www.vivo-book.com
75
–
Madame la barone
25
, – aydın səslə, hər sözü ayrı-
ayrılıqda tələffüz edə-edə ucadan dedim, – jai lhonneur d
etre votre esslave
26
.
Sonra təzim elədim, şlyapamı başıma qoydum və
nəzakətlə üzünə baxa-baxa, gülümsəyərək baronun yanından
keçdim.
Şlyapamı çıxarmağı mənə o tapşırmışdı,
ancaq təzim
eləməyi,
məktəblisayaq
hərəkət
etməyi
özümdən
toqquşdurmuşdum. Kim bilir, məni buna nə vadar eləmişdi?
Elə bil, dağdan uçmuşdum.
– Heyn! – Baron mənə sarı çevrilib incik təəccüblə
qışqırdı, yaxud daha dəqiq desək, qığıldadı. Mən dönüb, ona
baxmaqda, gülümsəməkdə
davam eləyə-eləyə hörmətlə
dayandım. O, görünür, heç nə başa düşmürdü, qaşlarını pes
plus ultra-ya
27
qədər qaldırdı. Üzü get-gedə daha artıq
tutqunlaşırdı. Baronessa da mənə sarı
çevrildi, o da
25
baronessa – frans.
26
sizin köləniz olmaqdan şərəf duyuram – frans.
27
son həddə qədər – lat.