____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi_
____
so
555 ea
laşırdı:( “Ədəbiyyat” qəzeti, 28 noyabr 1948-ci il)
“...Üzeyir öz sənəti ilə qəlbləri fəth etməyi bacaran, d ə rin
və həqiqi demokratik fikirləri, saf və yüksək insani hissləri
zərif, təbii, mənalı səs dalğalarında gözəl, bədii ifadə
edən bir sənətkardır.. Qırx il əvvəl yazdığı ilk Azərbaycan
operası olan “Leyli və Məcnun"da böyük bəstəkar, zülm
və zorakılıq dünyasında alovlu bir eşqin qüssəli sər
güzəştini dərin lirika ilə bəstələyir. Üzeyir Hacıbəyov
musiqinin mənasında ancaq kədər və məhzunluq axtaran
köhnə, mürtəce Şərq ənənəsinə qarşı çıxaraq, “Arşın mal
alan” əsərində hər bir kəsə aydın olan sadə dil ilə nikbin
xalq yumorunu, gülüşünü ifadə etmişdir...Coşqun ilhamın
parlaq məhsulu olan “Koroğlu” operasında isə Azərbay
can xalqının zülmə, əsarətə qarşı tarixi mübarizə ənə
nələri, hünər və qəhrəmanlıq dastanı bütün əzəməti ilə
əks olunmuşdur... Azərbaycan musiqisi dedikdə, nəzə
rimizə hər kəsdən əvvəl Üzeyir Hacıbəyov canlanır. Üze
yir Azərbaycanda birinci dəfə olaraq musiqi, şeir, dram
sənətinin ahəngdar sintezini yaratmışdır...
Mərhum ilə vidalaşmağa gələnlərin sayı-hesabı yox
idi və arası kəsilmirdi. Ən gec vaxtda işdən çıxan fəhlələr
də yorğunluqlarına baxmayaraq, gecə vaxtı evlərinə get
məzdən qabaq böyük sənətkar ilə vidalaşmağa, öz
vətəndaşlıq borclarını verməyə gəlirdilər...Belə ümumxalq
sevgisi hər sənətkara müəssər olmur...Bu səadətə nail
olanlara heç bir zaman ölüm yoxdur. Onların şöhrəti əbə
didir. Üzeyir Hacıbəyov da belə xoşbəxt sənətkarlar
dandır.”
1961-ci il 6 may tarixli “Ədəbiyyat və incəsənət”
qəzeti. Bu nömrədə də Mir Cəlalın parlaq imzası görünür.
“Qoca Şərqin qocaman filosofu” məqaləsini birnəfəsə
oxuyuram. Ədib yazır:
“Taqor Bakıya gəlir!
______________
_Reyhan Mirzazada
_________________
до 556 ca
Hələ sağlığında şöhrəti dünyaya yayılan hind
filosofunun Azərbaycana səfəri, eşidənlər üçün çox
maraqlı bir xəbər idi. Bu, həmin illər idi ki, Qərb müs
təmləkəçiləri Çini, Hindistam və bütün Şərqi inqilab işı
ğından məhrum eləmək üçün hiylə qalmırdı işlətmə
sinlər...Hələ 1905-ci ildə ingilis lordu Gerzonun Ben
qalıyam parçalamaq tədbiri Hindistanda Svadeşi deyilən
azadlıq hərəkatını alovlandırmışdı. Paytaxtda nümayişə
çıxan kütlələr Taqorun şeirini oxuyaraq addımlayırdılar.
Taqor ədəbiyyatın rəsmi təntənə stilini pozan,yazım
danışıq dilinə yaxınlaşdıran qüdrətli bir ədib idi. Onun
əsərlərində müasir cəmiyyət, xüsusən hind ictimai,ailə
münasibətləri başlıca mövzu idi... “Fəlakət” romanında
məzlum Şərq qadın və qızlarının hüquqsuz həyatı təsirli
və inandırıcı lövhələrlə göstərilir. Ən adi insani hüquq
lardan məhrum, qapılarda bir tikə çörək üçün əsir kimi
yaşayan Kumula dəhşətli işgəncələrə məruz qalır. Azər
baycan oxucusu bu nisgilli qız ilə tanış olanda gülba
harları, sevilləri.sonaları nəzərinə gətirir, bu məzlum,
məhrum, həm də məsum insanların düşməni olan köhnə
həyata, çürük ənənələrə, istismar və bərabərsizliyə daha
artıq nifrət edir...”
Mir Cəlalın nəinki Hindistanda, bu gün də bütün
dünyada əbədi şöhrət qazanan Rabindranat Taqora,
onun şəxsiyyətinə və yaradıcılığına olan ehtiramı öz
səmimiyyəti ilə məqalədə əksini tapır.
Mir Cəlal Azərbaycanın böyük şairi Səməd Vur
ğunu, onun yaradıcılığını çox sevirdi, şairlə dost idi.
Yazıçının şair dostu haqqında yazdığı məqalələrdən birini
ayırıb təkrarən oxuyuram. (“Ədəbiyyat və incəsənət”
qəzeti, 12 may 1956-cı il.) Yazıdan bəzi qeydləri təqdim
edirəm:'1...Səməd Vurğun şeirinin qüdrəti onun xalqa,
müasir həyata, böyük ictimai ideallara möhkəm bağlı
Azarb ay c atıcılıq və vatanparvarlik məfkıırəsi_
___
so 557 оз
olmasındadır. Şairin elə bir şeiri yoxdur ki, orada
xalqımızın, Vətənimizin həyatı bu və ya başqa dərəcədə
görünməsin. Onun əsərlərində milli kolorit, Azərbaycan
xalqının həyatı, məişəti, tarixi, ruhu, xüsusiyyəti bariz b ir
şəkildə özünü göstərir. Səməd Vurğunun şeir stili elə
orijinal, müəyyən və billurlaşmışdır ki, oxucu onun əsər
lərini imzasından tanıyır...Qəzet və jurnallarda, natiqlərin
dilində, ya mahnılarda imzasız gətirilən şeir parçalarını
biz dərhal tanıyırıq. “Bu - Səməddir” - deyirik. Səməd
şeirində xalq zəkası və idrakının gözəl və səlis bir şəkil
də, şirin və aydın bir dildə, xoş və saf bir musiqidə daimi,
təmkinli ifadəsi vardır... Böyük Sabirdən sonra xalq
arasında ən çox oxunan, dillər əzbəri olan şair Səməd
Vurğundur. Bu isə yazıçı üçün ən böyük səadətdir”.
Azərbaycan mədəniyyətinin inkişafında kinomuz
kimi teatrımızın da yeri və xidmətləri danılmazdır. Güclü
əsərlərin öz əzəməti ilə milyonlara çatdırılmasında teatrın
şübhəsizki daim istedadlı, bacarıqlı və yaradıcı re
jissorlara ehtiyacı olub və bu gün də ehtiyacı var. Adil
İsgəndərovun adı gələndə onu tanıyanların demək olar
hamısından xoş sözlər eşitmişəm. Bu böyük sənətkarın
ərsəyə gətirdiyi dəyərli işlər barədə az oxumamışam.
Lakin Mir Cəlal müəllimin həm də bir teatr bilicisi kimi
yazdığı rejissora ehtiram dolu səmimi fikirləri mənə nəcib
hisslər bəxş etdi.(“Ədəbiyyat” qəzeti, 1 may 1948-ci il)
“...Bizdə 340 dəfə oynanmış “V aqifin ən gözəl klassik
quruluşunu Əzizbəyov adına Dövlət Dram Teatrı və
rejissor Adil İsgəndərov yaratmışdır. “Teatr” məcmu
əsində P.Altman bu quruluş haqqında çox hərarətli bir
məqalə çap etdirmişdi. O, yazırdı: “Şair, quruluşçu rejis
sor və bəstəkar incəsənətin qədim və sınanmış ənənə
lərindən bacarıqla istifadə etmişlər. Mən başqaları ilə
birlikdə elektrik vurmuş kimi tamaşa salonunda oturub
_______________
Reyhan Mirzəzadə
_________________
К>55<У 08
səhnədə gedən hadisələrə gərgin tamaşa edirdim. Mən
bu tamaşaya bir də, dəfələrlə baxmaq istəyirdim. Ayrı-
ayrı şəkillər heykəltəraşın mücəssəm əsəri kimi yadda
qalır...”
Adil İsgəndərov mənalı mizanlar ustasıdır. Onun
tamaşalarında aktyorun hər addımı,hər baxışı surətin öz
vəziyyətinə, tamaşanın və dramatik hadisənin məzmu
nuna tabe edilmişdir. Yüksək bədiilik,siyasi kəskinlik bu
mizanların əsas xüsusiyyətidir...
Adil İsgəndərov hər tamaşada siyasi məfkurəvi
məzmunun mümkün qədər qabarıq və yüksək bədii
səviyyədə açılmasına nail olur. Quruluşda məna dərinliyi,
reallıq və inandırıcılıq onun əsas tələbidir.
Adil İsgəndərov xalq mübarizəsini təsvir edən
əzəmətli epik səhnələri, lirik məqamları, adi məişət
səhnələrini, yaxud psixoloji təfərrüatı eyni dərəcədə usta
lıqla canlandıra bilir. O, gərgin dramatik vəziyyətləri, faci
ənə əsərləri inandırıcı yaratdığı kimi, komediya əsər
lərinin quruluşunda da müvəffəqiyyət qazanır”.
Mir Cəlal Paşayev elə bir yazar-şəxsiyyət idi ki, o,
əsərlərinin mövzusunda bütün peşə sahiblərinə eyni də
rəcədə maraq göstərib həssaslıq nümayiş etdirirdi. Onun
yaradıcılığı sanki hər sahədə seçilən insanların həyatı ilə
dost idi. Böyük Vətən müharibəsi dövründə xüsusi diqqət
göstərdiyi əmək və müharibə cəbhəsi qəhrəmanlarının
zəhmətini tez-tez işıqlandırırdı, ö z yazılarında onların
işlərinə yüksək qiymət verir, bu şərəfli, ləyaqətli yolu
bütün insanlara, bütün cəmiyyətə aşıiayırdı. Qəhrəmanlıq
mövzusunda onun xeyli əsərləri, povest və hekayələri
vardı. Mən bu mövzuda ədibin yalnız ikicə məqaləsin
dən bəhs etmək istəyirəm.
“Kommunist” qəzetinin 1941-ci il 28 sentyabr tarixli
nömrəsində “Vətən oğlu” məqaləsində Mir Cəlal yazırdı:
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
se>559c&
“Rüstəm 1933-cü ildə qazma kantoruna gələndə, lap
cavan idi.Neçə illər adi fəhlə işlədi. Üzüyola, zirək, işini
sevən bu gənc bir çox ustaların diqqətini özünə cəlb
etmişdi.Buruq ustası Nazarov hətta Rüstəm ilə fə x r
edərdi:“Bu, sabah hamımızdan yaxşı usta olacaqdır!”-
deyərdi. Elə də oldu. Rüstəmi ləyaqətinə görə buruq
ustası təyin etdilər.
Vətən müharibəsi günlərində Rüstəmin işi, qayğısı,
ciddiyyəti qat-qat artmışdır. Molotov yoldaşın radio ilə
çıxışını dinləyən kimi o, briqada üzvlərini başına yığıb
söhbət aparmışdı:
- Yoldaşlar, buranı görürsünüzmü, bu quyunun başı
da bir səngərdir, cəbhədir! Niyə cəbhədir, çünki neft
məsələsi var!..Bizim neft quyusu qazmağımız, faşistlərə
qəbir qazmaq kimi şeydir. Nə qədər çox qazsaq, tez
qazsaq, yaxşı qazısaq, düşməni o qədər tez məhv edə
biləcəyik...
Rüstəmin izahatından sonra fəhlələr müzakirəni
uzatmaq istəmədilər. Hamı işdən daha möhkəm yapış
mağı qərara aldı.
Briqada o gündən işə daha ciddi girişərək çox
mühüm bir buruğu vaxtından 41 gün qabaq qazdı. Vətəni
müdafiə üçün qaynayan neft bulaqlarından biri də artdı...
Rüstəmdən soruşsan ki, işdəki müvəffəqiyyətlə
rinizə səbəb nədir? O, üzünü yuxarı tutaraq, Bakının,
sahil boyu uzanan bu nəhəng şəhərin mənzərəsini
göstərər:“Bakının adına layiq işimiz olmasa, bizə bakılı
deməzlər!”
ö n cəbhə döyüşçü və qəhrəmanlarının fədakarlı
ğını bir an unutmayan Mir Cəlal, bu mərdlikləri qələmə
almaqla həm oxucuları ilə paylaşır, həm də qəhrəmanlıq
irsini gələcək nəsillərə yadigar qoyurdu: (“Ədəbiyyat”
qəzeti, 3 fevral 1945-ci il) “Ölüm var bir ailə üçün itki olur,
_________________Reyhan_Mirzdzadd___________________s_o__560'>_______________
Reyhan Mirzdzadd
_________________
s o
560
o a
ölüm var bir şəhər üçün müsibət olur, ölüm də var ki,
bütün bir xalq üçün, bütün Vətən üçün ağır olur. Sovet
İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi As
lanovun ölümü belə ölümdür... Müharibə adamına lazım
olan silahdan, təlimdən, sürsatdan başqa, hər şeydən
başqa, Həzidə əlavə bir üstünlük var idi: o da həqiqi və
böyük vətəndaşlara məxsus olan bir ehtiras, alovlu bir
hiss idi... Aslanovun vuruşmalarda göstərdiyi hərbi
məharət döyüşçüləri heyran edirdi... Bütün müharibə
dövründə, bütün döyüşlərdə Həzi həmişə düşməni döy
müş, həmişə alman imperialistlərindən xalqımızın inti
qamını almışdır... Biz belə bir qəhrəmanı itirmişik. Əl-
bəttəki bu itki bizim üçün ağır və çox kədərlidir. Lakin bu
kədər bizi, bizim komandir və əsgərlərimizi daha da
şiddətli döyüşlərə, son qələbəmiz üçün qəti hücumlara
çağırır, bu kədər bizi qəhrəmanımızın qanını almağa,
intiqama çağırır. Həzi Aslanov döyüşlərdə minlərlə
qəhrəmanlar tərbiyə etmişdir. Bu qəhrəmanlar Həzinin
müqəddəs işini davam etdirəcəklər. Hitlerçiləri onların öz
torpaqlarında qırıb məhv edəcək, qələbə bayrağımızı
Berlinin kəlləsinə sancacaqlar!.."
Elə də oldu! Mir Cəlalın qətiyyətli uzaqgörənliyi öz
sözünü dedi!
“Azərbaycan gəncləri” qəzeti, 25 aprel 1958-ci il
tarixli nömrəsini vərəqləyirəm. Zəmanəmizin hər bir
dövrində yeniyetmələrin, gənclərin hərtərəfli tərbiyəsinə,
əxlaqı' keyfiyyətlərinin zənginləşməsinə, ölkəsi üçün
yetkin vətəndaş kimi yetişməsinə, doğru və haqq yolu ilə
kamilləşməsinə xidmət edən ağsaqqal sözünə ehtiyac
olub. Gəlin “Gənclərə sözüm” məqaləsində Mir Cəlal
Paşayevin bu müqəddəs məfkurəyə köklənən ibrətamiz
fikirlərinə diqqət yetirək:“Gənclik elə bir zəruri yoldur ki,
hamı onu keçməlidir. Ömrün baharı! Bəzən gənclik
Azərbaycancılıq və vətənpərvərlik məfkurəsi
_____
so 567 oa
həyatına belə ad verirlər. Gənclik bahardır, ancaq hər
bahara bənzəməz. Bahar hər il təkrar olunur. Gənclik isə
insanlara bir dəfə, yalnız bircə dəfə verilir. Ona görə
verilir ki, həyata yol açasan, gələcəyi görəsən, ömrün
məqsədini təyin edəsən... Müvəffəqiyyət heç bir zaman
çağırışla, arzu ilə gəlmir, mübarizə, zəhmət, səylə əldə
edilir. Əngin fəzalara yol açan, zəngin torpaqları kəşf
edən, günəşi də, havanı da, suyu da insanın səadətinə
xidmət üçün səfərbər edən yalnız arzu deyil, ağır, şərəfli,
ardıcıl, aydın məqsədli zəhmətdir. Zehnin, ağlın,əlin
tükənməz inadla işləməyidir. Dünyada zəhmətdən kənar
səadət yoxdur...Əkdiyin ağacın meyvəsini,oxutduğun
uşağın kamilləşdiyini, tikdiyin mənzilə insanların köçdü
yünü, yaratdığın əsərin zehinlərə işıq verdiyini gör
məkdən ləzzətli nə var? Ömür ötüb keçəndir, yaranan isə
qalandır. Gənclərimizin amalı həmişə yarışmaq, yarat
maq olmalıdır. Heç vaxt mən gücsüzəm, mənim yarat
dığım vecsizdir deməyin!.. Bu gün bir ağac bəsləyən
uşaqda gələcəyin bağbanı olmaq meyli güclənəcəkdir.
Ən qorxulusu budur ki, vaxtı hədər keçirəsən,
vaxtından əvvəl “ləzzətlər, keflər” eşqinə düşəsən. Aydın
gənclik fəzasını tüstü-duman ilə örtənlər itirdikləri günləri,
illəri çətin qaytara bilərlər. Vaxt qızıldır! Bu müdrik xalq
sözü əsrlərin imtahanından keçmişdir. Mən istərdim ki,
gənclərimiz yaradıcı əmək, mütaliə və təhsil vaxtlarını
ömürlərinin ən məzmunlu saatları saysınlar...”
Mir Cəlal Paşayevin tərbiyə mövzusunda, əsl ağ
saqqal, ata öyüd-nəsihəti ilə qələmə aldığı (“Ədəbiyyat
və incəsənət" qəzeti, 19 sentyabr 1964-cü i l ) “Gəncliyin
qədrini bilək” məqaləsini həyəcansız oxuya bilmədim.
Oxudum və kövrəldim. Düşündüm ki, doğrudan da Mir
Cəlal kimi həyatın hər cür enişini-yoxuşunu, hər cür
sınaqlarını görmüş əsl söz, fikir sahibinin, adı böyük
_______________
Reyhan Mirzdzadd
________________
ю 562 os
hərflə yazılan Ziyalının bütün nəsihətləri, vəsiyyətləri,
tövsiyələri günü bu gün də, sabah da, qərinələr keçsə də,
son dərəcə əhəmiyyətli, son dərəcə vacibdir və vacib də
olacaqdır. Görün, elimizin mənəvi atası olan Mir Cəlal nə
yazır: “Ailə və gənclik” məzmunlu və əbədi sözlərdir.
Dünyada elə bir normal adam tapılmaz ki, bu məfhumlar
ilə bağlı olmasın... Hər bir xoş arzu və ideal yolunda
olduğu kimi, sağlam ailə uğrunda zəruri mübarizənin də
çətinlikləri var. . Ailə qurmağa yüngül,ötəri əyləncə kimi
baxanlar həmişə yanılır və bu səhvin ağrısını çəkir,
peşimançılığa, hətta fəlakətə düşür, ömür boyu həsrətlə
köks ötürürlər.
Cavanlar arasında yəqin ki, yad təsirlər nəticəsində
müəyyən bir zümrə əmələ gəlib ki, evlənmək işinə
kostyum almaq kimi asan, ani baxırlar...Başlıca səbəb
lərdən biri budur ki, bəzi gənclər bu işə şüur, məsuliyyət
hissi ilə yanaşmırlar. Oğlan, ya qız sevdiyinin simasında
ömür yoldaşını, həyat qardaşını, gələcək ailə səadətini,
balalarının əziz ata, ya anasını yox, bir neçə saatlıq, ya
günlük əyləncə, öpüşmə, qucaqlaşmaları görür, əylə
nirlər. Buna görə də “sevgilim” dedikləri adamın xasiyyəti,
mənliyi,əxlaqı, insani keyfiyyətləri ilə maraqlanmağa
ehtiyac duymur, qaşdan,gözdən, zahiri yar-yaraşıqdan
nəticə çıxarır, hökm verirlər.
Adətən şirin sevişmə günləri uzun sürmür. Gənclər
bir-birinə qovuşandan, bir neçə ay yaşayandan sonra
alovlu hisslər sönür, qəlblər soyuyur, sevənlərin bir-birinə
əsl ayıq, obyektiv, tənqidi münasibəti ön plana keçir... Ən
xırda, adi, mənasız şey ailənin pozulmağına səbəb
olur...Sevgi, insan xarakterinin ən pak və gözəl xüsu
siyyətlərindən olan məhəbbət həyatında yalnız ləzzəti,
təminatı görmək düz olmaz. Əsl məhəbbət yolunda məc
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
ю 563 ce
buriyyət, hətta məhrumiyyət də var, onu görmək, qəbul
etmək lazımdır.
Sevdiyin bir qız bəzən ağır naxoşluğa tutulur, ya
valideyni ilə əlaqədar fəlakətə düşür. Belə məqamda geri
çəkilmək, peşman olmaq, əhdindən dönmək əclaflıq olar.
Məşhur inqilabçı demokrat qadınların könüllü olaraq öz
ərləri ilə Sibir sürgünlərinə getdikləri məlumdur. Bütün
ömrü boyu şikəst, xəstə yoldaşını uşaq kimi gəzdirib
bəsləyən vəfalı yoldaşlar az deyildir. Sevgiyə əyləncə
kimi yox, məsuliyyətli, fədakar iş kimi, əsl mərdlik kimi
baxmaq lazımdır... Bəzən belə də eləyirlər: cavanlar var
ki, ildə neçə arvad dəyişir. Ailə səadəti, ailə sədaqəti
olmayanların cəmiyyətdə, xalq arasında hörmət qazana
cağına inanmaq çətindir . Yeni həyat, məhəbbət, məişət
yoluna çıxan bütün gənclərə sağlam yolda ictimai şüur,
vətəndaşlıq borcu və məsuliyyətilə möhkəm addımla
malarını, hər bir hərəkətlərini böyük gələcəyə və xoşbəxt
günlərə layiq etmələrini, yalnız ani, qızğın və kor hissləri
ilə yox, düşüncəli, tədbirli, uzaqgörənliklə, qarşılıqlı razılıq
və əsl sevgi ilə ailə qurmalarını arzu edərdik".
Vaxtilə Mir Cəlal müəllimlə bir yerdə işləmiş pro
fessor Firidun Hüseynovun xatirələrində maraqlı mə
qamlar çoxdur.Müəllif qeyd edir ki, Mir Cəlal bir insan,
ədib, müəllim, alim, kafedra müdiri kimi həmişə,yaşının
bütün çağlarında və hər yerdə bu cür görünən adam idi.
O, sadəlik, səmimilik, təvazökarlıq timsalı bir adam idi.
Ahıllığında da bir yazıçı məsumluğu, paklığı, kövrəkliyi
duyulurdu. Əslində böyük yazıçı, böyük alim, ustad mü
əllim olan, onu şəxsən tanıyanların dilində ‘yaxşı kişi"
kimi ad qazanmış Mir Cəlalın ağzından "mən yazıçıyam”,
“mən aliməm” sözlərini ömründə eşidən olmadı. O, bütün
hallarda asta yeriyər, yavaş danışar, səsinin tonunu
qaldırmazdı. Ancaq addımını sərrast atar, sözü mənalı,
___ ____________
Reyhan Mirzazada
________________
so
564 ся
təsirli olardı. Onun sadəliyi, təmkini, dözümü, zahirən loru
danışığı, fıtrətən xəlqiliyi, bütün bunlarla yanaşı, dərinliyi,
ciddiliyi, səmimiyyəti, suyuşirin adam olması haqqında
çox şey demək olar. İncə təbəssümü, mənalı baxışları,
duzlu yumoru, sümüyə işləyən kəsərli sözü, aydın məntiqi
vardı. Obrazlı danışar, obrazlı yazar, az sözlə dərin fikir
ifadə etməyə çalışardı. Yazıçılıqdan gələn bir həssaslığı,
dəqiqliyi, ən başlıcası isə incə və dərin müşahidə
qabiliyyəti vardı. Müşəhidəçiliyi lap heyrət doğururdu.
Tanış küçələrdən keçib gedəndə ayrı-ayrı məşhur bina
ların divarlarında, qapılarında olan xırda detallara işarə
edər, diqqəti yönəldərdi ki, adamın matı-mutu quruyardı.
Mir Cəlal üşün ədəbiyyat hava və su idi. Həmişə,hər
yerdə, bütün söhbətlərində ədəbiyyatdan, sənətdən,
bunların elmi təhlilindən uzağa getməzdi. Nizami, Füzuli,
Mirzə Fətəli, Mirzə Cəlil, Sabir, Cavid, Səməd Vurğun
kimi sənətkarlar haqqında danışmaqdan usanmaz, doy
maq biməzdi. “Ədəbiyyat tarixi yazılanların tarixi deyil,
oxunanların tarixidir- deyərdi. Və öz sözləri ilə desək,
“kiflənmiş ədəbiyyatı" üzə çıxarıb mübaliğəli şəkildə tərif
edənləri sevməzdi. Ədəbiyyatda ən çox qiymətləndirdiyi
həqiqət, müasirlik, xəlqilik, sadəlik və yığcamlıq kimi
məziyyətlər, aydın dil və üslub idi. Bütün əsərlərindən ən
çox istədiyi,övladları qədər sevdiyi “Bir gəncin manifesti”
romanından tez-tez söhbət açsa da, bunu öz yazıçılığını
gözə soxmaq üçün eləmirdi, roman janrında yığcamlığa
əməl etmək baxımından nümunə göstərirdi.
Ədəbiyyatdan canlı həyat qədər zövq alan, şeir və
sənətdən danışmaqdan doymaq bilməyən, bədii əsər
lərin, klassik irsin nəşri və ardıcıl təbliğini bir an belə
unutmayan, həssas, tələbkar, qayğıkeş bir vətəndaş olan
Mir Cəlal, ədəbiyyatşünaslara ədəbiyyatımızın və dilimi
zin qeyrətini çəkməyi həmişə tövsiyə edərdi. Sabirdən
____
Azərbaycançılıa va vatanparvarlik maflturasi
so 565 ca
daha çox misallar çəkər, xüsusilə “Fəhlə” şeirindən
misralar deməyi xoşlardı. Mirzə Cəlildən nə vaxt söhbət
düşsəydi:“XX əsrdə Yaxın Şərqdə heç bir xalqın belə
böyük adamı olmayıb”- deyər və bu böyük həqiqəti dərk
etməyənləri dünyadan xəbərsiz sayardı. Odur ki, Mirzə
Cəlil yaradıcılığından dissertasiya mövzuları verməkdə
səxavətini əsirgəmirdi. “Cəlil Məmmədquluzadə filosof ya
zıçıdır” fikrinə qarşı çıxıb “onun sistemi yoxdur” söy
ləyənlərə Mir Cəlal müəllim istehza ilə deyərdi:“Bəs sizin
fəlsəfi sisteminiz var ki, diplomunuzda “filosof' yazdı
rırsınız?”
Bədii yaradıcılıqda istedadın gücünə üstünlük verən
ədib, hər yazıçını bəyənməzdi. Füzuli, Mirzə Cəlil, Sabir,
Lev Tolstoy, Çexov onunçün sənətkarlıq meyarı idi. “Biz
Mirzə Cəlilin “Poçt qutusu”ndan çıxmışıq” fikri məşhur idi.
Yazıçılar siyahısında adamların çoxluğu, əsl qələm sa
hiblərinin, yaxşı yazanların azlığı onu daim narahat edir
di. Ona görədir ki, tez-tez deyirdi:“Qardaş, küçədə kimi
görürsən, qoltuğunda papka, deyir yazıçıyam, heç
oxucuyam deyən yoxdur".
Həm görkəmli bir ədib kimi çıxış və söhbətlərində,
həm də ədəbiyyatşünas alim kimi qiymətli monoq
rafiyalarında, məqalələrində tarixi və ədəbi şəxsiyyətlərə
düzgün, obyektiv qiymət verən, ağı qaradan, yaxşıını
pisdən, güclünü zəifdən seçməyi bacaran Mir Cəlal,
başqalarından da bunu tələb edərmiş. Yaradıcılığını başa
vurmuş hər hansı bir qələm sahibi haqqında mübaliğəli
fikrə,məqalə və kitabçaya rast gələndə bunu ümumən
ədəbiyyat və elm üçün zərərli hal kimi pisləyirmiş. Yazılı
bir cavaba imkan tapa bilməyəndə, həmkarlarına, cavan
ədəbiyyatçılara öz fikrini şifahi olaraq, maraqlı bir ədəbi
tövrlə çatdırmaq fürsətini əldən buraxmazmış:“Vallah, bu
Dostları ilə paylaş: |