Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə100/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   96   97   98   99   100   101   102   103   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
201 
vermişdi, amma mən fikirləşdiyimdən kəskin, gözlənilməz 
olmuşdu. Bütün bunların hamısı nəsə qəribə, biabırçı, ən azı, 
məndən ötrü faciəviydi. Başıma bəzi hadisələr – demək olar, 
möcüzəvi şeylər gəlmişdi; mən o hadisələrə indiyəcən ən 
azı, belə baxıram – ancaq başqa nöqteyi-nəzərə görə
xüsusilə mənim onda içinə düşdüyüm burulğana görə, bu 
hadisələr bir o qədər adi deyildilər. Bununla belə, məndən 
ötrü özümün bütün bu hadisələrə necə münasibət 
göstərdiyim möcüzəvidi! İndiyəcən özümü başa düşmürəm! 
Bütün bunların hamısı da yuxu kimi ötüb keçdi – hətta 
ehtirasım da.Axı, o ehtiras güclü, həqiqiydi, amma indi hara 
yox olub, görən? Düzdü: harda olsa, başqa dəfə mənim 
beynimdən keçəcək: “Görən, onda mən dəlimi olmuşdum
bütün bu müddət ərzində hansısa dəlixanadamı oturmuşdum, 
bəlkə elə indi də ordayam, – belə ki, bütün bunların hamısı 
gözümə görünüb və bu vaxtacan yalnız mənə elə gəlir…” 
Yazdığım vərəqləri toplayıb təzədən oxudum (Kim 
bilir, ola bilsin, onları dəlixanada yazıb-yazmadığıma əmin 
olmaqdan ötrü). İndi mən tək-tənhayam. Payız gəlir, 
yarpaqlar saralır. Bu ölgün şəhərciyəzdə oturub qalmışam 


www.vivo-book.com 
202 
(oh, alman şəhərciyəzləri necə ölgündülər!), sonrakı 
addımımı götür-qoy eləmək əvəzinə təzə-tər xatirələrin təsiri 
altında, onda məni caynağına keçirən burulğanın, yenə 
harasa atan bir an əvvəlki qasırğanın təsiri altında 
yaşayıram. Mənə bəzən elə gəlir ki, yenə də həmin 
qasırğanın içində fırlanıram, lap indicə yenə həmin tufan 
özünü yetirəcək, böyrümdən keçəndə məni qanadına 
götürəcək, mən yenə ölçü qaydasını və hissini itirəcəyəm, 
fırlanacağam, fırlanacağam… 
Bununla belə, ola bilsin ki, mən bu ay ərzində baş verən 
hər şey barədə dəqiq hesabat versəm, həm birtəhər özümə 
gələcəyəm, həm də fırlanmağımı dayandıracağam. Yenidən 
yazmaq istəyirəm; həm də bəzən axşamlar tamam bekarçılıq 
olur. Qəribədi, heç olmasa, nəyləsə məşğul olmaq üçün 
burdakı yaramaz kitabxanadan oxumaqdan ötrü Pol de 
Kokun, demək olar, zəhləm gedən romanlarını (almancaya 
tərcümədə) götürürəm, amma onları oxuyuram, özümə 
təəccüblənirəm: elə bil ciddi kitabla, yaxud ciddi 
məşğuliyyətlə bir az əvvəlki keçmişin cazibəsini dağıtmağa 
çalışıram. Bu iyrənc yuxu, ondan qalan bütün təəssüratlar o 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin