Dermatitlər. Toksikodermiyalar. Ekzema. Peşə dermatozlari.
401) Ekzo- və endofaktorların təsiri nəticəsində əmələ gələn dərinin kəskin iltihabi xəstəliyi?
A) Çəhrayı dəmrov
B) Dermatitlər
C) Dürinq dermatiti
D) Rozasea
E) Məxmərək
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М., Литтерра, 2005
402) Sadə kontakt dermatiti törədən amillərə aid deyil?
A) Bioloji
B) Kimyəvi
C) Fiziki
D) İnfeksion
E) Mexaniki
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
403) Sadə kontakt dermatitinin xüsusiyyətlərinə aid deyil?
A) Əmələgəlmənin tezlikli tipi
B) Qıcıqlandırıcını kənar etdikdən sonra reqress
C) Təsirin bütün insanlarda baş verməsi
D) Təsir yerinin məhdud lokalizasiyası
E) Sensibilizasiyanın olması
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
404) Allergik kontakt dermatiti xarakterizə etməyən xüsusiyyəti göstərin?
A) Allergenin təsiri hüdudunda prosesin artması
B) Əvvəlki gizli dövr
C) Qaşınma olması
D) Qıcıqlandırıcının bilavasitə təsirindən sonra əmələgəlməsi
E) Sensibilizasiyanın olması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
405) Allergik kontakt dermatitinin əmələ gəlməsinə ən çox səbəb olan faktoru göstərin?
A) Fiziki qıcıqlandırıcılar
B) Qida qıcıqlandırıcılar
C) Bioloji qıcıqlandırıcılar
D) Kimyəvi qıcıqlandırıcılar
E) Mexaniki qıcıqlandırıcılar
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
406) Allergik kontakt dermatitin toksikodermiyadan fərqləndirən əlaməti göstərin?
A) Əvvəlki latent dövr
B) Səpgi polimorfizmi
C) Dəri qaşınması
D) Dəriyə qıcıqlandırıcıların ekzogen təsirinin nəticəsi
E) Sensibilizasiyanın olması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
407) Toksikodermiyanı allergik kontakt dermatitdən fərqləndirən faktorlara aid deyil?
A) Daxilə qəbul etdikdən sonra əmələgəlmə
B) Preparatların parenteral yeridilməsi
C) Selikli qişaların zədələnməsi
D) Sensibilizasiyanın olması
E) Orqanizmin ümumi vəziyyətinin pozulması
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
408) Toksikodermiya diaqnozunun qoyulmasında istifadə olunmayan faktor?
A) Müxtəlif klinik təzahürlər
B) Orqanizmin ümumi vəziyyətinin pozulması
C) Epidemioloji şərait
D) Disseminasiya xarakteri
E) Anamnestik göstəricilər
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
409) Toksikodermiyanın ən çox mümkün olan ağır formalarına aid deyil?
A) Stivens-Jons sindromu
B) Reyno sindromu
C) Toksiki eritrodermiya
D) Layell sindromu
E) Zinin yüksək həssaslıqlı angiiti
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
410) Toksikodermiyanın əsas ağırlaşmalarını göstərin?
A) Steroid diabeti
B) Epidermal nekroliz (Layell sindromu)
C) Sepsis
D) İsenko-Kuşinq sindromu
E) Qara ciyər sirrozu
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
411) Toksikodermiyanın əsas müalicə prinsiplərinə aid deyil?
A) Kortikosteroidlər
B) Dezintoksikasion terapiya
C) Etioloji faktorların kənar edilməsi
D) Fotokimyaterapiya
E) Antihistaminlər, desensibilizasiyaedici
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
412) Sadalanan preparat qrupundan hansı dərman toksikodermiyaya səbəb olmur?
A) Salisilatlar
B) Pirozolon preparatları
C) Sulfanilamidlər
D) Kortikosteroidlər
E) Antibiotiklər
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
413) Toksikodermiya üçün xarakter olmayan klinik əlaməti göstərin?
A) Kəskin əmələgəlmə
B) Qabarcıqlı səpgilər
C) Dəri qaşınması
D) Dəri təzahürlərinin simmetrik lokalizasiyası
E) Ümumi vəziyyətin pozulması
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
414) Fiksə olunmuş toksikodermiyanın əksər hallarda zədələyən nahiyəni göstərin?
A) Üz dərisi
B) Ağızın, gözün, cinsiyyət orqanlarının selikli qişaları
C) Kürək və sinənin dərisi
D) Ovüc və ayaqaltının dərisi
E) Başın tüklü hissəsi
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
415) Fiksə olunmuş toksikodermiyanın spesifik dəri təzahürlərini göstərin?
A) Parlaq səthli poliqonal papulalar
B) Birləşməyə meylli sarı ləkələr
C) Yumşaq konsistensiyalı sarımtıl-qonur qabarcıqlar
D) Mərkəzində göyümtül çalarlı açıq-qırmızı rəngli iri ləkələr
E) Görünən sağlam dəridə seroz tərkibli zəif qovuqlar
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
416) Dərman toksikodermiyası zamanı urtikar səpgiləri törədən preparatlara aid deyil?
A) Qızdırmanı aşağı endirən vasitələr
B) Zərdablar
C) Vaksinlər
D) Penisillin sırasından olan antibiotiklər
E) Halogen preparatlar
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
417) Toksikodermiyanın immun mexanizminə aid olmayan reaksiya tipini göstərin?
A) Gecikməyən tipli allergik reaksiyalar
B) Gecikən tipli allergik reaksiyalar
C) Fototoksiki reaksiyalar
D) Sitotoksiki allergik reaksiyalar
E) Sirkuləedici immun kompleks nəticəsində baş verən immunokompleks allergik reaksiyalar
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
418) Dərman toksikodermiyasının diaqnostik kriterisinə aid deyil?
A) Dərman qəbulu ilə klinik təzahürlərin əlaqəsi
B) Allergiya ilə ağırlaşan anamnez
C) Müsbət allergiya sınaqları
D) RH - faktor
E) Müsbət immunoloji test
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
419) Dərman toksikodermiyası zamanı insan həyatı üçün təhlükəli olan əlamətlərə aid deyil?
A) Yüksək hərarət (400-dən yüksək)
B) Ödemlərin yaranması (üz, dil)
C) Palpasiya olunan purpura
D) Qovuq və epidermisin qopması
E) İntensiv qaşınma
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
420) Allergik dəri sınaqları arasında tətbiq olunmayan?
A) Aplikasion
B) Sublinqval
C) Skarifikasion
D) Dərialtı
E) Dəri daxili
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
421) Dərman toksikodermiyasının ağırlaşmalarının profilaktikasına aid edilmir?
A) Anamnestik göstəricilərin qiymətləndirilməsi
B) Eyni zamanda bir necə dərman preparatı təyininin məhdudlaşdırılması
C) Orqanların funksiyasının pozulmasını nəzərə almaq
D) Xəstənin müalicəsinin əsaslı sxemi-planı
E) Uzun müddətli təsirə malik preparatların təyini
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
422) Allergik kontakt dermatit zamanı xarakter patomorfoloji dəri dəyişikliklərini göstərin?
A) Epidermisin atrofiyası
B) Akantoz
C) Spongioz
D) Akantoliz
E) Hiperkeratoz
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
423) Sadə kontakt dermatit zamanı xarakter patomorfoloji dəri dəyişikliklərini göstərin?
A) Ocaqlı spongioz
B) Parakeratoz
C) Akantoliz
D) Tosqun hüceyrələrin deqranulyasiyası
E) Epidermadaxili neytrofil tərkibli vezikullar
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
424) Ekzemanın patogenezində əsas rolu olan faktorlara aid deyil?
A) Neyroendokrin sistemin vəziyyəti
B) Həzm yolunun funksiyasının pozulması
C) Orqanizmin immun-genetik xüsusiyyətləri
D) Virus agent
E) Polivalent sensibilizasiya
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
425) Ekzemanın histoloji dəyişikliklərinə aid deyil?
A) Spongioz
B) Akantoz
C) Müxtəlif növ hüceyrənin infiltrasiyası ilə derma damarlarının genişlənməsi
D) Epidermositlərin retikulyar degenerasiyası
E) Papilomatoz
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
426) Ekzemanın klinik formasına aid deyil?
A) Həqiqi
B) Qocalıq
C) Mikroblu
D) Peşə
E) Seboreya
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
427) Ekzemanın morfoloji elementlərinə aid deyil?
A) Qovuq
B) Düyüncük
C) Eroziya
D) Qabarcıq
E) Qabıq
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
428) Ekzema üçün ən xarakter olan birincili morfoloji elementləri göstərin?
A) Qovuqcuqlar
B) Düyünlər
C) Qovuqlar
D) Ləkələr
E) Qabarcıqlar
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
429) Ekzema üçün xarakter olmayan ikincili morfoloji elementləri göstərin?
A) Çapıq / xora
B) Pulcuq
C) Qabıq
D) Eroziya
E) Sıyrıntı / çat
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
430) Həqiqi ekzemanın klinik formasına aid deyil?
A) Numulyar
B) Buynuzlaşmış
C) Dishidrotik
D) Pruriginoz
E) Çatlamış
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
431) Mikrob ekzemasına aid deyil?
A) Sikozformalı ekzema
B) Varikoz ekzema
C) Məməciyin ekzeması
D) Numulyar ekzema
E) Seboreya ekzeması
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
432) Həqiqi ekzemanın klinik əlamətlərinə aid deyil?
A) Düyün
B) Qovuq
C) Sulanma
D) Eritema
E) Qaşınma
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
433) Həqiqi ekzemanın kəskinləşməsinə səbəb olan faktorlara aid deyil?
A) Kimyəvi allergenlərlə kontakt
B) Su ilə kontakt
C) Psixoemosional stress
D) İnfeksiyaya yoluxmuş xəstə ilə kontakt
E) Qida allergenləri ilə kontakt
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
434) Həqiqi ekzemanın klinik diaqnostikasının əsaslandığı faktor deyil?
A) Səpginin polimorfizmi
B) Simmetrik dəri zədələnməsi
C) Ağ dermoqrafizm
D) Qırmızı dermoqrafizm
E) Müxtəlif intensivlikli qaşınma
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
435) Ekzemanın hansı formasını qeyd etmək üçün «Pompholyx» termini istifadə edilir?
A) Peşə ekzeması
B) Məməcik ekzeması
C) Varikoz ekzeması
D) Seboreya ekzeması
E) Dishidrotik
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
436) Dishidrotik ekzemanın spesifik əlamətini göstərin?
A) Ətrafların anesteziyası
B) Dərinin atrofiyası
C) Müsbət Nikolski simptomu
D) Yalnız gecə vaxtı qaşınma
E) Əl və ayaq barmaqlarının yan səthində, ovuc və ayaqaltında qovuqcuqların əmələ gəlməsi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
437) Dishidrotik ekzemanı hansı xəstəliklə differensiasiya edilmir?
A) Ovuc və ayaqaltının pustulyoz psoriazı
B) Ovuc-ayaqaltı psoriaz
C) Endrüsun pustulyoz bakteridi
D) Vitiliqo
E) Ayaqaltının epidermofitiyası
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
438) Mikrob ekzemasının inkişafına səbəb olan faktorlar?
A) Kimyəvi allergenlərlə kontakt
B) Sistem xəstəliklər
C) İnfeksion agent
D) Neyroendokrin pozuntular
E) Genetik meyllilik
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
439) Mikrob ekzemasının spesifik əlamətlərini göstərin?
A) Səpginin monomorfizmi
B) Zədələnmənin asimmetrik başlanması
C) Zədələnmənin simmetrikliyi
D) Dəqiq sərhədi olmayan zədələnmələr
E) Subyektiv simptomların olmaması
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
440) Mikrob ekzemasının müalicəsində təyin edilməyən preparatlar qrupunu göstərin?
A) Desensibilizasiya edici
B) Sitostatiklər
C) Antibiotiklər
D) Antihistaminlər
E) Kortikosteroidlər
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
441) Ekzemada xəstəxanaya yerləşdirilmə üçün əsas göstəricilər hansıdır?
A) Ətrafdakıları yoluxdurmaq təhlükəsi olan xəstə şəxslər
B) Əmək fəaliyyətinin itirilməsinə gətirib çıxaran kəskin iltihabi təzahürləri
C) Əzablı və yorucu qaşınma
D) Maliqnizasiya təhlükəsi
E) Xəstənin həyatının təhlükədə olması
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
442) Ekzemanın qeyri-medikamentoz effektli müalicəsinə aid deyil?
A) Qoruyucu rejim
B) Fizioterapevtik müalicə
C) Yüksək intensivlikli lazer şüalanması
D) Pəhriz
E) Sanatoriya-kurort müalicəsi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
443) Kəskin ekzemanın müalicəsində istifadə olunan vasitələrə aid deyil?
A) Qaşınmanı azaldan vasitə
B) Virusəleyhinə vasitə
C) Dezinfeksiyaedici vasitə
D) İltihabəleyhinə vasitə
E) Keratolitik vasitə
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
444) Seboreya ekzemasının fərqləndirici xüsusiyyətlərinə aiddir?
A) Residivin fəsli xarakteri
B) Qovuqlanma, sulanma
C) İbtidai məktəb yaşı dövründə təzahür etmə
D) Spesifik lokalizasiya
E) Zədələnmənin asimmetrikliyi
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
445) Seboreya ekzemasının klinik əlamətlərinə aid deyil?
A) Ocaqların aydın sərhədi
B) Zədələnmiş ocaqlarda intensiv qaşınma
C) Zədələnmiş ocaqlarda pulcuq və qabıq olması
D) Zədələnmə ocağında tüklərin qırılması
E) Zədələnmiş ocaqlarda eritema və qabıqlanma
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
446) Uşaq ekzemasının əlamətlərini müəyyən etmək üçün xarakter olan yaş həddini göstərin?
A) 3-6 yaş
B) 9-12 yaş
C) 3 yaşa qədər
D) 12-16 yaş
E) 6-9 yaş
Ədəbiyyat: Кожные и венерические болезни.Справочник. Под редакцией О.Л.Иванова, M., Медицина, 1997
447) Uşaq ekzemasının əmələ gəlməsinə səbəb olan faktorlara aid deyil?
A) Hiperandrogeniya
B) Həzm yolunun funksiyasının pozulması
C) Valideynlərdə allergik xəstəlik olması
D) Dəyişmiş immunoloji reaktivlik
E) Qidalanmada xətalar
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
448) Peşə ekzemasının əmələ gəlməsinə səbəb olan əsas faktoru göstərin?
A) Sistem xəstəliklərin olması
B) Fiziki faktorların təsiri
C) Kimyəvi faktorların təsiri
D) Bioloji faktorlar
E) Mexaniki faktorların təsiri
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
449) Peşə ekzeması zamanı zədələnmiş ilkin ocağın lokalizasiyasını göstərin7
A) Başın tüklü hissəsi
B) Dərinin iri büküşləri
C) Dərinin açıq qalan nahiyələri
D) Dırnaq lövhəcikləri
E) Selikli qişalar
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
450) Peşə ekzemasının diaqnostikasında hansı göstəriciyə əsaslanmaq lazım deyil?
A) Dəri sınaqlarının qoyulması (allerqotestlər)
B) İş şəraiti və xəstəliyin etioloji faktorlarının aydınlaşdırılması
C) Zədələnmiş ocaqdan kultural tədqiqata əsaslanaraq götürülən material
D) Kliniki təzahürlər və xəstəliyin gedişi
E) Anamnez
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
451) Peşə ekzemanın hansı xəstəliklə differensial diaqnostikası aparılmır?
A) Qoturluq
B) Dishidrotik ekzema
C) Neyrodermit
D) Toksikodermiya
E) Vulqar pemfiqus
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
452) Peşə ekzemanın müalicə tədbirlərinə aid deyil?
A) Peşə allergenləri ilə kontaktı kənarlaşdırmaq
B) Fizioterapiya
C) İltihab əleyhinə terapiya
D) Hiposensibilizasiya terapiyası
E) Binanın dezinfeksiyası
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
Neyrodermatozlar
453) Neyrodermitlər hansı qrup dermatozlara aiddir?
A) Kollagenozlar
B) Fotodermatozlar
C) Neyroallergik dermatozlar
D) Virus dermatozu
E) Genodermatozlar
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
454) Neyrodermitin inkişafına səbəb olan faktorlara aid deyil?
A) Endokrin pozuntular
B) Allergik
C) Vegetativ sinir sisteminin pozulması / simpatik sinir sisteminin tonusunun artması
D) İrsi ağırlaşma
E) Mərkəzi sinir sisteminin funksional pozulması
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
455) Diffuz neyrodermitin klinik şəklini xarakterizə etməyən əlaməti göstərin?
A) Tipik lokalizasiya
B) Lixenizasiya ilə müşayiət olunan papulyoz səpgi
C) Noqtəli və xətti ekskoriasiya
D) Axşam vaxtı artan qaşınma
E) Qırmızı dermoqrafizm
Ədəbiyyat: Т.Фицпатрик,Р.Джонсон и другие. Дерматология: Атлас-справочник. Пер.с англ., M., Практика, 1999
456) Diffuz neyrodermit zamanı dırnaq lövhəciklərinin xarakter dəyişilməsini göstərin?
A) Leykonixiya
B) Nöqtəli çökəklər («oymaq» simptomu)
C) Onixoqrifoz
D) «Cilalanmış» dırnaqlar
E) «Yağ ləkəsi» simptomu
Ədəbiyyat: Рациональная фармакотерапия заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практических врачей. Под общей редакцией А.А.Кубановой,В.И.Касиной. М.,Литтерра, 2005
457) Diffuz neyrodermitin nisbi remissiyasının dövrünü göstərin?
A) Payız mövsümü
B) Mövsümdən asılı olmayan
C) Yay mövsümü
D) Yaz mövsümü
E) Qış mövsümü
Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю.К.Скрипкина, В.Н.Мордовцева, M.,Медицина,1999
458) Diffuz neyrodermitin əsas lokalizasiya yeri deyil?
A) Üz dərisi
B) Ağızın selikli qişası
C) Ətrafların qatlanan səthləri
D) Sinə və kürəyin yuxarı hissəsi
E) Boyunun yan və arxa səthi
Ədəbiyyat: Т.Фицпатрик,Р.Джонсон и другие. Дерматология: Атлас-справочник. Пер.с англ., M., Практика, 1999
Dostları ilə paylaş: |