________ ______
Reyhan Mirzəzadə
_________________
so 614 ся
hala gətirməlidirlər. Bunun üçün bütün əhalinin mübariz
əhval-ruhiyyəsini səfərbər edib onu düşmən casuslarına,
paraşütçülərə, düşmənin dəyirmanına su tökən təxribat
çılara qarşı mübarizəyə qaldırmaq lazımdır..."
Dağıstan Vilayət Partiya Komitəsinin Birinci katibi və
Mahaçqala Müdafiə Komitəsinin sədri Əziz Əliyev
Dağıstanda yaşayan xalqların həyat tərzinə, xarakterinə,
adət-ənənələrinə, milli məfkurəsinə, spesifik xüsusiy
yətlərinə mütaliələrindən bələd idi. Odur ki, ən ucqar dağ
aullarına qədər gedib çıxır, camaatı, kəndliləri yığıb
vəziyyəti onlara başa salırdı. Onun tapşırığı ilə mövcud
durumu aydın dərk edən ağsaqqallar, əhali arasında
sözükeçən nüfuzlu adamlar ayrı-ayrı yaşayış məntə
qələrində olur, insanlarla görüşür, işin nə yerdə olduğunu
şərh edir, adamlara ciddi tövsiyyələr və məsləhətlər
verirdilər.
1942-ci ilin oktyabrın 28-də Əziz Əliyevin rəhbərliyi
ilə keçirilən toplantıda “Bütün qocalara, Dağıstanın qadın
və kişilərinə” müraciət qəbul olundu. Həmin müraciətlə
Əziz Əliyev toplantı iştirakçılarına üzünü tutub dedi:
“...Qafqazın başı qarlı zirvələrinin üstünü ağır, qara
buludlar almışdır. Azğın və amansız düşmənlərimiz olan
alman faşistləri çiçəklənən vadilərimizə və dağlarımıza
soxulmuşlar. Kuban və Terek çayları qana boyanmışdır.
Çərkəzin, Kabarda - Balkarın, Çeçen - İnquşun təhqir
olunmuş qızlarının acı naləsi dağlarda əks-səda verir. Biz
almanlara əsir düşmüş dağlı qardaşlarımızın ürək
parçalayan fəryadını eşidirik. Hitler bütün Qafqazı ələ
keçirmək, azadlıqsevər dağlıları öz quluna çevirmək, bizi
sevinc və xoşbəxtlikdən məhrum etmək istəyir. Hiyləgər
tülkü kimi Hitler qafqazlıları aldatmaq istəyir ..Qocalar da,
qadınlar da, uşaqlar da əsgər olmalıdır, əgər xalq bir-
birinə qovuşaraq mehriban olarsa, onu məğlub etmək
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
so 615 c*
olmaz.
Dədə-babalarımızdan
qalma
əski
adətlərin
tələbinə görə, belə ağır saatlarda biz Vətənə sədaqət
andı içməlyik! Doğma Qafqazı müdafiə etmək, düşməni
dağlarımıza buraxmamaq vəzifəsi bizim boynumuza dü
şür, başqa cür olsa,əbədi nifrinlər bizim çal başımızda
qalacaqdır! Bizim doğma torpaqlarımızda bir alman
əsgəri qalsa belə, atalarımız öz qəbirlərində rahat uyu
mayacaqlar!!!”.
Əziz Əliyevin bu həyəcanlı və təsirli çıxışı düşün
cələrimi bircə anlıq Mir Cəlalın sevimli müəllimi olmuş
Hüseyn Cavidin sanki ölməz Üzeyirin “ Koroğlu” üvertü-
rası sədaları altında səslənən misralarına pərvazlandırdı:
Iştə Qafqaz!.. Səfalı bir məna!
Allah-Allah, nədir bu abü-həva?!
Nə qədər şairanə bir xilqət!
Yerə enmişdir adətən cənnət!
Həmin vaxtlar Qafqaz dünyanın hərbi və siya
si xəritəsində öz strateji mövqeyi ilə nəzərlərə hakim
kəsilmişdi. Şeirin səmimi və doğma misraları müharibə il
lərində məsafəcə uzaqlara düşən Vətən övladlarının Qaf
qaz nigarançılığını yaddaşımda yenidən duyğulandırdı.
1942-ci ilin yazında Mir Cəlal Uzaq Şərqə yola
düşmüşdü. Gördüklərini “Qafqaza məktub” adlı məqalə
sində (“Ədəbiyyat" qəzeti, 16 iyun 1942-ci il) mükəmməl
canlandırmışdı.Ədib yazırdı:“Biz çox uzaqda, Azərbay
candan on minlərlə kilometr aralı bir məsafədəyik. Ancaq
Vətəndəyik.Uzaq Şərq döyüşçüləri arasındayıq. Bakı
nefti ilə, Donbas kömürü, Ukrayna çörəyi ilə tanındığı
kimi, Sovet Şərqi də öz şanlı döyüş tarixi ilə məşhurdur.
Bu ucsuz-bucaqsız meşələri qılınc kimi kəsib ötən düz
yollar, Komsomolsk kimi gənc şəhərlər, Amur üzərində
_______________
Reyhan Mirzəzadə
________________
so 6/6 ca
qartal kimi qanad gərib duran nəhəng körpülər, Voloçaev
günlərinin şanlı abidəsi Xasan gölü, Xanka gölü, Xalxın
Qol döyüşləri Uzaq Şərq igidlərinin Vətənə layiqli xid
mətini göstərir. Buranın hər addımında mübarizə, qəh
rəmanlıq, insan əməyinin ecazkar qüdrəti görünür. Ona
görə də burada hərbi təlim görmək, ixtisas almaq əyani
məktəb keçmək kimidir”.
Göyçaydan gəlmiş aqronom Həmid Həmidov, Nax
çıvandan gəlmiş müəllim Bektaşi, tələbə Nadir Əliyev,
Kirovabaddan (indiki Gəncədən - R.Mirzəzadə) gəlmiş
sürücü Məmməd Səmədov, Ağdamdan gəlmiş, ürəkaçan
şeirlər yazan zirək tankçı, “Qafqaza məktub” adlı şeiri ilə
arzularını Vətənə çatdırmağı yazıçıdan xahiş edən Əziz
Əzizov, hava topçusu Səməd Paşayev, radist Səməd
Ağamirov, Qubadan gəlmiş əsgər Mövlud Qurbanovdan,
döyüşçülərin Vətənə göndəriləsi xəbərlərindən maraqla
bəhs edən Mir Cəlal daha sonra yazır:“...Məmmədov İdris
sərhəd keşiyində durur. Tunc rəngli sifətində kəskin
cizgilər vardır. Baxışında, duruşunda gələcəyə etimad,
qalib olmaq etiqadı duyulur. Yaşıl təpələr, sıx meşələr,
tayqalardan keçən sərhəd xəttində o, özünü Azərbay
canda, doğma kəndlərində duyur.Onun da anasına,
ailəsinə deməli sözü var:“Mənim adımdan - deyir,- Vətə
nə salam yetirin. Deyin xatircəm olsunlar. Bir aylıq yol
gəlmişik, gəzməyə, kefə yox, döyüşə gəlmişik.Silahı
öyrənirik. Uzaq Şərq qəhrəmanlarından dərs alırıq. Nə
qədər ki, canımız sağdır, bu yerlərdən arxayın ola bilər
siniz. Əlimizdə silah, gecəli-gündüzlü sərhəd boyunda
dayanmaq bizə ləzzət verir. Çünki biz zəhmətimizlə
vətəndaşlarımızın istirahətini qoruyuruq. Yuxusuz qalaraq
ailələrimizin rahat yatmasını təmin edirik. Mən sənətimlə
fəxr edirəm".
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
so 6/7 oa
Mir Cəlal Paşayev “Qafqaza məktub”unu
bu
sətirlərlə bitirir: "...Onlar öz gündəlik hərbi-siyasi hazırlıq
işlərində, gələcək döyüşlərdə öz babalarına - babəklərə,
koroğlulara layiq olmaq istəyirlər. Onlar istəyirlər ki, Ko
roğlu dedikdə, Azərbaycan əsgəri xatırlandığı kimi, A zə r
baycan əsgəri dedikdə Koroğlu yada düşsün. Ə sgər
lərdən Qafqaza gələn məktubların qısa məzmunu budur.
Minlərlə məktubun xətti, stili başqa-başqa olsa da, m ə
nası, məqsədi birdir".
Cəbhədən gələn məktublardan bir daha aydın olur
du ki, insanların mütəmadi olaraq hərtərəfli maariflən
məyə ehtiyacı vardı. Bu barədə ədəbiyyat, kitab və qəzet
adamların həyatı, həqiqətləri öyrənməsinə, dünyagörü
şünün artırılmasına xeyli köməklik edirdi. Vaxtilə rus şairi
Puşkin deyirdi ki, mütaliə ən yaxşı təlimdir.Tam razıyam.
Həqiqətən böyük adamın fikirləri ilə məşğul olmaq özü ən
maraqlı elmdir. Mir Cəlalın həmin dövrdə yazdığı “Kitab
mədəniyyətimiz haqqında" adlı məqaləsini xatırlayaq.
Həmin məqalədə ədib kitabı xalqın mənəvi sərvətlərindən
biri kimi uca tutaraq yazırdı:"...Kitab bizim həyat və
məişətimizin vacib bir amili olmuşdur. Şəhər yox, uzaq və
kiçik bir kəndə sıravi bir kolxozçunun evinə gedin, orada
yalnız xalça, yalnız samovar, yalnız kasa yox, kitab da
görərsiniz... Kitab bizim adamlarımıza yalnız zərurət
vaxtında (imtahanda, nitq söyləmək, bir məsələ haqqında
fikir demək üçün) deyil, hər bir vaxtda lazım olur. Onlar,
həqiqi bir dost, gözəl ünsiyyət vasitəsi, vacib mənəvi qida
kimi kitabdan ayrılmaq istəmirlər. Ən ağır zamanlarda be
lə, kitab öz işini görür. Cəbhədə, ara verən qızğın vuruş
malardan sonra döyüşçü qoltuğundakı kitablara müraciət
edir, əsgərlər yazıçılara yazdıqları məktubda kitab, ma
raqlı hekayə, şeir istəyirlər. Kapitan Nəsibov “Vətən uğ-
_________________Reyhan_Mirzəzadə___________________ю__61H__oa'>_______________
Reyhan Mirzəzadə
_________________
ю
61H
oa
runda” -jurnalının bir nömrəsini itirdiyini yazaraq əlavə edir
ki, cəbhədə ən əziz bir şey itirmiş kimi heyfslənirəm..
Mir Cəlal müharibə dövründə yazdığı əsərlərində
böyük həyəcanların, ciddi və təsirli hadisələrin ifadəsinə
xüsusi fikir verirdi. Mövzuya dair ilk hekayəsi olan “Yollar”
da, “Anaların üsyanı” da bu səpkidə yazılmış əsərləri
nə parlaq bir misaldır. Belə əsərlərin bəzi parçalarını
mənsur şeir də adlandırmaq olar. “Anaların üsyanf’na
qiqqət yetirək:"...Dünyanın bütün qadınları, bəşəriyyəti
bəsləyib böyüdənlər, insanlığın dayələri, dahilərin, alimlə
rin, filosofların, şairlərin anaları, köksü saf, təmiz hiss
lər yatağı olan qadınlar böyükdən kiçiyə, şərqdən qərbə,
cənubdan şimala hamısı ayağa qalxmışdı. Dünyada birin
ci və axırıncı dəfə olaraq anaların müqəddəs qiyamı baş
lanırdı. Dənizlər çəkilir, dağlar baş əyir, üfüqlər açılır, hər
şey bu həyəcan selinə yol verirdi. Analar indi müsəlləh və
qəzəbli bir ordu kimi əl-ələ, səs-səsə verirdilər. Ağsaçlı
nəvə sahibləri bütün nəsillərini vuruşa çağırırdı. Kəndli
qadın əlində alakeş, kürək, toxa gəlirdi. Fəhlə qadın
yumruğunu düyünləyərək bayraq kimi qaldırırdı. Müəllimə
kitabını silahla dəyişir, yazarlar qələmini süngüyə çevi
rirdi. Dəniz kimi dalğalanan, vulkan kimi coşan bu hərə
kət getdikcə böyüyür, böyüdükcə sürətlə yeriyirdi. Əliya
lınlar yerdən daş götürür, ağac alır, ümumi düşmənə,
insanlığın düşməninə, faşist başkəsənlərə qarşı yüyü
rürdü...”
Vəziyyət son dərəcə gərgin idi. Mir Cəlal Paşayev
Azərbaycanda, Əziz Əliyev isə Dağıstanda silahdaşları
ilə bərabər faşizmə, onun çirkin ideologiyası, xəbis niy
yətləri ilə gecəli - gündüzlü mübarizədə idilər.
Əziz Əliyev Qızıl Ordunun və Hərbi Dəniz Donan
masının hissə və birləşmələrinə, o cümlədən 416-cı
Taqanroq və 169-cu Vitebsk diviziyaları, Qara Dəniz
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
£0
6/9 03
Donanmasının hərbi gəmiləri, Əziz Əliyevin özünün də
hərbi şuralarının üzvü olduğu 47-ci və 58-ci ordular, 747-
ci zenit - artilleriya diviziyası, Q.Qarayevin komandiri
olduğu 1-ci Dağıstan könüllü süvari eskadronuna və s.
hamilik edirdi.
Maxaç Daxadayev adına Dağıstan partizan dəstə
sinin komissarı öz xatirələrində yazırdı ki, işğalçılarla
mübarizədə vilayətin partizanları düşmənin 3300 əsgər
və zabitini məhv etmiş, çoxlu tankını yandırmiş, 8 topunu,
25 pulemyotunu, 66 avtomaşınını, döyüş sürsatı və
ərzaqla dolu 9 anbarını ələ keçirmiş, 349 traktoru, 82 min
baş mal-qaranı, 5880 atı düşmənin əlindən geri almışlar.
Onlar 47 kəndi və yaşayış məntəqəsini azad etmişlər”.
Mir Cəlalın qələmi susmaq bilmirdi. Vətənpərvər
yazıçının ürəyindən və ruhundan keçən ağrı-acılar, od-
alov, qan içində olan döyüş meydanlarındakı qəhrəman
lıq şücaətləri tarixin səhifələrinə yazılmaqda davam edir
di.O əsərləri oxuyan hər bir oxucu düşmənlə son damla
qanına qədər vuruşmağa daha da ruhlanırdı.O illərdən
çox-çox sonralar Mir Cəlalın iki dəfə Sovet ittifaqı Qəhrə
manı adına layiq görülmüş azərbaycanlı general-mayor
Həzi Aslanovun cəsurluqlarından bəhs etdiyi “Vətən
qəhrəmanı” adlı hekayəsini dəfələrlə oxumuşdum. Hər
dəfə də əsərdə yeni çalarlar kəşf etmişdim. İndi də ədibin
təsvirlərini oxuyanda özümü sanki bu müharibə od-
alovunun, dəhşətlərinin içində hiss edirəm:
“ ...Düşmən məhv edildi. Kənd təmizləndi. Hərəkətdə
olan qüvvələrimiz təpələrdən yağan atəşdən xilas oldular.
Günü qələbə ilə tamamlayan ulduz nişanlı maşınlar nərə
çəkib cəbhə xəttində düşmənə meydan oxuyanda,
Aslanov qabaqda gedən və atəşi ilə havanı titrədən
tankın içində idi. Döyüşün hər dəqiqəsində o, vəziyyəti
diqqətlə öyrənir, hissənin hərəkətinə istiqamət verirdi.
_________________Reyhan_Mirzəzadə___________________so__622__oa'>_______________
Reyhan Mirzəzadə__
_______________
ю
620
oa
Həzi düşməni məğlub etməyi kifayət saymırdı; onu
məhv etməyə çalışırdı Bu gün, - deyirdi, - daş, divar
dibinə təpilib qorunan və qabağımızdan qaçan faşist,
sabah silahını işə salmağa fürsət axtaracaqdır. Murdar
həşəratın kökünü kəsməliyik!
...Aslanov bilirdi ki, yaralı canavar daha da quduz
laşacaqdır; bu saat dişini itiləyib haradansa irəli soxul
mağa cəhd edəcəkdir. Komandir tankların buradan, düş
mənə məlum olan bu mövqelərdən çıxarılmasına əmr
verdi.Düşmənə cinahdan ani bir yara vurmaq üçün fənd
işlətdi.
Bu dəfə də komandirin niyyəti doğru çıxdı. Hitlerçilər
uzaqdan tanklarımızın arxasına keçməyə çalışırdılar, igid
tankçılarımızın düşmənə nagihanı hücumu burada da
düşmənin planını puça çıxartdı. Almanlar, gözləmədikləri
yerdən dolu kimi yağan top və mina atəşinə məruz qalıb
qırıldılar".
Bu cür hadisələrlə üz-üzə gələn bizim döyüşçülərin
də içində yaralanıb sağlamlığını itirənlər, şikəst olanlar az
deyildi. Azərbaycanda tibbin və tibb elminin inkişafı sahə
sində zəngin təcrübə qazanmış doktor Əziz Əliyev
Dağıstanda yeni hospitalların yaradılmasına nail olmuş
du. Bütün səhiyyə ocaqlarının dəqiq, rəvan işinə diqqət
yetirilirdi. Onun tövsiyyəsi ilə hospitallarda həkim və tibb
bacıları ilə bərabər, məsul işçilər də daim növbə çəkir,
müəssisələr ərzaq məhsulları, dava-dərman, yanacaqla
fasiləsiz təchiz edilirdilər. Müharibə illərində hərbi xəstə
xanalara 130 min nəfərdən çox yaralı gətirilmiş, onlardan
100 min nəfərə qədəri sağalmış, əksəriyyəti yenidən
cəbhəyə qayıtmışdı.
Amerikanın dövlət xadimi, azadlıq uğrunda fəal
mübariz Patrik Henrinin bu sözləri bir daha təsdiqini tapır
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
rə
6
2 1
cs
ki, döyüşdə yalnız qüvvətli olanlar qələbə qazanmırlar.
Onu ayıq, fəal və cəsarətli olanlar udurlar.
Beləliklə, bir qəzet səhifəsinə qeydləri sığışmayan
misilsiz qəhrəmanlıqlar hesabına Dağıstan və Azərbay
can işğalçı faşist qoşunlarından mərdliklə qorundu.
Dağıstanın tanınmış dövlət məmuru olan Səid
Qurbanov əslində bütün dağlıların fikrini ifadə edirdi:
“Əziz Məmmədkərimoviç Əliyev milliyyətcə azərbaycanlı
dır, lakin tarixi xidmətlərinə və Dağıstanın bir respublika
kimi qorunub saxlanması, onun iqtisadiyyatının, mədəniy
yətinin möhkəmləndirilməsi və inkişafı, milli dirçəliş işinə
verdiyi çox böyük töhfəyə görə haqlı olaraq həm də
dağıstanlı hesab edilir”.
Faşist qəsbkarlarının Qafqazı, xüsusilə doğma
Azərbaycanı və Bakını işğal etmək planlarının puça çıx
dığını və onların ümidsiz bir halda geri qaçdıqlarını Mir
Cəlalın “Çəkmə" hekayəsindəki kimi müvəffəqiyyətlə gös
tərən bir əsər Azərbaycan sovet nəsrində yaradılma
mışdı.
Artıq hitlerizm qara kabus kimi millətlərin başı
üstündən geri çəkilmək rüsvayçılığı ilə üz-üzə qalmışdı.
Mir Cəlal Paşayev bunu “Hitlerizmə ölüm hökmü” məqa
ləsində tarixi hadisələrin dili ilə də açıqlayırdı:(“ Ədəbiy
yat” qəzeti 24 fevral 1945-ci il.) “Üç böyük dövlət rəhbər
lərinin Krım Konfransı zəmanəmizin ən böyük hadisələ-
rindəndir. Bu konfrans bəşəriyyətin gələcəyi, taleyi və
səadəti üçün çağırılmışdı. Hitlerizmin qəbri qazılmış, Hit
ler Almaniyası ölümə məhkum edilmişdir. Bu, mədəniy
yət, səadət yolunda duran xalqları əsarətə məhkum edib
qul halına salmaq, dünyanı Hitlerin murdar və qaranlıq
dustaqxanasına döndərmək istəyən təhlükəli, ən qorxulu
bir qüvvənin, ən quduz və yırtıcı bir vəhşinin məhv
edilməsi deməkdir.
_______________
Reyhan Mirzəzadə
_________________
so
622
oa
...Krım konfransı və onun qərarları faşist quldur
larının kəlləsinə son və öldürücü zərbə oldu.Ədalət qalib
gəlir. Birləşmiş millətlərin rəhbərləri faşizmə qarşı düşü
nüb tökdükləri tədbirlərdə mütərəqqi bəşəriyyətin iradə
sini təmsil etmişlər. Krım Konfransı insanlığı, mədəniyyəti
və səadəti sevən hər bir kəsi sevindirir, ilhamlandırır...”
Mir Cəlal “Cəhənnəmin uçurulm asfm isə belə təsvir
edirdi:“ ...Düşmənin yolu bağlanan kimi başına odlar,
qurğuşunlar yağdı. Pəncəsini səadət bağının lap içərilə
rinə uzadan, murdar bədəni ilə Şərqə doğru can atan sarı
əjdahanın başına ədalət qılıncı endi. Cəhənnəm vəhşisi
yaralı gövdəsilə sürünərək yuvasına soxuldu. Daldalanıb
ufuldadı, sağalmaq, daha müdhiş bir sıçrayışla insanların
üstünə cummaq istədi...
Bütün xalqlar, bütün səadət əhli günəşlə silahlana
raq zülmət üstünə hücuma getdilər. XX əsrin cəhənnəmi,
faşizmin təcavüz yuvası, qara və qanlı əsarət sarayı, qan
və sümükdən tikilən zülm və zülmət qalası milyon əllərin
zərbəsi ilə kökündən dağıdıldı. Cəhənnəm belə uçuruldu!
(İlər boyu faşizmin zülm və təcavüzünə düçar olan
Avropa bu gün, min doqquz yüz qırx beşinci il mayın doq
quzundan etibarən rahat və arxayın nəfəs alacaqdır. Ra
diolar XX əsrin və bəlkə də bütün bəşər tarixinin ən
böyük sevincli hadisəsini xəbər verdilər...Bu zəfər, kainat
durduqca yaşayacaqdır...Bütün təcavüzkarların axırı belə
olacaqdır!”.
Deyirlər, mənəviyyat - ürəyin ağlıdır. 70-ci baharını
yola salacaq füsunkar qələbə naminə qanlı mübarizələr
də qoca Qafqazın və Ana Azərbaycanın keşiyində məğ
rurluqla dayanan Əziz Əliyev və Mir Cəlal Paşayev həm
böyük mənəviyyat, həm də böyük ürək sahibləri idilər.
Onlar özlərindən çox, mənsub olduğu xalqı və xalqları
düşündülər. Talelərinini millətinin yə millətlərin taleyi ilə
____
Azərbaycançılıq və vətənpərvərlik məflturəsi
____
во
623
ся
bağladılar. Xalqların, millətlərin xoşbəxtliyi yolunda hünər
və bacarığını əsirgəmədilər. Əsl azərbaycançılıq və
vətənpərvərlik məfkurəsi nümayiş etdirdilər.
Onlar böyük adamlar idi. Taleyini millətin taleyi ilə
bağlayan insanların ömrü isə elə millətin də ömrü qədər
olur.
________________
Reyhan Mirzdzadd
_________________
“Həftə içi” qəzeti,
8 aprel 2015-ci il
so 624
ca
BİRİNCİ XANIM IN AZƏRBAYCANÇILIQ
M ƏFKURƏSİ
"M əktəblərini xalq ın düşünən beyni, alimlərini görən
gözü, m üəllim lərini ə b ə d i sərvəti, q ad ın ların ı əxlaq abi
dələri, gənclərini şah dam arı, şəh idlərini şəfaətçiləri, b a y
ra ğ ın ı ürəyi, Vətənini a n a s ın ın lə y a q ə ti kim i görən m illət
var olub yaşayacaqdır".
_____
Azsrbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
"Füyuzat "ju rn alından
O,
kifayət qədər formalaşmış xadimdir; ictimai və
siyasi xadim. İki nüfuzlu beynəlxalq təşkilatın xoşməramlı
səfiri olmaq da onun zəngin fəaliyyətini xeyli rövnəqlən
dirib. Mehriban xanım Əliyeva bu istiqamətdə neçə-neçə
irimiqyaslı layihələr həyata keçirib. Təkcə “Yeniləşən
Azərbaycana yeni məktəb”i qeyd etsəm, zənnimcə şərhə
ehtiyac qalmayacaq. Onun ölkə daxilində balalarımızın
mükəmməl təhsili üçün gördüyü işlər göz qabağındadır.
Xarici ölkələrin nüfuzlu ali məktəblərində isə Azərbaycan
övladlarının təhsil alması ilə bağlı Mehriban xanım deyir;
"Heydər Əliyev Fondu 'ümummilli liderin kursunu davam
etdirir və tələbələrimizin xaricdə təhsil almalarım mən
əlbəttə ki, ölkəmiz üçün vacib və lazımi bir proses kimi
qiymətləndirirəm. Lakin bizim üçün bu da vacibdir ki,
müvafiq təhsil aldıqdan sonra istedadlı gənclər Azərbay
canda qalaraq, əldə etdikləri bilikləri Vətən naminə
istifadə etsinlər. Bu gün bir neçə tələbə Fondun xətti ilə
xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alır. Biz
əminik ki, dünyanın aparıcı universitetlərində əldə olun
muş biliklər ölkəmizin tərəqqi işinə böyük xeyir verəcək”.
Bəşəriyyəti sarsıdan alman faşizmi üzərində qələ
bədə xalqımızın böyük haqqı və şücaəti oldu, “izvestiya”
qəzetinin müxbiri Oleq Siqanovun (2005-ci i!) “Böyük
so 625 ca
Vətən müharibəsində Qələbənin 60 illiyidir. Siz M oskvada
keçirilən bayramda iştirak etmişiniz. Şəxsən Sizin üçün 9
may nə deməkdir?” sualına Mehriban xanım cavab ve rə
rək bildirir ki, Moskvada keçirilən bayram olduqca n a dir
hadisə idi və məncə, onun iştirakçılarının heç biri buna
biganə qalmamışdır. Mənim üçün Qələbə bayramı ilk
növbədə, şərin cəzalandırılacağı və xeyirin qalib gələcəyi
mövzusunda daha bir tarix dərsidir. 600 mindən çox
azərbaycanlı cəbhəyə getmiş və onların yarısından çoxu
geri qayıtmamışdır. O illərdə cəbhəyə lazım olan neftin
90 faizdən çoxunu Bakı verirdi. Məşhur "Molotov kokteyli”
də Azərbaycan neftçilərinin məhsulu, daha dəqiq desək,
100 yaşı YUNESKO tərəfindən bu il qeyd olunan aka
demik Yusif Məmmədəliyevin kəşfidir.
ölkəm izin Birinci xanımı Azərbaycan-YUNESKO
əlaqələrindən söz açır:“Uğurlu inkişafın mühüm amillə
rindən biri də ondan ibarətdir ki, Azərbaycan dünyəvi
dövlət, yüksək dözümlülüyü ilə seçilən bir ölkədir. Azər
baycan ilə YUNESKO arasında əməkdaşlığın tarixi müs
təqilliyimiz dövründən başlayır, ötən illər ərzində təhsil,
elm və mədəniyyət sahələrində bir çox birgə layihələr
həyata keçirilib. Azərbaycanın maddi və qeyri-maddi
mədəni abidələri artıq YUNESKO-nun Dünya İrsi siyahı-
sındadır. Məsələn, YUNESKO tərəfindən İçərişəhər dün
yanın ən gözəl abidələri siyahısına, Azərbaycan muğamı
isə Qeyri-Maddi Mədəni İrs siyahısına salınıb. Eyni za
manda biz YUNESKO ilə birlikdə qaçqın və məcburi köç
kün uşaqlar üçün mühüm təhsil layihələri həyata keçiririk.
YUNESKO ilə əməkdaşlığımız “Atəşgah” məbədinin
bərpası, Qobustanın Dünya Mədəni İrs siyahısına salın
ması kimi layihələri də əhatə edir".
Mehriban Əliyeva bütün dünyanın baxışlarının
zilləndiyi ən yüksək beynəlxalq tribunalarda bəlamıza
Dostları ilə paylaş: |