581) Dürinq xəstəliyin lüminisens tədqiqatı zamanı hansı anticisimlər təyin edilir?
A) Ig M – bazal membran nahiyəsində
B) Ig A - subepidermal
C) Ig A – epidermisin parıltılı qatında
D) Ig E – məməcikli dermanın qatında
E) Ig G – tikanlı qatda
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
582) Herpesəbənzər Dürinq xəstəliyi zamanı dəridən başqa hansı orqan daha çox zədələnir?
A) Qalxanabənzər vəzi
B) Mədə
C) Nazik bağırsaq
D) Qara ciyər
E) Ürək
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
583) Sadalanan xəstəliklərdən hansı üçün malabsorbsiya sindromu xarakterdir?
A) Həqiqi pemfiqus
B) herpesəbənzər Dürinq dermatiti
C) Sneden-Vilkinsonun subkorneal dermatiti
D) Bullyoz epidermoliz
E) Diffuz neyrodermit
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
584) Herpesəbənzər Dürinq dermatitinin diaqnoz qoyuluşunda sadalanan diaqnostik testlərdən hansının daha dəqiq olduğunu göstərin?
A) Akantolitik hüceyrələrin tədqiqi
B) Yadassonun dəri sınağı
C) Birbaşa flüoressensiya
D) Qovuğun içərisindəkinin tədqiqi
E) Qalxanabənzər vəzinin hormonlarının tədqiqi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
585) Herpesəbənzər Dürinq dermatitinin müalicəsi zamanı hansı üsul daha səmərəlidir?
A) Antibiotiklər
B) Antihistamin preparatlar
C) Sulfon preparatları
D) Kortikosteroid hormonlar
E) Dənli bitkilər təxirə salınmaqla pəhriz
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
586) Sadalanan klinik təzahürlərdən hansı herpesəbənzər Dürinq dermatitinə uyğundur?
A) Arici səthi dəyişilməyən dəridə əmələ gəlmiş bərk, dartılmış, seroz, hemorragik tərkibli qovuq
B) Eritematoz-ödem fonunda yerləşmiş pustulyoz səpgilər. Ətraflarda və büküşlərdə səpginin lokalizasiyası
C) Vezikulyoz-bullyoz səpgilər, yumşaq qovuqlar, müsbət Nikolski simptomu, genişlənmiş eroziyalar, ağızın selikli qişasının tez-tez zədələnməsi
D) Qruplaşmış eritematoz fonda dartılmış qovuqlar, həmçinin göynəmə, qaşınma ilə müşayiət olunan seroz tərkibli papulyoz səpgilər. Selikli qişanın zədələnməsi xarakter deyil
E) Xəstəlik temperaturun kəskin qalxması və şişmiş ləkələr, mərkəzi batıq olan qırmızı rəngli bərkimiş papulalar, əlin arxa səthinin, ovucun, yzün, ağız boşluğunun selikli qişasının, dodaqların və konyuktivanın zədələnməsi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
587) Sadalanan xəstəliklərdən hansına göstərilən klinik şəkil üyğun gəlir?
Xəstəlik prodromal əlamətlərlə başlayır, özünü allergik reaksiya kimi göstərir. Bədənin hərarəti 37,5-38,50 C-yə yüksəlir və oynaqlarda ağrı hissi müşahidə olunur. Dəridə kəskin şəkildə səpgilər əmələ gələrək ətrafların açıcı hissəsində simmetrik, əsasən, əllərin, ayaqların, saidin, baldırın ön hissəsində kəskin sərhədli ləkələr və ya ödemli düyüncüklər müşahidə olunur.
A) Övrə
B) Herpesəbənzər Dürinq dermatiti
C) Parapsoriaz
D) Qırmızı yastı dəmrov
E) Çoxformalı eksudativ eritema
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
588) Herpesəbənzər Dürinq dermatiti olan xəstələrdə yüksək həssaslıq qeyd olunur?
A) Ultrabənövşəyi və radioaktiv şüalara
B) Antibiotik və sulfanilamid preparatlara
C) Qlyuten və yoda
D) Soyuq və aşağı temperaturlara
E) Ev tozu və yuna
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
589) Təsvir edilmiş klinik şəkil pefmiqusun hansı formasına aiddir?
Yastı, nazik və bürüşük səthli qovuqlar tez partlayır, şirəli, al qırmızı rəngli, eksudativ eroziya əmələ gəlir, sonradan quruyur, qabıqlı-pulcuqlu laylar, daha sonra zədələnmiş yerdə qabıqların üzərində təkrarən qovuqlar əmələ gəlir. Prosesə selikli qişa cəlb olunmur. Müsbət Nikolski simptomu.
A) Braziliya pemfiqusu
B) Vulqar pemfiqus
C) eritematoz pemfiqus
D) Yarpaqşəkilli pemfiqus
E) Vegetasiyaedici pemfiqus
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
590) Senir-Aşer sindromu zamanı müşahidə edilir?
A) Üzdə kəpənək şəklində eritematoz ocaqlar. Yaz və yay aylarında şiddətlənmə. Mənfi Nikolski simptomu.
B) Başın tüklü hissəsində piyli qabıq-pulcuqlar. Saçlar qırılmır. Subyektiv olaraq- qaşınır. Mənfi Nikolski simptomu.
C) Açdıqda eroziya müşahidə edilən, büküşlərdə hiperemiya fonunda qovuqlar, həmçinin, qartmaq layları qeyd olunur. Degenerativ dəyişikliksiz akantolitik hüceyrələr müşahidə olunur
D) Başın tüklü hissəsində, sinədə, üzdə qaşıdıqda qabıqlanan lövhəciklər qeyd olunur. «stearin ləkəsi», «terminal təbəqə» və «nöqtəvi qansızmalar» əmələ gəlir. Mənfi Nikolski simptomu.
E) Qovuğun eksudatının quruması nəticəsində üz dərisində, başın tüklü hissəsində çəhrayı-qırmızı rəngli, 2-5 sm diametrli dairəvi və ya qeyri-düzgün kənarlı lövhəciklər, qabıqlı təbəqələr. Sallaq qovuqlar, qartmağın güclə, ağrılı qopması. Müsbət Nikolski sim
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
591) Təsvir edilən klinik şəkil hansı xəstəliyə uyğun gəlir?
60 yaşdan yuxarı, ən çox da qadınlar xəstələnir. Bədəndə və ətraflarda gərginləşmiş qovuqlar yayılmış olur. Qovuqların yerində əmələ gələn eroziyalar periferik artmağa meyl etmir. Mənfi Nikolski simptomu.
A) Sneddon-Vilkinsonun subkorneal pustulyozu
B) Bullyoz pemfiqoid
C) Vulqar pemfiqus
D) Porfiriya
E) Herpesəbənzər Dürinq dermatiti
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
592) Sadalanan preparatlardan hansı Leverin bullyoz pemfiqoidinin müalicəsində tətbiq edilərkən daha effektli nəticə verir?
A) Anabolik hormonlar
B) sulfanilamidlər
C) Qlükokortikosteroidlər
D) Antihistamin preparatlar
E) Antibiotiklər
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
593) Dürinq dermatiti xəstəliyinin müalicəsi üçün sadalanan klinik formalardan hansı əlverişlidir?
A) Qarışıq
B) Bullyoz
C) Şişən
D) Düyüncüklu forma
E) Düyüncüklü-qovuqcuqlu forma
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
594) Sadalanan əlamətlərdən hansı sadə tip irsi pemfiqus üçün xarakter deyil?
A) Müsbət Nikolski simptomu
B) Mənfi Nikolski simptomu
C) İçərisi boş akantolitik hüceyrələr
D) Ən çox yay vaxtlarında bədən kəskinləşmə
E) Ən çox zədələnmiş yerlərdə qovuqların əmələ gəlməsi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
595) Dərinin gecikmiş porfiriyası zamanı dəridə hansı dəyişikliklər baş verir?
A) Lixenizasiya, eroziya, qaşınma
B) Tüklərin tökülməsi, depiqmentasiya
C) Eritema, ödem, dərinin açıq sahələrində qovuğun atrofiyası
D) Qaşınma, eritema, qabıqlanma
E) Qabarcıqlı səpgilər, xora, çapıqlar
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
596) Dərinin gecikmiş porfiriyası zamanı hansı orqanlar zədələnir?
A) Timus
B) dalaq
C) Qara ciyər
D) Qalxanabənzər vəzi
E) Mədə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
597) Aşağıda göstərilən klinik şəkil sadalanan xəstəliklərdən hansında müşahidə edilir?
Ardıcıl olaraq cinsi orqanların, ağız boşluğunun, gözün selikli qişalasında xoralaşmaya meylli aftoz səpgilərin olması müşahidə edilir. Xəstənin ümumi vəziyyəti ağırlaşır (temperaturun artması, zəifləmə, oynaqların zədələnməsi, kəllə-beyin sinirinin iflici, sidikdə qanın olması).
A) Reyter sindromu
B) Çoxformalı eksudativ eritema
C) Behçet sindromu
D) Plaut-Venson anginası
E) Pemfiqus
Ədəbiyyat: T.Фицпатрик, Р.Джонсон и другие. Дерматология: Атлас – справочник. М., Практика, 1999.
598) Paraneoplastik pemfiqus nədir?
A) Ağır bədxassəli gedişata malik pemfiqus
B) Kortikosteroid terapiyası kömək etməyən, güclü qaşınma ilə müşayiət olunan bullyoz elementlərin qruplaşdığı səpgilər
C) Limfomalı xəstələrdə pemfiqus zamanı xarakter dəyişikliklər əmələ gəlməsi (bullyoz səpgilər, müsbət Nikolski simptomu, haşiyələnmiş hüceyrələr)
D) Medikamentlərin qəbulundan sonra bullyoz səpgilərin əmələ gəlməsi (müsbət Nikolski simptomu)
E) İnsolyasiyadan sonra əmələ gələn səpgilər
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
Piy vəzilərinin disfunksiyasi ilə əlaqəli olan dermatozlar
599) Seboreya nədir?
A) Piqment əmələgəlmənin pozulması ilə əlaqədar olan dəri xəstəliyi
B) Merokrin tər vəzilərinin sekretor funksiyasının pozulması ilə əlaqədar olan dəri xəstəliyi
C) Buynuzlaşmanın pozulması ilə əlaqədar olan dəri xəstəliyi
D) Apokrin tər vəzilərinin sekretor funksiyasının pozulması ilə əlaqədar olan dəri xəstəliyi
E) Piy vəzilərinin sekretor funksiyasının pozulması ilə əlaqədar olan dəri xəstəliyi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
600) Seboreyanın inkişafında iştirak etməyən amili göstərin?
A) Neyroendokrin pozuntular
B) İrsi meyllik
C) Ev heyvanları ilə kontakt
D) Yaş həddi
E) Həzm prosesinin pozulması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
601) «Seboreya zonası» olmayan lokalizasiyanı göstərin?
A) Ovuc
B) Başın tüklü hissəsi
C) Üz
D) Kürəklərarası nahiyə
E) Sinə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
602) Seboreyanın formasına aid olmayan variantı göstərin?
A) Yağlı seboreyanın duru forması
B) Qarışıq seboreya
C) Quru seboreya
D) Vegetasiya edən seboreya
E) Yağlı seboreyanın sıx forması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
603) Yağlı seboreyanın sıx forması üçün xarakter olmayan əlaməti göstərin?
A) Başda kobud, bərk, sarımtıl rəngli, sıx yerləşən pulcuqlar olan saçlar
B) Basarkən,genişlənmiş məsamələrdən qatı piy kütləsinin ayrılması
C) Seboreya zonasında lokalizasiya
D) Başda quru, nazik, kövrək, bozumtul-sarı rəngli, asanlıqla ayrılan pulcuqlar olan saçlar
E) Elastikliyi az olan bərkimiş və çoxlu sayda komedonlu dəri
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
604) Yağlı seboreyanın duru forması üçün xarakter olmayan əlaməti göstərin?
A) Başda yağlı, parıltılı, dəstə ilə yapışmış saçlar
B) Dəri portağal qabığını xatırladaraq parıldayır, komedonlar (civzələr) qeyd olunur
C) Seboreya zonasında lokalizasiya
D) Başda quru, nazik, kövrək, bozumtul-sarı rəngli, asanlıqla ayrılan pulcuqlar - qabıqları olan saçlar
E) Basarkən, genişlənmiş məsamələrdən çox miqdarda qatı piy kütləsinin ayrılması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
605) Quru seboreya üçün xarakter olmayan əlaməti göstərin?
A) Başda yağlı, parıltılı, dəstə ilə yapışmış saçlar
B) Nazikləşmiş, üzərində xırda lövhəcikli qabıqlanma olan dəri
C) Başda quru, nazik, kövrək, bozumtul-sarı rəngli, asanlıqla ayrılan pulcuqlar olan saçlar
D) Dəridə follikulyar keratoz və eritematoz-skvamoz ləkələr – seboroidlərin tez-tez inkişaf etməsi
E) Təkcə seboreya zonasında deyil, həm də ətrafların açıcı səthində, bədənin yan səthində lokalizasiya
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
606) Seboreya üçün xarakter olan ağırlaşmaları göstərin?
A) Pemfiqus
B) Dermatomiozit
C) Limfoma
D) Vitiliqo
E) Dazlıq
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
607) Seboreya üçün xarakter olmayan ağırlaşmaları göstərin?
A) Vitiliqo
B) Vulqar impetiqo
C) Dazlıq
D) Ostiofollikulit
E) Follikulit
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
608) Vulqar sızanaq (acne vulgaris) nədir?
A) Proseslərin pozulması ilə xarakterizə olunan irsi dermatozlar
B) Piy vəzilərinin və tük follikullarının residiv xəstəliyi
C) Buynuzlaşma hiperproliferasiyanın pozulması ilə xarakterizə olunan xroniki residiv dermatoz
D) Mayaya oxşar fəsilədən olan Candida göbələyi ilə törənən infeksion xəstəliklər
E) Cinsi yolla keçən infeksiya
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
609) Vulqar sızanaqların inkişafında iştirak edən patogenetik amillər arasında qeyd olunmur?
A) Tük follikullarının girəcəyində retension keratoz
B) Dəri piyinin hipersekresiyası
C) Akantoliz
D) Bakterial əkilmə
E) Perifollikulyar iltihabi reaksiyanın inkişafı
Ədəbiyyat: Г.М.Цветкова, В.Н. Мордовцева. Патоморфологическая диагностика. М., Медицина, 1986.
610) Vulqar sızanaqların inkişafında iştirak etməyən endogen amili göstərin?
A) Neyroendokrin disfunksiya
B) Ürək-damar sistemi orqanlarının xəstəliyi
C) Hipovitaminoz
D) Həzm traktının xəstəliyi
E) İrsi meyllik
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
611) Vulqar sızanaqların ən çox əmələ gəldiyi yaş həddi?
A) 50 – 60 yaş
B) 40 – 50 yaş
C) 60 yaşdan yuxarı
D) 30 – 40 yaş
E) 12 - 20 yaş
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
612) Vulqar sızanaqların lokalizasiya yerlərini göstərin?
A) Dodağın qırmızı haşiyəsi və ağızın selikli qişası
B) İri və xırda büküklər
C) Cinsiyyət orqanların dərisi və selikli qişası
D) Əl və ayaq barmaqları
E) Üz, sinə və kürək
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
613) Vulqar sızanaqların hansı formasının yüngül gedişatla xarakterizə olduğunu göstərin?
A) Papulo-pustulyoz (acne papulopustulosa)
B) İndurativ (acne indurata)
C) Fleqmanoz (acne phlegmonosa)
D) Qarışıq (acne confluens)
E) Həddən artıq yığılmış (acne conglobata)
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
614) Vulqar sızanaqlar üçün düyünlü elementlə xarakter olmayan formasını göstərin?
A) Fleqmanoz (acne phlegmonosa)
B) Həddən artıq yığılmış (acne conglobata)
C) Papulo-pustulyoz (acne papulopustulosa)
D) İndurativ (acne indurata)
E) Qarışıq (acne confluens)
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
615) Komedon nədir?
A) Nekrotik özək
B) Anadangəlmə xal
C) «Qara nöqtə» şəklində tük follikullarının girəcəyində olan piy tıxacı
D) Qan sızması olan qabıq
E) Dəri buynuzu
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
616) Vulqar sızanaqların papulo-pustulyoz forması üçün xarakter olmayan klinik əlaməti göstərin?
A) Lixenizasiya
B) Bənövşəyi-qırmızı rəngli, 0,5 sm ölçüdə olan follikulyar papulo-pustulalar
C) Üzün, sinənin və kürəyin dərisində lokalizasiya
D) Komedonlar, piqmentasiyalar
E) Səpginin evolüsion polimorfizmi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
617) Acne conglobata və acne phlegmonosa üçün xarakter olmayan klinik əlaməti göstərin?
A) Köpüşük
B) Dərin, çox vaxt konqlobat olan çapıqlar
C) Kürək, üz, sinənin dərisində lokalizasiya
D) Göyümtül-qırmızı rəngli, 0,5 sm-dən böyük olçülü absesləşən düyünlər
E) Ağrılıq
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
618) Vulqar sızanaqlarla differensial diaqnostikası olmayan xəstəliyi göstərin?
A) Çəhrayı sızanaq
B) Pustulyoz sızanaqlı sifilid
C) İnfiltrativ- irinləşmiş trixofitiya
D) Follikulit
E) vitiliqo
Ədəbiyyat: Дифференциальная диагностика кожных болезней. Руководство для врачей. Под редакцией Б.А. Беренбейна, А.А.Студцина, М., Медицина, 1989.
619) Vulqar sızanaqların sistem terapiyasında istifadə olunmayan preparatları göstərin?
A) Antibiotiklər
B) İmmunostimulyatorlar
C) Antiandrogenlər (yalnız qadınlarda)
D) Sintetik retinoidlər (izotretinoin)
E) Sitostatiklər
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практикующих врачей. Под редакцией А.А.Кубановой, В.И.Касиной, М., Литтерра, 2005.
620) Vulqar sızanaqları xaricdən işlədikdə istifadə olunmayan topik təsirli preparatı göstərin?
A) Eritromisin – sink asetat losyonu (Zinerit)
B) İxtiol məlhəmi
C) Qlikol turşusu (30%, 50 %, 70%)
D) Ferezol məhlulu
E) 0,1%-li adapalen heli (retinoid)
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практикующих врачей. Под редакцией А.А.Кубановой, В.И.Касиной, М., Литтерра, 2005.
621) Çəhrayı sızanaqlar (Acne rosacea, Rosacea) nədir?
A) Proseslərin pozulması ilə xarakterizə olunan irsi dermatozlar
B) Mayaya oxşar fəsilədən olan Candida göbələyi ilə törənən infeksion xəstəliklər
C) Buynuzlaşma hiperproliferasiyanın pozulması ilə xarakterizə olunan xroniki residiv dermatoz
D) Cinsi yolla keçən infeksiya
E) Üz dərisinin xroniki residiv xəstəliyi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
622) Çəhrayı sızanaqların inkişafını müəyyən edən patogenetik faktoru göstərin?
A) Piqment əmələgəlmənin pozulması
B) Üçlü sinirin innervasiya zonasında angionevroz
C) Tər vəzilərinin hiperfunksiyası
D) Diskeratoz
E) Epidermasitlərin poliferasiyası
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
623) Çəhrayı sızanaqların inkişafında iştirak etməyən endogen amili göstərin?
A) İrsi meyllik
B) Həzm orqanlarının xəstəliyi
C) Tənəffüs sistemi orqanlarının xəstəliyi
D) Endokrinopatiya
E) Nevroloji pozulma
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
624) Çəhrayı sızanaqların inkişafında iştirak etməyən ekzogen amili göstərin?
A) Ədvalı, acı qidalar
B) Ağcaqanad sancması
C) Peşə ziyanları
D) Meteoroloji amillər
E) Alkoqoldan sui-istifadə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
625) Çəhrayı sızanaqların mərhələsi olmayan variantı göstərin?
A) İnfiltrativ-produktiv (rinofima)
B) Pustulyoz
C) Papulyoz
D) Nekrotik
E) Eritematoz
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
626) Çəhrayı sızanaqların ən çox sevdiyi lokalizasiyanı göstərin?
A) Üz
B) Yuxarı ətraflar
C) Aşağı ətraflar
D) İri büküşlər
E) Cinsi orqanlar
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, , В.Н.Мордовцева M.,Медицина,1995, т 2.
627) Çəhrayı sızanaqlar üçün xarakter olmayan klinik əlaməti göstərin?
A) Genişlənmiş eroziyalar
B) Üz dərisində lokalizasiya
C) Açıq-çəhrayı, moruğu və ya göyümtül rəngli eritema
D) qaşınma, «qarışqa gəzməsi» hissi
E) Qeyri-follikulyar papulo-pustulalar, teleangiektaziyalar
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
628) Rinofima nədir?
A) «Quş dimdiyi» tipli burun
B) Keçi burnu
C) Yəhərşəkilli burun
D) Burunun eybəcərləşməsi
E) Çoxsaylı teleangiektaziyalı şişkin burun
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
629) Qnatofima nədir?
A) Yəhərşəkilli burun
B) Çoxsaylı teleangiektaziyalı şişkin burun
C) Alt çənənin mutilyasiyası
D) Uzanmış alt çənə
E) Çoxsaylı teleangiektaziyalı şişkin alt çənə
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
630) Otofima nədir?
A) Çoxsaylı teleangiektaziyalı şişkin alt çənə
B) Bitişik qulaq sırğalığı
C) Çoxsaylı teleangiektaziyalı şişkin qulaq
D) Çoxsaylı teleangiektaziyalı şişkin burun
E) Parçalanmış qulaq sırğalığı
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1995, т 2.
Dostları ilə paylaş: |