312) Ağ ciyərin xoşxassəli şişləri arasında ən çox rast gəlinəni hansısıdır?
A) Nevrinoma
B) Adenoma
C) Mioma
D) Fibroma
E) Hamartoma
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
313) Ağ ciyərin mərkəzi xərçənginin erkən mərhələsinə hansı aiddir?
A) T1N0M0 mərhələsində olan xərçəng
B) Intraepitelial xərçəng
C) T1-2N0M0 mərhələsində olan xərçəng
D) Rentgen-neqativ xərçəng
E) Gizli xərçəng
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
314) Traxeostomiyanın traxeotomiyadan fərqi nədir?
A) Traxeya mənfəzinə kanyulanın yeridilməsi
B) Traxeyanın kəsilmə üsulu
C) Həyata keçirilməsinə göstəriş
D) Traxeyaya cərrahi yaxınlaşmanın həyata keçirilməsi
E) Həyata keçirilməsinin müddəti
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
315) Miastenik timomalarda tez-tez rast gəlinən və təhlükəli əməliyyatdan sonrakı ağırlaşma hansıdır?
A) Yuxarı boş vena sindromunun güclənməsi
B) Perikardit
C) Mediastinit
D) Böyrəküstü vəzinin çatmamazlığı
E) Miastenik kriz və spontan tənəffüsün pozulması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |