o ld a
şım idi. B əlkə də mənim q əd ər onu tanıyan, onu m ə n im
q ə d ə r hiss edən adam olmayıbdır. H ətta onun valideyn
ləri də. Təbiidir ki, valideynləri onu bəsləyiblər, b öyüdüb
lər, təhsil veriblər,ona h əyat veriblər. A ncaq m ən o n u n la
h əyat qurandan sonra birgə yaşad ığ ım ız dövrdə, təbiidir
ki, m ənim fikirlərim onun haqqında bütün deyilənlərdən
daha genişdir.Ancaq təbii, mən burad a h eç b ir şey d e
m ək istəmirəm. B unlar ham ısı insanın qəlbində y a ş a y ır və
h ə r bir insanın, dünyasını dəyişmiş insanı tanıyanların
qəlbində yaşayır.
S iz isə əziz incəsənət ustalarımız, xadimlərimiz, b u
nunla Zərifə xanım haqqında qəlbim də yenidən hisslər
oyatdınız. G üm an edirəm ki, bu xatirə gecəsinə zə h m ə t
çəkib gəlm iş insanları da təsirləndirdiniz və Z ərifə xan ı
m ın nə q ə d ə r g ö zəl insan olduğunu burada bir daha n ü
m ayiş etdirdiniz. Onun haqqında çox sözlər dediniz və
çox s ö zlə r də dem ək olar. Ancaq m ənim üçün o, birinci
n ö vbədə böyük bir insan idi. Zərifə xan ım sədaqətli h əyat
yoldaşı, çox mehriban, sədaqətli Ana, m ənim ailəmi, m ə
nim uşaqlarım ı, mənim nəvələrimi yaşadan, böyüdən bir
fə d a k a r insan kimi qəlbim də yaşayır”.
Ulu öndər Heydər Əliyevin 28 aprel 2001-ci ildə
Zərifə xanımın xatirə gecəsinə həsr olunmuş
mərasimdəki çıxışından.
__________________________ю__570_ea__“Bizim_lə_keçirdiyi_son_günlərdə_Z_ərifə_xan_ım_bilirdi'>________
Reyhan Mirzdzadd
________________________
ю
570 ea
“Bizim lə keçirdiyi son günlərdə Z ərifə xan ım bilirdi
ki, ömrü sona çatır, ö zü də, bütün h əkim lər də tam açıq
danışırdılar, üstüörtülü dan ışıq lard an uzaq idilər. Onun
ürəyi elə işıqlı qalırdı, ö lü m fikri onu qorxutmurdu. O nu
narahat edən onsuz q a la c a q a d a m la r idi. G ücdən, qüvvə
dən düşmüşdü. Bütün öm rü boyu olduğu kimi, səssiz bir
məğrurluqla əriyirdi, ö lü m ü d ə on a h ə y a tı kim i dərin
hörm ət gətirdi. O, çox g ö z ə l b a ş a düşürdü ki, əb əd iyyət
qarşısında h ə r şey kiçikdir, m üvəqqətidir, qalan an caq
yaxşılıqdır. O nu sakitləşdirən m ə h z bu id i...”
____
Azarbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
istedadlı alim. Görkəmli pedaqoq. Parlaq zəka sahi
bi. Bacarıqlı həkim. Tanınmış ictimai xadim. Bu titulları
xalqı verib ona. Canından artıq sevdiyi Azərbaycan xalqı.
Lakin onun elmi bioqrafiyasından başqa, daha bir zəngin
irsi də mövcuddur: Böyük insan. Vətənpərvər şəxsiyyət.
Sədaqətli ömür-gün yoldaşı.Gözəl Ana. Bunlardan, məhz
bunlardan söhbət açmaq istəyirəm.
Zərifə xanım Əliyevanın tək elm və peşə sahəsində
deyil, mənəviyyatın bir nömrəli meyarı olan insanlıq tari
xində də böyük xidmətləri olub. Bu xidmətlərin sevinci
yüzlərlə adamın ömür səhifəsinə yazılıb. Bu xidmətlər
neçə-neçə ailəyə səadət bəxş edib, insanlara həyat eşqi
verib, onların qəlbində işıqlı sabaha inam yaradıb. Zərifə
xanım zülmətə qərq olan gözlərə nur verib, köməksizlərə
həmdəm, qəlbinisgillilərə sirdaş olub. Təbii ki, onun etdiyi
bütün yaxşılıqlardan bəhs etmək qalın kitablara sığmaz.
Elə buna görə də böyük alim olmaqla bərabər, böyük
insan kimi də hər zaman sevilən Zərifə xanım Əliyevanın
so 57/ ca
bu günkü ünvanı on minlərlə azərbaycanlının, m inlərlə
dostun ürəyi və ruhuna köçüb.
Atası - böyük siyasi və elm xadimi, Azərbaycanın
fəxri olan Əziz Məmmədkərim oğlu Əliyevin təbabət yolu
nu sevə-sevə davam edirdi Zərifə xanım. Yiyələndiyi
həkimlik ixtisasının vurğunu idi. O, deyirdi ki, həkim hansı
ölkədə yaşayırsa, yaşasın, “Hippokrat andı”na sadiq qal
malıdır. Qanunauyğun olaraq, bu and həkimlərin hə
yatında və iş fəaliyyətində ali qanuna çevrilməlidir.
Zərifə xanım Əliyeva ömrü boyu səmərəli və zəh-
mətsevər fəaliyyətində həkimlik ixtisasının parlaq mənəvi
dəyəri olan “Hippokrat andı’na böyük sədaqətini nümayiş
etdirdi. Bütün bilik və gücünü, istedad və bacarığı
nı insanın sağlamlığının qorunmasına və yaxşılaşmasına
sərf etdi, saysız-hesabsız müalicələri ilə göz xəstəlik
lərinin qarşısını almağa səy göstərdi. Harada olursa-ol
sun, cəmiyyətin xeyrinə ləyaqətlə, vicdanla çalışdı. Və
təndaşlara tibbi yardım göstərmək üçün hər zaman hazır,
sağlamlığını itirmiş insanlara qarşı diqqətli, qayğıkeş
oldu. Daima öz tibbi biliklərini təkmilləşdirdi. Həkimlik mə
harətini genişləndirərək, tibb elmini və təcrübəsini inkişaf
etdirdi. Xəstənin mənafeyi tələb edəndə sənət yol
daşlarına məsləhət üçün müraciət etdi, özü də yoldaş
larına həmişə tövsiyə və köməyini əsirgəmədi. Dünya
təbabətinin xeyirxah ənənəsini qoruyub daha da zən
ginləşdirdi. Xalqının qarşısında məsuliyyət daşıyaraq hə
kimin yüksək adını həyatı boyu mətanətlə qorudu.
Zərifə xanım Əliyevanın hər bir insana, vətəndaşa,
həkimə, qadına, anaya, həyat yoldaşına nümunə olan
nəcib mənəvi keyfiyyətləri silinməz ülvi meyarlar kimi
ürəklərdə əbədi məhəbbət məşəli yandırıb.Bu məşəlin
nuru, şəfəqləri olan sözlər də onundur:
_______________
Reyhan Mirzəzadə
_________________
so
572
c*
“Vicdan bizim əsas hakimimizdir. Çətin dəqiqələrdə
də, xoşbəxt saatlarda da onunla baş-başa qalanda, o,
soruşur: Ağ xalat geyinməyə haqqın varmı? Sənin əllərin,
xəstəlikdən əziyyət çəkənə yalnız biliyini deyil, həm də
qəlbinin həyəcanını, ürəyinin yanğısını çatdıra bildimi?
Düzünü desək, vicdanın şəxsi mühakiməsindən şərəflə
keçmək böyük xoşbəxtlikdir. Yaxşı həkim həmişə xəstə
ilə birlikdə həyəcan keçirir, xəstənin ağrısı elə həkimin
şəxsi ağrısıdır. Əgər sağlamlığını itirən şəxs yenidən ona
malik olursa, demək, həkim də yenidən həyata qayıdır,
doğulur. Bizim sənətimizin mənəvi təməli də elə bun
dadır. N.A.Semaşko “Həkimlikdən gözəl sənət yoxdur:
xəstə bizə yalnız öz sağlamlığını yox, bütün həyatını
etibar edir," - deyə yazırdı.
Qədim kəlamları tez-tez xatırlayan Zərifə xanım
deyərdi: ‘Sağlam bədəndə sağlam ruh olar”. O, söyləyərdi
ki, bizim hər birimiz öz həyatımızda bu və ya başqa
şəkildə səhiyyə işçiləri ilə qarşılaşırıq. Həkim körpənin -
gələcək vətəndaşın dünyaya gəlməsini gözləyir, ilk ad
dımlarını atmaqda ona kömək edir, onun baxışları qarşı
sında dünyanı bütün rəngarəngliyi ilə açır, qayğısı və
şəfqəti ilə onun fiziki və mənəvi sağlamlığını möhkəm
ləndirir. Milyonlarla adamın səhhəti və fəaliyyətinin məh
suldarlığı əhəmiyyətli dərəcədə tibbi xidmətin vəziyyə
tindən və effektivliyindən asılıdır. O, tez-tez böyük rus
yazıçısı və həkimi Anton Pavloviç Çexova istinad edər
di.“Həkimin peşəsi - mücahidlikdir. O, əsl fədakarlıq,
geniş ürək və təmiz niyyət tələb edir. Heç də hamı buna
qadir deyil”.
Zərifə Əziz qızı dəfələrlə təkrar edirdi:“Həkim üçün
xəstənin mənafeyi hər şeydən yüksəkdir”. Mükəmməl
psixoloq olan Zərifə xanım başa düşürdü ki, xəstəylə
etibarlı ünsiyyət həkimin ən yaxşı köməkçisidir. Həkimlə
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
Eo
573 ся
xəstə arasındakı qarşılıqlı ünsiyyət, səmimi dialoq
xəstənin orqanizminin müqavimətinin artmasına, onun
gizli resurslarını sağlamlıq üçün səfərbər etməyə təsir
göstərir. Əksinə, ehtiyatsız söz, kəskin jest, yol verilmiş
nəzakətsizlik, kobudluq, ədəbsiz rəftar xəstənin vəziy
yətinin pisləşməsinə gətirib çıxarır.
Müdrik Hippokratın, həkimin mütləq təmənnasiz
xidmət göstərməsi haqqında dediyi sözləri xatırlamaq
yerinə düşər. Təəssüf ki, bəzi təbiblər xəstəni ancaq qa
zanc mənbəyi olaraq görürlər.Rüşvətxor həkimlə həqiqi
həkim arasında yerdən göyə qədər fərq var. “Daha çox
qopartmaq üçün nə etmək lazımdır?” düşüncəsi əsl
həkimə yaddır. Əsl həkim xəstəyə qarşı mərhəmətlidir,
sağalmanın, şəfatapmanın sevincini xəstə ilə bölüşür. Əsl
həkim hər şeydən əvvəl həyat uğrunda mübarizə aparır,
qazanc, fayda uğrunda yox. Bəli, həkimin əməyi də hər
cür əmək fəaliyyəti kimi qiymətə, o cümlədən maddi qiy
mətə də layiqdir. İndi pullu tibbi xidmət var. Ola bilər yaşlı
nəsil, pulsuz tibbi xidməti görənlər buna çətin öyrəşsinlər.
Sosial dəyişikliklər bir tərəfə, ancaq həqiqət köhnəlməyib:
İnsanlar təkcə çörəklə yaşamırlar və heç kim, “İnsanın ən
birinci vəzifəsi yaxşılıq etməkdir” kimi əbədi vəsiyyəti ləğv
etməyib.
Əlbəttə, “Elm ancaq xoşniyyətli insanların əlində
olanda fayda verir” deyənlər yanılmayıblar. Akademik
Zərifə xanım Əliyevanın müəllifi olduğu “Yüksək əqidə:
həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı"
kitabında dərin təfəkkürlü düşüncə və tövsiyələri nəinki
həkimlər, can sahibi olan hər bir insan üçün həyat dərs
liyidir. Zərifə xanım yazır:“Həkimin fəaliyyətinin əsasını
xəstənin həkimə inamı, onların arasında sıx əlaqənin
yaranması, bir-birini yaxşı başa düşməsi təşkil edir.
Həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə
__________________во__574__ca'>__________
Reyhan Mirzəzadə
______________ _
во
574
ca
girib, onu başa düşməsi üçün “Şəhrizadın uzun-uzadı
nağılını” dinləməyi bacarmalıdır. Həkimin ehtiyatsızlıqla
söylədiyi fikir xəstəyə olduqca zərərli təsir göstərir.
Zərifə xanım tövsiyə edirdi ki, həkim xəstə ilə hör
mətlə, ehtiyatla, mehribanlıqla, hər sözü fikirləşə-fikirləşə
davranmalıdır.
Görkəmli alim N.Puçkovskaya xatirələrində yazır ki,
həmkarları və dostları Zərifə xanımın insanlara necə
xeyirxahlıqla yanaşdığının dəfələrlə şahidi olmuşdular.
Onlar Zərifə Əliyevanın fəal təşkilatçısı olduğu oftalmo
loqların qurultaylarının birində nümayəndələrdən birinin
ayağı sındığını və onun müalicəsinə Zərifə xanımın necə
can yandırdığını yaxşı xatırlayırlar. O, hər gün xəstəxana
ya gəlir, xəstənin halına qəlbən yanır, hətta lazım olan
şeyləri öz evindən gətirirdi ki, müalicəyə xeyri dəysin.
Zərifə xanımın xəstəyə baş çəkməsinin bir, iki gün deyil,
bütün müalicə müddətində davam etdiyini görən həmkar
ları indi də o hadisəni kövrəkliklə xatırlayırlar.
Bu cür xeyirxahlığı o, digər oftalmoloqun ailə üzvü
nə də göstərmişdi. Belə ki, yol qəza hadisəsi baş vermiş,
maşınlar toqquşmuş və nəticədə sərnişinlərdən biri beyin
nahiyəsindən zədə almışdı. Zərifə xanım o zaman da
uzun müddət xəstəni nəzarətsiz qoymamışdı.
Zərifə xanımın insanlara xeyirxah münasibətini əks
etdirən bir fakt da onu tanıyanlara yaxşı məlumdur. Belə
ki, Zərifə Əliyeva təsadüfən kiçik bir şəhərdən gələn qızla
tanış olur və aydınlaşır ki, o, instituta daxil ola bilməyib.
Zərifə xanım onu inandırır ki, heç də hər şey itirilməyib və
imtahanlara yaxşı hazırlaşsa, bir il sonra o, ali məktəbə
qəbul oluna bilər.
Zərifə xanım həmin qızı yataqxanaya düzəldir, işlə
təmin edir, imtahanlara hazırlaşmasına nəzarət edir.
Doğrudan da, bir il sonra Zərifə xanımın göstərdiyi səylər
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
во 575 os
uğurla nəticələnir. Həyatda ilk addımlarını atan insanlara
vaxtında kömək əli uzatmaq olduqca qiymətli və unu
dulmazdır. Təmənnasız xeyirxahlıq Zərifə xanımın həyat
tərzi idi. O, insanlara inam, nikbinlik təlqin edir, səmimi bir
müdrikliklə faydalı məsləhətlər verir, böyük nəzakət və
nəvazişlə onları yanlış yoldan çəkindirir, pis fikirlərdən
daşındıra bilirdi. İşinin həddindən artıq olmasına bax
mayaraq, məsələləri ən xırda təfərrüatlarına qədər yadda
saxlayır, hadisələrin gedişinə düzgün proqnoz verməyi
bacarırdı. Zərifə xanım həmişə insanlara təmənnasız ola
raq kömək etməyə hazır idi.
Fransız yazıçısı Onore de Balzak fəlsəfi kəlamla
rının birində dəyərli sualına özü cavab verir:“Ən böyük
zinət nədir? Mən deyərdim ki, gözəl qəlbli olmaq”.
Zərifə xanımın qəlbi sözün əsl mənasında gözəl
liklər kainatı idi. Uzun illər akademik Mirqasımov adına
Respublika Klinik Xəstəxanasında xadimə işləmiş, yeddi
uşaqla həyat yoldaşını itirib taleyin ağır çətinliklərinə tuş
gəlmiş Məleykə Sadıqova Zərifə xanımla bağlı söhbə
tində bu görkəmli şəxsiyyət-xanımın əsl bacı doğmalığı
ilə yanaşaraq ona, balalarına etdiyi yaxşılıqlardan, ailə
sinə dəfələrlə öz əmək haqları, geyim, məişət tələbatları
ilə maddi və mənəvi dəstəyindən, ərə getmiş qızının
mənzillə təmin olunmasından, o biri övladlarının problem
lərinə necə köməkliklər göstərməsindən həsrət və sevgi
ilə bəhs edir.
Akademik Mirqasımov adına Respublika Klinik
Xəstəxanasının həkimi, Zərifə xanımın uşaqlıq rəfiqəsi
Alimə Əliyeva danışır: "Sentyabr ayının 1-i mənim doğum
günüm olduğu üçün hər il həmin tarixdə evimiz çox
qonaqlı-qaralı olardı. Bütün ziyafətlərdə Zərifə xanım və
bacıları da iştirak edərdilər. Hamımız pianoda çalıb-
oxuyar, rəqs edərək ailədə şənlik yaradardıq. Biz də
_______________
Reyhan Mirzəzadə
________________
so 576 oa
onların mərasimlərində iştirak edərdik. Ailəvi o qədər
yaxın və mehriban idik ki, məclis gec qurtaranda bir-
birimizin evində qalardıq. İyul, avqust aylarında dincəl
mək üçün ailəvi kurortlara gedər və çox maraqlı yay isti
rahəti keçirərdik.
Zərifə xanım görüşlərimizin birində mənə kiçik bir
qutu verib dedi:“Alimə, mən orta məktəbi bitirəndə anam
mənə qədim bir qol saatı bağışlamışdı. Gör səni nə qədər
çox istəyirəm ki, bu saatı məndən yadigar saxlamaq üçün
sənə verirəm”. Mən həmin saatı indi də əziz bir əmanət
kimi saxlayır və qoruyuram.
O vaxtlar Zərifə xanımı sevənlər, onunla evlənmək
istəyənlər çox idi. Ancaq o, heç kimə, heç nəyə əhə
miyyət vermirdi. Gələcək taleyinə Heydər Əliyevi seçdi və
yanılmadı. Böyük şəxsiyyət olan Heydər Əliyev Zərifə
xanımla evlənməyə qadağa qoyulan bir dövrdə onun
polad iradəsi hər şeyə qalib gəldi. Sözündən, istəyindən
dönmədi. Onların sevgisi çox saf, qarşılıqlı və müqəddəs
bir sevgi idi. Zərifə xanım ömrünün axırına qədər həyat
yoldaşına ləyaqətli ömür-gün yoldaşı, arxa-dayaq oldu.
Bu nəcib, xanım-xatın qadın ailəsini, balalarını çox
sevirdi. Heydər Əliyevin adı çəkiləndə, həmişə “Ona qur
ban olum” - deyirdi. Zərifə və Heydərin ülvi, pak məhəb
bətindən, qarşılıqlı hörmət və ehtiramından yaranan isti
ailə ocağı əslində dünyanın bütün ailələrinə nümunə idi.
1955-ci ildə Zərifə xanımın ilk övladı - qızı Sevil,
1961-ci ildə oğlu İlham dünyaya gəldi. Zərifə xanım qeyri-
adi dərəcədə qayğıkeş, gözəl Ana idi. övladlarını qeyd
etdiyim kimi, ilahi bir məhəbbətlə sevir, onlardan ötrü az
qalırdı canından keçsin, xüsusilə də uşaqlar xəstələ
nəndə, özünə yer tapmırdı.
İlham balacalıqda çox sakit, mehriban, saf, adama
tez isinişən uşaq idi. Çox ağıllı davranırdı. Baxmayaraq
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so
577 сл
ki, evdə, ailədə ona sərbəstlik verilmişdi, ancaq o, dəcəl
liyi, şitliyi sevmirdi. Oz yaşıdlarından ağıllı, ölçülüb-
biçilmiş davranışı ilə çox fərqlənirdi. Uşaqlar gözümüzün
önündə böyüyürdü.
Övladlarının xeyir işinə çox tələsirdi. Sevilin övladı,
Zərifə xanımın ilk nəvəsi dünyaya gələndə sevinci yerə-
göyə sığmırdı. Körpəyə Zərifə xanımın adını verdilər.
Bir gün mənə dedi ki, İlhamı evləndirmək istəyirik.
Qız bizim Tibb İnstitutunun tələbəsidir. Ağıllı, tərbiyəli bir
qızdır, dərs əlaçısıdır. Yazıçı Mir Cəlal Paşayevin nəvə
sidir. Ürəyimə yatıb.
Çox sevindim. Xeyir-dua verib, qurulan yeni ailəyə
xoşbəxtlik, səadət dolu arzularımı bildirdim. Zərifə xanı
mın oğul toyu görməkdə fərəhinin həddi-hüdudu yox idi.
Onun mələk simasına sevinc hissi necə də yaraşırdı.
Sonralar Sevilin iki oğlu, ilhamın isə iki qızı dünyaya
gəldi. İlhamın ilk övladına anasının adını verdi - Leyla. O
biri qızının adını Arzu qoydular. Nəvələrini çox sevir, on
larla fəxr edirdi, sözü-söhbəti uşaqlardan olardı həmişə.
Yeganə arzusu İlhamın oğlu olması idi. Çox təəssüf ki,
fələk ona Heydər nəvəsini görməyə imkan vermədi. Ley
la və Arzunun toy günündə süzmək, onları gəlin palta
rında nənə sevinci ilə qurduqları ailə ocağına yola salmaq
ona nəsib olmadı. Çox təəssüf...
Zərifə xanım həddindən artıq alicənab insan idi.
Tərifli sözləri heç xoşlamazdı, şan-şöhrəti özünə yaxın
qoymazdı. O qədər mədəni idi ki, bir dəfə də olsun, mən
onun kiməsə səsini ucaltdığını görmədim. Çox şirindil,
xoşrəftar, açıqürəkli, gülərüz, çox sadə və diqqətcildi. Əl
bəttə, dahilər deyib ki, hər şeydə - xasiyyətdə də, dav
ranışda da, üslubda da ən böyük gözəllik sadəlikdir.
Zərifə xanım bütün bu gözəlliklərə malik insan idi. Hətta
xoşuna gəlməyən adam olduqda belə, ona hiss etdirməz,
Dostları ilə paylaş: |