226) Mədə çıxacağının stenozu olduqda orqanizimdə gedən və aşağıda göstərilən metabolik dəyişikliklərdən hansı daha çox ehtimal olunur?
A) Böyrək çatmamazlığı
B) Xlorid turşusunun itirilməsi, su-duz balansı pozğunluqları
C) Qara ciyərin funksional pozğunluqları
D) Arterial hipertenziya
E) Hiperqlikemiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
227) Mədə çıxacağının stenozunda hansı aşağıda göstərilən müalicə metodunun seçilməsi düzgündür?
A) Sanator-kurort müalicəsi
B) Dərman müalicəsi
C) Başqa alternativ metodlar
D) Ambulator müalicə
E) Cərrahi əməliyyat
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
228) Qastroduodenal qanaxmalarda hansı müayinə metodları ilə qanaxmanın mənbəyini dəqiq təyin etmək olar?
A) Radioizotopla müayinə
B) Diaqnostik laparotomiya
C) Arterioqrafiya
D) Endoskopik qastroduodenskopiya
E) Mədənin R-skopiyası
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
229) Virus mənşəli (Hepatit B ,C ,D ) hepatitlər ağır və getdikcə artmaqda olan xroniki xəstəliklər sırasına aiddirlər. Xəstəliyin bütün dünyada çox yayılmasına səbəb olan faktorlardan biri virusla yoluxma mənbələrinin çoxluğudur. Yoluxma yolları hansılardır?
A) Hamısı
B) Cinsi əlaqələr
C) Tibbi manipulyasiyalar: stomatoloji
D) Tibbi manipulyasiyalar:ginekoloji, cərrahi, endoskopik, inyeksiyalar və s.
E) Hemotransfuziya
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
Dostları ilə paylaş: |