_______________
Reyhan Mirzəzadə
_________________
so
590
ca
körpü yaradar:“Həkimlərin etdikləri ən böyük xəta ruhu
düşünmədən yalnız bədəni müalicə etməyə təşəbbüs
göstərmələridir” .
Filosofun bu yanaşması akademik Zərifə xanım
Əliyevanın 2003-cü ildə “Azərbaycan” nəşriyyatında çap
olunmuş “Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin
və fikirlərinin paklığı” kitabındakı yüksək təfəkkürlü dü
şüncəsi və tövsiyələri ilə üst-üstə düşür:“Xəstəyə düzgün
münasibət həkim sənətinin əsas mahiyyətlərindəndir.
Bəzən həkim xəstəyə yardım göstərərkən xəstəliyin
xüsusiyyətlərindən asılı olaraq, həkim xəstənin və onun
qohumlarının yersiz məzəmmətlərini, acı sözlərini, hətta
hədələrini dinləməyə məcbur olur. Başqa sənət sahibi
olanlar bundan inciyərək onu təhqir edəndən imtina edər
di, üstünə qışqırıb onu qovardı. Lakin həkim belə hərəkəti
özünə rəva bilmir, özünün təhqir olunmuş hissiyyatını və
həyəcanını büruzə verməyə ixtiyarı yoxdur... Həkim xəs
tənin mənafeyini hər şeydən üstün tutmalıdır, öz iş gü
nünün qurtarmasına baxmayaraq, o, xəstəxanada qala
raq xəstəsinə yardım edir, hətta onun çarpayısı yanında
bir neçə sutka qalır, bunun cavabı isə xəstənin təşəkkürlü
gülümsəmələri olur...
Həkim xeyirxah olmalıdır... Həkimlik fəaliyyətinin
xüsusiyyəti xəstə ilə həkim arasında həqiqi hörmət, həki
min xəstənin əziyyətini yüngülləşdirmək üzərində qurul
malıdır... İnsan xəstələnib yorğan-döşəyə düşəndə həkim
ona gəlir mənbəyi kimi baxmamalıdır. Bundan biabırçı
halı ağla gətirmək olmaz Biz bununla barışa bilmərik...
Ancaq həqiqi həkim odur ki, o, xəstənin əzabını öz şəxsi
əzabı kimi qəbul etsin; sağalmış, dirilmiş insanın gülər
üzü, şadlığı həkim üçün ən böyük mükafat, şərəfdir...
Həkimin ehtiyatsız söylədiyi söz xəstəliyə gətirib çıxara
bilər... Ən təhlükəlisi və dəhşətlisi odur ki, əyninə ağ xalat
___
AzərbaycancıliQ və vətənpərvərlik məfkurəsi
_____
SO 59/ G8
geymiş həkim laqeyd olsun. Həkim insanlardan özünü
ayırmamalı, özünü sevən, laqeyd olmamalıdır”.
Bunlar Zərifə xanımın tövsiyələri idi. Tibb aləmində
zəngin bir təcrübə keçmiş həkim-akademikin son dərəcə
vacib tövsiyələri.
Alicənab insan, mehriban həyat yoldaşı, qəlbi daim
Vətən və övlad sevgisi ilə döyünən qayğıkeş xanım, və
tənpərvər və fədakar bir azərbaycanlı qızı olan Zərifə
xanım dünyadan tez köçsə də, onun ünvanı milyonlarla
insanın məhəbbət dolu qəlbi, əbədi yaşayan müqəddəs
bir məkan oldu.
_____ _______
Reyhan Mirzəzadə
_________________
“Xalq qəzeti”,
26 yanvar 2010-cu il
ю
592 ea
ONLAR HƏMİŞƏ BİZİMLƏDİR
G ö r k ə m li e lm v ə d ö v lə t x a d im i Ə z i z Ə liy e v , q ı z ı -
t a n ın m ış m ə d ə n iy y ə t iş ç is i, b ə s t ə k a r G ü la r ə x a n ım
Ə liy e v a v ə o n u n ö v la d ı N u r id ə A d ilo v a 2 7 iyu l g ü n ü n d ə
ə b ə d iy y ə t ə q o v u ş u b la r .
İngilis sənətşünası və publisisti Con Ryöskinin
sözüdür:“Hər sübh şəfəqinə həyatının başlanğıcı kimi və
hər qüruba bu həyatın sonu kimi bax. Qoy bu qısa
ömürlərin hər biri hansısa xeyirxah əməllə yadda qalsın”.
Azərbaycanın görkəmli alimi, siyasi və dövlət xadimi,
respublikamızda səhiyyə işinin bacarıqlı təşkilatçısı, zə
kası və insanpərvərliyi ilə xatirələrdə əbədi izlər qoyan
Əziz Məmmədkərim oğlu Əliyevin zəngin həyat yolu qə
dim Oğuz diyarı olan Çuxur Səd-irəvan xanlığının Abaran
mahalındakı Hamamlı kəndindən başlayaraq, İrəvan,
Bakı, Naxçıvan, Mahaçqala, Moskva və yenidən Bakıdan
keçmişdir.
O vaxtlar Ermənistanda Hamamlı adını daşıyan iki
yaşayış məntəqəsi vardı. Digər Hamamlı isə hal-hazırda
Spitak adlanır. Əştərək rayonundakı Hamamlı kəndi qə
dim dövrlərdə Ayvazlı adını da daşımışdır. Abaran çayı
zaman dəyişdikcə Kasax, Karpi adlanmışdır.
Hamamlı mövcud olduğu uzun dövr ərzində çoxlu
təcavüzlər, dağıntılarla üzləşmiş, 1930-cu illərin sonunda
məkrli erməni xəyanətinin qurbanı olmuş, həyatını qoru
yub saxlaya bilməmişdir.
Hamamlı ilk dəfə 1827-ci ildə, ikinci dəfə 1905-ci
ildə, üçüncü dəfə 1918-ci ildə, dördüncü dəfə isə sovet
dövründə dağıdılıb məhv edilmiş, adı xəritədən silinmiş
dir. Buna görə də Sovet mənbələrində Əziz Əliyevin dün
yaya göz açdığı məkan Hamamlı kəndi deyil, Yerevan
(İrəvan) şəhəri qeyd olunmuşdur.
____
Azərbaycançılıq vd vətanpərvarlik mafkurasi
____
ю
593
c a
XX əsrin sonlarında İrəvan Müəllimlər Semi
nariyasında dərs demiş Azərbaycanın ədəbiyyatşünas
alimi Firidun bəy Köçərli yazır ki, şəhri - İrəvan keçmişdə
mərkəzi-üləma, füzəla və şüəra olubdur”.
XIX əsrin ortalarından başlayaraq, İrəvan bir sıra
güclü ziyalı nəsillər yetişdirmiş və XX əsrdə də onların bu
nəsil ənənəsi ləyaqətlə davam etmişdir: Mirbabayevlər,
Qazıyevlər, Qədimbəyovlar, Məmmədzadələr və s. İrəva
nın qoynunda yaşayıb-yaratmış, doğma yurdu çiçəklən
dirmişlər.
Tarixi araşdırmalar sübut edir ki, minilliklərdən üzü
bəri indiki Ermənistan ərazisinin aborigen sakinləri qədim
türk tayfaları olmuşlar. Orada bu qədim tayfaların varlığını
indi də qoruyub saxlayan xeyli tarixi izlər qalmaqda-
dır.Tahir Talibimin yazdığına görə, azman oğuz qəbirləri,
kurqanlar, Hun əlifbaları ilə yazılı daşlar, qayaüstü təsvir,
tarixi qala, pir, ocaq, məscid, alban kilsə, şəhər və
kəndlərin xarabalıqları, qazıntılar zamanı aşkarlanmış
qədim mədəniyyət və məişət əşyaları, digər milli varlı
ğımızın və şərəfli keçmişimizin Ermənistanda əbədi
yaşayan izləri, tarixə həkk olunmuş yaddaşıdır.Əski qay
naqlar və araşdırmalar göstərir ki, indiki Ermənistan
ərazisində qədim türk tayfalarından sayılan kimmer, sak,
quqar, peçeneq, bulqar, şirak, qarqar, xəzər, kəngər,
aran, sadaklar və soy-kökümüzün digər nəsilləri yaşa
mışlar. Rusiya və keçmiş Sovet tarixçisi, etnoqrafı, arxe
oloqu, filoloqu, şərqşünası və qafqazşünası akademik
Nikolay Yakovloviç Marr yazırdı ki, Ermənistanın şərq
əyalətlərinin ən qədim əhalisi saklardır. Bu fikri elə erməni
tarixçisi, akademiki Yakov Manandyan da söyləmişdir:
in d ik i
Ermənistanın
qədim
əhalisinin
bir
hissəsi
kimmerlər və saklar idi”.
_______________
Reyhan Mirzəzadə
________________
в о
594
03
Əziz Əliyevin doğulub boya-başa çatdığı Hamamlı
kəndi də islam, türk mədəniyyəti və məfkurəsinin izlərini
özündə yaşadıb təcəssüm etdirən obalarımızdan idi.
Qeyd etmək lazımdır ki, Azərbaycan, Ermənistan və Gür
cüstanda Hamamlı adlı bir neçə kənd mövcuddur.Gür-
cüstanın dağlıq Borçalı ərazisində yerləşən Başkeçid
(Dmanisi) rayonunda azərbaycanlılar yaşayan böyük bir
yaşayış məskəninin adı da Hamamlıdır.Hazırda bura
Hamamlı kənd inzibati-ərazi dairəsinin mərkəzidir.
Yamyaşıl təbiətin qoynunda, şırıltı ilə axan dumduru
çayın yaxınlığında yerləşən Hamamlımızın millətimizə
bəxş etdiyi Əziz oğlunun ömür səhifələrini vərəqlədikcə,
sevilən yazıçımız Mehdi Hüseyni anıram.Ədib yazırdı:
“Xalqımıza böyük qüdrət verən nədir? Hər şeydən
əvvəl, əlbəttə, Vətən məhəbbətidir.Qəsbkarda, istilaçıda
və quldurda bu məhəbbət yoxdur və ola bilməz. O, baş
qalarının zəhməti hesabına yaşamaq istəyir, başqalarını
özünə möhtac etmək istəyir, hər cəhətdən rəzil olduğu
halda, özünü başqalarından üstün hesab edir. Lakin ona
müqavimət göstərən xalq isə həm maddi, həm də mənəvi
cəhətdən qat-qat güclüdür. O, Vətən üçün, namus və
şərəf üçün canından keçən qəhrəmanlar tərbiyə edib
böyütmüşdür”.
Qanında, canında, ruhunda əcdadının rəşadətini,
millətinin qeyrətini, Vətəninin sevgisini gəzdirən və qanı
bu məhəbbətlə coşub-daşan Əziz, məhz bu əqidə ilə,
Vətən və Xalq amalı ilə yaşadı.Vətən və Xalq naminə
ağır zəhmətlər hesabına böyük hünər və qəhrəmanlıqlar
göstərdi.Həyatının gözəllik və xoşbəxtliyini xalqa səda
qətdə və xidmətdə axtardı.Vətənə olan borcunu qismən
qaytarmaq üçün canını, ürəyini hər cür məşəqqətlərə
fəda etməyə hazır olmağı həyatının əsas meyarı hesab
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
во
595 ea
etdi.Çünki canından artıq sevdiyi Vətən doğma xalqının
müqəddəs evi idi.
Professor F.Abdullazadə yazır ki, harada olma
sından, hansı vəzifədə işləməsindən asılı olmayaraq,
Əziz Əliyev bütün ömrü boyu onu əhatə edənlərin dərin
hörmətini qazanmışdı.O, rektor, nazir, Mərkəzi Komitənin
katibi, Baş nazirin müavini olmuş və həmişə ağlı,təşki
latçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı.Dövrünün
partiya və dövlət xadimləri arasında o,özünəməxsus ge
niş siyasi və mədəni dünyagörüşü ilə seçilmişdi.Baş
qalarının aciz qaldığı bir çox çıxılmaz hallardan Əziz
Əliyev rahatlıqla çıxış yolu tapırdı. Məsələn, Böyük Vətən
müharibəsi veteram, əfsanəvi təyyarəçi-qəhrəman Məza
hir Abbasov cəbhə hospitalından Bakıya gələndə həkim
lər təşvişə düşmüşdülər; onun yaralarının sarğılarını
açmaq mümkün deyildi. Xəstəyə bircə dəfə nəzər salan
Əziz Əliyev, çox qeyri-adi bir çıxış yolu tapmışdı.
Əziz Əliyev tez-tez övladlarına öz uşaqlıq illərindən
danışardı. Onun söhbətlərində İrəvan, bütün Qərbi Azər
baycan əsrarəngiz bir diyar kimi canlanardı. Bu,əslində
çox dəyərli tarix dərsləri, əsl vətənpərvəlik dərsləri idi və
təbii ki, o dövrdə bu dərslər məktəbdə keçilmirdi.Əziz
Əliyev İrəvan gimnaziyasında və Peterburqun Hərbi-Tibbi
Akademiyasında qazandığı bilikləri ömrü boyu artırmış və
bir çox sahələrdə məharətlə tətbiq etmişdi.
Azərbaycan xalqına qarşı yürüdülən soyqırımı siya
səti nəticəsində Əziz Əliyevin ailəsi İrəvandan köçüb
gəldiyi Şaxtaxtı kəndindən də İrana köçmək məcburiyyəti
qarşısında qaldı. Böyük çətinliklərdən sonra ailə Bakıda
qərar tutdu. Cənubi Azərbaycanda, Dağıstanda, Azərbay
can Ali Sovetində, Nazirlər Sovetində müxtəlif yüksək
vəzifələrdə çalışarkən o, günün tələbləri ilə bərabər,
xalqının sabahına da xidmət edirdi.
__________________ю_596_oa'>_____
Revharı Mirzəzadə
________________
ю 596 oa
Əziz Əliyevin böyüklüyü onun sadəliyində idi. O,
həm ailədə, həm də işdə, vəzifədə beləcə sadə, səmimi
davranırdı. Bütün rəftarında o qədər xoş ünsiyyətli idi ki,
onun bu xüsusiyyəti ətrafa da sirayət edirdi. Əziz Əliyevin
xasiyyətindəki zarafatcıllıq onun xarakterini daha da
bütövləşdirirdi. Bütün həyatı, məişəti sadəlik və böyüklük
üzərində qurulmuşdu.
Azərbaycan Tibb İnstitutunun rektoru işləyərkən
Əziz Əliyevə daha bir məsul vəzifə tapşırıldı. Azərbaycan
Xalq Səhiyyə Komissarlığının əmri ilə Əziz Əliyev
həkimləri təkmilləşdirmə kursunun müdiri təyin edildi.
Bütün bu işlərin öhdəsindən gəlmək üçün böyük enerji,
yorulmazlıq, gecəni gündüzə qataraq işləmək tələb olu
nurdu. Əziz Əliyev bu keyfiyyətlərə malik, həmişə dinamik
fəaliyyətdə olan bir şəxs idi. Həkimlik peşəsinə vurğun
luq, elmi-pedaqoji sahədə dönməzlik Əziz Əliyevə həmi
şə uğur gətirirdi.
Əziz Əliyev 1941-ci ilin oktyabrından 1942-ci ilin
martına qədər sovet qoşunları tərkibində İrana göndərildi.
O vaxtlar Böyük Vətən müharibəsinin qızğın çağları idi.
Faşist Almaniyası bütün Avropanı, ələ keçirəndən sonra
keçmiş Sovet İttifaqının üzərinə genişplanlı və çox böyük
qüvvə ilə hücum etmişdi. Müharibənin ilk günlərindən
faşistlər mühüm qələbələr qazanmış, Rusiyanın, Ukray
nanın, Belorusiyanın (indiki Belorus) mərkəzi hissələrini
ələ keçirə bilmişdilər, iran Şərqdə hitlerçilərin qərargahına
çevrilmişdi. Almaniyanın böyük bir hərbi qüvvəsi burada
saxlanılırdı. Bu, cənub tərəfdən SSRİ-nin sərhədləri üçün
böyük təhlükə yaradırdı.iran demək olar ki, alman casus
ları ilə dolu idi. Hələ Rza şah istibdadı zamanı iran Alma
niyanın müttəfiqinə çevrilmişdi.
Azərbavcancılıa və vətənpərvərlik məfkurəsi
so 597 ca
1941-ci ilin avqust ayında Sovet-iran müqaviləsi im
zalandı. Bu müqaviləyə əsasən sovet qoşunları irana da
xil olmaq hüququ qazandı.
Almanların irandakı şübhəli fəaliyyətinə son qoyul
ması üçün Azərbaycan k(b)PMK-da Cənuba göndəri
ləcək qrupun rəhbərliyinə Mərkəzi Komitənin üçüncü ka
tibi Əziz Məmməkərim oğlu Əliyevin namizədliyi təsdiq
edildi. Dövlət Müdafiə Komitəsinin göstərişinə və Zaqaf
qaziya cəbhəsinin komandanı general-leytenant D.Kozlo-
vun 16 sentyabr 1941-ci il tarixli əmrinə əsasən pol
kovnik-komissar Əziz Əliyev Təbrizdə yerləşmiş 47-ci
ordunun hərbi şurasının üzvü vəzifəsinə təyin edildi.
Əmrdə göstərilirdi:
“Ezam olunan yoldaşlar bütün işlərində Azərbaycan
K(b)P MK-mn katibi və hərbi şura üzvü Əziz Əliyevin gös
tərişlərini rəhbər tutmalıdırlar. Komissarlar və hərbi-siyasi
orqanlar "Əziz Əliyev qrupu”nun işinə qarışa və bilavsitə
onlara rəhbərlik edə bilməzlər. Eyni zamanda ezam
olunanlar hərbi işlərə müdaxilə edə. hərbi xarakterli hər
hansı göstərişlər verə bilməzlər".
Qərara alındı ki.sentyabrın ikinci yarısında “Əziz
Əliyev missiyası" Təbrizdə fəaliyyətə başlasın. Süleyman
Rəhimov təbliğat, Mehbalı Əmiraslanov inzibati-təsərrü-
fat, Ağasəlim Atakişiyev xüsusi əməliyyat, Mustafa Quli
yev tibbi sanitar qruplarının, Mirzə İbrahimov türk dilində
çıxacaq ordu qəzetinin redaktoru təyin olundu. Cənubi
Azərbaycanda sovet təsirini yaymaq, ədəbiyyat, sənət,
mədəniyyət, iqtisadiyyat və digər sahələrdə Sovet Azər
baycanı uğurlarını nümayiş etdirmək məqsədi ilə “missi
ya” vasitəsi ilə Təbriz, Pəhləvi, Ərdəbil, Rəşt, Astara və
digər yerlərə taxıl, qənd, kerosin, manufaktura və s.gön
dərilməli idi. Cənubi Azərbaycanın iri şəhərlərində opera
teatrının ifasında “Koroğlu”, “Leyli və Məcnun”, “Şah
_______________
Reyhan Mirzəzadə
____________ ___
so
598
oa
İsmayıl” , “Arşın mal alan”, “O olmasın, bu olsun”
tamaşaları göstərilməli idi.
Moskvadan razılıq alındı ki, iki-üç ay ərzində “Əziz
Əliyev missiyası” üzvlərinin sayı 2-2,5 min nəfərə çatdırıl
sın. Ən yaxın günlərdə 500 nəfərdən ibarət əsas hissə
təcili yola düşməli idi.
Əziz Əliyev Təbrizə gəldiyi günün səhəri,sentyabrın
22-də Cənuba göndərilənlərlə söhbətdən sonra, onlar
ayrı-ayrı şəhərlərdə yerləşən hərbi hissələrə getdilər.
Birbaşa təyinat almayanların çoxu Təbrizdə saxlanıl
dı.Süleyman Rəhimov başda olmaqla təbliğatçılar qrupu,
Mehbalı Əmiraslanov başda olmaqla təsərrüfat qrupu,
Ağasəlim Atakişiyev başda olmaqla xüsusi qrup, Mustafa
Quliyev başda olmaqla səhiyyə qrupu,Mirzə İbrahimov
başda olmaqla redaksiya qrupu,Yunis Hacıyev başda
olmaqla 1-ci Qafqaz diviziyasına düşənlər Təbrizdə işlə
məli idilər. Bundan əlavə, ilk göndədrilən dəstədən 16
nəfər Makuya, 22 nəfər Urmiyəyə, 15 nəfər Zəncana,27
nəfər Pəhləviyə, 16 nəfər Xoya, 15 nəfər Ərdəbilə, 14
nəfər Marağaya, 15 nəfər Dilmana, 16 nəfər Uşnuya, 16
nəfər Qəzvinə, 16 nəfər Mianəyə,16 nəfər Rudəsərə, 15
nəfər Noşəhrə göndərilmişdi.Təbrizə gələcək opera teatrı
truppası üçün şəhərdə yer ayrılmışdı.
Əziz Əliyev Təbrizə qayıdan gün şəhərdə qənd
ticarətinə nəzarət edən erməni Budaryan narazılıq yarat
maq məqsədilə əhaliyə qənd buraxılmasını qadağan et
mişdi. Anbarlarda olan qənd və şəkər tozu gizli yolla İra
nın cənubuna göndərilirdi. Şəhərin normal həyatının po
zulmaq təhlükəsi olduğundan Təbrizdə olan ingilis və türk
konsulluğu Əziz Əliyevdən xahiş etdilər ki, şəhərdə nor
mal həyatı bərpa etmək üçün tədbirlər görsün.
Baş vermiş təxribatı aradan qaldırmaq üçün şəhər
fərmandan və polis rəisi Təbrizdəki ordu qərargahına də
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
sə
599
ca
vət edildi və onlara bildirildi ki, bu oyunlara son qoyulsun.
Bundan əlavə, Sovet Azərbaycanından Təbrizə gön
dərilən ərzaq məhsullarının ilk hissəsi sentyabrın 24-də
axşam gəlib ünvana yetişdi. Bakıdan, Respublika Fon
dundan yardım olaraq 800 ton qənd, 360 ton un, 105 ton
buğda, 300 min metr parça və s.göndərilmişdi. Ümu
miyyətlə, 1941-ci ilin axırına qədər Bakıdan Cənubi Azər
baycana 1.494.053 metr parça, 2.548 ton qənd, 1.371
ton un, 1.814 ton buğda və ümumi dəyəri 2 milyon manat
olan digər mallar daxil olmuşdu.
Əziz Əliyev qrupu sentyabrın sonu, oktyabrın əv
vəllərində Cənubi Azərbaycan şəhərlərində fəaliyyət gös
tərmiş alman firmalarının əmlakını müsadirə etdi. “İran
ekspress”, “Veberbauer transport”, “Hes və Ko” , “AEQ"
firmalarına məxsus ümumi dəyəri 1.247.000 İran rialı
həcmində olan müxtəlif, növ mallar müsadirə edildikdən
sonra Sovetlər Birliyinə göndərildi. İran Milli Bankının Cə
nubi Azərbaycanda olan şöbələrində alman təbəələrinə
aid 11 hesab müəyyənləşdirildi. Bu hesablarda olan
923305.85 rial pul vəsaiti 47-ci ordunun hesabına ke
çirildi. Avqustun 25-nə qədər İran tacirlərinin Almani
yadan aldığı mallar zəbt olundu.
Əziz Əliyevin ayıq-sayıqlığı, cəld və operativ təd
birlər görmək bacarığı Moskvanın, Kremlin diqqətindən
yayınmırdı. Odur ki, Stalinin ən həyəcanlı anlarında, mü
haribəni uduzmaq təhlükəsi məqamlarında Əziz Məm-
mədkərim oğlu Dağıstana rəhbər göndərildi. Bakını, Bakı
neftini zəbt etməklə, Sovetlər İttifaqına qələbə çalmaq
niyyətinin bircə addımlığında olan almanların arzusunu
ürəyində qoyan Əziz Əliyev, faşizm üzərində 9 may qələ
bəsini qazandıdran əsas simalardan biri oldu.
1982-ci ildə Azərbaycanda Əziz Əliyevin 85 illik yu
bileyi geniş şəkildə qeyd olundu. Uzun illər rektoru ol
_______________
Reyhan Mirzəzadə
________________
so
600 oa
duğu,inkişafında,yüksək ixtisaslı tibbi kadrlar yetişdiril-
məsində, respublikada tibb elminin potensialının zəngin-
ləşdirilməsində böyük zəhməti olan Tibb İnstitutunda Əziz
Əliyevin yubileyi xüsusi təşkil edildi.Yubiley gecəsində
Əziz Əliyevin qızı, tibb elmləri doktoru, professor Zərifə
xanım Əliyeva çıxış edib sevimli atasını məhəbbətlə xatır
ladı:
“ ...Ə.M.Əliyev istər öz ailə üzvləri üçün, istərsə də
Vətəni.xalqı üçün nəcib ideallarla dolu zəngin bir irs qo
yub getmişdir Bu gün biz hədsiz dərəcədə fəxr edirik ki,
vaxtilə onunla birlikdə işləmiş həmkarları, yetirmələri və
gəncliyimizin indiki nəsli bu irsi layiqincə öyrənir,onun
arzu və tövsiyyələrinə şərəflə əməl edirlər.
Atam ömrünün əvvəlindən ta sonunadək insanlarda
yalnız nəciblik, xeyirxahlıq, humanistlik, beynəlmiləlçilik,
prinsipiallıq hisslərinin bərqərar olunması uğrunda çalış
mış, adamları daim xoşbəxt görmək arzusu ilə yaşa
mışdır”.
Qocaman jurnalist Aydın Vəlixanov Əziz Əliyevin
dünyasını dəyişdiyi 1962-ci ilin o ağır 27 iyul gününü belə
xatırlayır:
“Əziz dayıgilin evlərində bir xidmətçi vardı. Tək, heç
kimi olmayan rus qadını idi.Səhv eləmirəmsə, adı Ni-
naydı.
Bu qadın qohumlarının yanına Rusiyaya getməli
oldu. Əziz dayı qadını yola salmaq üçün özü getdi.
Əlbəttə, kimisə yollaya bilərdi. Ancaq onda olan böyüklük
və insana hörmət hissi buna yol vermədiyi üçün vağzala
məhz özü getmişdi. Bir maşını vardı - “Volqa”. Çox yaxşı
insan olan bir sürücüsü də vardı. Adı yadımdan çıxıb. Nə
isə, qadının bütün yükünü, çamadanlarını, barxanasını
özü vaqona qaldırır, özü də vaxt tələsikmiş, odur ki, həm
tələskənlik, həm də ağır çamadanların daşınıb vaqona
Azərbaycancılıa və vətənpərvərlik məfkurəsi
____
ю
601
оз
qaldırılması kişini tənginəfəs edir, bu ara qatar yola
düşür.
Əziz dayı əl edib vidalaşmağa başlayır. Elə bu vaxt
ürəyi bərk tutur. Əlini ürəyinin üstünə qoyub yavaş-yavaş
yerə çökür. Bu mənzərəni arvad vaqondan görür və hiss
eləyir ki, Əziz Mamedmoviçə nəsə oldu. Görün, bu
qadındakı etibarı, şübhələndiyi üçün Biləcəridə vaqondan
düşüb geri qayıdır. Gəlib Əziz dayının cənazəsini görür”.
Əziz Əliyevin oğlu, tibb alimi, professor Tamerlan
Əziz oğlu o günlərdən danışdıqca kövrəlirdi. Qəmli-qəmli
sevimli, daim ailənin ürəyində yaşayan atasını xa
tırlayırdı:
“ 1962-ci ilin iyulunda Leninqradda idik.Tomanın
(Tamerlan müəllimin həyat yoldaşı Tamella xanımın) elmi
işi ilə bağlı getmişdik. Atamın ölüm xəbərini aldıq. Ağır
günlər idi. Güclə atamın dəfninə çatdıq”.
O illəri Tamella xanım da kədərlə yada salırdı:
“Əziz müəllim məni öz qızı kimi sevirdi, ö z doğma
övladlarından seçmirdi. O vaxtlar kimya elmləri doktoru,
uzun müddət Azərbaycan Dövlət Universitetinin (ADU)
kimya fakültəsinin dekanı işləmiş atam Səttar Həmid oğlu
Əbilov təzə rəhmətə getmişdi. Diqqətcilliyi ilə məni fikir
çəkməyə, dərd eləməyə qoymurdu.
Mən Leninqradda aspirant olanda, elmi işim ilə
maraqlanır, məni ruhlandırırdı. Sonralar fizika üzrə elmi iş
müdafiə etdim, ADU-nun molekulyar fizika kafedrasında
30 ildən çox bir müddətdə işlədim. Alim kimi yetişməyim
də şəxsən qayınatama minnətdaram”.
Əsgər Zeynalov yazır:
“...1990-cı ilin sentyabr ayında Azərbaycan Ali
Sovetinə seçkilər keçirilirdi. Komissiyanın üzvü kimi əhali
ni siyahıya alırdım. Azadlıq prospekti 41-dəki mənzillərin
birində ilk baxışdan üzdən tanış gələn ortaboylu qadın
Dostları ilə paylaş: |