268) Antibiotikin seçilməsi zamanı ilk növbədə hansı nəzərə alınır?
A) İrinli ifrazatın həcmi
B) İrinli ocağın yerləşməsi
C) Mikrofloranın xarakteri və həssaslığı
D) İrinli ifrazatın xarakteri
E) İltihabın yayılması
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,548
269) Soyuq infiltrativ appendisit diaqnozu xəstəyə qoyulmuşdur. Uyğun müalicə taktikası necə olmalıdır?
A) Təcili cərrahi əməliyyat
B) Antibiotik, fizioteapiya, dinamik müşahidə
C) Planlı qaydada xəstəni əməliyyat etmək
D) Stasionar müşahidə
E) Ambulator müşahidə
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 43 səh.
270) Gecikmiş bitişmə mənşəli bağırsaq keçməməzliyində konservativ müalicə neçə saat aparılmalıdır?
A) 48 -72 saat
B) 72 saatdan çox
C) 6 -12 saat
D) 12 - 24 saat
E) 3 - 6 saat
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,242
271) Diffuz toksik urun müalicəsində qalxanabənzər vəzinin blokadası məqsədilə aşağıdakılardan hansı istifadə edilir?
A) Antibiotiklər
B) Diuretiklər
C) Hərarətsalıcı preparatlar
D) Antihipertehziv preparatlar
E) Tireostatiklər
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 101.
Dostları ilə paylaş: |