72. MİLLƏT
–
BƏŞƏR
I
Millətimlə
–
doğmalığım var.
Bəşərlə
– birliyim.
İnsanlığımda birliyim doğmalaşır.
II
Bəşəri M
i
llətimdən kənarda axtarmıram.
Millətimə baxıram
–
bəşəri görürəm.
Millətimə yarayıram
–
bəşərə yarayıram.
Qapı
-
qapı düşüb bəşər axtarmıram.
Bəşər yanımdadır.
III
Millətimin dərdi
–
bəşərin dərdidir.
Millətimə əlac tapıramsa
–
bəşərə də əlac tapıram.
IV
Bəşəril
ik –
əslində insani doğmalıqdır.
Millətimdə bəşər mənim üçün doğmalaşdı.
Bunsuz Mən özümə yadam,
Bəşərə yadam.
257
V
Nə qədər millətim var
–
Mən varam,
Doğmalığım var,
Bəşəriliyim var.
VI
Millətim yaşamasa, “sürüləşən bəşərə” qarışsa
–
Mən Yoxam,
Doğmalığım
Yoxdur,
Bəşəriliyim Yoxdur;
Özümə Yadam,
Bəşərə
Yadam;
Köməksizəm!
Gərəksizəm!
VII
Millət ölən günü
Doğmalığım öləcək!
Bəşəriliyim öləcək!
VIII
Qorumalıyam millətimi.
Özüm üçün. Bəşər üçün.
IX
Bəşər
–
doğmalar birliyidir.
Millətlər ölsə Yadlar birliyi yar
anacaq.
Bu, bəşərin ölümüdür.
Bəşər üçün Millətimi qoruyuram!...
Özüm üçün Millətimi qoruyuram!..
73. ÖZÜMÜNKÜ –
ÖZGƏNİNKİ
I
İnsanlığa doğma olan nə varsa
– özümünküdür.
İnsanlığa yad olan nə varsa
–
özgəninkidir.
II
“Özümünkü mənə yaddır, ö
z
gəninki mənə doğmadır”
–
deyən özgəyə
də yad olur.
Özünə yaramayan özgəyə də yaramır.
III
Özümünkü –
yəni İnsanlığa yarayan, ancaq Mənim daxilimdə
yaranan!
Xalqımın bətnində yaranan!
Ən doğma, ən əziz!
IV
Özümünkü –
yəni özümlə tən olan, bir olan, özümdən ayrılmağı
m
ümkün olmayan, sifətim kimi, gözüm kimi!
V
Özümünkü –
yəni İnsanlığa doğma olanlar arasında Mənim üçün ən
doğması, istəklisi, gərəklisi!
258
VI
Özümünkü –
yəni bəşər vadisində Mənim bənzərsiz Möv
cud
luğum!
VII
Özümünkü olmayan yerdə hər şey yadlaşır.
Özümlüy
ün Məğlubiyyəti
–
özgəliyin qələbəsidir.
Özümlük itərsə
–
bəşər özgələşər.
74. TƏRBİYƏ
–
TƏRBİYƏSİZLİK
Tərbiyəni Şəxsiyyətin əlindən alırlar.
Cəmiyyətə tapşırırlar.
Şəraitə tapşırırlar.
Kollektivə tapşırırlar.
Təşkilata tapşırırlar.
İclasa tapşırırlar.
İnsanı özünə yaxın qoymurlar.
Tərbiyəni yadlaşdırırlar.
Şəxsiyyəti tərbiyədən ayırırlar.
Tərbiyəsizləşdirirlər.
75. HƏQİQƏT
– YALAN
Həqiqət dəyişirsə
–
o, Yalandır.
76. DƏYİŞMƏZLİK
–
ƏTALƏT
Dəyişməzlik
– Ö
lümsüzlüyün ifadəsidir, Ətalət
– Ölümün.
77. DƏYİŞKƏNLİK
–
İNKİŞAF
İnkişaf
–
əslində Əbədini təsdiq edir, dəyişəni təsdiq etmir.
78. MÜQƏDDƏSLİK
–
HƏRCAYİLİK
I
Müqəddəslik
–
İnsana İnam.
Hərcayilik
–
Heyvana İnam.
Yəni Müqəddəslik
–
İnsandakı
Mütləqə
İnam.
Hərcayilik
–
İnsandakı
Vəhşiyə
İnam.
Əslində Xeyir
–
İnsanilikdir.
Əslində Şər
– Heyvanilikdir.
II
Müqəddəslik
– R
uhaniyyatçılıq.
Hərcayilik
–
Maddiyyatçılıq.
259
Yəni Müqəddəslik
–
İnsanın
R
uhani xilqət sayılması.
Hərcayilik
–
İnsanın Maddi xilqət sayılması.
III
Müqəddəslik
–
Mütləqə İnam
.
Hərcayilik
–
nisbiyə İnam.
Yəni Müqəddəslik
–
Dünyada, Həyatda, İnsanda Mütləq Mahiyyət
görmək.
Hərcayilik
–
Dünyada, Həyatda, İnsanda nisbidən başqa heç nə
görməmək.
IV
Müqəddəslik
–
Amalçılıq.
Hərcayilik
–
Həyatçılıq.
Yəni Müqəddəslik
–
Amalı (yəni ali
həyatı) Təsdiq edir.
Hərcayilik
–
Həyatı Təsdiq edir.
79. HƏYAT
– AMAL
Həyat
– adam yetirir, Amal –
İnsan.
80. HƏYAT
–
CƏMİYYƏT
– AMAL
Cəmiyyət
–
əhliləşdirilmiş
H
əyat
deməkdir.
(Yəni Zorakılığa məruz qalmış, tabeləşdirilmiş, ram edilmiş,
sərbəstliyini itirmiş).
Amal –
Ülviləşdirilmiş Həyat
deməkdir.
(Yəni Yüksəlmiş, Müqəddəsləşmiş, Mütləqə çatdırılmış).
81. BAĞBAN
İnsaniyyət Ağacını
Məhəbbət suyuyla suvarır, onun quru budaqlarını
Tələbat qayçısıyla kəsir,
Ruhani
meyvə becərir.
82. CAHİLLİK
– K
AMİLLİK
Cahil –
İnsanlığın nicatını İnsandan kənarda axtarır.
Kamil –
İnsanlığın nicatını İnsanın özündə görür.
83. PLANLAŞDIRILMIŞ İQTİSADİYYAT
Planlaşdırılmış İqtisadiyyat
–
əhliləşdirilmiş iqtisadiyyatdır.
Əhliləşdirilmiş İqtisadiyyat dinc olur, ancaq zəngin olmur.
Zənginlik
–
sərbəstlik sevir, dinclik sevmir.
260
84. TƏRƏQQİ
İnsanı öküz kimi arabaya qoşdular və sürdülər.
İnsan öküz deyildi. Dözmədi.
Araba Yoxuşda dayandı.
İndi aşağı yuvarlanır.
85. TƏBİİLİK
–
SÜNİLİK
İnsanda Müqəddəslikdən Təbii heç nə
yoxdur.
İnsanda Hərcayilikdən Süni heç nə yoxdur.
Həyat Müqəddəsliyə yox, Hərcayiliyə xidmət eləyir.
Həyatilik
–
əslində Sünilikdir.
Həyat adamı
–
ən Süni adamdır.
86. SADƏLƏŞMƏ
–
İBTİDAİLƏŞMƏ
Sadələşən
h
adisə
–
əhəmiyyətsiz əlamətlərdən azad olur.
İbtidailəşən hadisə
–
Mahiyyətdən uzaqlaşır.
87. İRƏLİLƏMƏ
–
GERİLƏMƏ
Bəşəri sürülüyə sürükləyirlər və bunu misilsiz irəliləmə sayırlar.
Sürü şüuruna arxalanırlar
–
Elmlikdən dəm vururlar.
Sürü instinktini bərpa edirlər və Fəlsəfi çevrilişdən danışırlar.
Geri
yə üz tuturlar
–
irəli gedən bilinirlər.
88. DƏLLALLIQ
–
İNSANLIQ
I
Dəllallıq
–
Maddi Mənfəətin İnsaniliyi üstələməsidir.
Dəllal
–
İnsanilik bahasına qazanır.
Dəllal Maddiyyat qazanır, İnsaniyyət itirir, bununla barışır, bunu itki
saymır.
Dəllallıq İnsanı
yaratmır, İnsan dəll
a
llığı yaradır.
Dəllallığın yaranmasının səbəbi İnsandır.
II
Dəllal
l
ıqda zəhmət alver alətinə çevrildi, alındı, satıldı.
Əslində
İnsan
alver alətinə çevrildi.
Dəllal
l
ıq
–
əməyi əməkçinin əlindən aldı, mala çevirdi.
Dəllallıq özü zəhmət
sayıldı.
İnsan Dəllal əsarətinə düşdü.
III
Dəllallıq İnsanın İnsanilikdən aşağı olduğunu aşkara çıxartdı.
261
İnsan İnsan olsaydı, dəllallıq eləməzdi.
İnsan İnsan olsaydı, dəllallığa dözməzdi.
Dəllallıq varidat yaradır!
–
deyirlər.
Əslində dəllallıq
– bolluca
rəzalət yaradır.
İnsan İnsan olsaydı, rəzil varidatdan keçərdi, insaniyyətdən keçməzdi.
İnsan İnsan olmayıb, ona görə dəllallıq törəyib
.
IV
İlk dəllal İnsanlıq səddini keçdi.
Son dəllal İnsanlığa təslim olmalıdır.
89. ƏXLAQ
–
CƏMİYYƏT
Cəmiyyəti İnsansızlıq Bəlasına salan
əxlaqsızlıqdır.
Cəmiyyəti İnsansızlıq Bəlasından
Əxlaq
xilas edəcək.
Cəmiyyətçilər Əxlaqdan çəkinirlər, cəmiyyətə Əxlaqi münasibəti
bəyənmirlər.
Əslində Cəmiyyətin Əxlaqdan başqa
xilaskarı
yoxdur.
90. GERÇƏKLİK
–
İNSANİ MAHİYYƏT
I
“İnam gerçəklikdən doğub”
–
deyirlər.
“İdrak gerçəklikdən doğub”
–
deyirlər.
“Mənəviyyat gerçəklikdən doğub”
–
deyirlər.
“İradə gerçəklikdən doğub”
–
deyirlər.
II
Bəs gerçəklik İnamdan niyə bu qədər uzaqdır?
Bəs gerçəklik İdrakdan niyə bu qədər uzaqdır?
Bəs gerçəklik Mənəviyyatdan niyə bu qədər uzaqdır?
Bəs gerçəklik İradədən niyə bu qədər uzaqdır?
III
İnam gerçəklikdən yüksək olan İnsani Mahiyyətdən doğub
– deyirik.
İdrak gerçəklikdən yüksək olan İnsani Mahiyyətdən doğub
– deyirik.
Mənəviyyat gerçəklikdən yüksək olan İnsani Mahiyyətdən doğub
–
deyirik.
İradə gerçəklikdən yüksək olan İnsani Mahiyyətdən doğub
– deyirik.
IV
İnsani Mahiyyət gerçəkliyi öz arxasınca aparır.
262
91. TƏNHALIQ
Ətrafdakılarla danışmağa dəyməz
–
əvvəldən bilirsən ki, nə
danışacaqlar.
Ətrafdakılarla dalaşmağa dəyməz
–
əvvəldən bilirsən ki, necə
dalaşacaqlar.
Ətrafdakılarla barışmağa dəyməz
–
əvvəldən bilirsən ki, necə
barışacaqlar.
Qədimlər
–
kənddə
-
kəsəkdə.
Sabahdakılar
– sabahda.
Hamı var, heç kəs yoxdur.
92. BAŞLAMAQ
–
BAŞLANMAQ
Təzədən
başlamaq
lazımdır.
Məhəbbəti.
Dostluğu.
Qeyrəti.
Kişiliyi.
Qadınlığı.
Evladlığı.
Təzədən
başlanmaq
lazımdır.
93. İNSAN GÜZGÜSÜ
Cəmiyyətin güzgüsü əyridir
–
orada özünü görməzsən.
Həyatın güzgüsü kiçikdir
–
oraya sığmazsan.
Amalın güzgüsünə bax
– orada öz
ünü görərsən.
94. BAŞ
-AYAQ
Baş Ayağa düşdü.
Ayaq Başa çıxdı.
Həyat Baş
-ayaq oldu.
95. CAVAN – QOCA
Cavan –
cəmiyyətdən narazıdır.
Acığını Qocanın üstünə tökür.
Qocanı saymır.
Qoca –
cəmiyyətdən narazıdır.
Acığını cavanın üstünə tökür.
Cavanı söyür.
263
96. QANUN – QANUNSUZLUQ
I
“Qanunlar yaxşıdır”
–
deyirlər.
Ancaq onlara əməl olunmur.
Qanunsuzluq törəyir.
II
“Əməl olunmayan qanunlar
–
pis qanunlardır”
– deyirik.
Çünki qanunsuzluğun qarşısını ala bilmir.
III
Qanunları insan yaradır.
İnsani naqislik qanunlarda özünü büruzə verir.
Qanunlara insan riayət edir.
Insani naqislik qanunlara riayətdə özünü b
ü
ruzə verir.
Kamil İnsan
–
Kamil Qanunlar yaradardı.
Kamil İnsan
–
Qanuna tam riayət edərdi.
IV
Qanun Müqəddəslik səviyyəsinə qalxmırsa
– yoxdur.
Qanunu Müqəddəslik səviyyəsinə qaldıran Müqəddəs İnsanlardır.
Müqəddəs İnsan yoxdursa
– Qanun da Yoxdur.
97. İQTİSADİYYAT
–
RUHANİYYAT
I
İqtisadiyyata Sitayiş Maddi Varidat yaradır.
İqtisadiyyata Sitayiş həm də Ruhani İflas yaradır.
Maddi İnkişaf naminə Ruhani Tənəzzüllə
barışırlar.
Güzəran xatirinə
İnsandan keçirlər.
II
İqtisadi İnkişaf
İnsaniliyə gərək olduğu dərəcədə Həqiqi
dir.
İqtisadi İnkişaf
İnsaniliyə zərər olduğu dərəcədə qeyri
-
həqi
qidir.
98. MƏNİMSƏYƏN
–
MƏNİMSƏNİLƏN
Ömrünü Maddi Mənimsəməyə həsr edən
–
əslində Mənimsənilir.
Maddiyyat onun R
uhaniliyini əlindən alır.
99. İNSAN
–
HƏYAT
İnsan özünə Sahib olmayanda
– H
əyat ona Sahib olur.
264
100. İNSANLIQ
–
CƏMİYYƏT
–
İNSAN
İnsanlığa yaramayan Cəmiyyətə yarayırsa
– C
əmiyyət qeyri
-insanidir.
İnsanlığa yaramayan
Dövlətə yarayırsa
– D
övlət qeyri
-insanidir.
İnsanlığa yaramayan İnsana yarayırsa
–
İnsan qeyri
-insanidir.
101. CƏMİYYƏT
PAYI
I
Maddi nemət paylanırsa
–
İnsan Zəlildir.
Mülkiyyətsizlik
–
zəlillik t
ö
rədir.
II
Öz nemətindən sənə səxavətlə pay verirlər.
Nem
ətini əlindən alanın əlinə baxırsan.
III
Maddi Tələbatını ödəmək üçün ömrünün cüzi hissəsi sənə bəsdir.
Ömrünü bütünlüklə Maddi Ehtiyacın ödənilməsinə həsr edirsən.
Ruhani Tələbatı ödəməyə ömrün çatmır.
Ömrünü bədəninə bəxş edirsən.
IV
Maddi nemət ictimailəşir, cəmiyyətin malı olur, dövlət onu sənə
ömürlük xidmət əvəzi paylayır, bunu
n
la da ömrünə, əməyinə, vaxtına
sahib olur və səndən tələb edir ki, bunu Səadətin zirvəsi sayasan.
Mülkiyyət onun əlindədir, yəni maddi nemətlər onun əlindədir, istəsə
o, səni
maddi rifahdan tamam məhrum edər, ac qoyar, cismən məhv
edər.
Maddi nemət yaratmayan Dövlət maddi nemətlərə sahib olur və bu
Sahibliyi yeri gəldikdə, əməkçinin başına dəyənək kimi çırpır.
“Ümumxalq Dövlət Mülkiyyəti” deyilən tarixi hadisənin İ
nsan taleyin
də
oynadığı əsas rol bundan ibarətdir.
102. BİRLİK
MƏNTİQİ
I
Birliyə bağlanmısan.
Açılsan qırılarsan.
II
Dünyada Xalq bir olmalıdır.
Niyə iki Xalq olsun?
Dünyada Dil bir olmalıdır.
Niyə iki Dil olsun?
Dünyada Din bir olmalıdır.
265
Niyə iki Din olsun?
Dünyad
a İqtisadiyyat bir olmalıdır.
Niyə iki İqtisadiyyat olsun?
Dünyada Mənəviyyat bir olmalıdır.
Niyə iki Mənəviyyat olsun?
III
Bağlanmısan
–
açılmazsan.
Bir olmusan. Yox olmusan!
Bir hərf bütün kitablara bəsdir.
Bir ədəd bütün hesablara bəsdir.
Birləşmisən.
Bir olmusan. Yox olmusan.
Birlik Biri təsdiq edir.
103. MÜSTƏQİLLİK
–
BİRLİK
Varsansa –
niyə Yox olursan?
Xalqsansa –
niyə Xalq deyilsən?
Dilin varsa –
niyə Dilsiz olursan?
Qolların varsa
–
niyə bağlanırsan?
Açarın varsa
–
niyə açılmırsan?
Niyə birliklə Bir olursan, özünlə Bir olmursan?
Ədədlərdən biri sayılırsan.
Yalnız
Bir ədəd sayılır.
Hərflərdən biri sayılırsan.
Yalnız
Bir hərf sayılır.
Birlik Bi
r üçündürsə
–
Sən kim üçünsən?
Birlikdə yox olursansa
–
niyə var olursan?
Birlik Tək üçündürsə, sən niyə Cəmə
qoşulursan?
Xalqsansa – Xalq ol!
Varsansa – Var ol!
Yoxluğa tapınma!
Dünya əlvan daşlardan tikilmiş gözəl bir binadır.
Dünya binasının daşlarından biri ol!
Ancaq Biri təsdiq edən Birliklə bir olma!
104. QÜTBLƏR
Bir tərəfdə
H
əyat
–
İnsanilikdən aşağı.
O b
iri tərəfdə
Antihəyat
–
İnsaniliyə zidd.
Amalda –
Ali Həyat
–
Müqəddəs, Ruhani, İnsani.
266
105. SIÇRAYIŞ
–
TƏNƏZZÜL
Ani, Zahiri Sıçrayış
–
Davamlı, Daxili Tənəzzül yaradır.
106. İNQİLAB
–
CƏMİYYƏT
İnqilab cəmiyyəti başı üstə çevirməyi bacarır, ancaq onu təzədən
ayaq üstə qoymağı bacarmır.
107. ÇİNOVNİK
ƏQİDƏSİZLİYİ
Çinovniklikdə xidmət əqidəni əvəz edir.
Çinovniki çox olan ölkə əqidəsiz ölkə olur.
Totalitarizm (Mütləq Dövlət Hakimiyyəti) əhalinin çox hissəsini
çinovnikə çevirir, bununla da əhalini əqidəsizləşdirir.
Bu səbəbdən də çətin ayaqda totalitarizmə dayaq olan olmur.
108. SƏNƏT
–
RUHANİYYAT
Sənət vasitəsilə İnsan dəyişməz.
Ruhani Amal vasitəsilə İnsan dəyişər.
Ruhani Amalları yoxdur
–
Sənətdən
Məbəd
yaratmaq istədilər
– Klub
düzəltdilər.
Bədiyyata bel bağladılar
–
Ruhaniyyatdan məhrum oldu
lar.
109. SÖZ –
ƏMƏL
Bədiyyat tarixi
– ictimai ta
rixindən zəngin olan xalqlarda bəzən söz
əməli üstələyir.
Gözəl söz söyləmək
–
gözəl iş görməkdən daha yüksək
qiymətləndirilir.
Bunun nəticəsində qorxaq, balaca, s
üni
söz bahadırlığı
peyda olur
və xalqı dadlı sözlərlə qeyrətli əməllərdən ayırır.
Söz söyləmək əməl yaratmaqdan üstün sayılır.
Bu ruhda tərbiyə olunan əhali söz meyindən feyziyab olub öz əsarətli,
fəlakətli vəziyyətinə son qoymağa can atmır, kölə
lik
lə barışır, tədricən
tarix meydanından kənar edilir, gərəksizləşir.
Bədiyyatpərəstlik
–
dəhşətli ictimai halsızlıq yaradır.
110. QƏRB
–
ŞƏRQ
Qərb
–
Maddiyyatı bəşərin İdealına çevirə bildi və bəşəri öz
arxasınca apara bildi.
Şərq
–
ruhaniyyatı bəşərin İdealına çevirə bilmədi, bəşəri öz
arxasınca apara bilmədi.
267
Qərbin qələbəsi əslində bəşərin məğlubiyyəti idi.
Şərqin məğlubiyyəti əslində bəşərin məğlubiyyəti idi.
20-
ci əsr Qərbə üstünlük verir.
Sabah –
Şərqindir!
Dostları ilə paylaş: |