Rİnza ® tabletlər RInza ® Tərkibi



Yüklə 13,84 Kb.
Pdf görüntüsü
tarix21.04.2017
ölçüsü13,84 Kb.
#15105

Dərman vasitəsinin istifadəsi üzrə təlimat  

(xəstələr üçün) 



 

 

RİNZA 



®

    tabletlər 

RINZA 

®

 



 

Tərkibi 

Təsiredici maddələr: 

Hər bir tabletin tərkibində: 

Parasetamol 

Br.F. 


  500 

mq 


Kofein (susuz) Br.F. 

 

 



  30 mq 

Fenilefrin hidroxlorid Br.F. 

 

  10 mq 


Xlorfeniramin maleat Br.F. 

 

    2 mq 



Köməkçi maddələr: susuz kolloidal silisium 4-oksid, color panseu 4R, qarğıdalı nişastası, povidon, metil 

hidroksibenzoat natrium, maqnezium-stearat, talk, natrium nişasta qlikolatı. 

 

Farmakoloji xüsusiyyətləri 

Antihistamin, ağrıkəsici, qızdırmasalıcı, ödem əleyhinə kombinə olunmuş preparatdır. 



 

İstifadəsinə göstərişlər 

Burun axması, burun tutulması, başağrısı, qızdırma ilə müşayiət olunan soyuqdəymə xəstəlikləri

Yuxarı tənəffüs yollarının allergiyası; 

Burun ciblərinin iltihabı. 

 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; 

Koronar arteriyaların kəskin aterosklerozu; 

Hipertoniyanın və ÜİX-nin ağır formaları; 

Yüksək gözdaxili təzyiq

Hipertireoz; 

Prostat vəzinin hipertrofiyası; 

Şəkərli diabetin ağır formaları. 

 

Xüsusi göstərişlər 

MAO-nun inhibitorları  və 

β-blokatorlar ilə birlikdə ehtiyatla təyin olunur. Tərkibində parasetamol olan digər 

preparatlarla istifadəsi məsləhət deyil. Rinza qəbul edən zaman spirtli içkilər qəbul etmək, trankvilizatorlar və 

digər psixotrop maddələrin qəbulu əks göstərişdir. Uşaqlara, hamilə qadınlara və süd verən analara qəbulu 

məsləhət deyil. 

 

İstifadə qaydası və dozası 

1 tabletdən gündə 3 dəfə qəbul olunur. 

 

Əlavə təsirləri 

Ciddi əlavə təsirləri yoxdur. Bəzi xəstələrdə yüngül ürəkbulanma, ağızda quruluq, başağrısı, başgicəllənmə 

müşahidə olunur. 

 

Buraxılış forması 

Blisterdə 4 tablet içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 

 

Yararlılıq müddəti 

3 ildir. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Saxlanma şəraiti 

25ºC-dək temperaturda işıqdan qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır. 

 

 



 

Qeydiyyat şəhadətnaməsinin sahibi 

«Conson & Conson» MMC 

Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2. 

 

İddiaları qəbul edən təşkilat 

«Conson & Conson» MMC 

Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55 

 

İstehsalçı 

«Yunik Farmasyutikal Laboratoriz» 

(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

Vorli, Mumbay - 400 030, Hindistan. 

® - ticarət nişanı 

 

Azərbaycanda rəsmi distribyutor 

«TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

www.tetrada-az.com 



 

Document Outline

  • Parasetamol Br.F.   500 mq 
  • Farmakoloji xüsusiyyətləri 
  • 1 tabletdən gündə 3 dəfə qəbul olunur. 
  • Əlavə təsirləri 
  • Buraxılış forması 

Yüklə 13,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin