Dermatovenerologiya ixtisası üzrə nümunəvi test sualları
Ümumi dermatologiya
1) Dərinin mikrostrukturuna aid olmayan təbəqəni göstərin?
A) Məməcikli təbəqə
B) Epidermis
C) Endometrium
D) Torlu təbəqə
E) Hipoderma
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
2) Epidermisə aid olmayan təbəqəni göstərin?
A) Tikanlı
B) Buynuz
C) Sinovial
D) Dənəcikli
E) Bazal
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
3) Hansı struktur dəri artımlarına aid deyil?
A) Dırnaq
B) Piy vəziləri
C) Tüklər
D) Tər vəziləri
E) Selikli qişa
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
4) Dəriyə aid olmayan funksiyanı göstərin?
A) Reseptor və reflektor
B) Qoruyucu və immunoloji
C) Mübadilə və sekretor
D) Görmə və eşitmə
E) Tənəffüs və termorequlyasiya
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
5) Dərinin hansı sahələrində piy vəziləri mövcud deyil?
A) Ovuc və ayaqaltı
B) Başın tüklü hissəsi
C) Ətraflar
D) Sifət
E) Gövdə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
6) Akantoz nədir?
A) Epidermositlərarası əlaqələrin pozulması
B) Dənəcikli təbəqənin qalınlaşması
C) Buynuz təbəqəsinin qalınlaşması
D) Tikanlı təbəqənin qalınlaşması
E) Buynuz təbəqəsinin hüceyrələrinin nüvə qalığı ilə natamam büynuzlaşması
Ədəbiyyat: М.А.Пальцев, Н.Н.Потекаев и др. Клинико-морфологическая диагностика заболеваний кожи. Атлас. М., Медицина, 2004.
7) Hiperkeratoz nədir?
A) Dermanın yuxarı hissəsində infiltrat
B) Hüceyrələrarası epidermal ödem
C) Epidermositlərin hüceyrədaxili ödemi
D) Buynuz təbəqəsinin hüceyrələrinin nüvə qalığı ilə natamam büynuzlaşması
E) Buynuz təbəqəsinin qalınlaşması
Ədəbiyyat: М.А.Пальцев, Н.Н.Потекаев и др. Клинико-морфологическая диагностика заболеваний кожи. Атлас. М., Медицина, 2004.
8) Parakeratoz nədir?
A) Epidermositlərarası əlaqələrin pozulması
B) İnfeksiya qranulyomasının yaranması
C) Buynuz qat hüceyrələrinin nüvə qalığı ilə natamam buynuzlaşması
D) Tikanlı təbəqənin qalınlaşması
E) Buynuz təbəqəsinin qalınlaşması
Ədəbiyyat: М.А.Пальцев, Н.Н.Потекаев и др. Клинико-морфологическая диагностика заболеваний кожи. Атлас. М., Медицина, 2004.
9) Qranulyoz nədir?
A) Hüceyrələrarası epidermal ödem
B) Dənəcikli təbəqənin qalınlaşması
C) Epidermositlərin hüceyrədaxili ödemi
D) Tikanlı təbəqənin qalınlaşması
E) Buynuz təbəqəsinin qalınlaşması
Ədəbiyyat: М.А.Пальцев, Н.Н.Потекаев и др. Клинико-морфологическая диагностика заболеваний кожи. Атлас. М., Медицина, 2004.
10) Akantoliz nədir?
A) Tikanlı təbəqənin qalınlaşması
B) Dənəcikli təbəqənin qalınlaşması
C) Buynuz təbəqəsi hüceyrələrinin nüvə qalığı ilə natamam büynuzlaşması
D) Epidermositlərarası əlaqələrin pozulması
E) Buynuz təbəqəsinin qalınlaşması
Ədəbiyyat: М.А.Пальцев, Н.Н.Потекаев и др. Клинико-морфологическая диагностика заболеваний кожи. Атлас. М., Медицина, 2004.
11) Papillomatoz nədir?
A) Dermanın birləşdirici toxuma məməciklərinin uzanması
B) Hüceyrələrarası epidermal ödem
C) Tikanlı təbəqənin qalınlaşması
D) Dənəcikli təbəqənin qalınlaşması
E) Buynuz təbəqəsinin qalınlaşması
Ədəbiyyat: М.А.Пальцев, Н.Н.Потекаев и др. Клинико-морфологическая диагностика заболеваний кожи. Атлас. М., Медицина, 2004.
12) Hansı elementlər birincili morfoloji elementlərə aid deyil?
A) Xora, çapıq
B) Qovuq, qovuqcuq
C) Ləkə, köpüşük
D) Qabarcıq. irincik
E) düyün,düyüncük
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
13) Hansı elementlər İkincili morfoloji elementlərə aid deyil?
A) Eroziya, qabıq
B) Qovuq, qovuqcuq
C) Xora, çapıq
D) Çat sıyrıntı
E) Pulcuq, vegetasiya
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
14) Eksudativ olmayan birincili morfoloji element hansıdır?
A) Köpüşük
B) Papula
C) İrincik
D) Qovuq
E) Qovuqcuq
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
15) Boşluqlu birincili morfoloji elementi göstərin?
A) Papula
B) düyün
C) Ləkə
D) Qabarcıq
E) İrincik
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
16) Ləkənin düzgün xarakteristikasını göstərin?
A) Seroz möhtəviyyatlı boşluqlu məhdud törəmə
B) Relyef və konsistensiyası pozulmadan, dərinin rənginin məhdud
C) Dərinin dairəvi formalı qüsuru
D) Irin möhtəviyyatlı boşluqlu məhdud törəmə
E) Dəri səviyyəsindən yüksək, boşluqsuz məhdud törəmə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
17) Ləkə növünə aid olmayan elementləri göstərin?
A) Purpura, petexiya
B) Qovuqcuq, qovuq
C) Teleangiektaziya, hemangioma
D) Depiqmentasiya, hiperpiqmentasiya
E) Rozeola, eritema
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
18) Damar iltihabi mənşəli ləkə nəyin nəticəsində yaranır?
A) Ətraf toxumalara qan sızması
B) Dəridə melaninin az olması və ya olmaması
C) Qan damarlarının şişlərində
D) Dəridə melaninin çox olması
E) Qan damarlarının genişlənməsi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
19) İltihab mənşəli qan damarı ləkəsi diaskopiya zamanı?
A) İtir
B) Solur
C) İtmir
D) Sarımtıl rəng alır
E) Kəskin ağrılı olur
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
20) Hemorragik ləkə nəyin nəticəsində yaranır?
A) Derma damarlarının şişlməsi
B) Dəridə melaninin az olması və ya olmaması
C) Derma damarlarının genişlənməsi
D) Ətraf toxumalara qan sızması
E) Dəridə melaninin çox olması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
21) Qeyri-hemorraqik ləkə növlərini göstərin?
A) Purpura
B) Vibises
C) Petexiya
D) Ekximoz
E) Rozeola
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
22) Hemorragik ləkə diaskopiya zamanı?
A) İtmir
B) İtir
C) Kəskin ağrılı olur
D) Sarımtıl rəng alır
E) Solur
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
23) Teleangiektaziya və hemangioma nəyin nəticəsində yaranır?
A) Dəridə melaninin az olması və ya olmamasında
B) Dəridə melaninin çox olmasında
C) Derma damarlarının genişlənməsində
D) Ətraf toxumalara qan sızmasında
E) Derma damarlarının şişlərində
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
24) Piqment ləkəsi nəyin nəticəsində yaranır?
A) Dəridə melaninin miqdarının dəyişilməsi
B) Qan damarlarının şişlərində
C) Ətraf toxumalara qan sızması
D) Qan damarlarının genişlənməsi
E) Qan damarlarının infiltrasiyasında
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
25) Köpüşüyün düzgün xarakteristikasını göstərin?
A) İrin möhtəviyyatlı, dairəvi formalı, boşluqlu məhdud törəmə
B) Dəri səthindən qabarmış, müxtəlif formalı, boşluqsuz ekssudativ məhdud törəmə
C) Dərinin xətti formalı qüsuru
D) Seroz möhtəviyyatlı, dairəvi formalı, boşluqlu məhdud törəmə
E) Dairəvi formalı, relyef və konsistensiyası pozulmadan, dəri rənginin məhdud sahədə dəyişməsi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
26) Köpüşük nəyin nəticəsində yaranır?
A) İnfeksion qranulyomanın yaranması nəticəsində
B) Akantoz
C) Hiperkeratoz
D) Qranulyoz
E) Dermanın məməcikli qatında kapilyar genişlənməsi və ödemi nəticəsində
Ədəbiyyat: М.А.Пальцев, Н.Н.Потекаев и др. Клинико-морфологическая диагностика заболеваний кожи. Атлас. М., Медицина, 2004.
27) Köpüşük üçün xarakterik olmayan əlaməti göstərin?
A) Qaşınma ilə müşayiət olunur
B) Efemerlik
C) Çəhrayı - qırmızı rəng
D) Hamar səth
E) Səthi pulcuqlu və qartmaqlı
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
28) Düyüncüyün düzgün xarakteristikasını göstərin?
A) Dairəvi formalı, relyef və konsistensiyası pozulmadan, dəri rənginin məhdud sahədə dəyişməsi
B) Dəri səthindən bir qədər qabarmış, özündən sonra capıq buraxmayan, müxtəlif formalı, boşluqsuz məhdud törəmə
C) Hemorragik möhtəviyyatlı, dairəvi formalı, boşluqlu məhdud törəmə
D) Dəri şəklinin (cizgisinin) nəzərə carpan dəyişməsi
E) Seroz möhtəviyyatlı, dairəvi formalı, boşluqlu məhdud törəmə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
29) Köpüşüyün düyüncükdən klinik fərqini göstərin?
A) Dairəvi forma
B) Boşluqsuz törəmə
C) Birləşməyə meyllilik
D) Efemerlik
E) Çəhrayı-qırmızı rəng
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
30) Qabarcığın düzgün xarakteristikasını göstərin?
A) İrin möhtəviyyatlı, dairəvi formalı, boşluqlu məhdud törəmə
B) Seroz möhtəviyyatlı, dairəvi formalı,boşluqlu məhdud törəmə
C) Dairəvi formalı, relyef və konsistensiyası pozulmadan, dəri rənginin məhdud sahədə dəyişməsi
D) Dəri səthindən bir qədər qabarmış, adətən dairəvi formalı, boşluqsuz məhdud törəmə
E) Qurumuş ekssudat
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
31) Düyünün düzgün xarakteristikasını göstərin?
A) İrin möhtəviyyatlı, dairəvi formalı, boşluqlu məhdud törəmə
B) Dairəvi formalı, relyef və konsistensiyası pozulmadan, dəri rənginin məhdud sahədə dəyişməsi
C) Dəri şəklinin nəzərə çarpan dəyişməsi
D) Seroz möhtəviyyatlı, dairəvi formalı, boşluqlu məhdud törəmə
E) Dəri səthindən qabarmış, dərinin dərin və ya piy qatında təyin olunan, boşluqsuz məhdud törəmə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
32) Düyün nədir?
A) Efemer element
B) Ən böyük ekssudativ birincili morfoloji element
C) Ən böyük boşluqlu birincili morfoloji element
D) Ən böyük boşluqsuz birincili morıfoloji element
E) Dərinin dərin qüsuru
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
33) Düyünün düyüncükdən klinik fərqini göstərin?
A) Çəhrayı-qırmızı rəng
B) Bərk-elastik konsistensiya
C) Boşluqsuz törəmə
D) Dairəvi forma
E) Qoz böyüklükdə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
34) Düyünün qabarcıqdan klinik fərqini göstərin?
A) Dəri qatında təyin edilir
B) Dairəvi forma
C) Boşluqsuz törəmə
D) Çəhrayı-qırmızı rəng
E) Noxud ölçüsündə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
35) Qovuqcuğun (qovuğun) düzgün təsvirini göstərin?
A) İrin möhtəviyyatlı boşluqlu məhdud törəmə
B) Dəri səviyyəsindən yüksək boşluqsuz məhdud törəmə
C) Dəri şəklinin (cizgisinin) hamarlanması
D) Relyef və konsistensiyası pozulmadan dərinin rənginin məhdud sahədə dəyişməsi
E) Seroz möhtəviyyatlı boşluqlu məhdud törəmə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
36) İrinciyin düzgün təsvirini göstərin?
A) Dəri səviyyəsindən yüksək boşluqsuz məhdud törəmə
B) Dəri qüsuru
C) Seroz möhtəviyyatlı boşluqlu məhdud törəmə
D) İrin möhtəviyyatlı boşluqlu məhdud törəmə
E) Relyef və konsistensiyası pozulmadan, dərinin rənginin məhdud dəyişməsi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
37) Qovuqcuğun qovuqdan klinik fərqini göstərin?
A) Ölçüsü 0.5 sm-dən böyük
B) Seroz möhtəviyyatlı
C) Dairəvi forma
D) Boşluqlu törəmə
E) Bərk örtüklü
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
38) İrinciyin qovuqcuqdan klinik fərqini göstərin?
A) Dairəvi forma
B) 0,5 sm-ə qədər ölçülü
C) Boşluqlu törəmə
D) İrin möhtəviyyatlı
E) Bərk örtüklü
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
39) Partlamış (açılmış) qovuqcuğun (qovuğun) yerində nə yaranır?
A) Qabarcıq və düyün
B) İrincik və sıyırıntılar
C) Eroziya və qartmaq
D) Pulcuq və lixenizasiya
E) Köpüşük və düyüncük
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
40) Qabarcığın yerində nə yaranır?
A) Düyüncük və düyünlər
B) Xora və çapıq
C) Qovuq və qovuqcu
D) Köpüşük və irincik
E) Lixenizasiya və pulcuq
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
41) Pulcuq (qabıq) nədir?
A) Dərinin dərin qüsuru
B) Dərinin səthi qüsuru
C) Qurumuş ekssudat
D) Birləşdirici toxumanın yeni törəməsi
E) Buynuz lövhəciklərinin dəri səthindən tökülən hissəsi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
42) Qartmaq nədir?
A) Dəri şəklinin (cizgisinin) kəskin dəyişməsi
B) Dəri şəklinin (cizgisinin) hamarlanması
C) Qurumuş ekssudat
D) Epidermisin buynuz təbəqəsinindan qopan hüceyrələr
E) Dəri qüsuru
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
43) Eroziya (aşınma) nədir?
A) Dərinin dərin qüsuru
B) Dəri şəklinin kəskin dəyişməsi
C) Dərinin səthi qüsuru
D) Birləşdirici toxumanın yeni törəməsi
E) Qurumuş ekssudat
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
44) Xora nədir?
A) Dərinin səthi qüsuru
B) Birləşdirici toxumanın yeni törəməsi
C) Dərinin dərin qüsuru
D) Epidermisin buynuz təbəqənindan ayrılmış hüceyrələr
E) Qurumuş ekssudat
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
45) Çat nədir?
A) Elastikliyin pozulması və ya dərinin xətti qüsuru
B) Dərinin dairəvi qüsuru
C) Dəri şəklinin kəskin dəyişməsi
D) Birləşdirici toxumanın yenitörəməsi
E) Qurumuş ekssudat
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
46) Sıyrıntı nədir?
A) Dəri şəklinin dəyişməsi
B) Birləşdirici toxumanın yenitörəməsi
C) Mexaniki zədələnmə nəticəsində dəri bütövlüyünün pozulması
D) Dəri şəklinin hamarlanması
E) Qurumuş ekssudat
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
47) Çapıq nədir?
A) Mexaniki zədələmə nəticəsində dərin dəri qüsuru
B) Dəri səthinin qüsuru
C) Epidermisin buynuz təbəqəsinindan ayrılan hüceyrələr
D) Birləşdirici toxumanın yenitörəməsi
E) Dəri şəklinin (cizgisinin) kəskin dəyişməsi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
48) Lixenizasiya (dəmrovlaşma) nədir?
A) Qurumuş ekssudat
B) Dərinin dairəvi qüsuru
C) Dəri cizgisinin pozulması
D) Xətti dəri qüsuru
E) Dəri cizgisinin nəzərə çarpması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
49) Həqiqi polimorfizm nədir?
A) Elementlərin birləşməyə meylli olması
B) Bir növ ikincili elementlərin olması
C) Bir necə növ birincili elementlərin olması
D) Elementlərin periferik artmağa meylli olması
E) Bir növ birincili elementin olması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
50) Yalançı polimorfizm nədir?
A) Bir növ birincili elementin və bir necə növ ikincili elementlərin olması
B) Elementlərin qruplaşmaya meylliliyi
C) Elementlərin periferik artmaya meylliliyi
D) Bir necə növ birincili elementlərin olması
E) Bir növ ikincili elementlərin olması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
51) Monomorfizm nədir?
A) Elementlərin birləşməyə meylli olması
B) Bir necə növ ikincili elementlərin olması
C) Elementlərin periferik artmağa meylli olması
D) Bir necə növ birincili elementlərin olması
E) Bir növ birincili elementlərin olması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
52) Diaskopiya (vitropressiya) nədir?
A) Elementə əşya şüşəsi ilə təzyiq etmə
B) Yaxma götürülməsi
C) Elementlərin palpasiyası
D) Dərinin həssaslığının müəyyənləşdirilməsi
E) Elementlərin qaşınması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
Bakterial dermatozlar
53) Piodermiya hansı qrup dermatozlara aiddir?
A) Qenodermatozlar
B) Dəri şişləri
C) Neyrodermatozlar
D) İnfeksion dermatozlar
E) Peşə dermatozları
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
54) Piodermiyalar hansı qrup infeksion xəstəliklərə aiddir?
A) Parazitar infeksiyalar
B) Göbələk infeksiyaları
C) Bakterial infeksiyalar
D) Virus infeksiyaları
E) Cinsi yolla keçən infeksiyalar
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
55) Piodermiyanın törədicisini göstərin?
A) Viruslar
B) Xlamidiyalar
C) Trixomonadlar
D) Stafilo – və streptokokklar
E) Göbələklər
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
56) Piodermiyanın inkişafında iştirak etməyən ekzogen amil hansıdır?
A) Dərinin çirklənməsi
B) Mikrotravmatizm
C) Tər ifrazının artması
D) İnsolyasiya
E) Dəri gicişməsi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
57) Piodermiyanın inkişafında iştirak etməyən endogen amil hansıdır?
A) İmmunitetin pozulması
B) Xroniki intoksikasiya
C) Natamam qidalanma
D) Endokrinopatiya
E) Genetik asılılıq
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
58) İnfeksiyanın piodermiya üçün xarakter olmayan səbəbi göstərin?
A) Kirli əllər
B) Natəmiz ev əşyaları
C) Hovuzların, su atraksionlarının natəmiz suları
D) Natəmiz alt geyim və yataq əşyaları
E) Cinsi əlaqə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
59) Piodermiyanın 3 formasını sadalayın?
A) Stafilodermiyalar, streptodermiyalar, streptostafilodermiyalar
B) Proqressiv, reqressiv, torpid
C) Tipik, atipik, latent
D) Məhdud, yayılmış, unilateral
E) Kəskin, yarım kəskin, xroniki
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
60) Stafilodermiyaya aid deyil?
A) Follikulit
B) Furunkul
C) Karbunkul
D) Vulqar ektima
E) Hidradenit
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
61) Səthi stafilodermiyaya aid deyil?
A) Follikulit
B) Yenidoğulmuşların epidemik pemfiqusu
C) Osteofollikulit
D) Karbunkul
E) Sikoz
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
62) Dərin stafilodermiyaya aid deyil?
A) Furunkul
B) Hidradenit
C) Osteofollikulit
D) Furunkulyoz
E) Karbunkul
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
63) Streptodermiyaya aid olmayan növ?
A) Vulqar ektima
B) Dırnaqətrafı imtpetiqo
C) Ağız bucağının impetiqosu (yalama)
D) Streptokokk impetiqo
E) Furunkul
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
64) Səthi streptodermiyaya aid olmayan növ?
A) Vulqar ektima
B) Streptokokk impetiqo
C) Dırnaqətrafı impetiqo
D) Ağız bucağının impetiqosu (yalama)
E) Bullyoz impetiqo
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
65) Dərin streptostafilodermiyaya aid olmayan növ hansıdır?
A) Xroniki yaralı – veqetasiya olunan piodermiya
B) Qanqrenoz piodermiya
C) Vulqar impetiqo
D) Şankr formalı piodermiya
E) Xroniki yaralı piodermiya
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, М., Медицина, 1995, т.1.
Dostları ilə paylaş: |