____
Azdrbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
.
so 637
ce
öm rünə əbədi həmdəm seçibsən,
Yaratmaq eşqilə od tək yananı.
Qəlbinin gözüylə görə bilmişən,
Əsl məhəbbətə layiq olanı.
Mehriban xanım əsl məhəbbətə layiq olan xanımdır.
Bu məhəbbətin içində ümumxalq məhəbbətinin öz yeri
var. Onun özünəməxsus istedadı bu məhəbbəti bir az da
artırır. Belə ki, Mehriban xanımın nitqinə, çıxışlarına və
müsahibələrinə diqqət yetirəndə əsl yaradıcılıq xüsusiy
yətlərini aydın müşahidə etmək olur. Cümlələrdəki bir-
birinə bağlılıq, söz və ifadələrin düzgün seçilməsi, şəkil
çilərin yerində işlədilməsi, yığcamlıq, az sözlə böyük fikir
lər ifadə etmək, səlistlik, məntiqdə birbaşa hədəfə toxun
maq, fəlsəfi dərinlik kimi əsl dilçilərə layiq keyfiyyətlərlə
Mehriban xanım mənin aləmimdə daha çox babası Mir
Cəlal Paşayevi xatırladır. Böyük şəxsiyyət, istedadlı yazı
çı, dəyərli alim, tanınmış ictimai xadim, unudulmaz Mir
Cəlal Paşayevi...
Danılmaz həqiqətdir ki, Azərbaycan dili dünyanın
qədim tarixə malik, inkişaf etmiş dillərindən biridir. Zəngin
Azərbaycan ədəbi dili ilə ən mürəkkəb və ən dərin məna
lı fikirləri ifadə etmək mümkündür. Şifahi və yazılı nitqimi
zin aydınlığı, hamı üçün anlaşıqlı olması vacib məsələdir.
Çünki səlist nitq mədəniyyəti hər bir xalqın mənəvi
səviyyəsini müəyyən edir. Bu mənəvi səviyyədə konkret
lik, lakoniklik böyük rol oynayır.
XIX əsr görkəmli Avropa yazıçısı,fransalı Qü-
stav Flobber vaxtilə yazırdı: “Əgər cümləni qısaltmaq
mümkünsə, qısalt. Bunu həmişə etmək olar. Ən yaxşı
cümlə? - Ən qısa cümlədir”. Buna görə də sözdən yerli-
yerində, qədərində, mahiyyətinin gücündən ağılla istifadə
etmək az bacarıq tələb etmir. Sözə həm həssaslıqla,həm
________________
Reyhan Mirzəzadə
________________
ю 6
38
оз
də ustalıqla yanaşmaq kifayət qədər təcrübə, savad, və
yaradıcı qabiliyyətini zəruriləşdirir.
Söz və onun qüdrəti barədə çox yazmaq olar. Lakin
rus şairi A.Tvardovskinin “Söz haqqında" adlanan şe
rindən misraları yada salıb, mövzumun simaları barədə
fikirlərimi davam etmək istəyindəyəm:
...Dünyada hər fikri deməyə söz var,
Sözlə ordular da qalxar döyüşə.
Çeynənmiş kəlmələr, hazır kəlamlar
Milçək uçuşuna bənzər həmişə.
Söz var atəşindən yanır bədənlər,
Ən dərin ümmanı üzüb qət edir.
Sözü sözçülüklə əvəz edənlər
Sözün qarşısında xəyanət edir.
Bəlkə buna görə, ey ana Vətən,
Korluq çəkməsə də sözdən bu sinə,
Çox vaxt əsə-əsə, qənaətlə mən
Şeir həsr edirəm sənin eşqinə.
Mehriban xanım babası
kimi sözə və onun
qüdrətinə sədaqətlə xidmət edir. Doğrudur, onun istər
ata, istər ana tərəfdən mənsub olduğu ailələr böyük ziya
lıları, alimləri, dilçiləri, ictimai - siyasi xadimləri təmsil edib
və indi də təmsil etməkdədir, - bu insanların hamısı sözə,
onun hüquqi və məntiqi çəkisinə hörmətlə yanaşıb, lakin
mən nədənsə bu barədə Mehriban xanımın genlərində
daha çox Mir Cəlal özəlliyini duyuram. Nəvə öz sevimli
babasının genetik xüsusiyyətlərini şərəflə, məhəbbətlə
yaşadır. Mehriban xanımın çıxışını dinləyəndə, yaxud
məqalələrini oxuyanda Mir Cəlal üslubu, Mir Cəlal qay
dası bir daha yaddaşımda canlanır. Babadan nəvəyə
keçən genetik ənənə necə də təbii və səmimi görünür.
Çünki bu səmimilik və bu təbiilik Mehriban xanımın üzvü
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
_____
£0 639
03
olduğu ailələrin insanlıq fəlsəfəsinin bir nümunəsidir.
Burda alman filosofu Lüdviq Feyerbaxın sözü yadıma
düşür: “Əsl yazıçılar insanlığın vicdanıdır”.
Mir Cəlal əsl yazıçı idi, insanlığın vicdanı idi.
İnsanlığa, məhz böyük hərflə yazılan insanlığa xidmət
edirdi. Xeyirxah idi, kimsədən kömək əlini, məsləhətlərini,
tövsiyələrini əsirgəmirdi. Böyük kimi, ağsaqqal kimi çoxla
rının onun məsləhətlərinə ehtiyacı vardı. Çoxlarına yol
göstərirdi. Onun məsləhətinə qulaq asanların hamısı
həyatda xeyir tapırdı. O, işləməkdən yorulmurdu. Həm
ədəbiyyatçı, həm alim, həm də yazıçı idi. “Füzulinin
poetik xüsusiyyətləri", “Azərbaycan ədəbiyyatında ədəbi
məktəblər" adlı böyük elmi əsərlərin, Cəlil Məmmədqu
luzadə və digər ədəbiyyat korifeylərimiz haqqında onlarla
elmi məqalələrin, üç yüzdən artıq hekayənin, bir-birindən
maraqlı roman və povestlərin müəllifi idi. Gecəli-gündüzlü
zəhmətə qatlaşmasına baxmayaraq, uzun illər ailəsi ilə
birlikdə darısqal mənzildə əziyyətlər çəkmişdi.
1937-ci ildə repressiyalara məruz qalan, həbs edilən
ədiblərin evlərini ona təklif edəndə, o, həmin mənzillərdə
yaşamaqdan qətiyyətlə imtina etmişdi.
Mir Cəlal müəllim bayağı restoran məclislərini sev
mirdi. Bütün övladlarının toy şənliklərini sonralar halal
zəhməti ilə aldığı mənzilində keçirmişdi. Onun evinə tez-
tez alimlər, yazıçılar gəlirdi. Hər adamı öz məclisinə dəvət
etməzdi. Bir dəfə irihəcmli əsərlər yazan bir yazıçıya
əmək qəhrəmanı adı vermişdilər. Mir Cəlal bunu eşidən
də dem işdi:“Gərək onun oxucusuna da əmək qəhrəmanı
adı verəydilər”. Ondan soruşanda ki, nə əcəb sizə Xalq
yazıçısı adı vermirlər? - cavab verirdi ki, mən antixalq
deyiləm ki?..
Qırx ildən artıq işlədiyi Azərbaycan Dövlət Uni
versitetində onun kafedrası qədər elmi kadr hazırlayan
_____________
Reyhan Mirzəzadə
______________
so
640
ca
ikinci kafedra yox idi. Heç zaman rəqibindən qorxmurdu.
Rəhbərlik etdiyi kafedrada qəddar bir müəllim tələbəni
imtahandan loru dildə desək, kəsmişdi. Mir Cəlal müəllim
imtahan təşkil edib həmin müəllimlə bərabər tələbənin
biliyini yoxlamışdı. Müəllim qiymət vermək istəməyəndə
Mir Cəlal müəllim tələbəyə demişdi ki, sovet şairlərindən
birinin adını desin. Tələbə Səməd Vurğunun adını çəki
mişdi. Götürüb tələbəyə qiymət yazmışdı.
Yaxşı tələbələrə həmişə atalıq edirdi. Onları ruh
landırır, daha yaxşı çalışmağa, həyatda öz yerini tap
mağa istiqamət verirdi. Yəqinki sevimli oxucularım Əziz
Mirəhmədov, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Bə
kir Nəbiyev, Kamran Dadaşoğlu, Məsud Əlioğlu, Təhsin
Mütəllibov, Xalid Əlimirzəyev, Firidun Hüseynov və
başqalarının adım yaxşı xatırlayırlar. Mir Cəlal Paşayevin
tələbələri olmuş bu tanınmışlar həyatda və cəmiyyətdə
öz yerini məhz bu böyük insanın köməyi ilə tapmışdılar.
Mir Cəlalın əsərlərini oxuyanda onun bədii dilinin
sadəliyindən həmişə zövq almışam.Xalq şairi Bəxtiyar
Vahabzadə həmin vaxtlar yazırdı ki.Mir Cəlal cümləni
qurmamışdan əvvəl “Bu fikri, bu mətləbi xalq necə de
yər?” sualını özü-özünə verib sonra yazır.Bədii əsərləri
bir yana, hətta elmi-tədqiqat əsərlərində də Mir Cəlal süni
kitab dilindən qaçır. Ədibin Səməd Vurğun haqqında yaz
dığı bir məqaləsi belə başlayır:“Səməd Vurğun əlinə qə
ləm alan gündən şairdir.O, kağız-kuğuz korlamamışdır”
Mənəviyyatını və yaradıcılığını çox sevdiyim Mir Cə
lal Paşayevin “İnsanlıq fəlsəfəsi” kitabım hələ yeniyetmə
ikən sayını itirdiyim qədər təkrar-təkrar oxumuşdum. Ki
tab, içindəki əsərlər əsl insanlığı açıb göstərən və nəcibli
yi adamlara aşılayan sənət nümunəsi idi. Mir Cəlal Paşa
yev bu sənət nümunəsini ustad bir zərgərliklə yaratmışdı.
Sadə və təmiz bir dillə. Son dərəcə maraqlı və dəyərli ob
____
Azarbaycançılıq va vətənpərvərlik məfkurəsi
so 6 41 ea
razlarla. Oxuduqca, oxumaq istəyirdim. Hadisələri izlə
dikcə, insanların daxili aləmlərinə baş vurduqca, həyata
məhəbbətim artırdı. Mir Cəlal müəllim böyük insanlığın
böyük təbliğatçısı idi. İnsanlıq fəlsəfəsinin böyük alimi idi.
Bir daha anlayırdım ki, oxucu ilə səmimi ülfət yaradan M ir
Cəlal Paşayev əsl söz bayraqdan idi. Sözü yerində və
qədərində işlətməyin mahiyyətinə dəqiqliklə varan söz
memarı idi. Düşünürdüm ki, Latın Amerikası yazıçısı
Varqas Lyosa “özünü yalnız ədəbiyyatın ixtiyarına verən,
bütün vaxtını, enerjisini bu işə sərf etməyi qərara alan
kəslər əsl yazıçı olmağa və özünə şöhrət gətirən əsərlər
yazmağa qadirdir”- deməklə heç də yanılmamışdı.
Mir Cəlal Paşayev bədii yaradıcılığa 1928-ci ildən
başlamışdı. İlk hekayə və oçerkləri "Qızıl Gəncə”, “Ədə
biyyat cəbhəsində", “Hücum” jurnallarında və “Gənc işçi”
jurnallarında dərc olunmuşdu. Bu barədə yumoru sevən
yazıçı
zarafatla deyirdiı'Gördüm hamı hekayə ya
zır,oxuyuram. Bir gün də mən başladım yazmağa, oxu
cular bəyəndilər, oldum yazıçı”.
Ədibin əsərlərini sevən oxucu kimi qeyd etmək istə
yirəm ki, onun yaradıcılığında yumorla lirika, realizmlə ro
mantika vəhdətdədir.Məsələn.Mir Cəlal "Kəmtərovlar ailə
si”, “Anket Anketov", “İclas qurusu” kimi sırf realist, yumo-
rist hekayələri ilə yanaşı, “Söyüd kölgəsi”, “imtahan",
“Kəhərin son günləri” kimi lirik fəlsəfi hekayələr, “Bir gən
cin manifesti” kimi ciddi, lirik povest də yazmışdır. “Dirilən
adam”, “Açıq kitab”, “Yaşıdlarım", “Təzə şəhər”, “Yolumuz
hayanadır?” və s. kimi irihəcmli bədii əsərləri də, yazıçı
nın elmi yaradıcılığı da ədəbiyyatımızın inkişafında böyük
rol oynamışdır.
Böyük Vətən müharibəsi illərində Azərbaycan yazı
çıları tarixdə ilk dəfə olaraq müharibə ədəbiyyatı yarat
mışdı.Bu barədə Səməd Vurğun yazırdı:“Aldığımız cəbhə
_________________Reyhan_Mirzəzadə____________________so_642__ce'>_______________
Reyhan Mirzəzadə
_________________
so 642 ce
məktubları göstərir ki, döyüşçülər bizim şeirlərimizi və he
kayələrimizi oxuyaraq and içib hücuma keçirlər. Aldığım
bir məktubda bir döyüşçü yazır ki, Mir Cəlalın “Vətən ya
raları” hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı
daha kinli və amansız oldum".
Bu bir həqiqətdir ki, Mir Cəlal Paşayevin hər bir
əsəri elə bil həyatın özüdür. Elə bil biz əsər oxumuruq,
həyatın bir parçasını görür, özümüzü təsvir olunan əhva
latın iştirakçısı kimi hiss edirik. Onun 1941-ci ildə öz doğ
ma Azərbaycan xalqı barədə qələmə aldığı “Xalqın ürək
sözü” adlı məqaləsindəki fikirlər bu günün həqiqətləri
ilə tamamilə üst-üstə düşür. Yazıçı yazır:
“Azərbaycan xalqının tarixi həmişə həqiqət, ədalət
uğrunda mübarizə tarixi olmuşdur. Gənclər və qocalar,
qadınlar və kişilər öz ömürlərini, yaşayışlarının məna və
məzmununu istilaçılara, zalımlara, zorakılara, xalq əmək
və səadətinin qəsbkarlarına qarşı döyüşlərdə görmüşlər...
İstilaçı nə qədər güclü, nə qədər qüvvətli olur-olsun, onun
ən zəif və ən xəstə bir cəhəti vardır. O da istilaçı, qəsbkar
olmasıdır. O, nə qədər qəddar, nə qədər qansız, amansız
olur-olsun, xalq onunla mübarizədə yeni-yeni qüvvələr
tapır... Bu gün azadlığımızı, yurdumuzu, qələbələrimizi
qorumaq, düşməni məhv etmək uğrunda hər bir fədakar
lıq sənətə və əbədiyyətə layiqdir. Düşmən əzildikdən, Və
tən təhlükədən qurtardıqdan sonra bu fədakar oğulların,
qızların hər birinin adına yeni-yeni dastanlar yaradıla
caqdır. Vətən qəhrəmanları haqqında mahnılar isə hə
mişə xalqın ürək mahnısı olmuşdur” .
Ədib 73 il bundan əvvəl yazdığı bu cümlələrini sanki
həyatımızın bugünkü reallığına həsr etmişdi.Və onun
ürək sözləri, qəlbinin həyəcanları ilə bu gün nəvəsi Meh
riban xanım Əliyeva dünyanın ən böyük tribunalarından
bəşəriyyətə səslənir. Görün Mehriban xanımın dedik
____
Azər bay cancılıq və vətənpərvərlik məfkurəsi
____
во 643
ca
ləri ilə babasının yazdıqlarında nə qədər oxşar hisslər,
oxşar duyğular var:
“...Təəssüf ki, xalqımız tarix boyu bu kimi ədalət
sizliklərlə üzləşmişdir. Erməni millətçilərinin Azərbaycana
qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cina
yətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsil
lərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının
xatirəsini əbədiləşdirmək məqsədilə Heydər Əliyev Fondu
tərəfindən Quba şəhərində Soyqırım Memorial Kompleksi
yaradılmışdır... Azərbaycanın tarixi həqiqətlərinin, o
cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü
naqişəsinin, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və
beynəlxalq cinayət kimi təsdiq olunmuş Xocalı faciəsinin,
münaqişə nəticəsində ölkəmizə vurulan zərərin, işğal
olunmuş ərazilərdə törədilən vandalizmin
əsl
ma
hiyyətinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev
Fondunun əsas hədəflərindən biridir.
Torpaqlarımızın 20 faizinin işğalı, ölkədə bir milyon
dan çox qaçqının və məcburi köçkünün olması faktlara
əsaslanan acı həqiqətdir. Heydər Əliyev Fondu bu müna
qişə, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım si
yasəti haqqında həqiqətlərin və faktların dünya parla
mentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ar
dıcıl və davamlı fəaliyyət göstərir... Bizim məqsədimiz
Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq və
məkrli erməni təbliğatını ifşa etməkdir”. “Xocalıya əda
lət” kampaniyasının bir çox ölkələrdə uğurla həyata keç
məsinin başlıca bir səbəbi vardır. Bu, tarixi həqiqətlərin
dünya ictimaiyyəti tərəfindən qəbul olunmasıdır”.
Mehriban xanımın Azərbaycan həqiqətləri barədə
bütün çıxışlarında düşmənə nifrət, torpaqlarımızın işğal
dan azad olunması naminə qəsbkarlara qarşı amansız
_________________Reyhan_Mirzəzadə___________________sə_6_46'>_______________
Reyhan Mirzəzadə
_________________
so
644 ел
mübarizə çırpıntıları, eyni zamanda Vətən məhəbbəti,
yurd sevgisi özünü aydın büruzə verir.
Yenə Mir Cəlal dünyasına qayıtmaq istəyirəm. İn
sanlıq fəlsəfəsinə. Bu insanlıq fəlsəfəsi qanla bərabər Mir
Cəlal müəllimin övladlarının ruhuna keçib Bu insanlıq
fəlsəfəsindən doğan insanpərvərlik, zəhmətkeşlik, qayğı
keşlik bu gün onun övladlarının, başda Mehriban xanım
olmaqla, nəvələrinin, nəticələrinin daxili aləmində yaşayır.
Sədaqət rəmzi kimi yaşayır. Bir məqalədə oxumuşdum ki,
Mir Cəlal müəllim yaxşı adamlar irəli çəkiləndə, onlara ad,
mükafat veriləndə deyərmiş:'Anasının südü kimi halaldır ”.
Onun yolu ilə gedənlərə, onun qoyduğu ənənələrə sadiq
qalanların hamısına anasının südü halal olsun!
O, qız-qadınlara çox hörmətlə yanaşırmış, Azərbay
can qızlarının daim maariflənməsinə, təhsilli olmalarına,
xalqın ictimai-siyasi həyatında fəallıq göstərmələrinə ça
lışırmış. Dərs dediyi universitetdə tələbə qızların güman
yeri imiş. Dilçi-alim Raifə Həsənovanı başa salırmış ki,
sən bu qızların yolunu kəsmə, onlara əziyyət vermə!
Azərbaycanlı qızı gəlib oxuyur, savadını artırır, yüksəlir.
Onlara yol açmaq lazımdır!
Mehriban xanım Azərbaycan qadınına münasibətdə
babasının ruhunu nə qədər şad edir. Qadınların vəzifələ
rə çəkilmələrinə, idarəçilkdə, Parlamentdə, məhkəmə sis
temində daha çox təmsil olunmalarına, siyasət aləmində
daha fəal çalışmalarına imkanlar yaradır. Onlara istiqa
mət verir. Qadınları, nəinki Azərbaycan qadınlarını, dün
yanın bütün qadınlarını, analarını, onların hüquqlarını da
im müdafiə edir:
“Milyonlarla qadının fundamental azadlığı hər gün-
hətta III minillikdə də pozulur. Ayrı - seçkilik dünyanın çox
yerlərində - həm Şərqdə, həm də Qərbdə müxtəlif form a
larda mövcuddur... Bizi narahat edən digər problem
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so
645 ОЯ
məişət zorakılığıdır. Hətta ən inkişaf etmiş cəmiyyətlərdə
qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azər
baycan da istisna deyildir... Ənənələrimiz və mentalite
timizdən istifadə edərək, bu cür davranışa rəvac vermək
mənəviyyatsızlıqdır. Azərbaycan xalqının adət-ənənə
lərində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır.
Azərbaycanlılar üçün Ana müqəddəs simadır. Əgər müa
sir cəmiyyətdə qadının vəziyyətini və taleyini əsasən
onun ətrafında olan kişilər müəyyən edirsə, bilmək lazım
dır ki, həmin kişilər qadınlardan tərbiyə alıblar...”
Mehriban xanım Əliyeva uşaqlıq illərini yada salar
kən qeyd edirki, ailədə bizə dəqiq və düzgün həyat yolu
nu göstərirdilər. Yaşlı həyatımızın bütün təməli məhz o
vaxt, uşaqlıq dövründə, bu ailə mühitində qoyulmuşdu.
Bütün bunlar bizim ailənin yaşlı nəslinin çox böyük
xidmətidir...
Doğrudur. Babalarının, nənələrinin nəsihət və və
siyyətləri Mehriban xanımın həyatının müqəddəs ama
lıdır. Bu amal naminə yaşamaq və yaratmaq onu yalnız
haqq-ədalət yolu ilə zirvələrə ucaldır. O, ailə ənənələrini
bir an belə unutmur, Mır Cəlal bütövlüyünü hər kəsə
aşılayır. YUNESCO tərəfindən keçirilən Mir Cəlal Paşa
yevin 100 illik yubilyində həmin təşkilatın xoşməramlı
səfiri kimi çıxış edən Mehriban xanım deyir:
“Görkəmli müəllim və maarifçi kimi Mir Cəlal Paşa
yev vurğulayırdı ki, dil və ədəbiyyat nəinki tarix və mədə
niyyətin bir hissəsidir, o cümlədən bunlar hər bir insanın
ürəyində və qəlbindədir. Bu şəxsiyyətin çoxşaxəliliyini
sözlərlə təsvir etmək çətindir, çünki o, özündə yazıçı iste
dadını, alimin intellektual səviyyəsini və müəllim həssaslı
ğını cəmləşdirirdi.., Bu gün mən onun ailə üzvü, nəvəsi
kimi həmin böyük insanı burada, belə bir nüfuzlu təşkilat
da təmsil etməkdən böyük şərəf hissi duyuram... Son də
_______________
Reyhan Mirzəzadə
_________________
sə 6
46
ca
rəcə təvazökar insan olan Mir Cəlal heç vaxt şöhrət və
fəxri adlar haqqında düşünmürdü. O, tez-tez təkrarlayırdı:
“Mənim yazılarım və tələbələrim var. Bu, mənim üçün
kifayətdir!”. Bu gün isə biz əlavə edə bilərik: O, Azərbay
can xalqının böyük hörmətini qazanmışdır və onun əbədi
xatirəsindədir”.
Mir Cəlal müəllimin daxili saflığı, əqidəsinin təmizliyi,
mənəviyyatının zənginliyi övladlarının hamısında əksini
tapmışdır. Müsahibələrinin birində Mehriban xanıma sual
verirlər ki, insanlarda hansı keyfiyyətlərə qiymət verir
siniz? Mehriban xanım cavab verir:“Saflığı və mənliyi,
səmimiliyi və xeyirxahlığı, ağlı və peşəkarlığı. Heç bir ifa
dədə süniliyi qəbul etmirəm. Təəssüf ki, müasir həyat qu
ruluşu çox şeyi yox edir, insana yeni-yeni bilik, bacarıq,
imkan verərək bəzən onun mənəvi tamlığını tapdalayır.
Uğurun, firavanlığın arxasınca qaçmaq, bunlara nəyin
bahasına olursa-olsun, nail olmaq istəyi insanları tanın
maz dərəcədə dəyişir, bu da məyusluq gətirir. Düzdür, il
lər ötdükcə, mən insanların zəifliklərinə və bir çox şeylərə
daha dözümlü yanaşmağa başlamışam. Lakin özüm
üçün yolverilməz saydığım şeylərə görə başqalarını da
bağışlaya bilmərəm. Xoşbəxtlikdən məni həm ailəmdə,
həm də peşəkar fəaliyyətimdə yalnız parlaq, pozitiv, sə
mimi və xeyirxah insanlar əhatə edir. Onlarla ünsiyyət hə
mişə sevinc gətirir...
...Onun doğum günü yaxınlaşır. Bu gün ən əziz
adamları - Aida xanım Imanquliyeva, Mir Cəlal Paşayev,
Nəsir imanquliyev kimi sevimliləri cismən yanında olma
salar da, qəlbən, ruhən onunla bərabərdirlər. Soyadını
sevə-sevə, sədaqətlə daşıdığı, ikinci əvəzsiz həyat mək
təbi olan Əliyevlər ocağının hər bir üzvü onunla birlikdə
dirlər, istəkli qayınatası,Ulu öndərimiz Heydər Əliyev, ana
sı qədər sevdiyi qayınanası Zərifə xanım Əliyeva həmişə
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 6
47
caa
ona xeyir-duaçıdır. Bütün xalqımız, elimiz-obamız ona xe-
yir-duaçıdır.
Dünya şöhrətli Vilyam Şekspir şeirlərinin birində
bütün analara üz tutub deyirdi:
Versən öz ömrünü övladına sən,
Onun varlığında ömür eyləyərsən.
Bu gün əziz Aida xanım İmanquliyeva Mehriban xa
nım kimi, Nərgiz xanım kimi övladlarının varlığında ömür
eyləyir. Onların hər bir uğuruna sevinir, ruhu şad olur.
Onlarla qürur duyur, fəxr edir. Atalar məsəlidir, qardaş
dost olmaya bilər, amma dost həmişə qardaş olmalıdır.
Nərgiz xanım Mehriban xanıma sədaqətli bacı ol
maqla bərabər, həm də dost olan qardaşdır. Görkəmli
alim, insanpərvər ziyalı, humanist şəxsiyyət olaraq atası
Mir Cəlal Paşayev kimi böyük nüfuz sahibi olan və onun
vəsiyyətlərinə sadiq olub arzularını, irsini yaşadan Arif
Paşayev ailədə ağsaqqal kimi yeri seçilən və seviləndir.
Dünyada heç bir ev ağsaqqalsız olmasın! Leyla, Arzu,
Heydər, Mikayıl, Əli, Aydın Mehriban xanımın taleyinin ul
duzlarıdır.
Qoy bu ulduzlar onun taleyini daim rövnəqləndirsin!
Qoy İlham Əliyev və Mehriban Əliyeva cütlüyü da
im könülləri şad etsin! Qoy bu cütlüyün, bu bərabərliyin
səadəti hər zaman, hər an Anamız Azərbaycana xoş
günlər, xoşbəxt gələcək nəsib etsin!
________________
Reyhan Mirzəzadə
Dostları ilə paylaş: |