238) Haşimoto tireoiditində hansı terapiyanı seçmək lazımdır?
A) Antikoaqulyantlarla müalicə
B) L - tiroksin
C) Qeyri - steroid iltihab əleyhinə preparatlar
D) Cərrahi müalicə - qalxanvari vəzin subtotal rezeksiyası
E) Antibiotiklərlə müalicə
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
239) Xroniki tireoiditlər zamanı cərrahi müdaxilənin aparılmasında məqsəd nədir?
A) Maliginizasiyanın qarşısını almaq
B) Autoimmun reaksiyanın səbəbini aradan qaldırmaq
C) Qida borusu və traxeyanın kompressiyasını aradan qaldırmaq
D) Tireotoksikozu aradan qaldırmaq
E) Boyun nahiyəsindəki ağrını aradan qaldırmaq
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
240) Qalxanvari vəzin follikulyar adenoması və follikulyar xərçənginin differensial diaqnostikasında aşağıdakılardan düzgün diaqnoz qoymağa hansı kömək edər?
A) Maqnit - rezonans tomoqrafiya (MRT)
B) Radioizotop ssintiqrafiya
C) Nazik iynəli punksion aspirasion biopsiya
D) Əməliyyat materialının histoloji müayinəsi
E) Kompüter tomoqrafiya (KT)
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
241) 22 yaşlı hamilə qadına qalxanvari vəzin papilyar xərçəngi diaqnozu qoyulmuşdur. Şiş sağ payda yerləşir, ölçüləri 1, 5 x 1, 5 sm olub, qalxanvari vəzin kapsulasından kənara çıxmır, metastaz yoxdur. Cərrahın taktikası necə olmalıdır?
A) L - tiroksinlə supressor terapiya təyin etmək, doğuşdan sonra xəstəni əməliyyat etmək
B) Xəstəni sanator – kurort müalicəsinə göndərmək
C) Radioaktiv yodla müalicəyə göndərmək
D) Hamiləliyi pozub xəstəni əməliyyat etmək
E) Hamiləliyi pozmadan əməliyyat etmək
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Dostları ilə paylaş: |