www.vivo-book.com
212
Yaxşı, daha nə soruşmalıydım, axı. Bununla belə, mən
hələ də onunla yanaşı gedirdim,
amma qəfildən yolunun
üstündə yerləşən “De quatre saisons”
82
otelinə döndü, mənə
baxıb başını tərpətdi və gözdən itdi. Evə qayıdanda az-çox
başa düşdüm ki, əgər onunla iki saat da danışsaydım, qəti bir
şey anlamayacaqdım. Hə, əlbəttə, belədi!
Mən indi öz
sualımı heç cür formalaşdıra bilməzdim. Bütün bu gün
ərzində Polina gah uşaqlarla və dayəylə parkda gəzirdi, gah
evdə otururdu. O artıq çoxdan generaldan uzaq qaçırdı,
demək olar,
onunla heç nə, ən azı ciddi bir şey barədə
danışmırdı. Bunu çoxdan sezmişdim. Amma generalın bu
gün hansı
vəziyyətdə olduğunu bilə-bilə, fikirləşdim ki, o,
Polinanın yanından
ötə bilməzdi, daha doğrusu, onların
arasında müəyyən vacib ailə çək-çeviri olmaya bilməzdi.
Amma mən mister Astleylə söhbətdən sonra otelə qayıdıb,
yanında uşaqlar olan Polinayla rastlaşanda, onun üzündə ən
sakit rahatlıq əks olunmuşdu.Elə bil, bütün ailə qasırğası
yalnız böyründən ötüb-keçmişdi.
82
“İlin dörd fəsli” – frans.