www.vivo-book.com
68
– Siz qorxaq deyilsiniz? – qəfildən məndən soruşdu.
– Bilmirəm, bəlkə də qorxağam. Bilmirəm… bu haqda
çoxdan fikirləşməmişəm.
– Əgər mən sizə desəm, bu adamı öldürün, onu
öldürərsinizmi?
– Kimi?
– Mən kimi istəsəm.
– Fransızı?
– Sual verməyin, cavab verin – mən kimi göstərsəm.
Bilmək istəyirəm, bayaq ciddimi deyirdiniz? – O, cavabı elə
qəti və səbirsizliklə gözləyirdi ki, nəsə mənə qəribə gəldi.
– Nəhayət, deyin görüm, burda nə baş verir axı! –
qışqırdım. – Nədir, məndən qorxursunuz yoxsa? Mən özüm
burdakı qarmaqarışıqlıqları görürəm. Siz bu iblisə –
Blanche-yə ehtirasa mübtəla olmuş, müflisləşmiş və ağlını
itirmiş adamın qızlığısınız; sonrasa – bu fransız, sizə öz sirli
təsiriylə… bax, indi də mənə bu cür… ciddi sual verirsiniz.
Ən azı, xəbərim olsun; yoxsa işə qarışıb nəsə edərəm.
Yaxud məni səmimiyyətə layiq görməkdən utanırsınız
bəyəm, siz məndən utana bilərsiniz?
www.vivo-book.com
69
– Sizinlə heç də o haqda danışmıram, sizə sual
vermişəm, cavab gözləyirəm.
– Şübhəsiz ki, öldürərəm, – qışqırdım. – Bircə kimisə
öldürməyi əmr eləyin; amma bəyəm, bunu bacararsınız…
bəyəm bunu əmr eləyərsiniz?
– Bəs nə fikirləşirsiniz, sizə rəhmim gələcək? Əmr
eləyərəm, özüm də qıraqda qalaram. Buna dözərsinizmi?
Yox ey, sizlik deyil! Əlbəttə, əmrə görə öldürəcəksiniz də,
sonrasa sizi göndərməyə cəsarət elədiyimə görə, məni də
öldürməyə gələcəksiniz.
Bu sözləri eşidəndə elə bil, nəsə beynimə vurdu.
Əlbəttə, onda da onun sualını yarızarafat, məni cinləndirmək
üçün dediyini zənn edirdim; amma hər halda, həddən artıq
ciddi danışırdı. Bununla belə, heyrətləndim ki, o, niyə belə
dedi, guya mənim üzərimdə hansısa hüquqa malikdi, mənim
üzərimdəki bu hökmranlıqla razılaşıb açıq-aşkar deyir:
“Ölümə get, mənsə, kənarda qalacağam”. Bu sözlərdə nəsə,
həyasız, çılpaq bir şey vardı və məncə, həddən artıq
dözülməziydi. Bəs necə olsun, bundan sonra mənə necə
baxacaq? Bu artıq köləlik və heçlik həddini keçdi, bütün
|