www.vivo-book.com
205
pulla
doldurdular,
onların
necə
vicdansızcasına
oğurladıqlarını və dəqiqəbaşı ciblərinə soxduqlarını öz
gözlərilə görürdü. Məsələn, nənədən zəhmətinə görə
yalvarıb-yaxarıb beş fridrixsdör alır, həmin pulları dərhal da
ruletkaya, nənənin pullarının yanına qoyurlar. Nənə udur,
amma o qışqırır ki, udan özüdü, nənə uduzub. Onları
qovanda Potapıç irəli durub məlumat verdi ki, cibləri qızıl
pullarla doludu. Nənə dərhal da nəzarətçidən xahiş elədi ki,
göstəriş versin, hər iki polyakcığaz nə qədər qışqırsalar da
(elə bil, iki tutulmuş xoruzuydular) polis gəlib çıxdı, o
dəqiqə hər ikisinin cibləri nənənin xeyrinə boşaldıldı. Nənə
hələ uduzmamışdı, bütün bu gün ərzində nəzarətçilərin və
cəmi vağzal müdiriyyətinin yanında gözgörəsi nüfuz
sahibiydi. Get-gedə onun şöhrəti bütün şəhərə yayılmışdı.
Mineral suya gələnlərin hamısı, bütün millətlər, sadə
adamlar, ən məşhurlar bu hadisədən xəbər tutur, artıq bir
neçə milyon “uduzmuş” “une viille somtesse russe, tombee
en enfanse”yə baxmaq üçün axışıb gəlirdilər.
Amma nənə onu iki polyakcığazın əlindən almalarından
az, çox az xeyir gördü. Onların əvəzində qarının xidmətinə
www.vivo-book.com
206
üçüncü, artıq rusca kamil danışan, centlmensayağı geyinən,
buna baxmayaraq, hər halda nökərə oxşayan iri bığlı, lovğa
polyak peyda oldu. O da “qalağı pansayağı” öpürdü,
“qalağın altına pansayağı uzanırdı”, amma ətrafdakılara
münasibətdə özünü dikbaş aparırdı, qəddarcasına göstəriş
verirdi, – bir sözlə, dərhal özünü nənənin nökəri yox, ağası
kimi göstərdi. O, hər gedişlə dəqiqəbaşı qarıya müraciət
eləyirdi, ən dəhşətli andlarla and içirdi ki, özü “təkəbbürlü”
pandı, nənənin pullarından bir qəpik də götürməz. Bu
andları elə tez-tez təkrarlayırdı ki, nənə əməlli-başlı
qorxdu…
Amma beləliklə, bu pan əvvəlcə, elə bil, onun oyununu
düzəltdi, az qala udmuşdu, ona görə də nənə özü də artıq
ondan əl çəkə bilmirdi. Bir saatdan sonra vağzaldan
çıxarılmış hər iki polyakcığaz təzədən nənənin stulunun
arxasında peyda oldular, təzədən öz xidmətlərini təklif
elədilər... Potapıç Allaha and içirdi ki, “təkəbbürlü pan”
onlara göz-qaş eləyirdi, hətta əllərinə nəsə ötürürdü. Beləcə,
nənə nahar eləməmişdi, demək olar, kreslodan düşməmişdi,
elə ona görə də doğrudan da polyakcığazlardan biri işə
|