Rus dilindən tərcümə edən: Nəriman Əbdülrəhmanlı Bir cavanın qeydləri I fəSİL



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə36/149
tarix26.11.2022
ölçüsü1,71 Mb.
#70735
1   ...   32   33   34   35   36   37   38   39   ...   149
Fyodor Mikhailovich Dostoyevsky-Qumarbaz

www.vivo-book.com 
72 
qızışdırdı. Məhz məktəblisayaq qızışdırdı. Həm də dəhşətli 
dərəcədə, kefli kimi qızışmışdım.
VI FƏSİL
Budur, artıq o axmaq söhbətdən iki gün keçib. Nə qədər 
qışqırıq, səs-küy, dedi-qodu, taqqa-tuk! Hamısına da mənim 
səbəb olduğum nə qədər qarışıqlıq, çəkişmə, axmaqlıq və 
yaramazlıq. Amma bununla belə, hərdənbir hər şey gülməli 
gəlir – ən azı mənə. Görəsən, nə baş verir, doğrudan da 
azğın vəziyyətdə olub-olmadığım, yaxud sadəcə, yolumu 
azdığım, əl-ayağımı bağlayanacan ağlıma gələni eləməyim 
barədə özümə hesabat verməyi bacarmıram. Bəzən mənə elə 
gəlir ki, hələ uşaqlıqdan, heç məktəb skamyasından belə 


www.vivo-book.com 
73 
uzaqlaşmamışam, sadəcə, özümü kobud məktəbli kimi 
aparıram. 
Bu, Polinanın günahıdı, bunların hamısı Polinanın 
günahıdı! Bəlkə də o olmasaydı, məktəbli kobudluğu da baş 
verməzdi. Kim bilir, bəlkə də mən bütün bunları 
ümidsizlikdən (bununla belə, bu cür fikirləşmək nə qədər 
axmaqlıq olsa da) eləyirəm. Başa düşmürəm, başa 
düşmürəm, onda yaxşı nə var? Axı başqalarının da ağlını 
başından çıxarır. Ucaboylu, qədd-qamətlidi. Ancaq çox 
incədi. Mənə elə gəlir ondan büsbütün bir düyün vurmaq, 
yaxud onu iki qatlamaq olar. Ayaqlarının pəncəsi ensiz və 
uzundu – adama əzab verir. Məhz əzab verir. Saçları sarıya 
çalır. Gözləri əsl pişik gözləridi, amma o gözlərlə necə 
qürurla, yekəxana baxmağı bacarır. Dörd ay bundan qabaq, 
mən yenicə gələndə, o, bir dəfə axşam zalda De-Qriye ilə 
uzun və qızğın söhbət eləyirdi. Ona elə baxırdı ki… sonra 
yatmaq üçün otağıma keçəndə, ağlıma gətirdim ki, o, De-
Qriyeyə şillə vurub, – lap indicə vurub, qarşısında durub ona 
baxır… Bax, elə həmin axşam mən onu sevdim. 
Yaxşısı budu, işə keçək. 



Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin