Reyhan Mirzəzadə azərbaycançiliq və



Yüklə 344 Kb.
Pdf görüntüsü
səhifə54/55
tarix05.03.2017
ölçüsü344 Kb.
#10068
1   ...   47   48   49   50   51   52   53   54   55

_________________
"Azad Azərbaycan” qəzeti, 
24  avqust 2015-ci  il
BD 
648
 G8
“AZƏRBAYCANI  MÜASİR  D Ö VLƏ T KİMİ 
GÖRM ƏK  İSTƏYİRƏM ”
İ l h a m   Ə l i y e v :   “ M ə n i  b u   y o ld a n   h e ç   k im   v ə   h e ç   n ə  
d ö n d ə r ə   b ilm ə z ! ”
Onun  50  yaşı  tamam  olur.  Sevimli,  hörmətli  ölkə 
başçımız,  möhtərəm  Prezidentimiz  İlham  Əliyevin.  Onun 
şərəfli  həyatının,  fəaliyyətinin  müxtəlif  məqamlarına  Əli­
yevlər  ailəsinin  üzvləri  haqqında  yazdığım  əvvəlki  məqa­
lələrimdə  də  imkan  daxilində  toxunmuşam.  Lakin  indi 
başqa  bir  ruh,  başqa  bir  xürrəm  duyğu  məni  bir  daha 
həzin  xatirələri  ehtiramla  yada  salmağa  sövq  edir.  Çünki 
onun  50  yaşı  tamam  olur.  Əlbəttə,  kəmiyyət  baxımından 
bu  50  il  o  qədər  də  böyük  rəqəm  deyil.  Lakin  ölkəyə 
rəhbər  seçilən  andan  indiyə  qədərki  bu  qısa  zamanda  o, 
gördüyü  irimiqyaslı  və  ağılasığmaz  işlərlə  bir  çox  yaşlı 
Prezident,  Kral  və  İmperatorları  üstələdi.  Azərbaycan 
iqtisadiyyatının  heyrətamiz  inkişafı  sayəsində  ölkəmizin 
zahiri  görünüşünün  parlaq  və  hər  cür  dünya  rəqabətinə 
hazır olan  müasir mənzərəsi  ilə  xalqımızın  köhnə dostları 
və  yeni  qonaqlarını  təəccübləndirməyi  davam  etdirdi. 
Çünki  o,  zəhməti,  zəkası,  azərbaycançılıq  və  vətən­
pərvərlik  məfkurəsi  ilə  dünyanüfuzlu  bəşəri  bir  dövlət 
xadimi  - Heydər Əliyev ailəsinin  və siyasətinin övladıdır.
İlham  Heydər  oğlu  təkrarolunmaz,  qüdrətli  məktəb­
lər keçib:həyat və  dövlətçilik məktəbləri.Bu  məktəblər onu 
sınaq  dolu  ömür  yollarında  çox  yetkinləşdirib,  çox  mətin- 
ləşdirib.O,  saniyəbəsaniyə,  anbaan,  saatbasaat,  günbə­
gün  müdrikləşib.  Mədəniyyət,  siyasət  və  iqtisadiyyatın 
vəhdətini  təşkil  edən  dövlətçilik  zirvələrinə  ucalıb.  Zəngin 
azərbaycançılıq  irsi  doğrudan  da  etibarlı,  çalışqan,  qədir­
bilən  və uzaqgörən bir varisə - Əziz Əliyev,  Heydər Əliyev 
və Zərifə  xanım  Əliyeva  kimi şöhrətli  dövlət və  elm  xadim-
so 
649
 ca
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____

lərinın  genlərini daşıyan,  onların vəsiyyətlərinə və tutduğu 
müqəddəs  yola  sadiq  qalan,  idarəçiliyə  və  liderliyə  hər­
tərəfli  hazır olan şəxsiyyətə təhvil verilib.
Yada  salaq  ki,  2003-cü  ilin  seçkilərində  artıq 
xalqımızın  etimadını  neçə  illər  öncə  qazanmış  İlham 
Əliyev  səs  çoxluğu  ilə  Prezident  seçildikdən  sonra jurna­
listlərə  ilk  müsahibəsi  zamanı  “Sizcə  Sizi  asan  işlər 
gözləyir,  yoxsa  çətin?”  sualına  cavab  verib  demişdir: 
“Həm  asan,  həm  də  çətin.  Asan  o  mənada  ki,  artıq  Azər­
baycanda  ölkəmizi  hərtərəfli  inkişaf  etdirmək  üçün  gözəl 
zəmin  yaranıbdır.  On  il  ərzində  Heydər  Əliyevin  siyasəti 
Azərbaycanda  çox  güclü  bir  təməl  qoyubdur.  Bu  təməlin 
üzərində  gözəl  bir  binanın  inşa  edilməsi  asan  görünə 
bilər.  Amma  eyni  zamanda  həyat  yerində  durmur.  Yeni 
tələblər çıxır,  qarşımıza  yeni  vəzifələr çıxır.  Əlbəttə,  yəqin 
çətinliklər  də  olacaq.  Amma  mən  bu  çətinliklərə  hazıram. 
Əminəm  ki,  Azərbaycan  xalqının  dəstəyi  ilə  qarşıda  du­
ran  bütün  vəzifələri  ləyaqətlə  yerinə  yetirəcəyəm.  De­
mişəm,  Azərbaycan  xalqı  görəcək  ki,  mən  Azərbaycan 
üçün,  xalqımız üçün yaxşı  Prezident olacağam”.
İlham  Əliyev  xalqımız  üçün  həqiqətən  yaxşı  Pre­
zident  oldu,  olmaqda  davam  edir  və  ürəkdən  inanırıq  ki, 
olmaqda  da  davam  edəcək.  Ən  qüdrətli  faktlara  rəğmən, 
sadə bir misal çəkəcəyəm.
Tanınmış  yaxın  ziyalı,  əvvəllər  dəfələrlə  Yevlax  ra­
yonunda  olmuş  xanımlardan  biri  yayda  bu  rayona  mö­
təbər tədbirə  getmişdi.  Bir  neçə  saatdan  sonra  onun  tele­
fonda  həyəcanlı  səsi  məni  diksindirdi^Canım,  mən  göz­
lərimə  heç cür inana  bilmirəm,  çaşıb  qalmışam!  Mən  doğ- 
rudanmı  Yevlaxdayam?  Bura  sanki  Fransanın  füsunkar 
əyalətlərindən  biridir.  Bu  qədər dəyişiklikmi  olar?  Hər yan 
necə  də  müasir,  necə  də  gözəldir!  Mən  elə  bilirdim  təkcə
_______________
Reyhan Mirzəzadə
______________ __
so 
650
 <»
Bakı  çiçəklənib.  Rayonlarımız  gülüstan  imiş  ki.  Halal 
olsun  bizim  İlhama!”
Məşhur  xanımın  bu  sözləri  ürəyimi  riqqətə  gətirdi. 
O,  Bakının  da  çiçəklənməsini  qeyd  etməkdə  haqlı  idi. 
Çünki  Prezidentimizin  paytaxtımıza  olan  məhəbbəti  onun 
hər addımında özünü  büruzə verir.
Bu  barədə  ölkə  başçımızın  ömür-gün  yoldaşı,  Hey­
dər Əliyev  Fondunun  Prezidenti,  YUNESKO  və  İSESKO - 
nun  xoşməramlı  səfiri,  millət  vəkili  Mehriban  xanım 
Əliyeva  danışır:
“Bakı  orijinallığı  və  bənzərsizliyi  ilə  fərqlənir.  Onun 
bugünkü  görünüşü  isə  böyük  peşəkar  komandanın  əmə­
yinin  nəticəsidir.  Bakıda  baş  verən  dəyişikliklərin  təşəb­
büsçüsü  Azərbaycan  Prezidentidir.  Mənə  elə  gəlir  ki,  İl­
ham  kimi  Bakıya  olduqca  vurğun  olan  insan  tapmaq  çətin 
məsələdir,  iş  rejiminin olduqca gərgin olmasına baxmaya­
raq,  o,  Bakıdakı  dəyişikliklərdə  iştirak  etməyə  vaxt  tapır. 
Bakı  həmişə  gözəl  şəhər  olub,  özündə  qədimliyi  və  müa­
sirliyi  təcəssüm  etdirib.  Lakin  bu  gün  gördüyümüz  yeni­
liklər bakılıların  iftixar mənbəyidir” .
Mehriban  xanımın  bu  kəlmələri  kövrək  xatirələri 
yada  salaraq  məni yaxın  keçmişə “qanadlandırır”. İlk  öncə 
ehtiram  dolu  duyğularla  səmimi,  qayğıkeş,  alicənab,  həs­
sas,  gülərüz,  göyçəkçöhrəli  bir  ananı  xatırlayıram.  Gözəl 
şəxsiyyət və böyük alim olan Zərifə Ananı.  Balalarının tər­
biyəsində  və  hərtərəfli  inkişafında  onun  çox  böyük  rolu 
olub,  isti  nəfəsi  və  xoş  nəvazişi  ilə  onları  daim  isindirib. 
Nailiyyətləri  ilə  qürur  duyub.  Lakin  çox  təəssüflər  olsun 
ki...  ö m ü r vəfa  etmədi!..Çox,  çox təəssüf!..
övladlarının  intellektual səviyyəsinə,  mənəviyyatına, 
təfəkkürünə  bəxş  etdiyi  mükəmməl  töhfələri  sonralar 
həmkar  rəfiqələri  öz  yazılarında  əbədi  yaddaşlara  həkk 
etdi.
____
Azərbaycançılıq və vətənpərvərlik  məfkurəsi
_____
SO 65/ G8

Helmqolts  adına  Moskva  Elmi  -  Tədqiqat  Göz  Xəs­
təlikləri  institutunun direktoru  K.Trutneva  yazırdı:
“Mən  xobəxtəm  ki,  uzun  müddət Zərifə  Əziz  qızı  ilə 
işgüzar,  habelə  ailəvi  dostluq  şəraitində  görüşmək  səa­
dəti  mənə  nəsib  olub.  Mənim  mərhum  ərim  ivan  ivanoviç 
Şerbatov  Əliyevlər  ailəsi  ilə  məndən  qabaq  tanış  olmuş­
du, ilk  dəfə  ondan  Zərifə  xanımın,  Heydər  Əliyevin,  övlad­
ları-ilham  və  Sevilin  haqqında səmimi  sözlər eşitmişəm".
Professor  O.Dobromislova  ailənin  qonağı  olarkən 
gördüklərini  qələmə  alır:“...  Artıq  gec  idi  və  şam  yeməyin­
dən  sonra  getməyə  hazırlaşırdıq.  Bu  zaman  Zərifə  xa­
nımın  əri  işdən qayıtdı.  Hündürboylu,  şuxqamətli  bir kişi  iti 
addımlarla  otağa  daxil  oldu.  Sifətindən  yorğun  olduğu  se­
zilirdi,Biz çıxıb  getməyə tələsdik.  Zərifə  xanım  isə  üzündə 
təbəssüm  ərini qarşılayırdı.
Zərifə  xanım  ona  yaxınlaşıb,  barmaqlarının  ucunda 
qalxaraq,  -  belə  ki,  əri  ondan  xeyli  hündür  idi,  -ərini  öp­
dükdən  sonra  astadan  nəsə  pıçıldadı.  Görünür,  evdəki 
qonaqların  kim  olduğunu  xəbər verirdi.  Ev  sahibi  ədəb-ər­
kanla  salamlaşdıqdan  sonra  təkidlə bir qədər ayaq  saxla­
mağı  və  birlikdə  çay  içməyi  təklif etdi.  Ailənin  bütün  üzv­
ləri  masa  ətrafına toplaşdı  və  ev sahibəsinin  sanki  bir diri­
jor  kimi  ailədə  necə  böyük  rol  oynadığı  üzə  çıxdı.  Zərifə 
xanım  ailədə  xüsusi  mehribançılıq  əhval-ruhiyyəsi  yara­
dır,  sanki  ailənin  yeni  üzvləri  arasına  səmimilik  körpüsü 
salırdı.  Bu  ailədə  əsl  səmimiyyətin  hökm  sürdüyünə  ikinci 
gəlişimdə  bir  daha  yəqinlik  hasil  etdim.  Hələlik  isə  ev  sa­
hibi  ilə  birlikdə  armudu  stəkanda  Azərbaycan  çayı 
içirdik...
Onların  övladları  xüsusi  ilə  xoş  təsir  bağışladılar. 
Belə  ki,  Sevil  xanım  da,  İlham  da  özünü  sərbəst  aparır, 
artıq  boya-başa  çatsalar  da,  dərin  hörmətlə  analarının 
üzünə  baxırdılar.  Bizim  söhbətlərimiz  onların  maraq
_________________Reyhan_Mirzdzadd___________________so_652_ся'>_______________
Reyhan Mirzdzadd
________________
so 652 ся
dairəsindən  kənarda  olsa  da,  onlar  özlərini  əsl  tərbiyə 
almış  övlad  kimi  aparır,  söhbətə yerli-yersiz qarışmır,  eyni 
zamanda  diqqətlə  qulaq  asır,  lazım  gəldikdə  isə  verilən 
sualları  cavablandırmaqla  kifayətlənirdilər”.
Ülvi  ana  sevgisini  həmişə  ürəyində  yaşadan  İlham 
Əliyevin  1995-ci  ildə  “Günay”  qəzetinə  verdiyi  müsahibə­
də həssas duyğularla Zərifə xanımı  yad  edən  həsrətli  mə­
qamları  qeyd  edirəm.
M ü xb ir:
-  Dediniz  ki,  məktəbə  altı  yaşında  getmisiniz.  O  vaxt 
Sizi  məktəbə  kim  apardı,  kim  Sizi  geyindirdi  və  əlinizdən 
tutdu?
ilham  Əliyev:
- Anam.
Müxbir:
- Zərifə  xanım yadınızda  necə qalıb?
İlham  Əliyev:
-  Ən  əziz  adam  kimi  qalıb.  O,  rəhmətə  gedəndən 
sonra  mənim,  bütün  ailənin  həyatı  bütövlükdə  dəyişib. 
Yəni  mən  daha  o  vaxtlar  güldüyüm  kimi  gülə  bilmirəm. 
Onun  vəfatından  10  ildən  artıq  vaxt  keçsə  də,  həyatımda 
könülaçan  bir  hadisə  baş  verəndə,  fikirləşirəm  ki,  kaş,  o 
da bunu görəydi...
İlham  Əliyev  sevimli  Zərifə  xanımı  başqa  bir  mü­
sahibəsində  də  sonsuz  məhəbbətlə  yada  salır:  “Anamın 
həyat  fəlsəfəsinin  köklərini  hər  şeydən  əvvəl  onun 
uşaqlığında  axtarmaq  lazımdır.  O,  tez-tez  bizə  deyirdi  ki, 
uşaqlıq  insanın  özünüdərketməsində fövqəladə dərəcədə 
vacib  dövrdür  və  heç  bir  şey  uşaqlıq  mərhələsini  əvəz 
edə  bilməz.  Uşaqlıq  insanın  bütün  həyatı  boyu  müraciət 
etdiyi  aləmdir.  İnsan  xeyirxahlığın  və  canıyananlığın  nə 
demək  olduğunu  uşaqlıqda  dərk edir.
Azərbavcançılıq və vətənpərvərlik məfkurəsi
SO 
653
 0 5

“Xoşbəxlik  odur  ki,  səni  anlasınlar”-  bu  ifadə  hər bir 
uşağın  xoşbəxliyi  üçün  onun  müddəası  idi.  Bu  mənada  o, 
çox  xoşbəxt  uşaq  olmuşdur,  uşaqlıq  onun  yaddaşında 
məhəbbətlə  dolu  bir  atmosfer  kimi,  ən  əziz  xatirələrin 
mənbəyi  kimi qalmışdır...
Anam  həqiqi  elm  adamı  idi.  O,  təbabətin  bütün 
incəliklərinə  vaqif  olmağa  çalışırdı.  Həm  də  bu  zaman 
mənimlə  və  qızı  Sevillə  məşğul  olmağa,  bizi  Azərbay­
canın  layiqli  vətəndaşları  kimi  böyütməyə  macal  tapırdı. 
O,  həmişə mənim qəlbimdədir".
Anasının  xeyirxah  ruhu  onu  həmişə  hifz  edir,  yol­
larına  nur  çiləyir,  xalqını  və  dövlətini  xoşbəxt  gələcəklərə 
aparmaqda  ona  xeyir-dua  verir.  Allah  Zərifə  xanıma  qəni- 
qəni  rəhmət eləsin!
Onu  qarşıda  zəhmət  və  işgüzarlıq  dolu  yeni  həyat, 
vərəqləri  Azərbaycanımızın  şanlı  səhifələri  kimi  çevrilən 
əzəmətli  tarix  gözləyirdi.  Çətin  və  şərəfli  Prezidentlik  yol­
larında  ilk  addımlarını  atan  cənab  İlham  Əliyev,  2004-cü 
ildə  “La  Politique  Internationale"  jurnalına  verdiyi  müsa­
hibədə  əslində  tək  bir  jurnalisti  deyil,  milyonları  düşün­
dürən  suala  peşəkarcasına cavab verdi.
Müxbir:
-  Beləliklə,  Azərbaycan  hansı  istiqamətdə  gedəcək: 
Birləşmiş Ştatlar,  Avropa,  yoxsa Asiya?
İlham  Əliyev:
-Bizim  xarici  siyasət  yalnız  Azərbaycanın  maraqları 
və  onun  tarixi  əlaqələri  əsasında  müəyyən  edilir.  Ümu­
miyyətlə,  biz  əməkdaşlıq  və  dostluğa  üstünlük  veririk. 
Kimlər  ki,  hər yerdə  qarşıdurma  üçün  yer  axtarırlar,  onlar 
bunu  burada  yox,  digər  yerdə  axtarsınlar.  Misal  üçün, 
bizim  həm  İranla,  həm  də  Birləşmiş  Ştatlar  ilə  müna­
sibətlərimiz  var.  Bunlar  o  iki  ölkədir  ki,  əgər  belə  demək 
olarsa,  aralarında  heç  də  yaxşı  münasibətlər  yoxdur.
_______________
Reyhan Mirzəzadə
______________ _
ю  
654
 oa
Bizim  Gürcüstanla  tarixi  münasibətimiz  var.  İranla  -  mən 
bunu  təkrar  edirəm  -  qədim  tariximiz  var,  orada  çoxlu 
azərbaycanlı  yaşayır.  Rusiya  ilə  çoxdankı  münasibət­
lərimiz mövcuddur.  Biz elə  bir alternativ qarşısında  deyilik 
ki,  kiminlə  əməkdaşlıq  etməliyik?  Biz,  sadəcə  öz  mövqe­
yimizi  müdafiə edirik,  vəssalam.
Rusiyaya  münasibətindəki  özəllikləri  məqam  düş­
dükcə  sədaqətlə  qeyd  edən  möhtərəm  İlham  Əliyev 
deyir:“Mənim  həyatım  Moskva  ilə  bağlı  olmuşdur  -  15  il 
orada  oxumuş,  işləmişəm.  O  illər  pis  illər  deyildi,  məhz 
gənclik,  formalaşma  illəri  idi.  Ona  görə  də  Rusiyada  baş 
verən  hadisələr  təbii  ki,  qonşu  dövlətin  Prezidenti  kimi, 
habelə  şəxsi  nöqteyi-nəzərdən  mənim  üçün  əhəmiy- 
yətlidir.Mən  Rusiyanın  uğurlarına sevinirəm.  Sevinirəm  ki, 
Rusiya  yenidən  dünya  miqyasında  sanballı  dövlətə 
çevrilir".
Sanballı  ölkələrə  çevrilən  məmləkətlərdən  biri  kimi 
Azərbaycanın  da  aparılan  uğurlu  iqtisadi  və  sosial 
siyasəti  nəticəsində  maddi  imkanları  xeyli  artdı,  iqtisa­
diyyatımız  liberallaşdırıldı.  Bunu  etmək  üçün  müxtəlif 
qərarlar  qəbul  edildi,  proqramlar  indi  də  icra  olunmaq­
dadır.  İstər  ölkə  daxilində,  istərsə  də  beynəlxalq  maliyyə 
qurumları  ilə  aparılan  islahatlar  respublikamızın  iqtisadi 
potensialını  gücləndirdi.  Dövlət  Neft  Fondunda  toplanmış 
neft  gəlirlərinin  bir  qisminin  Bakı-Tbilisi-Ərzurum  qaz 
kəməri,  Bakı-Tbilisi-Qars  dəmir  yolu  xətti,  Oğuz-Qəbələ- 
Bakı  su  kəməri  kimi  böyük  perspektiv  vəd  edən  layihə­
lərin  maliyyələşdirilməsinə nail olundu.
Neftdən  gələn  gəlirlər  eyni  zamanda  Azərbaycanda 
insan  potensialının  dünya  inkişaf proseslərinə  inteqrasiya 
edilməsinə,  yüksək  keyfiyyətli  təhsillə  təmin  olunmasına 
xərclənərək,  “qara  qızıl"  “intellektual  qızıl”  a  çevrildi.  Bu 
məqsədlə  “2007-2015-  ci  illərdə  Azərbaycan  gənclərinin
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 
655
 ca

xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı”  qəbul  edildi 
və  beş  min  nəfər gəncin  xaricdə təhsil  alması  üçün  şərait 
yaradıldı.
Dünyanın  aparıcı  maliyyə təsisatı  olan  Dünya  Bankı 
2008-ci  ildə  Azərbaycanı  bir  nömrəli  islahatçı  ölkə  elan 
etdi  ki,  bu,  ölkə  rəhbərinin  həyata  keçirdiyi  iqtisadi  kursa 
verilən  çox  yüksək qiymət  idi.
“Nezavisimaya  Qazeta”nın  müxbiri Viktoriya  Panfilo­
va  müsahibəsi  zamanı  möhtərəm  İlham  Əliyevdən  əldə 
olunan  nailiyyətlər,  xüsusilə  təhsillə  bağlı  soruşur:  “Növ­
bəti  sualım  qeyri-adi  olacaq.  Sizin  fikrinizcə,  insanlar  və 
xalqlar  arasında  sülhün  bərqərar  olunması  üçün  nə 
lazımdır?  Dünyada  əmin-amanlığı  təmin  etmək  üçün han­
sı  sirri  bilmək  lazımdır?  Bunun  üçün  siz  nəyi  seçərdiniz: 
məhəbbəti, təhsili,  yoxsa tanışlığı?"
İlham  Əliyev cavab verir:
“Şübhəsiz,  bunların  hamısı  vacibdir.  Lakin  bu  sualı 
daha  sistemləşdirilmiş  formada  vermək  lazımdır.  Məncə, 
təhsili  mən  birinci  vacib  element  kimi  hesab  edərdim. 
Çünki  təhsil  olmadan,  savadlı  nəsil  olmadan,  heç  bir 
nailiyyət  əldə  etmək  mümkün  deyil. 
Hazırda  biz 
ölkəmizdə  bir  sıra  təhsil  proqramlarını  sürətlə  həyata 
keçiririk.  Çünki  indi  ölkəmizdə  böyüyən  gənclər tamamilə 
başqa  mühitdə  formalaşırlar.  Yəni  mənim  həmyaşıd- 
larımla  müqayisədə,  indiki  vəziyyət  tamamilə  fərqlidir. 
Misal  üçün  mən  Sovet  İttifaqında  təhsil  almışam.  Yaxşı 
təhsil  idi,  lakin  mənim  elə  imkanım  olmayıb  ki,  gedim 
Avropanın  və  ya  Amerikanın  təhsil  ocaqlarında  təhsilimi 
davam  etdirim.  O vaxt  bu  mümkün  deyildi.  Hər şey  qada­
ğan  idi.  Əksinə,  indi  gənc  nəsil  tam  azaddır.  Müstəqil 
ölkədə  yaşayır.  Gənclər  asanlıqla  istədiyi  fakültəni  və 
yaxud  istədiyi  təhsil  ölkəsini  seçir.  Onlar  özləri  yaşayış 
yerlərini  müəyyən  edirlər.  Zənnimcə,  bu,  üstün  cəhətdir
_______________
Reyhan Mirzəzadə
________________
в
o 656 ся
və  xoşbəxtlikdir.  Bəlkə  də  gənc  nəsil  özü  bunu  anlamır. 
Ona  görə  anlamır  ki,  heç  vaxt  totalitar  rejimdə  yaşa­
mayıblar.  Yeni  gənc  nəsil  azad  bir  ölkədə,  bazar  iqtisa­
diyyatı  şəraitində  böyüyür.  Buna  görə  də  təhsil  məsələsi 
öncül  xarakter  daşımalıdır.  Əgər  tarixdə  ən  böyük 
nailiyyətləri  əldə  etmiş  ölkələrə  nəzər  salsaq  görərik  ki, 
həmin  ölkələrdə  təhsilin  inkişafına  böyük  diqqət  yetirilirdi. 
Biz  də  istəyirik  ki,  bu  istiqamətdə  atdığımız  addımları 
davam etdirək və  bu modeldən  istifadə edək".
Prezident  İlham  Əliyevin  dəstəyi  ilə  xarici  ölkə­
lərdəki  Azərbaycan  diasporunun  təşkilatlanması,  onların 
yaşadıqları  ölkələrin  ictimai-siyasi  həyatında  fəal  iştirakı, 
eləcə  də türk  diaspor təşkilatları  ilə  birgə,  əlaqələndirilmiş 
fəaliyyəti  təşkil  olundu  və  onların  lobbiçilik  imkanları 
genişləndirildi.  Lakin  qeyd  olunan  uğurlarla  bərabər,  həlli­
nin  zamana  ehtiyacı  olan  məsələlər  də  mövcuddur.  Mə­
sələn,  ölkəmizin  Avropa  Birliyinə  daxil  olması  ilə  bağlı 
ölkə  başçısının  dediyi  kimi:  “Biz  bu  məsələdə  realist 
olmalıyıq.  Bu  gün  Azərbaycanın  reallıqları  var  ki,  onlar 
Avropa  Birliyinin  tələblərinə  cavab  vermir.  Lakin  bütün  bi­
zim  siyasətimiz  Avropaya  tam  inteqrasiya  olunmaq  məq­
sədi  daşıyır.  Biz Avropa  ilə daha sıx əlaqələr qurmaq  istə­
yirik.  Təbii  ki,  bir  neçə  il  keçdikdən  sonra  bəlkə  bizim 
üçün  də  belə  bir  imkan  yaranacaq  və  bu  məsələni  nə­
zərdən  keçirəcəyik.  Azərbaycan  da  öz  növbəsində  Av­
ropa  Birliyinə  və  ümumiyyətlə  Avropaya  öz  töhfəsini  verə 
bilər,  ölkəm izin  zəngin  tarixində  bir  çox  mühüm  faktlar 
mövcuddur.  Bizim  böyük  potensialımız  var.  Məhz  buna 
görə  də  biz  həqiqətən  istəyirik  ki,  Azərbaycan  ilə  Avropa 
Birliyi  arasında  daha  geniş  əməkdaşlıq  aparaq.  Bu 
əməkdaşlıq  eyni  zamanda  bizim  Avropa  ölkələri  ilə  olan 
sıx münasibətlərimizə arxalanır”.
____
Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
____
so 657 ся

Cənab  İlham  Əliyev  çoxlarını  düşündürən  bir  mə­
sələyə - Azərbaycanın  NATO-ya  qoşulması  işinə  aydınlıq 
gətirərək  deyir:“NATO  ilə  “Sülh  naminə  tərəfdaşlıq” 
proqramından  başlamış  “Fərdi  tərəfdaşlığa  dair  fəaliyyət 
plam”na  qədər  çox  illərdir  ki,  əməkdaşlıq  edirik.  Biz  bu 
qurumun  müxtəlif  proqramlarında  iştirak  edirik.  Ümid 
edirik  ki,  bu  tərəfdaşlıq  və  əməkdaşlıq  davam  edəcəkdir. 
Lakin  bu və ya  digər beynəlxalq  təşkilatda  iştirak qarşılıqlı 
surətdə  razılaşdırılmalıdır.  Bu  gün  həm  NATO,  həm  də 
bizim  üçün  aydındır  ki,  ölkəmiz  buna  hazır deyildir.  Buna 
görə  də  biz tərəfdaşlar  kimi  çalışmaqda  davam  etməliyik. 
Azərbaycan  NATO  tərəfindən  dünyanın  müxtəlif  yerlə­
rində  həyata  keçirilən  sülhməramlı  əməliyyatlarda  iştirak 
edir və  biz  etibarlı  tərəfdaşıq.  Bu  tərəfdaşlıq  və  əməkdaş­
lığın  sonunun  nə  olacağını  zaman  göstərəcəkdir.  Mən 
hər  şeyi  qabaqcadan  demək  və  ya  bu  gün  real  olmayan 
bir hədəfi  qarşıya qoymaq  istəməzdim”.
Azərbaycanın  işğal  olunmuş  torpaqlarının,  qaçqın 
və  köçkünlərinin  taleyi  Prezident  İlham  Əliyevin  qarşısın­
da  bir  nömrəli  məsələdir.  Respublika  rəhbəri  bu  barədə 
qətiyyətlə bildirir:
“Ermənilər Dağlıq  Qarbağ  üçün  müstəqillik  istəyirlər. 
Bu,  mümkün  deyildir.  Azərbaycan  bunu  heç  vaxt  qəbul 
etməyəcəkdir.  Biz  onlara  öz  hüdudlarımız  çərçivəsində 
muxtariyyət  verə  bilərik...  Biz  danışıqları  15-30  ilə  qədər 
davam  etdirə  bilmərik.  Yəni  biz  baxacağıq,  əgər  danışıq­
lar  bir  fayda  verməsə,  Ermənistan  bizim  torpaqlarımızı 
azad  etməsə,  onda  Azərbaycan  müxtəlif  variantları  nə­
zərdən  keçirə  bilər”.
“Mən  bütün  Azərbaycan  xalqının,  hər  bir  Azər­
baycan vətəndaşının  Prezidentiyəm.Mənim  borcumdur ki, 
imkan  daxilində  hər bir vətəndaş  inkişafa,  yaxşılığa  doğru 
irəliləyişi  görsün  və  onu  hiss  eləsin"  -deyən  cənab  İlham
_______________
Reyhan Mirzdzadd
_______________
so 
658
 caa
Əliyev,  eyni  zamanda  vəzifəli  adamlar,  məmurlar  qarşı­
sında da  ciddi  tələblər qoyur:  “Əsas tələb  ondan  ibarətdir 
ki,  hər bir vəzifəli  şəxs,  hər  bir  məmur öz  vəzifə  borcunu 
ləyaqətlə  yerinə  yetirsin,  öz  əməyi  ilə,  zəhməti  ilə  ümumi 
işimizə  öz  töhfəsini  versin,  insanlara  diqqət,  qayğı 
göstərsin və  beləliklə,  öz məsuliyyətini dərk etsin”.
...  Onun  50  yaşı  tamam  olur.  Uşaqlıqda  general  ol­
maq  istəyirdi.  Amma  olmadı. Tanrı  öz  humanist  hökmünü 
diqtə  etdi:  O,  ölkəsinin  Silahlı  Qüvvələinin  Ali  Baş  Ko­
mandanı  oldu.  Uşaqlıq  arzusu yalnız yaddaşının  səhifələ­
rində qaldı:
“Uşaqlıqda  mən  general  olmaq  istəyirdim.  Atam 
Heydər  Əliyev  general  olanda,  mənim  altı  yaşım  vardı. 
Əlbəttə,  hərbi  forma,  general  poqonları  bütün  uşaqlar 
üçün  xüsusi  ehtiram  predmetidir.  Uşaqlıqda  biz  hamımız 
müharibə  oyunları  oynayırdıq,  hamımız  özümüzü  sərkə- 
dələr  kimi  təsəvvür  edirdik  Mənə  gəldikdə  isə,  hər  gün 
generalı  evimizdə  görürdüm.  Buna  görə  də  təbii  ki,  mən 
də  atam  kimi  general olmaq arzusunda  idim.  Mən  general 
olmadım,  lakin  bütün  başqa  məsələlərdə  atam  kimi  olma­
ğa  çalışıram”.
Atasının  yolunu  ləyaqətlə  davam  etdirən  50  yaşlı 
Prezidentimizin  bu  sözləri  isə  hər  bir  vətənpərvər  Azər­
baycan vətəndaşı  qarşısında  bir şüara çevrilib:
“Bir daha  demək  istəyirəm  ki,  mənim  dünyagörüşüm 
belədir,  mənim fəlsəfəm  belədir:
____
Azərbaycançılıq və vdtənparvərlik mafkurdsi
____
Mən  Azərbaycanı  müasir  dövlət  kimi  görmək 
istəyirəm.  Zəngin,  iqtisadi  cəhətdən  möhkəm,  siyasi 
cəhətdən  azad,  müasir,  dünyaya  açıq,  əməkdaşlığa 
Yüklə 344 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin